Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Geologiya fakültəsi Elmi Şurasının 05 saylı 14 yanvar 2017-ci IL tarixli iclasında təsdiq edilmişdir Elmi Şuranın katibi: dos. E. A. Məmmədova faydali qazintilar kafedrasi



Yüklə 108 Kb.
səhifə4/9
tarix29.12.2021
ölçüsü108 Kb.
#48779
1   2   3   4   5   6   7   8   9
Proqram -Doktopantura faydalı (1)

Molibden yataqları. Qısa geokimyəvi səciyyəsi və mineralogiyası. Dünya ehtiyatı və yataqları. Türkiyə, Avstraliya, Cili, Mərakeş, Cin, Kanada, ABŞ, Rusiya, Finlandiya, Özbəkstan, Qazaxstan və s. ölkələrin molibden filizi ehtiyatları. Molibden yataqlarının ölcülərinə görə tipləri. Metallogeniyası. Qırışıqlıq qurşaqlarında və platformalarda formalaşan kobalt yataqları. Sənaye-genetik tip yataqları. Skarn yataqalrı (Şimali Qafqazda Tırnauz, Mərakeşdə Azequru, Türkiyədə Taxtalıdağı və s.). Qreyzen yataqları. (Rusiyada Buluktay, Qazaxstanda Koktenkol və s.). Plutonogen hidrotermal yataqlar ( Azərbaycanda Parağaçay, Rusiyada Umalta, Qazaxstanda Şalqiya, ABŞ-da Klaymaks və s.). Vulkanogen hidrotermal yataqlar. Azərbaycanın molibden yataqları. (Ordubad filiz rayony Parağaçay və Qapıcuğ mis-molibden-porfir yataqları; Dəlidağ filiz rayonu Teymur-Uçandağ yatağı, Sultan-Heydər təzahürü və s.).

Əlvan metallar qrupu yataqları. Mis yataqları. Qısa geokimyəvi səciyyəsi və mineralogiyası. Dünya ehtiyatı və yataqları. Cili, Zair, Zambiya, Peru, ABŞ, Rusiya, Peru, Mərakeş, Argentina, Qazaxstan, Orta Asiya və s. ölkələrin molibden filizi ehtiyatları. Mis yataqlarının ölcülərinə görə tipləri. Metallogeniyası. Qırışıqlıq qurşaqlarında və platformalarda formalaşan mis yataqları. Sənaye-genetik tip yataqları. Maqmatik (likvasiya) sulfid mis-nikel yataqları. karbonatit yataqları (CAR-da Palabor), Skarn yataqları (Uralda Turinsk, ABŞ-da Bisbi və s.). Plutonogen hidrotermal (mis-porfir) yataqlar (Qazaxstanda Kounrad, Cilidə Çukikamata və s.). Kicik Qafqazın mis-porfir filizləşməsi. Vulkanogen hidrotermal yataqlar (İranda Meskəni, Azərbaycanda xal xal, İtalyada Toskana və s.). Kolçedan yataqları (Ural, Kiçik Qafqaz və s.). Stratiform yataqları (Qazaxstanda Cezqazqa, Mərkəzi Afrikada Nçanqa və s.). Azərbaycanda misin yataq və təzahürləri. Böyük Qafqaz və Kicik Qafqaz metallogenik əyalətləri. Gədəbəy mis-kolcedan yatağı.



Qurğuşun və sink yataqları. Qısa geokimyəvi səciyyəsi və mineralogiyası. Dünya ehtiyatı və yataqları. Rusiya, Azərbaycan, Qazaxstan, Orta Asiya, CAR, Kanada, İspaniya, Meksika, Avstraliya, ABŞ, və s. ölkələrin qurğuşun-sink filizi ehtiyatları. Qurğuşun-sink yataqlarının ölcülərinə görə tipləri. Metallogeniyası. Qırışıqlıq qurşaqlarında və platformalarda formalaşan qurğuşun-sink yataqları. Sənaye-genetik tip yataqları. Skarn yataqları (Qazaxstanda Askoran, Meksikada, El Potosi və s.). Plutonogen hidrotermal yataqlar (Şimali Qafqazda Sadon-Zgid, Orta Asiyada Kurqaşin, ABŞ-da Tintik və s.). Vulkanogen hidrotermal yataqlar ( Orta asiyada Qənimənsur, Azərbaycanda Ağdərə, Gümüşlü və s.). Stratiform yataqları (ABŞ-da Missisipi-Missuri, Qazaxstanda Mirqlimsay və s.) Kolçedan yataqları (Rusiyada Filiz Altayı, İspaniyada Rio-Tinto, Yaponiyada Şakanai və s.). Metamorfizləşmiş yataqları (Avstraliyada Broken-Xill və s.). Azərbaycanın qurğuşun-sink yataq və təzahürləri. Böyük Qafqaz metallogenik əyalətlərinin qurğuşun-sink yataq və təzahürləri (Filizçay, Kasdağ, Katex), Kicik Qafqaz metallogenik əyalətlərinin qurğuşun-sink yataq və təzahürləri (Mehmana, Ağdərə).

Civə yataqları. Qısa geokimyəvi səciyyəsi və mineralogiyası. İspaniya, İtaliya, ABŞ, Əlçəzair, Meksika, Peru, Cili, Yaponiya, Orta Asiya və s. ölkələrin civə filizi ehtiyatları. Civə yataqlarının ölcülərinə görə tipləri. Metallogeniyası. Qırışıqlıq qurşaqlarında və platformalarda formalaşan civə yataqları. Qlobal civə filizi qurşaqları. Sənaye-genetik tip yataqları. Plutonogen hidrotermal yataqlar (Azərbaycanda Şorbulaq, Orta Asiyada Çonqoy və s.), Vulkanogen hidrotermal yataqlar (ABŞ-da Sifur-Benk və s.). Stratiform yataqları (Qırğızstanda Xaydarkan, İspaniyada Almaden və s.). Qaliq yataqları (Cində və Dağlıq Altayda). Azərbaycanın civə yataq və təzahürləri (Levçay, Şorbulaq, Ağyataq, Ağqaya, Zülfüqarli).

Yüngül metallar qrupu. Alüminium. Qısa geoloji-mineraloji səciyyəsi. Dünya ehtiyatı və yataqları. Qvineya, Avatraliya, Qana, Venesuela, Hindistan,Vyetnam və s. ölkələrdəki yataqları. Metallogeniyası. Sənaye tip yataqları: məxsusui maqmatik nifelin yataqları (kola yarımadasında),vulkanogen hidrotermal alunit yataqları (Azərbaycanda Qazaxstanda, Orta Asiyada, Uzaq Şərqdə), qalıq-laterit yataqları (Boke və Sanqaredi yataqları), çökmə yaatqları (platfaormalardakı və qırışıqlıq zonalarındakı yataqlar). Azərbaycanın alüminium yataq və təzahürləri. Zəylik alüminium.


Yüklə 108 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin