12. MİSİR. Birinci Dünya müharibəsindən sonra Misirdə milli-azadlıq hərəkatının yeni mərhələyə qədəm qoyması. Misirin istiqlaliyyəti haqqında Britaniya hökümətinin bəyanatı.
Sudan böhranı və nəticəsi. 30-cu illərdə milli azadlıq hərəkatının yeni yüksəlişi. 1936-cı il İngiltərə-Misir müqaviləsi və onun mahiyyəti. Nukraşi hökumətinin İngiltərə hökumətinə notası.
Misir II Dünya müharibəsi illərində. Siyasi partiyaların döyüşən tərəflərə münasibəti. Əl-Əlameyn döyüşü və hərbi-siyasi əhəmiyyəti. 1945-ci ildə Ərəb Dövlətləri Liqasının yaranmasında Misirin rolu.
İkinci Dünya müharibəsindən sonra Misirin siyasi vəziyyəti. İngiltərənin Misir xalqına yeni müqavilə qəbul etdirmə cəhdi. Misir xalqının istiqlaliyyət uğrunda mübarizəsi. Birinci İsrail-Ərəb müharibəsinin Misirin siyasi vəziyyətinə təsiri. “Azad zabitlər” təşkilatının fəallaşması.
1952-ci il iyul inqilabı və Misirin respublika elan olunması. C.Ə.Nasirin xarici siyasəti. İnqilabdan sonra ABŞ-la münasibətlər. SSRİ ilə yaxınlaşma.
Süveyş kanalının milliləşdirilməsi və İsrail, İngiltərə, Fransanın Misirə təcavüzü.
Ərəb birliyi problemi. Birləşmiş Ərəb Respublikasının yaranması.
1967-ci il müharibəsinin başlanma səbəbləri və nəticələri.
70-ci illərdə Misirin xarici siyasətində dəyişikliklər. 1973-cü il ərəb-İsrailmüharibəsi. "Açıq qapı" siyasəti. SSRİ ilə münasibətlərin pozulması, ABŞ və İsrail ilə yaxınlaşma xətti. Yaxın Şərq probleminin nizamlanmasına dair danışıqların başlanması. Kemp-Devid müqaviləsi və ona ərəb dövlətlərinin münasibəti. Misirin ƏDL-dən çıxarılması. H.Mübarəkin Misirin əvvəlki nüfuzunu bərpa etdirmək uğrunda tədbirləri.
Müasir dövrdə Misirin xarici siyasətinin istiqamətləri. Misir ərəb dövlətləri arasında münasibətlərdə. “Ərəb baharı” və Misir. Ə.F. əs-Sisinin xarici siyasətinin əsas istiqamətləri. İŞİD-in Misirin daxili-siyasi həyatına təsiri
(2,11,12,17,26,35,41,43).
13. AFRİKA ÖLKƏLƏRİ. Birinci Dünya müharibəsindən sonra Afrikanın bölüşdürülməsinin nəticələri: keçmiş alman mülklərinin taleyi.
Dünya iqtisadiyyatında Afrikanın yeri. Müstəmləkə istismarının güclənməsi. Milli-azadlıq hərəkatının geniş xarakter alması. Panafrikanizm: mahiyyəti, yaranması, inkişaf xüsusiyyətləri. Milli-azadlıq hərəkatının yeni forma və metodları. Afroxristian və təriqətçilik hərəkatı. Matsuanizm və onun mahiyyəti.
İkinci Dünya müharibəsi illərində Afrikanın insan ehtiyatları və strateji xammal mənbəyinə çevrilməsi.
İkinci Dünya müharibəsindən sonra Afrika xalqlarının istiqlaliyyət uğrunda mübarizəsi. Mançestrdə V Panafrika konqresi və onun qərarları. Afrikada ABŞ-ın iqtisadi və siyasi nüfuzunun artması.
Müharibədən sonrakı dövrdə azadlıq hərəkatının yüksəlişinə beynəlxalq əlverişli şəraitin yaranması. Kütləvi ictimai-siyasi təşkilatların meydana gəlməsi. Antimüstəmləkə siyasətinin genişlənməsi. Mübarizənin xarakter və metodları. Müstəmləkəçi dövlətlərin taktikası. Afrika xalqlarının müstəmləkə əsarətindən azad olmasının mərhələləri. «Afrika ili».
Yeni yaranmış dövlətlərin siyasi inkişaf yolları. Gələcək inkişaf yolu seçmək problemi. Xarici inhisarların ağalığı.
Böyük dövlətlərin Afrikada yeni müstəmləkəçilik siyasəti. Müstəmləkəçiliyin yeni formaları. Afrika xalqlarına müstəqillik verilməsi məsələsinin BMT-də müzakirəsi. Brazzavil və Kasablanka konfransları və onların qərarları. Afrika Birliyi Təşkilatı (ABT): yaranması və fəaliyyəti. ABT-nin regional və beynəlxalq münaqişələrə münasibəti. ABT-nin 2001-ci il Liviya sammiti və onun qərarları. Afrika İttifaqı.