İndoneziya. Birinci Dünya müharibəsindən sonra İndoneziyada iqtisadi yüksəliş. İndoneziya İkinci Dünya müharibəsi illərində. İndoneziyanın Yaponiya tərəfindən işğalı. Xalq Qüvvələri Mərkəzinin fəaliyyəti. İşğalçıların ölkədə yaratdıqları üsul-idarə. «Pança şila»nın mahiyyəti. Müharibənin sonlarında İndoneziyada baş vermiş inqilab və onun nəticələri.
İkinci Dünya müharibəsindən sonra İndoneziyaya Hollandiya müdaxiləsi.İki dövlət arasında sazişin imzalanması. İndoneziyanın Hollandiya tərəfindən tanınması.
XX əsrin 50-60-cı illərdə xarici siyasət. Prezident Sukarnonun sosialist ölkələri ilə əməkdaşlığı. Qərbi İrianın yenidən birləşdirilməsi. Malaziyaya qarşı mübarizə kampaniyası. Ordunun fəallaşması. Qolkarın yaranması. Xarici siyasətdə böhran. İndoneziyanın BMT-dən çıxması.
1965-ci il hərbi çevrilişindən sonra xarici siyasətdə dəyişikliklərin baş verməsi. İndoneziyanın ASEAN-ın yaradılmasında iştirakı. Xarici kapital axınının artması və onun nəticələri.
Müasir dövrdə İndoneziyanın xarici siyasəti. Terrorizmə qarşı mübarizə. Bali hadisələri.
Filippin. Birinci Dünya müharibəsindən sonra Filippində ABŞ-ın «himayəçilik» siyasəti. İnzibati-idarəçilik sistemi. Cons qanunu. «Muxtariyyət dövrü». Taydinqs-Makdaffi qanunu. 1935-ci il Filippin Konstitusiyası.
Filippin İkinci Dünya müharibəsi illərində. Yaponiyanın Filippini işğal etməsi və antiyapon hərəkatı. Xukbalaxa Xuka ordusunun yaranması və onun antiyapon mübarizədə rolu.
İkinci Dünya müharibəsindən sonra Filippində sosial-iqtisadi və siyasi vəziyyət. Ölkədə ABŞ-ın hakim mövqeyinin qalması. Filippinin hərbi-siyasi bloklarda iştirakı.
XX əsrin 70-ci illərində xarici siyasət kursunda dəyişikliklər. ASEAN-da Filippinin mövqeyi. ABŞ və Yaponiya ilə əməkdaşlığın nəticələri. Hərbi əməkdaşlıq: ABŞ bazaları haqqında sazişlərin şərtlərinə yenidən baxılması. Müasir dövrdə Filippinin xarici siyasəti.
Malayziya. İkinci Dünya müharibəsindən sonra Malayziyada sosial-iqtisadi və siyasi vəziyyət. Müstəmləkə idarəçilik sisteminin modernləşdirilməsi. Əhalinin etnik tərkibi. Ölkənin inzibati-ərazi quruluşunun spesifik cəhətləri.
Malayya Federasiyasının yaradılması. Malayyanın müstəqillik əldə etməsi. Qonşu ölkələrlə münasibətlər. Müasir dövrdə Malayziyanın xarici siyasəti.