Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix faküLTƏSİ Asiya və Afrika ölkələri tarixi kafedrası
KURSUN MƏZMUNU 1. YAPONİYA. Birinci Dünya müharibəsinin Yaponiyanın sosial-iqtisadi və siyasi həyatına təsiri. Paris sülh konfransı və Yaponiya. Yaponiyanın Millətlər Cəmiyyətinə daxil olması. 1918-1920-ci illərdə Yaponiyanın Sovet Rusiyasına müdaxilədə iştirakı. Uzaq Şərq Respublikası və Sovet Rusiyası ilə münasibətlər. 1921-1922-ci illər Vaşinqton konfransı və Yaponiya. Konfransın nəticələri. ABŞ, Avropa ölkələri və SSRİ ilə münasibətlər. Tanaka memorandumu və onun mahiyyəti. Mancuriyanın işğalının başlanması. Yaponiyanın Millətlər Cəmiyyətindən çıxması. Yaponiyanın Vaşinqton konfransının qərarlarından imtina etməsi. Almaniya ilə yaxınlaşma və Antikomintern paktının imzalanması. Çinin işğalının genişlənməsi. Hasan gölü və Xalxin-Qol yaxınlığında baş vermiş toqquşmalar. Müharibənin başlanması və Yaponiyanın 4 sentyabr Bəyannaməsi. Yaponiyanın xarici siyasətinə dair yeni sənədlər və onların mahiyyəti. «Hücum etməmək haqqında» Yaponiya-SSRİ müqaviləsi. «Kantokuen» planı. Pirl-Harborun bombardman edilməsi və Yaponiyanın müharibəyə qoşulması. Sakit okean cəbhəsində hərbi əməliyyatların əsas mərhələləri. Mərcan adaları yaxınlığında döyüşlər. Miduey döyüşü. Krım konfransında müttəfiqlərin Yaponiya ilə bağlı gizli razılaşması. Potsdam konfransının Yaponiya ilə bağlı qətnaməsi. SSRİ-nin Yaponiyaya müharibə elan etməsi və hərbi əməliyyatlara başlaması. ABŞ tərəfindən Hiroşima və Naqasakiyə atom bombalarının atılması. Yaponiyanın təslim olması və İkinci Dünya müharibəsinin başa çatması. İkinci Dünya müharibəsinin Yaponiya üçün nəticələri. İşğal rejimi dövründə (1945-1951) Yaponiyanın xarici siyasəti. Uzaq Şərq üçün Beynəlxalq (Tokio) Hərbi Tribunalı. «Geriyə dönüş» siyasəti. 1951-ci il San-Fransisko müqaviləsi və işğal rejiminin sona çatması. Yaponiya-ABŞ Təhlükəsizlik paktı. Yaponiya ərazisində ABŞ hərbi bazalarının yaradılması. 1952-1970-ci illərdə хarici siyasətdə əsas istiqamətlər. Yaponiyanın BMT-yə qəbul edilməsi. Yaponiyanın ABŞ və SSRİ ilə münasibətləri. Yaponiyanın Avropa ölkələri ilə münasibətləri. Yaponiya - «Böyük yeddilər»in üzvüdür. Asiya ölkələri ilə münasibətlər. Yaponiyanın regional təşkilatlarda iştirakı. Asiya-Sakit okean Şurası və Yaponiya. ASEAN təşkilatı ilə yaxınlaşma cəhdləri. «Fukuda doktrinası» (Manila Bəyannaməsi).Yaponiya-Çin yaxınlaşması və iki ölkə arasında imzalanmış «Sülh və dostluq haqqında» müqavilə. ABŞ-la əməkdaşlığın davam etdirilməsi. Yaponiya-SSRİ münasibətlərində dönüşün baş verməsi. Avropa ölkələri ilə münasibətlər. Xarici bazarlar uğrunda mübarizə. Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin əsas istiqamətləri. Yaponiyanın regional təşkilatlarda iştirakı. ASEAN ölkələri ilə əməkdaşlıq. «Nakasone doktrinası». «Ticarət-invеstisiya-yardım» sistemi. Cənubi Koreya və Çinlə münasibətlər. Soyuq müharibənin başa çatmasından sonra Yaponiyanın xarici siyasətinin əsas istiqamətləri. Yaponiyanın dünya siyasətində «xüsusi rolu». ABŞ-la hərbi sahədə əməkdaşlıq xəttinin davam etdirilməsi. Avropa dövlətləri ilə münasibətlər. R.Haşimotonun «Avrasiya diplomatiyası» konsepsiyası. «Böyük İpək yolu»nun bərpası və Yaponiya. ASEAN ölkələri ilə əməkdaşlığın davam etdirilməsi. Yaponiya silahlı birləşmələrinin BMT bayrağı altında bir sıra əməliyyatlarda iştirakı. Rusiya ilə münasibətlər. «Şimal əraziləri» problemi və onun həlli yolları. ÇXR və Koreya Respublikası ilə münasibətlər. Xarici siyasətdə «mübahisəli ərazilər» məsələsi. Yaponiya ilə Azərbaycan Respublikası arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yaranması və inkişafı (3,5,11,13,18,19,21,22,26,31, 32,35,39,43). Yüklə 71,66 Kb. Dostları ilə paylaş: |