Xocalı soyqırımı erməni şovinizminin əsl mahiyyətini bir daha üzə çıxardı



Yüklə 262,49 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü262,49 Kb.
#29125

Xocalı soyqırımı erməni şovinizminin əsl mahiyyətini bir daha üzə çıxardı 

 

 



Mahir Abbaszadə: 25 il öncə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi 

qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir 

 

Nadir Azəri 

 

XX  əsrin  ən  dəhşətli  faciələrindən  biri  olan  Xocalı  soyqırımının  törədilməsindən 25  il  ötür.  Hər  il 



olduğu  kimi,  bu  il  də  faciə  qurbanlarının  xatirəsini  yad  etmək  üçün  ölkəmizdə  və  xaricdə  silsilə  təbirlər 

keçirilir. Elə  Milli  Məclisin deputatı Mahir  Abbaszadə ilə  müsahibəmizdə də  faciənin törədilmə səbəbləri 

və digər məsələlərlə bağlı suallara cavab aldıq. 

-  Mahir  müəllim,  ermənilər  tərəfindən  xalqımıza  qarşı  həyata  keçirilən  Xocalı  soyqırımının  baş 

verməsindən  25  il  ötür.  Belə  demək  mümkündürmü  ki,  bu  faciə  ermənilərin  əsl  xislətlərini  bir  daha  üzə 

çıxardı? 

- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhəri erməni 

faşistləri və onların havadarları tərəfindən yerlə yeksan edilib. Dinc əhaliyə amansızlıqla divan tutulub: 613 

nəfər  qətlə  yetirilib,  1275  nəfər  girov  götürülüb,  150  nəfərin  isə  taleyi  bu  günə  kimi  məlum  deyil.  Qətlə 

yetirilənlərin 63-ü  uşaq,  106-sı  qadın,  70-i  ahıl  və  qocalar  idi.  Hərbi  təcavüz  nəticəsində 8  ailə  tamamilə 

məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 

nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və 

başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edilib. 

Onu  da  vurğulamağı borc  bilirəm ki,  Xocalı strateji mövqeyinə görə  düşmənin əsas hədəflərindən 

birinə çevrilmişdi. Bunun üçün də ermənilər hər cür vəhşiliyə əl atdılar. Bir sözlə, Xocalı soyqırımı erməni 

şovinizminin əsl mahiyyətini bir daha üzə çıxardı. Prezident İlham Əliyevin Xocalı soyqırımının iyirmi 

beşinci  ildönümü  haqqında  24  yanvar  2017-ci  il  tarixli  Sərəncamında  da  qeyd  olunduğu  kimi,  Xocalı 

faciəsini  törətməklə  Azərbaycana  qarşı  hərbi  təcavüzün  miqyasını  daha  da  genişləndirən  və  Dağlıq 

Qarabağın  hüdudlarından  kənara  çıxaraq  Laçın,  Kəlbəcər,  Ağdam,  Cəbrayıl,  Füzuli,  Qubadlı,  Zəngilan 

rayonlarını  işğal  edən  Ermənistanın  apardığı  etnik  təmizləmə  siyasəti  nəticəsində  20  min  soydaşımızın 

həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz 

qalmışdır. 

- Bu faciə, eyni zamanda, soyqırımı aktı kimi bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında özünə 

yer alır... 

-  25  il  öncə  ermənilərin Xocalıda azərbaycanlılara qarşı  həyata  keçirdiyi  kütləvi  qırğının  soyqırımı 

aktı  olmasını  beynəlxalq hüquq  normaları da  təsdiqləyir. Belə  ki,  soyqırımı  cinayətinin hüquqi  məzmunu 

BMT  Baş  Məclisinin  1948-ci  il  9  dekabr  tarixli  260  nömrəli  qətnaməsi  ilə  qəbul  edilmiş  “Soyqırımı 

cinayətinin  qarşısının  alınması  və  cəzalandırılması  haqqında  Konvensiya”  ilə  müəyyən  edilib.  Xocalı 

soyqırımı  xarakter  etibarilə  beynəlxalq  cinayət  kateqoriyasına  aiddir.  Bu  kateqoriyadan  olan  cinayətlərin 

əsas  tərkibləri  İkinci  Dünya  müharibəsindən  sonra  yaradılmış  beynəlxalq  hərbi  tribunalların 

nizamnaməsində  ifadə  olunub.  Sonradan  Yuqoslaviya  və  Ruanda  beynəlxalq  cinayət  tribunallarının 

nizamnamələrində,  habelə  Beynəlxalq  Cinayət  Məhkəməsinin  nizamnaməsində  təkmilləşdirilməklə  bir 

daha təsdiqini tapıb. Xocalı soyqırımı, əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, 

bəşəriyyətə  qarşı  ən  ağır  cinayəti,  insanlığa  yönəldilmiş  qəddarlıq  nümunəsidir. Yəni  25  il  öncə  Xocalı 

soyqırımının törədilməsi ilə ermənilər həm də bəşəriyyətin tarixinə qara ləkə vurublar. 

-  Məlum  olduğu  kimi,  dövlətimiz  Xocalı  soyqırımının  dünyada  tanıdılması  üçün  ardıcıl  olaraq 

tədbirlər həyata keçirir. Bu tədbirlərin əhəmiyyəti haqqında nə deyə bilərsiniz? 

- Təəssüflər olsun ki, bu faciənin ağırlığı ozamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca 

qiymətləndirilmədi. Həmin vaxt yüksəkvəzifəli şəxslər XX əsrin ən dəhşətli soyqırımlarından biri olan bu 

cinayətin  miqyasını  ört-basdır etməyə  çalışır,  hətta  xalqa  doğru-dürüst  məlumat  verməkdən  çəkinirdilər. 

Bu  hadisədən  bir  müddət  sonra  hakimiyyətə  gələn  AXC-”Müsavat” iqtidarı  da  susmağa  üstünlük  verdi. 

Xocalı faciəsi özünün əsl  hüquqi-siyasi qiymətini yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə 

siyasi hakimiyyətə qayıdışından sonra aldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 

24-də  Milli  Məclis  “Xocalı  soyqırımı  (genosidi)  günü  haqqında”  qərar  qəbul  etdi,  BMT-yə,  dünya 

dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı 

təsirli  tədbirlər  görməyə  çağırdı.  Ümummilli  liderin  “Xocalı  soyqırımı  qurbanlarının  xatirəsinə  sükut 



dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevralın 26-sı saat 

17.00-da  ölkəmizdə  Xocalı  soyqırımı  qurbanlarının  xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  olunur.  Ulu  öndər 

Heydər  Əliyevin  1998-ci  il  martın  26-da  imzaladığı  “Azərbaycanlıların  soyqırımı  haqqında”  Fərmanda 

xalqımıza  qarşı  müxtəlif  illərdə  mütəmadi  olaraq  törədilmiş  soyqırımı  cinayətləri,  o  cümlədən  Xocalı 

soyqırımı  ümumiləşdirilərək  bəyan  edilir  ki,  Azərbaycanın  XIX-XX  əsrlərdə  baş  verən  bütün  faciələri 

torpaqlarının  zəbti  ilə  müşayiət  olunaraq  ermənilərin  azərbaycanlılara  qarşı  planlı  surətdə  həyata 

keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. 

Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ədalətin bərpa olunması 

istiqamətində Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən 

davam  etdirilir.  Hər  il  Azərbaycanda  və  dünyanın  müxtəlif  ölkələrində  Xocalı  faciəsi  qurbanlarının  əziz 

xatirəsi  anılır,  mitinqlər,  piketlər  keçirilir,  ermənilərin  vəhşiliklərini  əks  etdirən  fotoşəkillər,  filmlər 

nümayiş  olunur.  Dünya  ölkələrinin  nüfuzlu  qəzetlərində  faciəyə  həsr  olunmuş  məqalələr  çap  olunur, 

televiziya və radio kanallarında verilişlər hazırlanır. 

- Bu istiqamətdə həyata keçirilən işlərdən danışarkən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 

atılan addımları xüsusi olaraq vurğulamaq yerinə düşər... 

- Öncə onu deyim ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, 

həmçinin  “Xocalıya  ədalət!”  (“Justice  for  Khojaly!”)  beynəlxalq  kampaniyası çərçivəsində görülən  işlər 

nəticəsində dünyanın 10-dan çox dövləti, eləcə də ABŞ-ın 20-dən artıq ştatı və İslam Əməkdaşlıq Təşkilatı 

(İƏT)  Xocalı  soyqırımını  rəsmən  tanıyıb,  bu  soyqırımını  pisləyən  qətnamə  qəbul  ediblər.  Təbii  ki,  bu 

istiqamətdə  Heydər  Əliyev  Fondunun  xidmətləri  xüsusilə  qeyd  edilməlidir.  Məhz  Fondun  prezidenti, 

Azərbaycanın  birinci  xanımı,  UNESCO-nun  və  İSESCO-nun  xoşməramlı  səfiri,  millət  vəkili  Mehriban 

Əliyevanın təşəbbüsü ilə hər il bir sıra ölkələrin paytaxtında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, 

kitablar, broşürlər nəşr olunur. 

Eyni zamanda, Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə 

Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanan 

“Xocalıya  ədalət!”  beynəlxalq  kampaniyası  istər  miqyasına,  istərsə  də  geniş  təbliğat  imkanlarına  görə 

seçilir.  2008-ci  il  mayın  17-də  ilk  dəfə  İstanbulda  keçirilən  İslam  Əməkdaşlıq Təşkilatının  ekspertlərinin 

toplantısında bu  təşəbbüs dəstəklənib və  iclasın  yekun  sənədinə salınıb. Daha  sonra  isə  İƏT-in üzvü  olan 

ölkələrin  xarici  işlər  nazirlərinin  Kampalada  (Uqanda)  keçirilən  konfransının  35-ci  sessiyasında  qəbul 

olunan qətnaməsində Leyla Əliyevanın “Xocalıya ədalət” təşəbbüsü də öz əksini tapıb. Məhz bu təşəbbüsün 

qəbul  edilməsi  nəticəsində 26  fevral  -  Xocalı  soyqırımı gününün İƏT  ölkələrində qeyd  edilməsi  nəzərdə 

tutulub. Qətnamənin İƏT-in xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq 

kampaniyanın  həyata  keçirilməsi  üçün  siyasi-hüquqi  baza  yaradıb.  Soyqırımının  tanıdılması  və  qətliama 

siyasi qiymət verilməsi istiqamətində fəaliyyətin ən böyük uğurlarından biri də Xocalı həqiqətlərinin İƏT- 

ə  üzv  ölkələrin  ali  təhsil  məktəblərinin  dərsliklərinə  salınması  məsələsidir.  Digər  tərəfdən,  “Xocalıya 

ədalət!”  beynəlxalq  kampaniyasının  effektivliyinin  daha  da  artırılması,  eləcə  də  bu  istiqamətdə  atılan 

addımların  dünyaya  çatdırılması  üçün  2009-cu  ilin  fevralında  Haaqa  şəhərində  kampaniyanın  internet 

saytının  (www.justiceforkhojaly.org)  təqdimatı  keçirilib.  Daha  sonra  internet  saytı  Bern,  London,  Ər- 

Riyad,  Kiyev, Berlin, Buxarest, Vyana, Riqa, Varşava, Pekin  və  bir  çox  paytaxtlarda, eləcə  də Türkiyədə 

və ABŞ-ın bir sıra ştatlarında ictimaiyyətə təqdim olunub. 

“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının uğurlarından biri də soyqırımının İsveçdə yaradılmış 

“Beynəlxalq Müharibə Qurbanları Memorialı” layihəsinə daxil edilməsidir. Layihədə kampaniyanın rəsmi 

saytına  istinad  edilərək  Dağlıq  Qarabağ  müharibəsi  zamanı  erməni  silahlı  qüvvələri  tərəfindən  Xocalı 

şəhərində xüsusi amansızlıqla öldürülən qurbanların siyahısı yerləşdirilib, faciə  saytın istifadəçilərinə XX 

əsrin  ən  dəhşətli  qətliamı  kimi  təqdim  edilib.  Xocalı  soyqırımının  adı  Əlcəzair,  Srebrenitsa,  Darfur, 

Madaqaskar,  Nigeriya,  Ruanda,  Vyetnam  və  başqa  yerlərdə  törədilmiş  soyqırımları  və  qətliamlarla  bir 

sırada çəkilib. 

Eyni zamanda, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində sosial şəbəkələrdə də fəal iş aparılır, hər 

il fevralın 26-da dünyanın aparıcı dövlətlərinin paytaxtlarının mərkəzi meydanlarında Xocalı soyqırımında 

həlak olan günahsız insanların xatirələri anılır, fləş-moblar keçirilir, bu soyqırımının tanıdılması yönündə 

müvafiq addımlar atılır. 

Sonda  onu  da  qeyd  etməyi  özümə  borc  bilirəm  ki,  Azərbaycan  dövləti  ermənilərin  işğalçılıq 

siyasətinin ifşa  olunması ilə  bağlı  atılan  addımlarla işini  bitmiş hesab  etmir, eyni  zamanda, Ermənistan 

ordusunun işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində mühüm və ardıcıl addımlar atılır. 

2016-cı ilin aprelində həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o 

cümlədən  Lələtəpə  yüksəkliyinin  işğaldan  azad  olunması,  eyni  zamanda,  bu  uğurun  davamı  olaraq 



Prezident  İlham  Əliyevin  bu  il  yanvarın  24-də  imzaladığı  “İşğaldan  azad  edilmiş  Cəbrayıl  rayonunun 

Cocuq Mərcanlı kəndinin bərpası ilə  bağlı tədbirlər haqqında” Sərəncam da  deyilənləri təsdiqləyir. Yəni 

bütün  bunlar  Xocalının,  Şuşanın,  həmçinin  böyüyüb  boya-başa  çatdığım  Laçının  tezliklə  işğaldan  azad 

olunacağına əminlik yaradır. 



 

Yeni Azərbaycan.-2017.-10 fevral-№ 25.-S.6. 

Yüklə 262,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin