6. PAKİSTAN VƏ BANQLADEŞ. Pakistan. Hindistanın bölüşdürülməsi və Pakistanın meydana gəlməsi. Xarici siyasətin əsas istiqamətləri. Pakistan-Hindistan münaqişəsi: səbəb və nəticələri. Qərbyönümlü siyasət.
M.Əyyub xan hökuməti dövründə xarici siyasətin əsas istiqamətləri. Yeni Pakistan-Hindistan münaqişəsi. Daşkənd Bəyannaməsi. Xarici siyasət kursunda dəyişikliklər və sosialist ölkələri ilə yaxınlaşma.
1970-1988-ci illərdəPakistannın xarici siyasəti. Xarici siyasətdə ciddi dönüş. Pakistan-Əfqanıstan və Pakistan-ABŞ münasibətləri.
ABŞ-Əfqanıstan müharibəsi və Pakistan. Müasir dövrdə Pakistanın xarici siyasəti.
Pakistanla Azərbaycan Respublikası arasında münasibətlər: yaranması, inkişafı və perspektivləri.
Banqladeş. Pakistanda 1971-ci il seçkiləri və Şərqi Pakistanın müstəqillik əldə etməsi. 1971-ci il Pakistan-Hindistan müharibəsi və Şərqi Pakistan.
Banqladeş Xalq Respublikasının yaranması. Xarici siyasətin əsas istiqamətləri.
1982-ci il çevrilişi. Hərbi rejim dövründə Banqladeşin xarici siyasəti. 1991-ci il seçkiləri. Xarici siyasətdə region ölkələri ilə əməkdaşlıq xətti. Hindistan-Banqladeş münaqişəsi (3,11,26,27,30,31,35,43).
7. ƏFQANISTAN. Birinci dünya müharibəsinin Əfqanıstanda siyasi-iqtisadi nəticələri. Üçüncü ingilis-əfqan müharibəsi. Ravalpindi müqaviləsi. Əfqanıstan-Rusiya münasibətləri və 1921-ci il müqaviləsinin mahiyyəti.
XX əsrin 20-ci illərində Əfqanıstanın xarici siyasəti. Paqman müqaviləsi və mahiyyəti. Əmənullanın Avropa səfəri və nəticələri. Əfqanıstan uğrunda Avropa dövlətlərinin rəqabəti. Nadir xanın və M. Zahir şahın xarici siyasəti.
Əfqanıstan II Dünya müharibəsi ərəfəsi və dövründə. Müharibə ərəfəsində ölkədə Almaniya və İtaliyanın nüfuzunun güclənməsi. Bitərəfliyin elan olunması. Müharibə dövründə Əfqanıstanda ABŞ-ın təsirinin güclənməsi.
İkinci dünya müharibəsindən sonra Əfqanıstanda siyasi vəziyyət. ABŞ kapitalının ölkəyə cəlb edilməsi. Əfqanıstanın hərbi-siyasi bloklara cəlb edilməsi cəhdləri və Puştun məsələsi. Əfqanıstan–Pakistan münasibətlərinin kəskinləşməsi. Əfqanıstan-SSRİ yaxınlaşması.
1973-cü il çevrilişi və nəticəsi. M. Davud hökumətinin xarici siyasəti.
1978-ci il aprel çevrilişi. SSRİ-Əfqanıstan müqaviləsi və mahiyyəti. Əfqanıstan Demokratik Respublikasının xarici siyasəti. Əfqanıstanın Sovet qoşunları tərəfindən işğalı. Əfqanıstan uğrunda Sovet-ABŞ rəqabətinin güclənməsi. R.Reyqan administrasiyasının anti-sovet qüvvələrə hərtərəfli yardımı. Əfqanıstan-Pakistan-SSRİ-ABŞ formatında Cenevrə danışıqları və nəticələri. Peşəvər razılaşması.
Nəcibulla rejiminin çökməsi. Əfqanıstanın mücahid qruplar tərəfindən ələ keçirilməsi. Taliban hökumətinin Əfqanıstanı birləşdirmə cəhdi. Əfqanıstanın beynəlxalq terrorun forpostuna çevrilməsi. 2001-ci il hаdisələrindən sonra Əfqanıstanın anti-terror koalisiyasının hədəfinə çevrilməsi. Əfqanıstana beynəlxalq qüvvələrin yeridilməsi və Taliban rejiminin süqutu. Ölkədə ABŞ təsirinin güclənməsi. H. Kərzayi hökumətinin xarici siyasəti. Çoxqütblü dünyanın yaranması prosesində Əfqanıstan uğrunda mübarizənin kəskinləşməsi. Əşrəf Qəninin xarici siyasəti. Azərbaycan-Əfqanıstan münasibətləri (3,5,11,26,31,35,43).