Nəcib metallar qrupu. Qızıl yataqları. Qısa geoloji-mineraloji səciyyəsi. Dünya ehtiyatı və yataqları. CAR, Kanada, Rusiya, Cənubi və Şimali Amerika, Cili, Brazilya, Kanada, Avstraliya, Qazaxstan, Özbəkstan və s. ölkələrdəki yataqları. Metallogeniyası. Əsas qızıl daşıyan formasiyalar. Sənaye tip yataqları: skarn (Qərbi Sibirdə, Kanadada, Meksikada, ABŞ-da), plutonogen hidrotermal (Özbəkstanda Muruntau, Avstraliyada Bendiqo, Hindistanda Kolar), vulkanogen hidrotermal (ABŞ-da Kripl-Krik), qızıldaşıyan mis-porfit yataqları, metamorfogen yataqlar (CAR-da Vitvaterstrant, Brazilyada, Sibirdə), səpinti yataqları. Azərbaycanın qızıl yataq və təzahürləri (Gədəbəy qızıl-mis-qızıl-kolçedan yatağı, Qoşa qızıl-kolşedan yatağı. Çovdar qızıl yatağı, Dağkəsəmən qızıl-polimetal yatağı, Vejnəli, Pyəzbaşı, Zod və Şəkərdərə yataqları).
Almas və qrafit yataqları. Qısa geoloji-mineraloji səciyyəsi. Dünya ehtiyatı və yataqları. CAR, Namibiya, Anqola, Zair, Sierra-Leonedəki yataqlar. Rusiyanın almaz yataqları. Sənaye tip yataqları: Erkən maqmatik yataqlar. Sibir platformasının almaz yataqları və Səpinti yataqları: Qədim qazımtı səpintiləri (müasir relyefle əlaqəsi olmayan) və cavan səpintilər (Müasir relyeflə sıx bağlı olan)
Qrafit haqqında ümumi məlumat. Qısa geoloji-mineraloji səciyyəsi. Dünya ehtiyatı və yataqları.Gizli kristallik qrafitin iri yataqları:Meksika,Cənubi Koreya,Avstriyadakı yataqlar. Kristallik qrafitin yataqları: Malaqas respublikası, Şri- Lanka, Hindistan, İsveç, Norveç, Almaniya, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxstandakı yataqlar. Sənaye tip yataqları: Məxsusi maqmatik yataqlar; Rusiyadakı Botoqolskoye (Şərqi Sayan) yatağı. Kontakt-metasomarik yataqlar; Özbəkistanda Tas-Qazqan, Kanadada Kvebek və Ontario əyalətindəki yataqlar. Plutonogen hidrotermal yataqlar; Seylon adasındakı yataqlar. Metamorfik yataqlar; Ukraynada Zavalyevskoye, Rusiyanın Tunqus qrafir əyalətinin Kureyskoye yatağı.
Barit və viterit yataqları. Barit və Viterit haqqında məlumat.Qısa geoloji-mineraloji səciyyəsi. Dünya ehtiyatı və yataqları: Qazaxstan, Hindistan, Çin, ABŞ-dakı yataqlar. Almaniyada sənaye əhəmiyyətli, stratiform tipli Rrammelsberq yatağı. Fransanın, İrlandiyanın, Mərakeşin barit yataqları.Sənaye tip yataqları: Vulkanpgen-hidrotermal yataqlar; ABŞ-da, İtaliyada, Türkmənistanda və Azərbaycandakı yataqları. Aşınma yataqları: Cənubi Uraldakı Medvedevskoye yatağı. Çökmə yataqar: Almaniyada Beqgen, ABŞ-dakı Missuri çayı hövzəsindəki çökmə yataqlar. Komide Polnikskoye yatağı. Azərbaycanın barit yataqları. Covdar barit filizi sahəsi: Covdar yatağı. Bayan qrupu yataqları: Quşçu yatağı. Zəylik qrupu yataqları: Nuzgər yatağı.
Asbest yataqları. Qısa geoloji- mineraloji səciyyəsi. Metallogeniyası. Dünya ehtiyatı və yataqları. Şimali Qafqaz, Qazaxstan və Rusiya, ABŞ, Kanadavə Çindəki yataqları. Sənaye tip yataqları: Kontakt-metasomatik yataqlar (Şərqi Sibir, Qırğızstan); Plutinigen-hidrotermal xrizotil-asbest yataqları (bajenovski asbest rayonu). Kicik Qafqazın ultraəsasi süxur massivinin asbestliyi. İpək və Comərd təzahürləri.
Tikinti materialları. Semen xammalı, gil, kaolinl, məmulat daşları və texniki daş yataqları. Qısa geokimyəvi səciyyəsi və mineralogiyası. Dünya ehtiyatı və yataqları.Uralda və Cənubi Ukraynadakı kaolin yataqları. Sənaye tip yataqları: Vulkanogen hidrotermal yataqlar, aşınma (qalıq) yataqları, şökmə yataqlar, Metamorfogen yataqlar. Qluxovetskoe kaolin yatağı. Azərbaycanın gil yataqları
Faydalı qazıntı yataqlarının axtarış və kəşfiyyatı. Fənnin predmeti. Faydalı qazıntıların sənaye yataqları. Fənnin məsələləri. Fənnin məqsədi və tədqiqt üsulları. Faydalı qazıntıların növləri və onların öyrənilməsinə kompleks tələbatlar. Mineral xammalın keyfiyyəti. Mineral xammalın miqdarı. Faydalı qazıntının ehtiyatı. Mineral xammalın texnoloji xüsusiyyətləri. Geoloji kəşfiyyat işlərinin məthələliyi. Dəqiq axtarış işləri. Axtarış-qiymətləndirmə işləri. Ilkin, dəqiq və istismar kəşfiyyat.
Faydalı qazıntı yataqlarının geoloji-sənaye tipləri. Qədim qalxan və platforma yatalqları: dəmirli kvarsit yataqları, qədim laylı polimeta yataqları, ultramemorfik qranit peqmatit yataqları, qədim qızıl və uran daşıyan konqlomerat yataqları. Qırışıqlıq zonalarının yataqları: dəmir-manqan yataqları, layvarı mis-polimetal yataqları, xromit və asbaest daşıyan hiperbazitlər, titan-maqnetitli əsası süxurlar, fosforit və boksit yataqları, misli qumdaşların stratiform yataqları, stratiform polimetal yataqları, kömür yataqları. Aktivləşmiş platformaların yataqları:nadir metallı siyenitli yataqlar, karbonatit yataqları,sulfid-mis-nikel yataqları,almazdaşıyan konqlomeratlar, urandaşıyan qumdaşları, müasir və basdırılmış səpinti yataqları. Platforma yataqları: boksit, manqan və nikelin laterit yataqları, dəmir və manqanın çökmə yataqları, kömür yataqları, platforma kənarlarının neft-qaz yataqları.
Dostları ilə paylaş: |