Гядим дювр вя орта ясрляр Тарих вя онун проблемляри, №4 010 zabil bayramli



Yüklə 331,55 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix14.07.2022
ölçüsü331,55 Kb.
#62762
1   2   3   4   5   6   7   8
1zabil bayramli

Гядим дювр вя орта ясрляр 
Тарих вя онун проблемляри, №4 2010 
 
11
elçiyə vəd etmişdi ki, Kəlbəli xanın oğlu Zaman bəylə Sultan Muradbəxşə Bəndər Surata gəmi ilə 
1000 nəfər tüfəngçi və oxçu göndərəcək (4 92). 
Şah Səlim vəfat etdikdə (1627) nəvəsi Sultan Bəlağa Hindistanda hakimiyyətə keçmişdi. 
Ancaq Asəf xanın hiyləsi nəticəsində məğlub olmuş və Şah Səfi zamanı Səfəvi ölkəsinə gəlmişdi. 
Hindistanda hakimiyyət uğrunda Şah Cahanın övladları arasında çəkişmədə o, Qəzvindən II Şah 
Abbasın sarayına yola düşür. Şahın göstərişi ilə onu eşikağasıbaşı Mehdiqulu xanın Rey hakimi olan 
qardaşı Nəcəfqulu bəy və Mirzə Razi Savəci qarşılayıb İsfahana gətirməli idilər. Hind şahzadəsini 
qeyd olunan Səfəvi əyanları qarşıladılar və İsfahana gətirib yerləşdirirlər (4, 92). Sultan Bəlağa 
İsfahanın Səadətabad adlı bağındakı imarətdə yerləşdirildikdən sonra onun görüşünə məşhur dövlət 
adamları göndərilir. Belə ki, etimadəddövlə, Azərbaycan bəylərbəyi qorçubaşı Murtuzaqulu xan 
Qacar, Şah Səfi məzarının mütəvəllisi, Allahverdi xan Mühasib (o, qullarağası, əmirşikarbaşı 
Kuhguliyə bəylərbəyi, sipahsalar idi) Səadətabad bağında Hind Şahzadəsinin şərəfinə təntənəli məclis 
təşkil etdilər. Bir neçə təntənəli məclisdən sonra qərara alındı ki, Şah Muradbəxşə yardım üçün 
hərəkət etdikdə Sultan Bəlağa da hazırlaşıb Şahla birlikdə bu yürüşdə iştirak etsin. Ancaq Sultan 
Muradbəxşin başına gələn hadisədən sonra Hindistana səfəri təxirə düşdü (4, 93). Şah fərman verdi ki, 
bütün vilayətlərin sipahiləri hazırlaşıb sipahsalar Allahverdi xanın yanında cəmləşsinlər. Şah 
sipahsalara lazımi göstərişlər verdikdən sonra o Muradbəxşə kömək üçün İsfahandan çıxıb Hindistan 
istiqamətində hərəkət edir. Ancaq Simnanada Şah Qəndəhar hakimi Zülfüqar xandan aldığı məktubda 
Hindistandakı vəziyyət, Muradbəxşin əsir götürülməsi barədə ətraflı məlumat əldə edir və elə buna 
görə də yürüşü dayandırdı (4, 94).
1657-ci ildə Dəkənə valiləri Səfəvi sarayına elçi ilə qiymətli hədiyyələr göndərib həmişə 
sədaqətli olduqlarını ifadə etdilər. Xeyli vaxt olardı ki, onların elçisi Səfəvi sarayına gəlməmişdilər. 
Elə həmin ildə xasse-ye şərifənin kitabdarı Mirzə Müqim də Dəkənə elçi göndərilir (4, 95).
1660-cı ildə Ourəngzeyb tərəfindən məğlub edilib təqiblərə məruz qalan Daraşokuh Səfəvi 
ölkəsinə yola düşməyi qərara alır. O, avadanlıq və ləvazimatlarını gəmi ilə Bəndər Abbasa yola salır. 
II Şah Abbasa xəbər göndərir ki, məqsədi onun sarayına gəlməkdir. II Şah Abbas göstəriş verir ki, 
Daraşokuh və onunla gələn 10-12 min nəfər İsfahana çatana qədər hər yerdə yüksək səviyyədə 
qarşılansınlar. Şah həmçinin nazir-i biyutat Səfiqulu bəyi Daraşokuhu qarşılamaq üçün mehmandar 
təyin edir. O, şahzadəni Bəndər Abbasdan İsfahana kimi müşaiyyət etməli idi (4, 98). Bu zaman 
Daraşokuh racələrin köməyinə ümid edib Qucaratdan Aqraya yola düşür, ancaq heç bir yardım almır 
və Ourəngzeyblə yenə döyüşüb məğlub olur. O, Qəndəhara və oradan da II Şah Abbasın sarayına 
gəlməyi qərara alır. Çox çətinliklə Səfəvi dövlətinə tabe olan Duki və Çutyal nahiyəsinə çatıb burada 
istirahət edir. O, tərəfdarlarından Xacə Fəxrəddin Xafini Qəndəhar bəylərbəyi Zülfüqar xanın yanına 
göndərib Səfəvi sarayına yardım almaq məqsədilə getdiklərini bildirir. Zülfüqar xanın onun elçisini 
İsfahan tüfəngçilərindən minbaşı İmamaverdi bəy Çule ilə Şah sarayına yola salır. Daraşokuhun 
olduğu nahiyəyə isə 3 min sipahi göndərir ki, şahzadəni təqib edə biləcək düşmnlərdən qorusunlar və 
Qəndəhara salamat çatdırsınlar (4, 99). Daraşokuhun elçisi Səfəvi sarayına çatdıqda Hüseyin xan oğlu 
Abbasqulu bəyə göstəriş verilir ki, təcili Qəndəhara gedib yüksək məqamlı qonağı qarşılasın. II Şah 
Abbas Qəndəhardan İsfahana qədər bütün əmirlərə onu yüksək səviyyədə qarşılamaları üçün fərman 
göndərdi (4, 99). Təəssüf ki, Zülfüqar xanın sipahiləri çatana qədər Daraşokuh Davərə gəlmiş, və bu 
nahiyənin hakimi yerli əhalinin yardımı ilə Şahzadəni əsir götürüb Aqraya göndərmişdi (4, 100).
Beləliklə, Şah Cahan vəfat etdikdən sonra şahzadələr arasında hakimiyyət uğurunda 
mübarizədə Ourəngzeyb qalib çıxdı. II Şah Abbas 1660-cı ildə Qələndər sultan tüfəngçiağasının oğlu 
Simrum hakimi Budaq sultan Çuleni elçi ünvanı ilə Ourəngzeybi hakimiyyətə keçməsi münasibəti ilə 
təbrik etmək üçün Hindistana göndərdi. II Şah Abbas elçi ilə göndərdiyi məktubda iki ölkə arasında 
əvvəllər mövcud olmuş dostluq əlaqələrinə, Qəndəharın Səfəvi dövlətinə aid olmasına işarə edir və 
əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olmasından söz açırdı (4,109). Budaq bəy Dehlidə yüksək 
səviyyədə qarşılandığını dərhal məktubla II Şah Abbasa çatdırır. Budaq bəyin elçiliyi ilə iki dövlət 
arasında diplomatik əlaqələr yenidən qaydaya düşür. O, geri qayıtdıqdan sonra Ourəngzeyb Multan 
hakimi Tərbiyət xanı 1663-cü ildə qiymətli hədiyyələrlə Səfəvi sarayına göndərmişdi. Şaha yazdığı 



Yüklə 331,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin