Гядим дювр вя орта ясрляр Тарих вя онун проблемляри, №4 010 zabil bayramli



Yüklə 331,55 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix14.07.2022
ölçüsü331,55 Kb.
#62762
1   2   3   4   5   6   7   8
1zabil bayramli

Гядим дювр вя орта ясрляр 
Тарих вя онун проблемляри, №4 2010 
 
7
çəkilməsi Səfəvilərin Qəndəharı geri almasına şərait yaratdı. Artıq bu zaman II Şah Abbas yaşa 
dolmuş, hakimiyyəti tam öz əlinə alıb Osmanlı sultanı Sultan İbrahimlə (1640-1648) də diplomatik 
əlaqələri yaxşılaşdırmağa nail olmuşdu. Ancaq Şah Cahan isə əksinə Sultan İbrahimə yanlış məktub 
yazaraq özündən incik salmışdı. Belə bir vəziyyətdə II Şah Abbasın cəsusları Qəndəhardan ümidverici 
xəbərlər gətirmişdilər. Qəndəhara hücum planı hələ Cannesar xan Səfəvi məmləkətində olarkən 
hazırlanılırdı. Səfəvilər ciddi hərbi hazırlıqla məşğul ikən Hind səfiri yola salınmışdı. H. 1058(1648) –
ci ildə Qəndəhar məsələsi ilə əlaqədar hərbi şura çağrıldı və şurada iştirak edən bütün əmirlərin yekdil 
rəyi əsasında Qəndəharın geri alınması üçün hərbi əməliyyat barədə qərar qəbul olundu (4,43). Ancaq 
bu xəbərin Hindistana çatmaması üçün bir sıra addımlar atıldı. Məhəmməd Tahir Vəhid yazır ki,II Şah 
Abbas 1648–ci ilin aprelində Məşhədi ziyarət etmək və Qəndəharı Moğollardan geri almaq məqsədilə 
İsfahanı tərk edib Xorasana yola düşdü. Xorasan yolunda Tacabad bağında Şaha Gürcüstan hakimi 
Rüstəm xanın göndərdiyi məktub çatdırıldı. Rüstəm xan məktubda Gürcüstandakı siyasi vəziyyəti 
ətraflı şərh etmişdi. Məlum olduğu kimi Kaxet hakimi Təhmuras xan I Şah Abbas dövründə fitnə -
fəsadla məşğul olur və Kartilini də tutub öz hakimiyyətinə tabe etmək istəyirdi. Rüstəm xan yazırdı ki, 
artıq onların arasında baş vermiş yeni savaşda Təhmuras xan məğlub olmuş, igid oğlu Davud Mirzə 
öldürülmüş və özünün də başı tezliklə şaha göndəriləcək. Ölkənin şimal bölgəsində mərkəzdənqaçma 
hərəkatının qarşısının alınması, sakitlik yaradılması bütün qüvvənin Qəndəhar uğrunda savaşa cəlb 
edilməsinə şərait yaradır. II Şah Abbas Germab –Siyakuh yolu ilə hərəkət edib Xorasana çatdıqda 
Türküstandan Nəzər Məhəmməd xanın elçisi Mehdi Xacə və Urgənc valisi tərəfindən Əbulqazi xan 
Şahın düşərgəsinə gəldilər. Onlar dövlət başçıları adından Şaha kömək etməyə hazır olduqlarını
bildirdilər (4, 43). Bu zaman II Şah Abbasın Qəndəhar hərbi əməliyyatı Moğol təhlükəsi ilə üzbəüz 
olan Nəzər Məhəmməd xanın da mənafeyinə uyğun idi və elə buna görə də, Səfəvi sarayına elçi 
göndərib özbəklər tərəfindən Xorasan sərhədlərinin pozulmayacağına təminat verdi. II Şah Abbas 
məmləkətin bütün inzibati vahidlərinə hərbi səfərbərlik barədə fərmanlar göndərmiş və müharibəyə 
çox ciddi şəkildə hazırlaşmışdı. Şah Simnana çatdıqda, Kəskər hakimi Əliqulu xan, Astrabad hakimi 
Mehrab xan, Ərdəbil mütəvəlisi və hakimi Nəzərəli xan, Loristan hakimi Əliqulu xan güclü hərbi 
alayları ilə gəlib əsas ordu ilə birləşdilər. Şahin ordusu h. 1058 (1648)-ci il comadiyoləvvəlin 9-da 
Bəstam şəhərinə daxil oldu. II Şah Abbasın Qəndəhar hərbi səfəri Osmanlı sarayında da ciddi 
rahatsızlıq yaratmış və Sultan Şahın Bağdada da hücum edəcəyindən şübhələnirdi. Sultan İbrahim 
(1640-1648) II Şah Abbasın Osmanlı dövlətinə münasibətini aydınlaşdırmaq üçün 1648-ci ildə Səfvi 
sarayına elçi göndərir. Osmanlı elçisi Şahla Bəstamda görüşüb Sultanın məktubunu ona təqdim edir. 
Bu məktubda iki dövlət arasında sülh və dostluq əlaqələrini ifadə edən Sultan Şahdan ona bir fil də 
göndərməsini xahiş edirdi. II Şah Abbas Osmanlı elçisi ilə danışıqlarda iki dövlət arasında sülh və 
dostluq əlaqələrinin qorunub saxlanmasına ciddi riayət etdiklərini ifadə etmiş və həm də bu məqsədlə 
Osmanlı elçisi ilə İstanbula Qasım bəyin oğlu Məhəmmədqulu bəyi göndərdi (4, 43). Osmanlı elçisi 
ilə diplomatik danışıq əsnasında rahatsızlıq aradan qaldırıldıqdan sonra Şahın göstərişinə əsasən 
tüfəngçiağasıbaşı Qələndər Sultan və Abbasqulu xan Məşhədə gedib buradakı hərbi ləvazimatı, topları 
şəhərdən çıxarıb hərbi əməliyyata hazırladılar. Məhəmmədqulu bəyə isə 500 tümən pul verilib 
tapşırıldı ki, Məşhəd, Herat, Fərah və Bəstamdan qoşun üçün ərzaq və sursat tədarük etsin (3,106; 
4,44). Şah Bəstama çatanda, Osmanlı dövlətindən Sultan İbrahimin xoşməramlı səfiri gəlib ölkənin 
qərb sərhədlərindən arxayın olmasını Şaha çatdırır. II Şah Abbas Bəstamda qaldığı yeddinci həftədə 
Şahqulu bəy ayamalı Maqsud bəyin oğlu Qulu bəyi Şah Cahanın sarayına elçi göndərib, Bəlxi Nəzr 
Məhəmməd xana və Qəndəharı da Səfəvilərə qaytarmasını tələb edir. Ancaq Moğol sarayına 
göndərilən nümayəndə heyəti bir nəticə əldə edə bilmədi. Şah Cahan Səfəvilərin həyata keçirdiyi hərbi 
səfərbərlik və Qəndəhara hücuma hazırlaşdıqlarını 1648-ci ilin oktyabrında Dehlidə eşitmişdi. O, 
Qəndəhara tezliklə əlavə qüvvə göndərilməsini əmr edib, özü də Kabilə yola düşdü. Qış 
yaxınlaşdığından Hind sərkərdələri ucqar ərazilərə qoşun yeridilməsini istəmirdilər. Onlar hesab 
edirdilər ki, havalar pis olduğuna görə II Şah Abbas da Qəndəhara hücum etməyəcəkdir. Elə buna 
görə Lahorda qışlamağı qərara aldılar. Ancaq II Şah Abbas hava və yolun pis olmasına baxmayaraq 
sürətlə hərəkət edib 1648-ci ilin dekabrında Qəndəhara çatdı. Hərbi əməliyyatlar üçün qışın seçilməsi 



Yüklə 331,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin