Гядим дювр вя орта ясрляр Тарих вя онун проблемляри, №4 010 zabil bayramli



Yüklə 331,55 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix14.07.2022
ölçüsü331,55 Kb.
#62762
1   2   3   4   5   6   7   8
1zabil bayramli

Гядим дювр вя орта ясрляр 
Тарих вя онун проблемляри, №4 2010 
 

təsadüfi deyildi. Moğollların ilk hərbi dəstələri isə Qəndəhara dörd aydan sonra gəlib çatmışdı (5,173, 
174; 4,43). “Abbasnamə”də göstərilir ki, Şah müharibəyə hazırlıq işlərindən sonra Məşhədə ziyarətə 
gedib əlli gün burada qalmış və bu müddətdə qoşunun cirə və məvacibinin ödənilməsi haqqında 
fərman vermişdi. Şah Xorasan əyanları, oba, tayfa böyüklərinə verdiyi fərmana əsasən onlar qoşunu 
ərzaq, sursat və avadanlıqlarını daşımaq üçün yük heyvanları ilə təmin etməli idilər. Bütün bu işlərə 
nəzarət vəzir Xəlifə Soltana tapşırılmışdı. Qeyd edilən mənbənin verdiyi məlumata görə II Şah Abbas 
zəruri hazırlıq işlərini başa çatdırdıqdan sonra Murtuzqulu xan və digər hakimlərə Qəndəhara hərəkət 
etmələri barədə əmr vermişdi. Qələndər sultana da qoşunun ardınca topların gətirilməsi tapşırılmışdı. 
Cam-Qurqan yolu ilə gedən qoşun Heratda çox dayanmayıb sürətlə Qəndəhar istiqamətində hərəkət 
edir. Bu zaman Fərahda Murtuzaqulu xanın qoşununa rəsmi baxış təşkil edilmişdi (4, 43). 
Heratda Rüstəm xanın oğlu Vəliməhəmməd xan və Herat hakimi Abbasqulu xanın da hərbi 
alayları əsas qoşunla birləşdilər. 1648-ci ilin zolhəcce ayının 12-də II Şah Abbas Qəndəhar qalası 
ətrafındakı Abbasabad bağına çatdı və iqamətgah burada yerləşdirildi. Qalanın mühasirəsi barədə əmr 
verildi. Tüfəngçiağası Qələndər sultan 5 top gətirməli idi ki, artıq onlardan ikisi Bosta, üçü isə 
Qəndəhara çatdırılmışdı. Hələ Herat hərbi müşavirəsində şahın buyruğu ilə çox mühüm hərbi-strateji 
əhəmiyyətə malik olan Bost qalasının alınması Astrabad hakimi Mehrab xan və Cəmşid xan Pornaka 
tapşırıldı. Bost qalasının divarları həm hündür, həm də çox möhkəm olduğuna görə qalaya ilk 
zərbənin top atəşi ilə vurulması tapşırılmışdı. Top atəşinə tab gətirməyən mühafizəçilər və qala hakimi 
Pərdal xan iç qalaya sığındılar. Nəhayət Bost qalası mühasirəyə tab gətirməyib təslim oldu. Elə ilk 
alınan qala da Bost oldu. Bost qalasının hakimi Pərdal xan, xeyli əsgər, döyüş texnikası, iki fil və bir 
çox başqa qənimətlər ələ keçirildi. Zəmindavəri Sarı xanın qızılbaş alayı mühasirəyə almış, onların ilk 
cəhdləri uğursuz olsa da, sonrakı hücumlarda Zəmindavər hakimi Əsədulla xan aman verilməsini 
xahiş edib II Şah Abbasa yazdığı məktubu Xorasan qoşunun sərdarı Sarı xana çatdırdı. Sarı xan onun 
məktubunu dərhal Şaha göndərir. Seyid Əsədulla xan xahiş edirdi ki, Zəmindavərin Qəndəhardan 
sonra təslim edilməsinə icazə verilsin. O, məktubda həm də Səfəvi Şahına qulluğunu və itaətkarlığını 
ifadə edirdi. Qala rəisi Seyid Əsdulla xana cavab olaraq qərara alındı ki, Sarı xan atəşi dayandırıb 
qalanı mühasirədə saxlasın və heç kimin qalaya girib-çıxmasına icazə verilməsin, növbəti əmrə qədər 
qərar tutduqları yerlərdə dayansınlar (3, 106, 107; 4, 45-47). Məhəmməd Tahir Vəhid yazır ki, II Şah 
Abbas əvvəl verdiyi fərmanın əksinə olaraq əmr etdi ki, Qəndəhar qalasının bürc və divarlarını top 
atəşi ilə dağıtmasınlar. Qızılbaş ordusu bir neçə döyüşdən sonra qalanı hər tərəfdən mühasirəyə aldı. 
Şah məktub yazıb yasovul Məhəmməd bəylə Qəndəhar hakimi Dövlət xana göndərib onu Bost 
qalasının dağıdıldığından, tutulmasından xəbərdar edir. Həm də qalanın təslim ediləcəyi halda, 
sakinlərinə və buradakı Moğol qoşununa aman veriləcəyini bildirdi. Dövlət xan üç gün möhlət istədi 
və üçüncü gün qalanı təslim etdi. Dövlət xan və onun qoşun başçıları Şahın Abbasabaddakı 
iqamətgahına gəldilər. Onunla eyni vaxtda Zəmindavər hakimi Seyid Əsədulla xanı da Sarı xan 
Abbasabada Şahın hüzuruna yola salır (4,47). Beləliklə Dövlət xan iki ay müqavimət göstərsə də, 
təslim oldu (1649 fevral ayı). O, təslim olanda, 7 min əsgəri, kifayət qədər də azuqəsi vardı. Qəndəhar 
qalasındakı Moğol əmirləri qaladan çıxıb II Şah Abbasın qarşısında baş əyib təslim oldular. Qalanın 
cümə məscidində II Şah Abbasın adına xütbə oxundu və sikkə zərb edildi. Qəndəhar və Zəmindavərin 
hakimləri, əmirləri azad edilərək qoşunları ilə ölkələrinə getmələrinə icazə verildi. Qəzneynə qədər 
Səfəvi dövlətinin tərkibinə daxil edildi və qızılbaşlara tapşırıldı ki, bu bölgələrin əhalisinə zərər 
vurmasınlar. Qəndəhar Astrabad hakimi Mehrab xana, Zəmindavər isə Dostəli sultan Zənginəyə 
tapşırıldı. II Şah Abbas Qəndəhar məsələsini uğurla həll edib sərhədlərin möhkəmləndirilməsi 
tədbirlərini həyata keçirdi (3,108-109; 5,173-174; 4, 47). Məhəmməd Tahir Vəhid yazır ki, II Şah 
Abbas qələbəyə xeyir-dua verdikdən sonra Abbasabadda bütün əmirlərin iştirakı ilə qələbə münasibəti 
ilə şənliklər keçirildi. Elə bu zaman İsa bəy Hindistana elçi göndərilir.Şah bir az sonra iki dövlət 
arasında sülh və dostluq əlaqələrini ifadə edən məktubunu elçisi Şahverdi bəylə Qəndəhardan 
Hindistana göndərib hücum və uğurları haqqında Şah Cahana izahat verib, ümidvar olduğunu söylədi 
ki, bu hadisə dostluq əlaqələrinə kölgə salmayacaq. Şahverdi bəy 1649-cu il iyul ayında Moğol 
sarayına çatanda, Şah Cahan da Kabilə yaxınlaşmışdı. Səfiri yüksək səviyyədə qarşılasalar da, ona Şah 



Yüklə 331,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin