Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Geologiya fakültəsi Elmi Şurasının 05 saylı 14 yanvar 2017-ci IL tarixli iclasında təsdiq edilmişdir Elmi Şuranın katibi: dos. E. A. Məmmədova faydali qazintilar kafedrasi



Yüklə 108 Kb.
səhifə3/9
tarix29.12.2021
ölçüsü108 Kb.
#48779
1   2   3   4   5   6   7   8   9
Proqram -Doktopantura faydalı (1)

Çökmə yataqları. Litogenezin iqlim tipləri (N.M.Straxova görə). Mexaniki və kimyəvi çökmə diferensiasiya. Çöküntülərin toplanma xüsusiyyətləri. Mexaniki-çökmə yataqları. Kimyəvi çökmə yataqları. Həqiqi məhlulların çöküntüləri (kalsium, natrium, kalium və maqnezium duzları). Kolloid məhlulların çöküntüləri (dəmir, manqan, və alüminium yataqları). Biokimyəvi çökmə yataqlar. Vulkanogen-çökmə yataqlar. Fiziki-kimyəvi və geoloji əmələgəlmə şəraiti. Azərbaycandakı çökmə mənşəli yataq və təzahürlər.

Metamorfogen yataqlar seriyası. Metamorfogen yataqların iki qrupu. Metamorfizləşmiş yataqlar və metamorfik yataqlar. Düz (proqresiv) və əks (reqresiv) metamorfizm. Metamorfizm prosesi zamanı süxurların əsas xüsusiyyətləri. Başlanğıc maddə. Metamorfizmin nğvləri. Metamorfizm dərəcəsi. Struktur. Metamorfizləşmiş süxur və yataqların mineralları. Metamorfogen yataqların fiziki-kimyəvi əmələgəlmə şəraiti. Metamorfizm faktorları və prosesləri. Temperaturun dəyişməsi. Təzyiqin dəyişməsi. Mexaniki gərginlik. Suyun rolu. Metomorfizm faktorlarının geoloji proseslərdən asılılığı. Metamorfogen yataqların geoloji əmələgəlmə şəraiti. Metamorfizləşmiş yataqlar. Regional metamorfizləşmiş yataqlar. Kontakt metamorfizləşmiş yataqlar Regional və kontakt metamorfik yataqlar. Metamorfik yataqların geoloji əmələgəlmə şəraitləri.

Qara metallar qrupu yataqları. Dəmir yataqları. Qısa geokimyəvi səciyyəsi və mineralogiyası. Dəmirin dunya ehtiyatı və yataqları. Brazilya, Avstraliya, ABŞ, Kanada, Hindistan Ukrayna, Qazaxstan və s. ölkələrin dəmir filizi ehtiyatları. Dəmir yataqlarının ölcülərinə görə tipləri. Metallogeniyası. Qırışıqlıq qurşaqlarında və platformalarda formalaşan dəmir yataqları. Sənaye-genetik tip yataqları. Maqmatik yataqları. (İsvecrədə Kirunavara). Karbonatit yataqları (Sibirdə Qulinck, Afrikada Sukulu və Dorovo və s.). Kontakt-metasomatik yataqları (Azərbaycanda Daşkəsəsn; Altayda Taştaqolu; Ruminyada Banat və s.), Plutonogen hidrotermal yataqlar ( Əfqanstanda Hacıgah, İspaniyada Bilbao, Ruminyada Telyuk və s.), Vulkanogen hidrotermal yataqlar (Rusiyada Anqoro-İlimsk və Anqaro-Katsk), Şökmə yataqları (Rusiyada Kerc, Qazaxstanda Ayatsk və Lisakovsk), Vulkanogen-çökmə yataqlar ( Qazaxsatnda Atasu, Almaniyada Lan-Dili və s.). Metamorfogen yataqlar ( Rusiyada Krivoy Roq, KMA, ABŞ-da Yuxarı göl və s.). Azərbaycanın dəmir filizi yataqları. Skarn yataqları: Daşkəsən yatağı, Cənubi Daşkəsən yatağı, Dardərə yatağı. Vulkanogen hidrotermal yataqlar. Alabaşlı hematit yatağı.



Manqan yataqları. Qısa geokimyəvi səciyyəsi və mineralogiyası. Dünya ehtiyatı və yataqları. CAR, Hindistan, Ukrayna, Brazilya, Fransa, Almaniya, Gürcüstan və s. ölkələrin manqan filizi ehtiyatları. Manqan yataqlarının ölcülərinə görə tipləri. Metallogeniyası. Qırışıqlıq qurşaqlarında və platformalarda formalaşan manqan yataqları. Sənaye-genetik tip yataqları. Məxsusi çökmə yataqları (Ukraynada Nikopol hövzəsi, Gürcüstanda Ciaturi və s.) Cənubi Ukrayna hövzəsinin yataqları. Vulkanogen-çökmə yataqlar. Aşınma qabığı yataqları (Şimali Uralda Polunoçnoye, Brazilyada Morro-do-Minna və s.). Metamorfogen yataqlar (Qazaxstanda Qarajal, Hindistanda Pənc-Mahal və s.) Azərbaycanda manqan yataq və təzahürləri. Vulkanogen hidrotermal yataqlar. Molla-Cəlil dəmir-manqan yatağı. Elvor yatağı.

Xrom və kobalt yataqları. Qısa geokimyəvi səciyyəsi və mineralogiyası. Dünya ehtiyatı və yataqları. CAR, Finlandiya, Avstraliy, Türkiyə, ABŞ. Almaniya, Qazaxstan və s. ölkələrin xromit filizi ehtiyatları. Xromit yataqlarının ölcülərinə görə tipləri. Metallogeniyası. Qırışıqlıq qurşaqlarında və platformalarda formalaşan xromit yataqları. Sənaye-genetik tip yataqları. İlkin maqmatik (seqreqasion) yataqlar (CAR-da Buşveld massivi, Zimbabvedə Böyük Dayka və s.). Gec maqmatik (histeromaqmatik) yataqlar (Qazaxstanda Kempirsay massivi, Azərbaycanda Göy dərə, Ermənistanda Şorca və s.). Azərbaycanın xromit yataq və təzahürləri. Göydərə xromit yatağı, Kazım-Binə və Orta İpək təzahürləri.

Kobalt yataqları. Qısa geokimyəvi səciyyəsi və mineralogiyası. Dünya ehtiyatı və yataqları. Mərakeş, CAR, Filippin, Zair, Zambiya, Kanada, ABŞ, Rusiya, Finlandiya, Kuba, Qazaxstan və s. ölkələrin kobalt filizi ehtiyatları. Kobalt yataqlarının ölcülərinə görə tipləri. Metallogeniyası. Qırışıqlıq qurşaqlarında və platformalarda formalaşan kobalt yataqları. Sənaye-genetik tip yataqları. Mqamatik yataqlar (Kanadada Sadberi, Rusiyada Norilsk). Skarn yataqları (Şərqi Sibirdə Tayojnoye və s.). Plutonogen hidrotermal yataqları (Mərakeşdə Bu-Azzər, Azərbaycanda Daşkəsən ABŞ-da Missuri və s.). Azərbaycanın kobalt yataq və təzahürləri. Daşkəsən sulfoarsenit-kobalt yatağı. Mollahəsənli yatağı. Hamamçay və Zoğalı təzahürləri.


Yüklə 108 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin