Гядим дювр вя орта ясрляр Тарих вя онун проблемляри, №4 010 zabil bayramli



Yüklə 331,55 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix14.07.2022
ölçüsü331,55 Kb.
#62762
  1   2   3   4   5   6   7   8
1zabil bayramli



Гядим дювр вя орта ясрляр 
Тарих вя онун проблемляри, №4 2010 
 
5
ZABİL BAYRAMLI
BDU-nun dosenti 
zabil_bayramlı@mail.ru
 
II ŞAH ABBASIN DÖVRÜNDƏ SƏFƏVİ-BÖYÜK MOĞOL DÖVLƏTLƏRİ 
ARASINDA QARŞILIQLI MÜNASİBƏTLƏR 
(MƏHƏMMƏD TAHİR VƏHİDİN “ABBASNAMƏ ƏSƏRİ ÜZRƏ”) 
 
Açar sözlər: Abbasnamə, hakim, qızılbaş , sultan, şah, vəzir 
Ключевые слова: Аббаснаме, хаким, кызылбаш, султан, шах, визирь 
Keywords: Abbasnama, hakim, qizilbash, sultan, shah, vazir 
XVI-XVII əsrlərdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verdiyi bir 
şəraitdə Şərqin iki böyük hərbi-siyasi güc mərkəzinin –Səfəvi-Moğol dövlətlərinin arasında sülh və 
dostluq zəmininə əsaslanan münasibətləri, diplomatik əlaqələri Qəndəhar üstündəki çəkişmələr tam 
pozmamışdı. Məlum olduğu kimi, Qəndəhar Hindistanla Səfəvi dövləti arasında çox mühüm hərbi- 
strateji məntəqə-keçid qapısı olub, həm də çox böyük iqtisadi-strateji əhəmiyyət kəsb edirdi (1, 389). 
Elə buna görə də hər iki dövlət bu qalaya sahib olmaqda maraqlı idi və elə onların arasında baş vermiş 
münaqişələrin də başlıca mövzusu bu məntəqə olmuşdu. 
Böyük Moğol hökmdarı Şah Cahan (1628-1658) (2,268) dövründə Səfəvi-Moğol dövlətləri 
arasında Qəndəhar üstündə çəkişmələr yenidən qızışır və Səfəvilərin bu məntəqədəki bəylərbəyi 
Əlimərdan xan Qəndəharı Moğollara təslim (1638) edir. Səfəvi Moğol dövlətləri arasında Qəndəhar 
üstündə baş vermiş yeni münaqişələr və bu məntəqənin idarə quruluşu haqqında “Abbasnamə” 
müfəssəl məlumat verir. Qaynaqda qeyd edilir ki, Gəncəli xanın oğlu Əlimərdan xan I Şah Səfinin 
dövründə Qəndəhar əmir əl-ümərası və hakimi idi. O, Şah Səfidən üz döndərib Hindistan Şahına 
məktub yazmış və onu Qəndəhara dəvət etmişdi. Hind Şahı isə Səfdər (Səid) xanın başçılığı altında 
Qəndəhara hərbi dəstə göndərib oranı öz hakimiyyətinə tabe etmişdi. Şah Səfi(1629-1642) Qəndəhar 
hakiminin bu hərəkətindən çox qəzəblənir və Qızılbaş ordusunun Qəndəhar istiqamətinə hərəkətinə 
göstəriş verir. Ancaq o, 1642-ci ildə Kaşanda vəfat edir. Və belə bir tarixi şəraitdə onun böyük oğlu 
on yaşlı Sultan Məhəmməd 16 may 1642-ci ildə II Şah Abbas (1642-1666) adı ilə hakimiyyətə 
gətirildi. Bu zaman Səfəvi sipahsaları Rüstəm xanın rəhbərlik etdiyi ordu Xorasanda düşərgə salıb Şah 
Səfinin gəlməsini gözləyirdi. Ancaq Şahın vəfatını eşidən ordu dağılır (4,18). Şah Cahan bu fürsətdən 
istifadə edib oğlu Daraşokuhu (əsil adı Məhəmməd Mirzə idi) və Abdulla xanın bacısı oğlu Xan 
Dövranı çoxsaylı qoşunla Qəndəhara Səfdər xana köməyə yola salır. Daraşokuh Qəzneyndə qalır, Xan 
Dövranı isə 22 əmir və 1500 nəfərdən ibarət qoşunla Səfdər xana köməyə göndərir. Moğollların 
Qəndəhara qoşun göndərməsi xəbəri 22 comadiyoləvvəl 1052-ci ildə Qəzvinə çatdı. II Şah Abbas 
dərhal Xorasan qoşununun o özü Qəzvindən ora çatana kimi Rüstəm xan sipahsaların başçılığı altında 
səfərbər edilməsi barədə göstəriş verdi. Xorasanda Səfəvilərin qoşunun toplanması və hərbi 
hazırlığından Daraşokuh və Xan Dövran ehtiyat edərək II Şah Abbas Qəzvindən çıxmamış qıtlığı 
bəhanə edib Qəndəhardan geri çəkildilər (4,19). 
Bu zaman Moğol dövləti ilə Mərkəzi Asiya xanları arasında münaqişənin yenidən dərinləşməsi 
istər–istəməz Səfəvi–Monğol münasibətlərinə öz təsirini göstərdi. “Abbasnamə”də göstərilir ki, Şah 
Cahanın ordusu Bəlxi fəth etdikdə Türküstan hakimi Nəzər Məhəmməd xan hərbi yardım almaq 
üçün II Şah Abbasa müraciət etdi. Nəzər Məhəmməd xanın II Şah Abbasa müraciətindən ehtiyat edən 
Şah Cahan Səfəvi dövləti ilə dostluq əlaqəsini möhkəmləndirmək üçün yüksək rütbəli Cannesar xanı 
qiymətli hədiyyələrlə İsfahana yola salır. Ondan bir az sonra isə Arslan bəylə Səfəvi Şahına almazla 
bəzədilmiş qiymətli bir qılınc da göndərir. Hind elçisinin Səfəvi sarayına gəlməsi xəbəri II Şah 
Abbasa çatdıqda, o, mustoufi–ye xassə Mirzə Möhsün İsfahanini ona mehmandar təyin edir. Mirzə 



Yüklə 331,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin