II
Fəsil
Neandertallar
genetik
markerlər
müstəvisində
..........................................17
Nəticə
..................................................................................................21
Ədəbiyyat
.............................................................................................23
2
Giriş
Bildiyimiz kimi yeni dövrdən başlayaraq Avropada elmlərin inkişafı
mərhələsidir. Bu, həmçinin intibah mədəniyyəti də adlanır. XIX əsrdən
başlayaraq elmdə Neandertal probleminin əsası qoyulmuşdur. İlk dəfə tipik
Neandertal qalığı 1856-cı ildə Almaniya ərazisində Düssel çayı sahilində Neander
vadisində yerlə-şən Feldhoter mağarasından tapılmışdır. Tapıldığı yerin adı ilə də
Neandertal adlandırılmışdır. Buradan aşkar olunan tapıntılara kəllə qutusu, çiyin
və bud sü-mükləri daxildir. Bu tapıntıdan sonra Neandertalların morfoloji
quruluşunun öy-rənilməsi geniş vüsət almışdır. Neandertal insan növü
antropologiya elmində həmçinin paleoantrop da adlanır. Müasir antropologiya
elmində həm Neander-tallar, həm də müasir fiziki tipli insanlar sapiens cinsinə
aid olunurlar. Onları fərqləndirmək üçün Homo Sapiens Neandertalensis və
Homo Sapiens Sapiens terminlərindən istifadə olunur. İlk Neandertal əlamətləri
təxminən 800 min il bundan əvvələ aid olunan və 1994-cu ildə Roma şəhəri
yaxınlığında Çeprana kəndində aşkar olunan tapıntılar üzər müşahidə edilmişdir.
Tipik Neandertal əlamətləri isə təxminən 250 min il bundan əvvəl formalaşmışdır.
Təxminən 25-30 min il bundan əvvəl Neandertallar müəmmalı şəkildə tarix
səhnəsindən yox olmuşlar. Onların yox olması ilə bağlı bir sıra fikirlər vardır.
Fikirlərin birində be-lə qeyd olunur ki, Neandertallar müasir fiziki tipli insanların
varisləri olan kromanyonlar tərəfindən məhv edilmişdir. Digər bir mülahizədə isə
Neandertal-ların yox olma səbəbi kimi iqlim şəraiti – yəni buzlaşma əsas
götürülür.
Neandertalların morfoloji quruluşuna gəldikdə isə onlara aid olan məxsusi
əlamətlər kompleksi vardır. Bu əlamətlər ilk Neandertal tapıntısının qalıqları
üzərində müşahidə olunmuşdur. Sonrakı tapıntılarda isə tipik morfoloji
xüsusiyyətlər qeydə alınmışdır. Bütün bu morfoloji xüsusiyyətləri kurs işinin I və
II fəsil-lərində şərh edəcəyik.
Paleoantropların morfoloji quruluşu ilə bağlı bir neçə mənbədən istifadə
edilmişdir. Bu mənbələri əsasən üç qrupa bölmək olar:
• Azərbaycan dilində olan yerli mənbələr
• Türkiyə türkcəsində olan mənbələr
• Rus dilində olan mənbələr
Neandertallarla bağlı məlumatlar Azərbaycan dilli qaynaqlarda əsasən az bir
hissə təşkil edir. Nisbətən geniş məlumat K.H.Məmmədovun <
əsasları>> dərsliyində qeyd olunmuşdur. Arxeologiya elmi ilə bağlı yazılmış elmi
3
əsərlərdə
də
Neandertallarla
bağlı
məlumatlara
rast
gəlmək
mümkündür.Mənbələr içərisində rusdilli mənbələr xüsusi çəkiyə malikdir. Bu
müəllifləri qeyd edirlər
akademik Valeri Pavloviç Alekseyev, M.M.Qerasimov və digərləri daxildir. Bu
müəlliflər öz əsərlərində Neandertallarla bağlı geniş məlumatlar vermişlər.
4
I Fəsil. Neandertal tapıntıları və onların arxaik əlamətləri
Mustye mərhələsi silahlarını hazırlayan və onlardan istifadə edildiyi dövrdə
yaşamış insanın sümükləri ilk dəfə 1856-cı ildə Almaniya ərazisində Neander
dərəsindən tapılmışdır. Və tapıldığı yerin adı ilə də Neandertal adamı
adlandırılmışdır. Belə adamların skelet qalıqlarına sonralar İspaniyada, Belçikada,
Yuqoslaviyada, Fransada, İtaliyada və başqa ölkələrdə də təsadüf edilmişdir.
Neander-tal adamının daha yaxşı mühafizə olunmuş sümükləri Krımda Kiik Kova
adlı yer-də, Özbəkistan ərazisindəki Teşik-Taş adlı mağarada, Abxaziyada,
Volqaboyu və Ukrayna ərazilərində tapılmışdır (1, səh 14).
Neandertal adamı ilə bağlı ilk tapıntı 1848-ci ilə aiddir. 1848-ci ilə qədər də
təsadüfi qazıntılar zamanı Neandertal tipli qalıqlara rast gəlinirdi. Lakin həmin
fosillər müasir fiziki tipli insansan xeyli fərqləndikləri üçün onları xəstə insanlara
aid olan skelet sümükləri adlandırıb yenidən dəfn edirdilər. Ilk dəfə İspaniyada
Qibraltar mağarasında, ardınca isə 1856-cı ildə Almaniyada Neander adlı vadidə
aşkar olunan fosillərdən sonra digər Avropa ölkələrində də eyni morfoloji
xüsusiyyətlərə malik qalıqlar tapıldı. 1908-ci ildə Fransa ərazisində La Şapel aux
Saint adlanan bölgədə olduqca yaxşı vəziyyətdə olan Neandertal adamına
məxsus skelet aşkar olundu. Bu günə qədər Neandertallara məxsus təxminən
1000-ə qədər skelet qalıqları tapılmışdır. Və bu qalıqlar hesabına onların
rekonstruksi-yası həyata keçirilmişdi.
Neandertallara eyni növdə olsaq da, həmişə bunu inkar etmişik. Bizə görə çox
böyük olan anatomiyasına alışa bilməmişik. Təkamül yolu ilə Homo Erektus-dan
yarandığı artıq elmə məlumdur. Riss – Vyurem buzlaşmaları arasındakı vaxtda və
yaxud 130 min il bundan əvvəl başlayaraq tipik Neandertallar forma-laşmışdır.
Qərbi Avropada 100 - 35 min il bundan əvvəl yaşamış insanlar klassik
Neandertallar olaraq tanınırlar. Vyurem buzlaşma dövrünün əvvəllərində Qərbi
Avropada tipik əlamətlərinə rast gəlinmişdir. Əvvəllər Neandertal termini
Avropada tapılan qalıqlara aid olunurdu. Digər bölgələrdə aşkar olunan tapıntılar
isə Neandertal tipli qalıqlar adlandırılmışdır. Neandertallar İspaniyadan Mərkəzi
Asiyaya qədər geniş və fərqli iqlimlərə malik olan coğrafi bölgələrdə yaşamışlar.
Krımdakı Kiik Kova, Özbəkistandakı Teşik-Taş, İsraildəki Tabun, İraqdakı Şanidar
mağaralardan əldə olunan fosillər də Neandertal tipli qalıqlar hesab olunur.
Türkiyədə Antalya yaxınlığında tapılan və professor İşin Yalçınkaya tərəfindən
qazıntılar aparılan Karain mağarasında da Paleoantropların yaşamasını təsdiq
edən artefaktlar əldə olunmuşdur. Neandertallar hətta Cənubi Afrikada da
yaşamışlar (4, səh 67).
5
Neandertal qalıqlarının tapıldığı coğrafi bölgələrə görə də qruplaşdırılmışdır.
Bunlara aşağıdakılar aiddir:
• Avropa Neandertalları qrupu
• Afrika Neandertalları qrupu
• Sxul (Fələstin) Neandertalları qrupu
• Ön Asiya Neandertalları qrupu (3, səh 152)
Bu qrupların morfoloji quruluşlarının müqayisəli öyrənilməsi göstərir ki,
qitələr arasındakı coğrafi sərhədlər neandertalların göstərilən lokal qruplarını
bir-birindən ayıran sərhədlər olmamışdır. Avropaya yayılmış neandertallarla
yanaşı Cənubi Afrika qrupu da yaşamışdır. M.A.Qremyaçkiyə və V.P.Alekse-yevə
görə, “afrikantropların” dəqiq morfoloji qeydiyyatını həyata keçirmək mümkün
deyil. Çünki Broken – Hill və Saldaniyada tapılan kəllələrdən başqa, Af-rika
Neandertalları haqqında heç bir material yoxdur. Həm də Broken – Hilldə
tapılmış kəllədə üzün skeleti bütöv qalmışdır (5, səh 73).
Neandertallara aid tapıntıların tarixi və insanın təkamülündə onların yerinin
şərhi bir-birinə əks mövqedən işıqlandırılırdı. Problemin ziddiyyətli şərhinə,
məsələn, A.Kizsin və A.Xridliçkin işlərində rast gəlmək mümkündür. A.Kizsə görə,
neandertal və müasir insan növlərinin mənşəyi eyni deyil. A.Xridliçkə görə isə bu
növlərin genetik varisliyi vardır. İndiyə qədər Neandertal növünə dair bir çox
tapıntılar əldə edilmiş və müqayisəli – anatomik, filetik və paleoekoloji hipotezlər
irəli sürülmüşdür.
XX əsrin birinci yarısında C.Morant və M.Moşkovski neandertal insan növünü
ətraflı şərh etmişdilər. Ancaq C.Morant yalnız Avropa neandertallarını,
M.Moşkovski isə onların Avropa forması ilə yanaşı Afrika və Asiya formalarını da
şərh etmişdir.
Pitekantroplardan fərqli olaraq Neandertallara məxsus bir çox uşaq skeletləri
aşkarlanıb təsvir edilmişdir. Ön Asiya Neandertalları arasında Sxul qrupu
neandertalları həm morfoloji tipinə, həm də bir mağarada aşkar edilmiş kəllələrin
sayca çox olmasına görə xüsusi yer tutur. Burada 28 fərdə aid skelet qalıqları
aşkar olunmuşdur. Onların arasında yaşlı kəllənin ölçülməsi üçün dörd yaralı kəllə
aşkar edilib. Fransız antropoloqu E.Pette Peş de Azedə tapılmış skeleti, Şatonefdə
tapılmış uşaq çənəsini təsvir etmişdir. Digər bir tapıntı isə Teşik-Taş mağarasında
tapılıb. Onun haqqında ilkin məlumatı böyük rus antropoloqu Debeç hələ ötən
əsrin 40-cı illərində vermişdir. Sxulda da uşaq skeleti aşkar edilmişdir. Ön Asiyada
Sxul (Fələstin), Tabun (İsrail) və Şanidar (İraq) mağaralarında tapılmış neandertal
skeletləri ətraflı və çox diqqətlə təsvir edilmişdir (3, səh 152).
6
Müasir insanın yaranması haqqında monosentrik və polisentrik hipotezlər
arasında polemika mövcuddur. Bu hipotezlərin müəllifləri arasındakı mübahisə
Avropa və Afrika neandertallarının morfoloji quruluşlarındakı fərqlərdən irəli
gəlir. Onlar arasındakı başlıca fərq aşağıdakılardır:
• Afrika neandertallarında qaşaltı çıxıntı çox qabarıqdır;
• Kəllə qutusu nisbi yığılmağa meyillidir;
• Alın sümüyü yığılmağa meyillidir və daha maili vəziyyətdədir;
• Orta enlilikdə olan üz skeleti çox hündürdür;
• Burun sümüyü üzün ümumi görünüşünə nisbətdə az qabarıqdır (3, s. 153).
E.Ennuşu Cebel İrxudda aşkar edilmiş Afrika neandertal kəlləsinin bütövlükdə
Avropa neandertallarına oxşar olduğunu bildirir.
Avropa neandertallarının tərkibində iki qrupun olduğuna dair hipotezin
dönməz tərəfdarı olan M.İ.Urison quruluşuna görə Cebel İrxud kəllə qutusunun
Avropa neandertal qrupuna yaxınlaşdığını qeyd edir.
Bütün bunlar göstərir ki, Afrika neandertalları öz qrupunun əlamətlərini az-
çox saxlamaqla Avropaya keçmişlər. Eynilə də Avropa neandertalları Şimali
Afrikanı (Cebel İrxutu) zəbt etmişlər. Avropa qrupunun ayrı-ayrı əlamətlərinin
Sxul qrupuna oxşarlığı onun Ön Asiyadan keçdiyinin təsdiqi ola bilər.
Ön Asiya Neandertallarına həsr olunmuş ədəbiyyatda Sxul mağarasında aşkar
edilən skeletlərin mütərəqqi xarakteri dəfələrlə qeyd olunub. Buna baxmayaraq
bəzi müəlliflər Sxul mağarası insanlarının müasir insan növünə aid oldu-ğunu
düşünürlər. Sxul insanlarında qeyd olunan morfoloji tərəqqinin mənşəyi
məsələsinə yanaşmada fikir ayrılığı da mühüm sayılır. Çünki ədəbiyyatda Sxul
qrupuna aid kəllələrin heç birində hansısa primitiv əlamətin olduğu göstərilmir.
Beləliklə, IV və V sxul kəllələrində gözə dəyən mütərəqqi Sxul qrupunun A.Kizs
və T.Makkaun tərəfindən təsvir edilmiş morfoloji tərəqqisi, səbəbinin necə şərh
edilməsindən asılı olmayaraq onları müasir insan növünə yaxınlaşdırır (3, səh
154).
Özbəkistan Respublikası (mağara aşkar olunan zaman Özbəkistan SSR)
ərazisində yerləşən Teşik-Taş mağarası 1938-1939-cu illərdə tədqiq olunmuşdur.
Burada tədqiqat işlərinə rus-sovet antropoloqu A.P.Okladnikov rəhbərlik
etmişdir. Qazıntılar nəticəsində sözügedən mağaradan 8-9 yaşlı fərdə aid skelet
qalıqları aşkar edildi. Bununla da Mərkəzi Asiyada ilk dəfə olaraq Neandertal
qalığına rast gəlindi. Neandertal uşağın tapıldığı təbəqədə həmçinin, dağ
keçisinin buynuzları da aşkar edildi. Həmin təbəqədən müxtəlif maddi
mədəniyyət nümunələrinin tapılması onların dini inancı ilə əlaqələndirilir.
7
Bununla da Neandertallar-da axirət dünyasına inamın mövcud olması öz təsdiqini
tapır. Aşkar olunan kəllə sümüyü nisbətən böyük olmuşdur. Kəllə sümüyünün
qapağı sinantrop və pitekantroplarınkından daha iri olması ilə seçilir. Skelet
qalıqları əsasında həmin fərdin rekonstruksiyası həyata keçirilmişdi. Bu işə rus-
sovet antropoloqu M.M.Qe-rasimov başçılıq etmişdir (1949-cu ildə).
Ümumiyyətlə, Teşik-Taş mağarasından 8-9 yaşlı Neandertal fərdinə aid qalıqların
tapıntısı SSRİ məkanında üçüncü ən qədim tapıntı hesab edilir. Birinci yerdə isə
Azərbaycan Respublikası (o zaman Azərbaycan SSR) ərazisindədəki Azıx
mağarasından aşkar olunan Azıxantropun alt çənə sümüyü durur.
Şanidar mağarası müasir İraqın şimalında, daha dəqiq desək, Kürdüstan
vilayətində Bradost dağında yerləşir. Buradan aşkar olunan Neandertal qalıqları
35 – 65 min il bundan əvvələ aid olunur. Şanidar mağarasındakı tədqiqatlara
Kürdüstan Regional Hökuməti və Kembric Universitetinin paleoantropoloqları
rəhbərlik etmişlər. Arxeoloqlar əvvəlcə burada 10 Neandertal fərdinə aid skelet
qalıqları aşkar etmişlər. Bu qazıntı işləri 1950-1951-ci illərdə həyata keçirilmişdi.
Daha sonrakı tədqiqatlar zamanı buradan əlavə olaraq 2 Neandertal fərdinə aid
olan fosillər üzə çıxarılmışdı. Şanidar tapıntıları öz arxaik xüsusiyyətləri ilə
fərqlənir. Belə ki, fosillər tədqiq edilərkən onlarda tipik Neandertal xüsusiyyətləri
müəyyən olunmuşdur. Bunlara alının mailliyi, kəllənin arxasında union
nöqtəsinin olması, alt çənədə retromolyar boşluğun olması, və digər əlamətlər
aiddir. Məşhur paleoantropoloqlar Hunt, Rapl Soleçki və Emma Pomeroy Şanidar
ma-ğarasında
tədqiqatlar
aparmışlar.
Kembric
Universitetinin
paleoantropologiya üzrə mütəxəssisi Emma Pomeroy bu tapıntıları belə şərh
etmişdir:
- “Burada yetkin yaşlı bir Neandertala məxsus bir kəllə aşkar etdik. Daşlar və
üzərindəki torpaqlar tərəfindən bir qədər zədələnmişdi. Lakin nisbətən
yaxşı vəziyyətdə qalmışdı. Bu tapıntılara alt çənə, üst çənə, dişlər və göz
yuvaları daxildir. Ümid edirəm ki, tədqiqat işləri bitdikdən sonra bu fərdi
bərpa edə biləcəyik”
Pol Brok, Tomas Heksli və digər materialist antropoloqlar Neandertal
qalıqlarının qədim insana məxsus olduğunu iddia edirdilər. Daha sonra bu tipli
insanların qalıqları Belçika ərazisindəki Spi mağarasından, Fransanın Korreza
departamentindəki Korreza mağarasından (La Şapel adamı), Balkan
yarımadasının şimalındakı Krapina qayalığından, Almaniyada Erinqsdorf və
Şteynheym adlı ərazilərdən, İtaliyadakı Monte Çirçeo mağarasından, Zimbabve
ərazisindəki Broken Hill adlı gümüş mədənindən, Tanzaniya ərazisindəki Eyassi
gölü sahilindən, Şimal-Qərbi Afrikada Tanjer adlı yerdən, Yava adasındakı
8
Nqandonq adlı yerdən, Fələstindəki Sxul mağarasından, İraqdakı Şanidar
mağarasından, Krımdakı Kiik Kova mağarasından, Özbəkistanın Teşik-Taş
mağarasından aşkar edildi (2, səh 55).
Neandertal adamı indiki insana daha yaxın olub, bədən quruluşuna görə
pitekantrop və sinantroplara nisbətən daha da təkmilləşmişdi. Onun beyin həcmi
də indiki müasir fiziki tipli insanların beyin həcminə daha yaxın idi. Kəllə
sümüyündəki girinti – çıxıntılardan görmək olur ki, pitekantropa və sinantropa
nisbə-tən Neandertalların beyninin nitqi idarə mərkəzi daha çox inkişaf etmişdir.
Bey-nin alın tərəfdən inkişafı isə indiki insanların inkişafından çox az idi.
Neandertal adamı və onun müasirləri böyük buzlaşma dövründə yaşamışlar.
Onların həyatı (Afrika və Cənubi Asiyada yaşayanlar istisna olmaqla) sərt iqlim
şəraiti keçirmişdir. Ehtimal ki, onlar mağaraları tutmaq üçün uzun müddət vəhşi
heyvanlara qarşı mübarizə aparmalı olmuşlar. Bu mərhələdəki insan yaşayan
mağaraların çoxunda od qalıqlarına və yanmış heyvan sümüklərinə təsadüf
edilmişdir. Soyuqdan və vəhşi heyvanlardan özünü qorumaq üçün insanların
oddan istifadə etdiyi şübhəsizdir. Çox ehtimal ki, bu zaman insanlar artıq süni
surətdə od əldə etməyi öyrənmişdilər. Tapılan sümüklərdən Neandertal
adamlarının mamont, ayı, vəhşi at, donuz və başqa heyvanları ovladıqlarını
demək olar. Ovçuluq bu zaman da maddi istehsalın əsas sahəsi imiş (1, səh 15).
Qalıqları Afrikada, Asiyada və Avropada aşkar edilmiş neandertallar güclü və
cəsur olmuşlar. Avropanın bu qədim insanları dəhşətli dərəcədə rəqib olmuşlar.
Onların 500-ə qədər qalıqları bu günə qədər saxlanmışdır. Bunlar ən təcrübəli
mütəxəssis sayılan Amerika paleontoloqu E.Trikkausun təsdiq etdiyinə görə
neandertallar tam təhlükəli həyat yaşamışlar. Onların bacarıqlı ovçular olduğu
ətraf sümüklərindəki yaralanmalar, sınıqlar və deformasiyalar təsdiq edir.
Kəllə qutusu üzrə onun sahibinin xarici görünüşünün təsviri metodikasını
işləyib hazırlamış M.M.Qerasimovun bu metodika əsasında təsvir etdiyi
neandertallar ağır qaşüstü qövslü və çəp buxaqlı, güclü əllərində dəyənək sıxmış
alçaqboylu primat olmuşdur. Saxlanmış sümüklər üzrə müasir bərpalar
neandertalla-rın xarici görünüşü haqqında əyani təsəvvür yaradır. Belə bərpalara
görə onların boyu 160 sm-ə qədər, skelet sümükləri qaba və yoğun, dar alınlı və
ənsəsi qabarıq, gözüstü yastıqları olan kəlləyə malik olduqca iri və əyilmiş buxaqlı
və müasir insanlara oxşar varlıqlar olmuşlar. Onların iri gözləri ətrafı qaranlıqda
da görməyə, şişman qulaqları, hətta itlərin eşidə bilmədikləri səsləri qavramağa
imkan vermişdir (7, səh 195)
Homo Sapiens Neandertalensis Afrikadan bilavasitə Avropaya miqrasiya
etmiş və buzlaşma dövrünün soyuq iqliminə uyğunlaşmış populyasiyalar
9
əsasında formalaşmışdır. Qırtlağın hündür olması və geniş burun dəlikləri onlara
şaxtalı havada nəfəs almağa imkan vermişdir. Bədənin bazu sümüyünün və
dizlərinin nisbətən qısalması orqanizmin həddən çox istilik sərf etməsinə mane
olurdu, enli pəncələri isə qalın qar üzərində hərəkət etməyə imkan verirdi.
Bədənlərinin möhkəm olmasına baxmayaraq onlar Yerdə iqlimin sərt olması
üzündən 50 ildən çox yaşamırdılar. Fərdlərin 40%-ə qədəri 20 yaşa çatmamış
ölür, o qədəri isə təxminən 20-30 il yaşayırmışlar. Yaşamaq uğrunda mübarizədə
onlara fəal formalaşmış ağılları yardımçı olurdu. Onların beyin həcmi müasir
insanların beyin həcminə bərabər olmuş və bəzən isə daha çox olmuşdur (3, səh
156).
Müasir insanın əcdadı olan Homo Sapiens 40 min il əvvələ qədər Yer kürəsini
Neandertallarla bölüşmüşdü. Bəzən Homo Sapiens ilə əlaqəyə girən
Neandertallar onlarla çox oxşar idilər. Lakin onlardan bir qədər fərqlilikləri vardı.
Neandertallar Homo Sapienslərdən boyca daha qısa idilər. Sinə qəfəsləri və
çanaqları daha geniş idi. Bu fərqliliklərə nə səbəb oldu? Təl – Əviv Universitetinin
son araşdırmalarına görə, böyük heyvanlarda yüksək zülal olan buz dövrü pəhrizi
Neandertalların daha böyük bir qabırğa qəfəsi və daha böyük bir çanaq kimi bəzi
fiziki fərqliliyinə imkan verirdi. Tədqiqata əsasən, Neandertalların qaraciyəri
yüksək miqdarda zülalı enerjiyə çevrə bilirdi. Maddələr mübadiləsi nəticəsində
bədəndən karbamiddən təmizlənməsini təmin edirdi. Bu tədqiqatlar Fransa
“Fiziki antropologiya” jurnalında və Təl – Əviv Universitetinin “Arxeologiya və
Qədim Yaxın Şərq mədəniyyətləri” bölməsində nəşr edilmişdi.
Tədqiqatçı Ben-Dor belə yazırdı:
- “Sərt buz dövründə karbohidrat və yağ mənbələri məhdud idi. Lakin
Neandertalların ovladıqları böyük heyvanlar yaşamağa davam edirdilər.
Onların ətindən istifadə etmək qaraciyərin genişlənməsinə, genişlənmiş
böyrək sisteminə və müvafiq morfoloji dəyişikliklərə səbəb oldu. Bütün
bunlar Neandertalların morfoloji quruluşunun təkmilləşməsinə təkan
verdi”.
Tədqiqatçıların fikirincə, Neandertalların böyük heyvanlarla öz zülal və yağ
ehtiyatını ödəmək tələbatı onların məhv olmasına səbəb ola bilərdi. Arxeoloji
dəlillərə görə Neandertalların yoxa çıxması təxminən 50 min il bundan əvvəl
Avropada böyük heyvanların məhv olması ilə eyni dövrə təsadüf edir (9).
Neandertalların insan irqi olduğu tapılan qalıqlardan aydın idi. Lakin bəzi
təkamülçü qaynaqların elmi faktların əksinə olaraq, Neandertalların “ibtidai”
xüsusiyyətlərə sahib olduğunu iddia edib, onların müasir fiziki tipli insanların
əcdadı olduğunu göstərməyə çalışaraq insanları elmi faktların göstərdiyi
10
nəticələrin əksinə yönləndirməyə çalışmaqları heç bir nəticə vermədi. İllərlə
insanın xəyali meymun əcdadlarının olduğunu və bunların da təkmilləşmə
xüsusiyyətlərinə görə müxtəlif kateqoriyalara ayrıldığı iddia edilib:
Avstralopiteklər; Homo Habi-lis; Homo Erektus; Neandertal və Homo Sapiens
kimi xəyali ardıcıllıqlar quraraq insanların yavaş-yavaş dik durmağa çalışdığını,
beyinin və qabiliyyətlərinin inkişaf etməyə başladığını meymunlardan
uzaqlaşdıraraq getdikcə insanlığa doğru inkişaf etdiyini təlqin etməyə çalışıblar.
Xəyali rəsmlər və rekonstruksiyalarla illərlə insanları aldatmağa davam ediblər.
Bütün digər saxtakarlıqlar kimi bu sax-takarlıq da sona çatdı. Neandertallar
dövrümüzdən 200 min il əvvəl yaşamış və 25-30 min il əvvəl nəsli kəsilmiş bir
insan irqidir. Neandertallar eynilə dövrümüzdəki insan irqləri kimi bir insan irqi
idi. Neandertalların ibtidai olduqlarına dair spekulyasiyalar ilk tapılan Neandertal
fosili üzərində edilmiş saxtakarlıqdan sonra gündəmə gətirilmiş və bu iddia
dəfələrlə fosil qeydləri ilə təkzib olunsa da, israrla darvinist diktatorluq
tərəfindən gündəmdə saxlanılmağa çalışılmışdır. 1908-ci ildə Fransanın La
Chapella-aux Saints bölgəsində Neandertal adamına aid olduğunu bildirən bir
fosili tədqiq edən təkamülçü paleontoloq Marselin Bul “canlının” dik yeriyə
bilmədiyini, qabarıq alnı olduğunu, beyin quruluşuna görə halbuki, bu fosil
üzərində qurulan spekulyasiyalar böyük saxtakarlığa əsaslandırlmışdır. Fosil
üzərindəki sonrakı tədqiqatlarda: Fosil tapılan Neandertal adamında oynaq
infeksiyası olduğu və bu səbəbdən dizlərinin bir az bükük olduğu aşkar edildi.
Habelə, fosil üzərində tədqiqat aparan darvinist paleontoloqun qəsdən bu fosili
əyri yeriyirmiş kimi göstərdiyi üzə çıxdı. Çünki infeksiyanın səbəb olduğu dizdəki
bükülmə Neandertal adamın dik yeriməsinə mane olmurdu. Bundan əlavə fosil
üzərində aparılan sonrakı tədqiqatlar Neandertalların dil qa-biliyyəti ilə bağlı
darvinist spekulyasiyaları da aradan qaldırıldı. Tədqiqatlar Neandertalların
qırtlaq quruluşunun, səs kanallarının və kəllə quruluşunun danışmağa uyğun
olduğunu göstərirdi. Ona görə də Neandertalların ibtidai olduğu dik yeriyə və
danışa bilmədiyi iddiaları ilk dəfə tapılan Neandertal saxtakarlığından qalma
iddialar idi. Sonradan tapılan Neandertalların hamısının eynilə ilk dəfə tapılan
Neandertal kimi dik yeridiyi müasir fiziki tipli insandan fərqsiz qırtlaq və səs kanalı
quruluşuna malik olduğu məlum olub. Kəşflər Neandertal insanın bu gün küçədə
gəzən hər hansı “cüssəli” insandan fərqli olmadığını göstərir.
Bu barədə Nyu-Mexiko Universitetinin məşhur paleoantropoloqu Erik
Trinkaus yazır:
- “Neandertal fosilləri və müasir fiziki tipli insan sümükləri arasında aparılan
müqayisələr göstərir ki, Neandertalların anatomiyasında və ya hərəkət,
11
- alətlərdən istifadə, zəka səviyyəsi və ya nitq qabiliyyəti kimi
xüsusiyyətlərində günümüzdəki insanlardan zəif sayılan heç bir şey
yoxdur” (9)
Bu səbəbdən hal-hazırda bir çox tədqiqatçı Neandertal insanın dövrümüzdəki
insanın yarımnövü təyin edərək, “Homo Sapiens Neandertalensis” adlandırır.
Tapılan bütün neandertal fosilləri fiziki cəhətdən güclü görünürlər. Ancaq bu
xüsusiyyətlərin darvinistlər tərəfindən “ibtidailik” kimi irəli sürülməsi həqiqətən
də təəccüblüdür. Çünki dövrümüzdə də iri cüssəli insanlar var. Məhz bu görünüşə
görə bu insanları ibtidai adlandırmaq nə qədər məntiqsizdirsə, Neandertallar
haqqında da həmin açıqlamanı müdafiə etmək eyni dərəcədə məntiqsizlikdir.
Çünki sümük və skelet quruluşu davranış tərzi və zəka səviyyəsində
müəyyənedici faktor deyil. Başqa bir iddia da qaranlıq idi. Dövrümüzdə də
daralınlı bir çox insan irqi yaşayır. Ona görə də bu fakt darvinistlərin ibtidailik
fikrini təkzib edir. Təkamülçülərin başqa bir yöntəmi isə kəllə sümüyünün həcmi
ilə əlaqədardır. Müasir insan beyninin həcmi 1500 cc, Neandertalların beyin
həcmi isə 1700 cc-dir, yəni daha böyükdür. Əgər darvinistlərin iddialarına əsasən
danışsaq (təka-mül keçirdikcə beyin həcminin inkişaf etməsi, zəka səviyyəsi və
qabiliyyətlərinin artması iddiası), onda Neandertallar haqqındakı iddiaları təkzib
olunur. Habelə, zəka, bacarıq, düşünmə qabiliyyətinin beyin həcmi ilə heç bir
əlaqəsinin olmadı-ğı elmə məlumdur. Neandertalların insan irqi olduğu haqqında
başqa bir elmi dəlil də Neandertalların səs tellərinin müasir insanın səs telləri ilə
eyni olmasıdır. Fosil qalıqları üzərində aparılan tədqiqatlar Neandertalların səs
tellərinin müasir insana aid olan bütün səsləri çıxarmağa uyğun olduğunu
göstərib. Kəllə sümüyü fosilləri üzərində aparılan anatomik təhlillər də bunu
sübut edir. Tədqiqatçıların fikrincə, müxtəlif səslər fərqli dil hərəkətləri tələb
etdiyindən daha geniş dil sinirlərini danışmaq üçün insan kəllə sümüyünün daha
geniş dilaltı kanalları olmalıdır. Tədqiqatlar Neandertallardakı kanalların
dövrümüzdəki insanlarınkı ilə eyni olduğunu göstərib (9).
Riçard Key, Matt Kartmil və Mişel Balou adlı tədqiqatçılar Avstralopiteklərin,
Neandertalların, habelə şimpanzelərin, qorillaların və müasir fiziki tipli insanların
dilaltı kanallarını plastik qəlibini düzəldiblər. Bu qəlibləri tədqiq etdikdə
insanlardakı kanalların şimpanzelərdəki kanallardan iki dəfə böyük olduğunu
müşahidə ediblər. Bir meymun növü olan Avstralopiteklərin dilaltı kanallarının
meymunlardakı ölçü ilə eyni ikən, Neandertalların dilaltı kanalları insanların
dilaltı kanalları ilə eynidir. Bu elmi dəlillərdən də göründüyü kimi Neandertalların
bütün xüsusiyyətləri onların hər hansı bir ibtidai adlandıracağımız formada
olmadığını, əksinə, bugünkü insanlarla eyni xüsusiyyətləri daşıdığını və dolayısı
12
ilə bir insan irqi olduğunu göstərir.
Neandertallar başdan ayağa güclü və əzələli bir vücuda malik olmuşlar. Kəllə
sümüyü böyük olmaqla yanaşı, üstdən basılmış kimi yastıdır. Kəllənin arxasında
bir yumruluq vardır. Alınları müasir fiziki tipli insanlardakı kimi deyil.
Neandertallar bu özəllikləri bioloji xələfləri sayılan Homo Erektuslardan
mənimsəmişlər. Sifətləri iri olub, xüsusilə burun və üst çənə hissəsində önə doğru
bir çıxıntı olmuşdur. Burun çıxıntılı və burun dəlikləri geniş idi. Üst çənə və alın
hissəsindəki sinus adı verilən boşluqlar bugünkü insanlarınkına nisbətən iridir.
Kəllə sümüyünə yandan baxdıqda üst çənə hissəsindəki alveolar praqnatizm
asanlıqla görünür. Neandertallardan sonra tarix səhnəsində yer alan müasir
anatomik quruluşa sahib Kramonion insanlarda üst çənə praqnatizmi müşahidə
edilmir. Üst çənə hissəsindəki önə doğru olan çıxıntı zamanla yox olmuşdur. Üz
bütünlükdə beyin qutusunun altına çəkilmişdir. Paleoantropoloq Daniel
Liberman anatomik cəhətdən müasir sayılan neandertalda üz və beyin qutusu
ölçülərindəki bu dəyi-şikliyi sfenoid sümüyündəki kiçilmə ilə əlaqələndirir.
Araşdırmaçıya görə, kəllədəki 22 sümükdən 17-si onurğadakı sfenoid, beyin
qutusunun içində damağın arxasında və onurğanın önündə yer alır Daniel
Liberman hər nə qədər üz praqnatizmini sfenoid sümüyünün kiçilməsi ilə bağlasa
da, bunun hansı mexanizmin hərəkətə gətirdiyindən söz açmır (4, səh 67).
Neandertallarda üst köpək dişinə aid hissədə yer alan bitişiklik alt çənədə
müşahidə edilmir. Bu vəziyyət inkişaf etmiş üst çənə sinuslarından qaynaqlanır.
Müasir fiziki tipli insanda sözügedən çuxur mövcuddur. Neandertallar gen çiyinli,
yoğun boyunlu və qalın qıçlı bir insanlar idi. Bədən əzələləri çox inkişaf etmişdir.
Ortalama 152 sm və 73 kq çəkisinə malik olmuşlar. Ayaqları gövdələrinə nisbətən
qısa olmuşdur. Bu bədən xüsusiyyətinə görə Neandertallar Amerikanın şimalında
yaşayan eskimosları xatırladır. Eskimoslarda da ayaqlar gövdəyə qısa idi. Əl
barmaq sümüklərinin morfoloji quruluşuna nəzər saldıqda, Neandertalların
güclü tutma və sıxma qabiliyyətinə malik idi. Amma əlləri müasir insanınkı kimi
çox işləri yerinə yetirə biləcək gücdə deyildi. Ayaq barmağı sümüklərindən
görünür ki ,onlar çox sürətli qaça bilirlərmiş. Neandertalların qadınları da kişiləri
kimi iri və güclü bədənə sahib olmuşlar. Körpücük və kürək sümüklərindən aydın
hiss olunur ki, onlar çox ağır yükləri asanlıqla daşıya bilirlərmiş. Neandertalların
uşaqları müasir insanların uşaqlarından daha iri bədənə malikdir. Neandertalların
iri dişləri vardır. Bu dişlərlə ən sərt qidaları rahatlıqla çeynəyir və yeyirdilər (4,
səh 68)
Neandertalların kəllə qutusu uzun və enli olmuşdur. Müasir fiziki tipli
insanların kəllələri ilə müqayisədə alçaq və daha yastıdır. Alınları isə enli və maili
13
olmuşdur. Neandertalların alt çənə qalıqları digər sümük qalıqlarına nisbətən
daha yaxşı vəziyyətdə bizə gəlib çatmışdır. Alt çənəyə nəzər yetirdikdə
Neandertalların Homo Sapienslərdən və digər hominidlərdən asanlıqla
fərqləndirmək olar. Neandertalların dişləri özündən əvvəlki hominidlərin
dişlərindən kiçikdir. Lakin Homo Sapiensin dişlərindən böyükdür. Kəsici dişləri isə
xələflərindən və müasir insanlardan böyük idi. Neandertalların qabaq dişləri,
nəinki, onların anatomiyası, hətta davranışını da xarakterizə edir.
Neandertalların əlləri və ayaqları gövdələri ilə müqayisədə daha qısa idi (6, səh
53).
İlkin Homo Sapienslərdən təkmilləşdikləri irəli sürülən Neandertallar çox
xüsusi bir anatomiya ilə qarşımıza çıxmışlar. Məsələn, omba sümüyünün pubik
adı verilən qismi ölçüsünə görə xələflərindən fərqlənirdilər.
Pubik qolunun uzun olması, Neandertal kişiləri arasında da olmuşdur. Bu
anatomik özəllik ləyən sümüyü boşluğunda müasir insanlarınkından daha geniş
yer tutmaqda idi. Dolayısilə, iri beyinli bir Neandertal qadını bu geniş ləyən
boşluğundan hər hansı bir sıxışma olmadan rahatlıqla doğa bilirdi. Bəzi
tədqiqatçılara görə, Neandertallarda bizdən fərqli olaraq, 11 aylıq bir hamiləlik
dövrünün olduğunu qeyd edirlər. Tam formalaşmış Neandertallarda beyin həcmi
ortalama 1566 cc olmuşdur. İsraildəki Amud mağarasından aşkar olunan
Neandertalların beyin həcmi 1574 cc olmuşdur. Onların ortalama beyin həcmi
bugünkü insanların beyin həcmindən daha çox idi (4, səh 69).
Homo cinsinin digər növlərinə nisbətən paleoantropların morfoloji quruluşu
daha yaxşı öyrənilmişdir. Bunun əsas səbəbi onlara aid fosillərin daha çox aşkar
olunmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi paleoantroplara aid qalıqlar
Avropa, Afrika və Asiya ərazilərində aşkar olunmuşdur. Sadaladığımız ərazilərdən
1000-ə qədər fraqmental Neandertal qalığı aşkar edilmişdir. İlk Neandertal
tapıntısı hesab edilən fosil haqqında (1856-cı ildə Almaniyada Düssel çayı
sahilindəki Neandertal vadisində yerləşən Feldhoter mağarasından aşkar olunan
qalıqlar) ilk dəfə Şafhauzen tərəfindən şərh edilmişdir. Bu qalıqlarla bağlı ilk
məlumat 1857-ci ildə verilsə də, Neandertal adamına maraq xeyli sonralar
artmağa başladı. Feldhoter tapıntılarını araşdırmış R.Virxov 1872-ci ildə etdiyi
məruzədə bu qalıqların patoloji fərdə aid olduğunu sübuta yetirmişdir (2, səh 55).
Neandertalların kəllə sümüklərini tədqiq edərkən onların müasir insandan
xeyli fərqləndiklərini görürük. Onların beyin həcmi müasir fiziki tipli insanların
beyin həcminə bərabər olmuş, ya da nisbətən böyük olmuşdur. Beyin həcmləri
çox olsa da, onun hamısı fəaliyyətdə deyildi. Paleoantroplar həm skelet
quruluşuna görə, həm də ölçü nisbətinə görə müasir insanlardan fərqlənirdi.
14
Neandertallarla müasir insanın kəllə sümüyündə aşağıdakı fərqlər mövcud idi:
• Neandertallarda kəllə sümüyünün arxa hissəsində sümük çıxıntısı var.
Bunu yandan baxdıqda aydın hiss etmək olur.
• Neandertallarda həmçinin kəllənin arxa hissəsində union nöqtəsi var.
Union nöqtəsi Homo cinsinə aid olan canlılar içində yalnız Neandertallar
da müşahidə olunur. Kəlləyə arxadan baxdıqda sanki orada bir boşluğun
olduğu görünür. Bunların heç birinə müasir fiziki tipli insanlarda rast
gəlinmir.
Özəl olaraq Neandertallara aid olan xüsusiyyətlərə, həmçinin üz skeletlərində
də rast gəlinir. Onlarda olan bu fərqliliklərə aşağıda qeyd etdiyimiz əlamətlər
daxildir:
• Neandertalların alt çənələrində alt çənə çıxıntısı ya yoxdur, ya da zəif
inkişaf etmişdir. Bu əlamət onların bioloji xələfi sayılan Heydelberq
adamını xatırladır. Heydelberq adamında da alt çənə çıxıntısı
paleoantroplarda olduğu kimi idi.
• Neandertalların alt çənələrində retromolyar boşluq var. Ümumiyyətlə,
onların odontoloji quruluşları fərqli olmuşdur. Buna həmçinin retromolyar
boşluğun olması aiddir. Müasir insanlarda yeniyetməlik dövründə yeni
dişlər çıxır. Bunlar ahıl dişləri adlanır. Lakin insanın damağında bu dişlərin
çıxması üçün yer yoxdur. Sözügedən həmin yer elmdə retromolyar boşluq
kimi xatırlanır. Həmin boşluğun Homo Sapienslərdə olmayıb,
Neandertallarda olması onlar arasındakı fərqli xüsusiyyətlərdən biridir.
• Neandertalların alt çənələrində sümükləri və digər orqanları təmin edən
qan damarlarının və sinirlərin qurtaracaqlarının keçdiyi deşik böyük və I
kök dişin altında yerləşir. Müasir insanlarda bu oyuq daha kiçik və I kök
dişdən əvvəlki dişin altında yerləşir.
• Alt çənələrinin kəllə ilə birləşdiyi yerdə də müasir insandakından fərqli bir
xüsusiyyət nəzərə çarpır. Belə ki, müasir insanda alt çənənin kəlləyə
birləşdiyi yerdə bir simmetriklik var. Lakin paleoantroplarda belə bir
simmetriklik hiss olunmur.
• Neandertalların diş sistemində də müəyyən özəlliklər vardır. Onların dişləri
xələflərinə nisbətən kiçik olsa da, Homo Sapiensin dişlərindən iri olmuşdur.
Kəsici dişləri isə kifayət qədər böyükdür. Onlar ən sərt qidaları belə
rahatlıqla çeynəyə və yeyə bilirdilər (4, səh 68). Onların dişləri içəri
hissədən sanki kətmənə bənzəyir. Homo Sapienslərdə isə bu hal yalnız
monqoloid irqinə mənsub olan insanlarda rast gəlinir. Onların odontoloji
15
• quruluşunda olan digər bir fərqlilik isə tavrodontluqdur. Kök dişlərinin kök
hissələrinin bitişik olması tavrodontluq adlanır. Neandertallardan əvvəlki
hominidlərdə bu hal müşahidə edilmirdi.
Neandertalların bədənlərində olan özəl xüsusiyyətləri fərqləndirmək bir qədər
çətindir. Çünki onların tapıntıları arasında bədən skeletləri azlıq təşkil edir.
Həmçinin bu qalıqlar da fraqmental səciyyəlidir. Tipik Neandertal əlamətlərinin
müşahidə olunduğu tapıntılara Fransada Laşapel, Laferrasi, Mustye, İsveçrədə
Reburdu, Petesxölem, Özbəkistanda Teşik-Taş, İraqda Şanidar, Fələstində Sxul,
İsraildə Amud mağarlarında aşkar olunan qalıqlar aiddir. Ümumiyyətlə
antropologiya elmində belə bir fikir hakimdir ki, Neandertalların bioloji xələfləri
Heydelberq adamıdır. Və Neandertallarla Homo Sapienslər bir qrupun
yarımnövləri olmuşlar. Bununla da Neandertallarla Homo Sapienslər arasında
hansısa bir varislik əlaqəsinin olması qətiyyətlə rədd edilir (3, səh 160). Bədən
skeletlərində olan fərqliliklər əsasən, aşağıdakılardan ibarətdir:
• Neandertalların kürək və körpücük sümükləri müasir insanlara nisbətən
böyükdür. Bunun köməyi ilə onlar ağır yükləri asanlıqla çiyinlərində daşıya
bilirdilər (4, səh 67).
• Qabırğaların formasında da fərqliliklər vardır. İnsan qabırğaları yastı və
əyilmiş, Neandertallarda isə yumru və əyilməmişdir.
• Neandertallarda çanaq enli və böyük olmuşdur. Büzdüm sümüyü isə
özündən əvvəlki hominidlərə nisbətən kiçik, müasir insana nisbətən isə
böyük olmuşdur. Çanaq sümüyünün böyüklüyünə görə Neandertallar
buşmenləri xatırladır.
• Bədən skeletləri müasir insandan daha qalındır. Bu qalınlıq, hətta özündən
əvvəlki hominidlərdən də çox idi.
16
II Fəsil. Neandertallar genetik markerlər müstəvisində
Neandertalların skelet quruluşu XIX əsrdən öyrənilməyə başlasa da, onların
genetik quruluşları ötən əsrin ikinci yarısından öyrənilməyə başlamışdı. Onların
genetik quruluşlarını öyrənən elm Paleogenetika elmidir. Bu elm 1984-cü ildə
yaransa da, Neandertalların genetik quruluşlarının öyrənilməsinə 1997-ci ildən
başlanılmışdır. Müasir antropologiya elmində Neandertallarla bağlı bir neçə sual
hələ də öz həllini tapmamışdı. Genetikalarının və DNT-lərinin öyrənilməsi ilə bu
suallara cavab tapa bilərik. Hal-hazırda Neandertalların genetik quruluşu və DNT-
lərinin tədqiqi ilə bağlı Dünyanın bir sıra ölkələrində araşdırmalar davam edir.
Son illərdə müasir insanın Neandertalla əlaqəsi ciddi müzakirə obyektinə
çevrilmişdir. Neandertal müasir insanın əcdadlarıdırmı? Biz onların birbaşa
vərəsələriyikmi? Hələ ötən əsrin 50-ci illərində antropoloqlar bu suala yox cavabı
ve-rirdilər. İndi də bu məsələyə dair bir-birinə əks fikirlər var, ancaq alimlərin
əksə-riyyəti müasir insanın formalaşmasında Neandertalların rolunu inkar
edirlər. Problemin həlli molekulyar-genetik analiz metodu sayəsində mümkün
oldu. Prof. S.Paaba 50 min il öncə yaşamış və ilk dəfə 1856-cı ildə aşkar edilmiş
Nean-dertalın onurğa fəqərəsindən mitoxondrial DNT-ni əldə etdi. Bu DNT
molekulu-nun quruluşunun müasir insanın mitoxondrial DNT-nin quruluşu ilə
müqayisəsi göstərdi ki, neandertallarım bizim nə əcdadımız, nə də yaxın
qohumumuz deyil-dir. Bizim və neandertalların genlərinin müqayisəli təhlili
vasitəsi ilə müəyyən edilmişdir ki, onların arasındakı fərq o qədər böyükdür ki, bu
iki növün təkamül qolları 600 min il öncə, yəni bu insan növləri hələ mövcud
olmamışdan öncə ay-rılmışdı. Homo Sapiensin DNT bütün müxtəliflik 24
nukleotidin bir-birini əvəz et-məsilə, Neandertalların DNT isə 32 nukleotidin
iştirakı ilə bağlıdır. Bu fakt alim-lərə Neandertalların müasir insan növünə xas
olan dəyişkənliklərdən kənar ol-duğunu birmənalı təsdiq etməyə imkan verir.
Başqa sözlə, Neandertallar ayrıca bir növdür və təkamülün başqa qoluna
məxsusdur (3, səh 161).
S.Poabonun aldığı nəticələr antropogenez haqqında təsəvvürləri o dərəcədə
dəyişdirdi ki, onun nəticələrinin başqa tədqiqatçılar tərəfindən yoxlanması
məsələsi irəli çıxdı. Neandertal sümüklərinin qalıqları üzərində bu dəfə A.Uilson
və Paleogenetika sahəsində tanınmış alim M.Stounkinq tədqiqata başladı. O, 30
min il öncə yaşamış Neandertal uşağın qalıqlarını mitoxondrial DNT analizi etdi.
O, S.Poabonun nəticələrini eynilə təsdiq edən nəticələr aldı.
Bir neçə ildən sonra alman alimləri də bu sahədə müstəqil tədqiqat apardılar.
Nəticə belədir:
17
- “Neandertalların başqa təkamül qoluna aid olması və müasir insanın əc-
dadı olmadığı haqqında hipotez təsdiq olunur” (3, səh 162).
Bundan sonra nə etməliyik sualına paleontoloq K.Stringer belə cavab verir:
- “Görünür ki, biz paleoantropoloji, arxeoloji, genetik və linqvistik sübutları
Afrika monogenetik modelin xeyrinə birləşdirən vahid nəzəriyyənin yara-
dılmasının astanasındayıq” (8, səh 335).
Mütəxəssislərin fikirincə, Neandertal və müasir insan növlərinin molekulyar-
genetik materialında aşkar edilmiş fərqlər onların eyni bir növə deyil, ayrı-ayrı
növlərə məxsus olması ilə bağlıdır. Yəni, hominidlərin təkamülü gedişində
Neandertal və müasir insan növləri başlanğıcdan ayrı-ayrı növlər kimi yaranmış-
lar. Müasir elmdə bu fikri təsdiq edən faktlar getdikcə artmaqdadır.
İsveç alimləri müəyyən etmişlər ki, Neandertallar bizdən antropologiya
dərsliklərində göstəriləndən olduqca çox fərqlənmişlər. Bu yeni yanaşmaya görə
Neandertallar artıq erkən uşaq yaşlarından müasir insanlara oxşamırdılar.
Əvvəllər hesab edilirdi ki, guya onların qaşüstü qövsləri, çəp buxaqları və başqa
əlamətləri yalnız yaşlaşdıqda üzə çıxır. Son tədqiqatlar isə təsdiqlədi ki, bu
özəlliklər hətta uşaqlarda da özünü göstərir. İndi alimlər bu fikirdədir ki,
Neandertallar bizə yaxın qohumlar olmayıb, müasir insanla “paralel” mövcud
olmuş ibtidai insanlar olmuşlar. Onların Yer üzündən 30 min il öncə sirli yox
olmasına bu gün iki hipotez aydınlıq gətirir. Bir hipotezə görə, Neandertalları
Kromonionlar sıxışdırmış və onlar yavaş-yavaş məhv olmuşlar, başqa bir hipotezə
görə isə onları Kromonionlar assimilyasiya etmişlər. İsveçlilərin üç skelet
qaldıqlarından götürdükləri DNT analizi birinci hipotezi təsdiq edir (3, səh 156).
Neandertalların doğru-düzgün genetik quruluşları bir gün ortaya
qoyulacaqdır. Şübhəsiz ki, DNT molekulları qalıqlaşmış sümüklərdə təsdiq
edildikdə Neandertallar haqqında çox şeyi öyrənəcəyik. Qohumluq əlaqələri, irsi
xəstəliklər, ailə quruluşlarını bu şəkildə ortaya çıxara bilərik. İraqdakı Şanidar
mağarasında Neandertalların istifadə etdikləri alət üzərində qan işləri tapılmışdır.
Bu fizioloji tapıntı bizim üçün çox əhəmiyyətlidir. Beləcə, tarixdən əvvəlki
Neandertalların qan izləri ilə ilk dəfə rastlaşmışıq (4, səh 70).
Paleogenetik tədqiqatlar sübut edir ki, hamımızın, xüsusilə də avrasiyalıların
az miqdarı Neandertal geni daşıyır. Ancaq Neandertallar və müasir insanlar
arasındakı hibridləşmə genetik tədqiqatlarda ortaya çıxsa da, heç bir morfoloji
dəlil tapılmamışdır. 2015-ci ildə İsrail ərazisində Manot düşərgəsində 55 min il
bundan əvvələ aid olan Neandertal kəllə sümüyü aşkar olundu. Həmin kəllə
sümüyü həm Neandertal, həm də müasir insanlara aid olan bir sıra xüsusiyyətləri
özündə ehtiva edirdi. Neandertalların genetikasının öyrənilməsi nəticəsində
18
onların genom ardıcıllığı ilə tanış olmuşuq. Onların qalıqlarından əldə olunan
genetik məlumatlar əcdadlarımızla təkamül münasibətlərimizi və neçə fərqli
insan növünün yaşaması haqqında vacib məlumat verir.
Neandertalların DNT-ləri ilk dəfə 1997-ci ildə Svente Paabo və onun
komandası tərəfindən öyrənilmişdi. Bunun ardınca 2000-ci ildə Mezmauskaya
(Rusiya), Vindija (Xorvatiya), Engis (Belçika); 2004-cü ildə Le Şapel-aux Saints və
La Roçers de Villenevue (Fransa); 2005, 2006 və 2011-ci illərdə El-Sidron
(İspaniya); 2006-cı ildə Monto Lessini (İtaliya) və Skladina (Belçika); 2007-ci ildə
Teşik-Taş (Özbəkistan) və Okladnikov (Rusiya) və 2012-ci ildə Valdeqoba
(İspaniya) bölgələrində aşkar olunan Paleoantropların DNT-ləri tədqiq
olunmuşdur.
Ümumiyyətlə,
Neandertalların
genetik
məlumatlarından
öyrəndiyimiz ən vacib məlumatlar onların çox aşağı genetik müxtəlifliyə malik
olmasıdır. Genetik məlumatlarla yanaşı, arxeoloji və antropoloji dəlillər də
onların kiçik qruplar şəklində yaşadığını göstərir. Neandertallar haqqında
öyrəndiyimiz başqa bir vacib məlumat isə bizdəki kimi mürəkkəb dilin olmaması
idi. Tədqiqatçılar Neandertalların genetik məlumatları ilə müasir insanları
müqayisə etmişlər. Belə bir nəticəyə gəlmişlər ki, danışma qabiliyyətini
tənzimləyən FOXP2 genlərində fərqlilik vardır.
Alimlər bu fikirdədirlər ki, Neandertallar bizə yaxın qohumlar olmayıb, müasir
insanla “paralel” mövcud olmuş ibtidai insanlar olmuşlar. Onların Yer üzündən
30 min il öncə sirli yox olmasına bu gün iki hipotez aydınlıq gətirir. Bir hipotezə
görə, Neandertalları Kromonionlar sıxışdırmış və onlar yavaş-yavaş məhv
olmuşlar, başqa bir hipotezə görə isə onları kromonionlar assimilyasiya etmişlər.
İsveçlilərin üç skelet qalıqlarından götürdükləri DNT analizi birinci hipotezi
(kromonionlar və neandertallar arasında heç bir qan qarışığının olmadığını)
təsdiq edir (3, səh 156).
2006-cı ildə tədqiqatçılar Xorvatiyadakı Vindija mağarasından, həmçinin
İspaniyadakı El-Sidron mağarasından aşkar olunan Neandertal qalıqlarının DNT-
ləri tədqiq etdilər. Kalium-Arqon metodu ilə tapıntıların yaşının 38 min il bundan
öncəyə aid olunduğu müəyyənləşdirildi. Mitoxondrial DNT təhlilləri göstərir ki,
Avropa Neandertalları ilə Asiya Neandertalları arasında ayrılma prosesi 151-352
min il öncə baş vermişdir. Neandertallar MT DNT tiplərini müasir insanlara
ötürmədən məhv olmuşlar. 2010-cu ildə Rusiya Federasiyasında “Elm” jurnalında
50 min il öncə Denisova mağarasında yaşamış Neandertal qrupunun genomu
haqqında məqalə nəşr olunmuşdur. Burada qeyd olunurdu ki, erkən müasir
insanlarda Neandertal genlərinin müəyyən hissəsi müşahidə edilmişdir.
Neandertal genomu müasir insanın genomuna nisbətən yaxındır. Elm adamları
19
Neandertal genomunun 63%-ni (təkrarlanan fraqmentlər xaric olunduqda 2
milyard cüt nukleotid) bərpa etməyə müvəffəq olmuşlar. İlkin nəticələr göstərdi
ki, müasir insanların və Neandertalların DNT-si təxminən 99.5% eyniyyət təşkil
edir.
El-Sidron mağarasından aşkar olunmuş Neandertalın Y xromosomları
ardıcıllıqla tədqiq edilmişdi. Əldə olunmuş nəticələrə görə, müasir insan
genomunda olan Y xromosomlarının əksər hissəsi Neandertalların genomunda
yoxdur. Neandertallar üçün xarakterik olan mutasiyaların sayı çox az idi. Maks
Klan adına Təkamül Antropologiyası İnstitutu və Leypsiq Universitetlərinin
əməkdaşları Neandertalların genetik quruluşunu daha dərindən açmağa
çalışmışlar. Tədqiqatçılar belə bir nəticəyə gəlmişlər ki, Neandertallar müasir
insanlarda olan bir sıra irsi xəstəlikləri daşıya bilirdilər. Bunlara autizm, Daun
sindromu, narkolepsiya və digər irsi xəstəliklər aiddir. Müasir insanlarda qırmızı
saçlara səbəb olan genomun hər iki insan növündə olmaması
müəyyənləşdirilmişdir.
Amerika antropoloqu Aleş Xırdliçka Neandertalları müasir insanların əcdadı
olması fərziyyəsini irəli sürmüş və bunu sübut etməyə çalışmışdır. Bu mülahizə
elmdə müəyyən qədər yayıla bildi. Müasir elm adamları artıq Neandertalları
müasir insanlara aralarında hər hansı bir varislik əlaqəsinin olmasını qətiyyətlə
rədd edirlər. Buna səbəb isə XX əsrin 90-cı illərindən Neandertalların genetik
quruluşunun öyrənilməsi olmuşdur. Onların genetik quruluşu, DNT-ləri və Y
xromosomları təhlil edildikdən sonra məlum oldu ki, Neandertallar müasir
insanların sələfi olmayıb.
Nyu-Mexiko Universitetində uzun sürən tədqiqatlardan sonra 1991-ci ildə
belə bir nəticəyə gəlinmişdir:
-“ Neandertal insan qalıqları ilə müasir insanın sümüklərinin müqayisəli
analizi zamanı məlum olmuşdur ki, Neandertal adamı anatomiyası, davranışı və
alətlərdən istifadə etmə bacarığına görə müasir insanlardan heç də geri qalmırdı
(2, səh 58).
Mütəxəssislərin fikrincə, Neandertal və müasir insan növlərinin molekulyar-
genetik materialında aşkar edilmiş fərqlər onların eyni bir növə deyil, ayrı-ayrı
növlərə məxsus olması ilə bağlıdır, yəni hominidlərin təkamülü gedişində
Neandertal və müasir insan növləri başlanğıcdan ayrı-ayrı növlər kimi
yaranmışlar. Müasir elmdə bu fikri təsdiq edən faktlar getdikcə artmaqdadır.
20
Nəticə
Beləliklə, kurs işində Neandertalların morfoloji quruluşunu şərh etməyə
çalışdıq. Müasir dövrdə Antropologiya elmində Neandertalların öyrənilməsinə
böyük maraq vardır. Bunun əsas səbəbi isə Neandertal insan növü ilə Homo
Sapiens arasında hansısa varislik əlaqəsinin olub olmamasıdır. Neandertallar
qalıqlarının müasir texnoloji vasitələrlə genetikasının öyrənilməsi sübut edir ki,
Neandertallar müasir fiziki tipli insanların əcdadı deyil.
I fəsildə, əsasən, Neandertal tapıntıları və onların qılıqlarında müşahidə
edilən arxaik əlamətlərdən söz açdıq. Dediyimiz kimi, Neandertal qalıqları yalnız
Afrika, Asiya və Avropa ərazilərindən aşkar olunmuşdur. Yeni qitə hesab edilən
Amerika ərazisində Neandertal qalıqlarına rast gəlinməmişdir. Afrikadan
Neandertal qalıqlarının aşkar olunduğu ərazilərə Letoli, Sinqo, Sudan, Flarizbat,
Cənubi Afrika və digər ərazilər daxildir. Asiyadan Neandertal tipli qalıqların aşkar
olunduğu ərazilərə Şanidar (İraq), Tabun (İsrail), Sxul (Fələstin), Teşik-Taş
(Özbəkistan), Denisova (Rusiya) və digər ərazilər daxildir. Bununla belə,
sözügedən ərazilərdə Homo Erektuslardan Homo Sapiensə keçidi izləmək
mümkündür. Lakin Şərqi və Cənubi Asiya ərazilərindən Neandertal qalıqları
tapılmadığı üçün bu ərazilərdə Homo Erektuslardan Homo Sapienslərə keçidi
izləmək olmur. Tipik Neandertal qalıqlarının aşkar olunduğu ərazilər ən çox
Avropa ərazisinə təsadüf edir. Avropada onların aşkar olunduğu ərazilərə
Neander çayının sahili (Almaniya), Engis (Belçika), Vindija (Xorvatiya), La Şapel-
aux Saints və Roçers de Villenevue (Fransa), El-Sidron (İspaniya), Monto Lessini
(İtaliya) və digər ərazilər daxildir. Tədqiqatçıların belə bir fikri vardır ki,
Neandertallar Afrika ərazisində yaranıb və Asiya və Avropaya ərazilərinə
miqrasiya etmişlər. Çünki Afrikadan aşkar olunan Neandertal qalıqlarının yaşı
daha qədim və daha arxaik xüsusiyyətlərə malik olmuşlar.
Tipik Neandertal skeleti üzərində arxaik əlamətləri müşahidə etmək
mümkündür. Bu əlamətlərdən bəziləri nə özündən əvvəlki hominidlərdə, nə, də
özündən sonrakı Homo Sapiensdə rast gəlinmişdir. Neandertalların arxaik
əlamətlərini, əsasən, iki qrupa bölmək olar:
1. Baş skeletində olan arxaik əlamətlər
2. Bədən skeletində olan arxaik əlamətlər
Baş skeletində olan arxaik əlamətlər aşağıdakılardan ibarətdir:
• Kəllənin arxa hissəsində union nöqtəsinin olması
• Kəllənin arxa tərəfində sümük çıxıntısının olması
• Alt çənə çıxıntısının çox zəif inkişaf etməsi
21
• Alt çənədə retromolyar boşluğun olması
• Alt çənənin kəllə sümüyünə birləşən hissəsinin simmetrik olmaması
Bədən skeletində olan arxaik xüsusiyyətlər isə bunlardır:
• Kürək və körpücük sümüklərinin daha böyük olması
• Qabırğaları yumru və əyilməmiş vəziyyətdə olması
• Çanağın daha böyük və enli olması
• Büzdüm sümüyünün, nisbətən uzun olması
Məlumdur ki, Neandertalların genetikasının öyrənilməsinə əvvəlki dövrlərdə
cəhd edilsə də, bu tədqiqat 1997-ci ildən başlamışdır. Neandertal genetikasını
öyrənən sahə Paleogenetika elmi adlanır. Bu elmi sahə 1984-cü ildə yaranmışdı.
Bu tədqiqatlar əsasən, inkişaf etmiş ölkələrdə - Almaniya, Fransa, Yaponiya, ABŞ
və digər ölkələrdə aparılmışdır. Hələ ötən əsrdə amerikan antropoloqu Aleş
Xırdliçka Neandertalları Homo Sapiensin sələfi kimi sübut etməyə cəhd etmişdi.
Lakin bu nəticəsiz qaldı. Onların mitoxondrial DNT-ləri, DNT-ləri və Y
xromosomları təhlil edilmişdir. Əldə olunan nəticələrə görə Neandertallar Homo
Sapiensin sələfi olmamışdır. Onlar müasir fiziki tipli insanla yarımnöv təşkil
etmişlər. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, müasir fiziki tipli insanlarla
Neandertallar arasındakı fərqin sayı 206-ya qədər olmuşdur. Bununla da elm
adamları Neandertallarla Homo Sapiens arasında hər hansı varislik əlaqəsinin
olmasını qətiyyətlə rədd edirlər. Beləliklə, tipik Neandertallar 120 min il bundan
əvvəl formalaşmış və 25-30 min il bundan öncə müəmmalı şəkildə yoxa çıxmışlar.
22
Ədəbiyyat
1. Avşarova İ.N., Pirquliyeva Q.Ə Qafqaz arxeologiyası. Dərslik. Bakı: <
UNİVERSTETİ>> nəşriyyatı, 2010, 248 səh.
2. Məmmədov K.H. Antropologiyanın əsasları. Dərslik. Qanun nəşriyyatı,
2006, 189 səh.
3. Tağıyev A.İ., Məmmədov H.Q. Antropologiya. Dərslik. Bakı, 2014, 375 səh.
4. Özbek Metin. Dünden bugüne insan. İstanbul, 2014, 384 səh.
5. Алексеев В.П. Палеоантропологя земного шара и формирование
человеческих расс. Палеолит. М. 1978
6. Вишняцкий Л.Б. Неандертальцы: какими они были, и почему ихне
стало. Стратум плус. 2010, 1-71
7. Герасимов М.М. Основы восстановления лица по черепи. М., 1949
8. Добреньков В.И., Кровченко А.И. Социальная антрополоня. М. Инфра-
М., 2005
9. Ben-Dor., M.Gopher. Le gros inférieur des Néandertaliens pourrait
représenter un régime riche en protéines. Journal “d’Anthropologie
physique”, 2016, 160(3), 367-378
23
Dostları ilə paylaş: |