Gilli süxurların qazılmasında quyu divarının möhkəmləndirilməsi. Gilli süxurlar



Yüklə 72,15 Kb.
tarix28.12.2022
ölçüsü72,15 Kb.
#78064
Gilli süxurlarr


Gilli süxurların qazılmasında quyu divarının möhkəmləndirilməsi.
Gilli süxurlar. Gilli süxurlarda böyük müqavimətli minerallarla 
bərabər elektrik keçirən zeolit və gil dəstəsinə aid olan minerallar da 
vardır. Bununla əlaqədar olaraq gilli süxurların elektrik keçiricili
y
təkcə süxurun tərkibində olan 
məhlulun müqavimətindən yox, bunun 
tərkibində olan mineralların miqdarından, xarakterindən, onun 
paylanmasından asılıdır. Gilin hissəcikləri süxurun dənələri arasında 
yerləşir, yaxud da boşluğun səthini örtür. Süxurun tərkibində gilin 
olması məsaməliliklə müqayisədə nəmliyin artmasına səbəb olur, bu 
gil hissəciklərinin məhlulda ilişməsi hesabına baş verir. Süxurun 
tərkibində gilin nəzərə çarpacaq dərəcədə olması özünəməxsus 
spesifik xassəyə malik olur. Birinci gil hissəciklərinin miqdarı 
artdıqca həcmdə nəmlik artır. İkinci süxurun müqaviməti ilə mineral 
məhlul arasındakı düzxətli asılılıq pozulur. Məhlulun tərkibində 
mineral duzların zənginliyi gilli süxurlarda xüsusi müqavimətin 
artmasına, az zənginlik isə azalmasına səbəb olur. 
Bu qanunauyğunluğun fiziki xüsusiyyəti Daxnov tərəfindən aşağı-
dakı kimi şərh edilmişdir. Boşluqdakı məhlulun zənginliyinin artması 
ionun bir hissəsinin elektrolitdən ikiqat yaranan elektrik qatına 
keçməsidir. İonlar bu qatda böyük elektrostatik cazibə qüvvəsinin 
təsiri nəticəsində yürüklüyünü itirir, bununla da müqavimətin 
artmasına səbəb olur. Belə ki, süxurun tərkibində gil materialı nə 
qədər çox olsa, bir o qədər də ikiqat təbəqənin səthi çox olur, uyğun 
olaraq elektrik müqaviməti artır (Şəkil5). Gilli süxurlarda 
elektrolitdə duzun zənginliyinin azalması ilə xüsusi müqavimətin 
azalmasına səbəb olur. Bu səthi elektrik keçiriciliyi hadisəsi ilə, gilli 
materialların hidrolizi ilə əlaqədardır. Hidroliz məhsulları hesabına 
süxur əlavə keçiricilik əldə edir. Gil hissəcikləri çox olduqca ionlar 
da çox olur, bununla əlaqədar olaraq süxurların müqaviməti az olur. 
Elektrokinetik hadisənin nəzəriyyəsinə əsasən səthi keçiriciliyi, 
iki qat təbəqənin yüksək keçiriciliyi ilə əlaqələndirirlər, təbəqənin 
qalınlığı zənginlik artdıqca azalır və onun təsiri praktiki olaraq itir.
Gilli materiallar neftli-qazlı süxurlarda olduqda onun müqavi-
mətini güclü azaldır, nəticədə gilli süxurlar orta yaxud kiçik 
müqavimət əldə edir.

Gilli süxurlar onların çökməsi nəticəsində müəyyən geoloji dövr müddətində sıxılaraq tərkibcə mineral hissəciklərdən yaranan gildən, lildən, sudan, az miqdarda kvars və çöl şpatından əmələ gəlmişlər. Onların ən əsas xüsusiyyətləri aşağıdakılardır:

  1. Plastikliyi;

  2. Şişmə qabiliyyəti;

  3. Hidrofillik.

Bunlar mineraloji tərkiblərinə və kristallik quruluş strukturlarına görə də bir-birindən fərqlənirlər. Ona görə müxtəlif qazma sahələrində və müxtəlif dərinliklərdə qazma aparılan zaman gil laylarında baş verən mürəkkəbləşmələr bir-birindən fərqlənir. Ümumiyyətlə, mürəkkəbləşmə dedikdə, qazımanın normal texnoloji prosesinin (endirmə, qazıma və qaldırma əməliyyatı) pozulması və qarşıya çıxan bütün çətinliklərin (bu zaman qəza nəzərə alınmır) aradan qaldırılması başa düşülür. Qazıma zamanı müxtəlif mürəkkəbləşmələr baş verir. Bunlara qazıma məhlulunun və sement məhlulunun udulması, neft-qaz-su təzahürləri, süxurların uçulub-tökülməsi, qazıma kəmərinin ilişməsi və tutulması aiddir. Gilli layların qazılmasında isə baş verən mürəkkəbləşmələr: quyu lüləsinin daralması, quyu divarının tökülməsi, tıxacların əmələ gəlməsindən təkrar işləmə zamanı təzyiqin qalxması nəticəsində qazıma borusunun qəzaya uğraması, quyu lüləsində dartılmaların baş verməsi, qazma baltalarının oturaraq quyu dibinə getməməsi və s. ibarət olur. Quyuların qazılması zamanı normal iş şəraitinin pozulması geoloji amillərin təsiri, texniki və texnoloji proseslərin pozulması, eləcə də təşkilati işlərin düzgün aparılmaması nəticəsində baş verir.
Təşkilati işlərin düzgün aparılmaması dedikdə, buruqda işçi qüvvəsinin çatışmaması, buruğa lazım olan materialların, alətlərin gətirilməməsi, quraşdırma işlərindəki qüsurların vaxtlı-vaxtında aradan qaldırılması nəzərdə tutulur. Yerüstü və quyuağzı avadanlığın texniki nasazlığı üzündən uzunmüddətli neft-qaz-su fontanı, eləcə də quyu lüləsində ciddi mürəkkəbləşmə yarana bilər.
Texnoloji prosesin düzgün aparılmaması nəticəsində bir çox mürəkkəbləşmələr baş verir. Bunlar aşağıdakılardır:
1-quyu lüləsinin əyilməsi;
2-quyu divarının uçulması;
3-lülədə novcuğun əmələ gəlməsi;
4-qoruyucu kəmərlər arasından neft-qaz-su təzahürləri.
Qazıma zamanı Cahandar, Tərsdəllər, Cəfərli, Muradxanlı, Naftalan, Ağtəpə, Qalmaz və Lökbatan sahələrində gil süxurlarında əmələ gələn mürəkkəbləşmələri aradan qaldırmaq üçün gil laylarının kimyəvi-fiziki xüsusiyyətləri nəzərə alınaraq müxtəlif tədbirlər görülür. Bəzi hallarda görülmüş tədbirlər quyu divarındakı gil süxurlarının davamlığa qarşı tələb olunan gərginliyini təmin edə bilmir. Ona görə quyu divarında gərgin vəziyyətdə olan süxurlarda gərginliklərin paylanması ətraflı öyrənilməlidir. Mürəkkəbləşmələrin qarşısını almaq üçün çoxlu vaxt və vəsait sərf olunur ki, bu da qazıma işlərinin texniki-iqtisadi göstəricilərini aşağı salır. Mürəkkəbləşmələrin qarşısını almaq üçün əvvəlcədən bir sıra tədbirlər görülməlidir, çünki mürəkkəbləşmə baş verdikdən sonra onun qarşısını almaq çox çətin olur.
Quyu lüləsi ilə dağ süxurlarını qazan zaman süxur hissəciyi çox mürəkkəb gərgin vəziyyətdə olur. Bu gərginlik yuxarıda yerləşən süxurların ağırlığından və tektoniki proseslər nəticəsində yaranan təzyiqdən əmələ gəlir.Yuxarıdakı layların ağırlığından yaranan geostatiki təzyiq Pg ancaq süxurun skletinə düşürsə, onda skletdəki təzyiq maksimum olur.

⧋F – süxurun baxılan en kəsiyindəki sklet hissəciyinin sahəsidir.
Məsamədəki mayenin aldığı yükün miqdarı Pℓ(1-⧋F)-ə bərabər olduğundan süxur skletində əmələ gələn gərginlik

𝜂 = 1-⧋F / ⧋F - məsaməli sahənin keçiriciliyindən asılı olan kəmiyyətdir.
Göründüyü kimi, lay təzyiqinin artması ilə süxur skletinə düşən təzyiq azalır.
Quyu ilə açılmış dağ süxurlarında gərginliyin elastiki paylanması nəzəri olaraq öyrənilmişdir.
𝛔­z = -Pg

𝜆 = 𝜂 / 1- 𝜂 – kənardan sıxma əmsalıdır.
𝜂 - Puasson əmsalı, qarşılıqlı perpendikulyar istiqamətlərdə, bir qüvvədən yaranan deformasiyadır.
Neft quyularının qazılması zamanı bəzən bir sıra sahələrdə uçulan süxurlara təsadüf edilir. Bu süxurlar əsasən çox boşluqları və çatlayışları olan gilli süxurlara aiddir. Lakin bəzən başqa süxurlar da uçulmaya qadirdirlər. Adətən quyuda uçqun olduqdan sonra orada tıxac əmələ gəlir ki, bu da qazıma alətini quyu dibindən qaldırıb-endirdikdə yaxşıca hiss edilir. Quyu divarının dəyanətliyinın pozulması və uçması quyudakı təzyiqin azalması nəticəsində yaranan gərginliyin dağ süxurunun relaksasiya vaxtının aşağı olması nəticəsində baş verir. Bunun nəticəsində süxurun plastik deformasiyası quyu divarının tökülməsinə səbəb olur.
Quyu divarının dəyanətlıyi toxunan gərginliklə müəyyən edilir. Quyu divarının dayanıqlığını təmin edən toxunan gərginliyin qiyməti aşağıdakı bərabərliyi təmin etməlidir.

Quyu divarında toxunan gərginliyin (𝛔θ) intensivliyini azaltmaq üçün quyudakı təzyiqin optimal qiymətini seçmək lazımdır. Quyu divarında şişmə təzyiqi artmağa başladıqda isə bu bərabərlik pozulur.
Qazılan quyuda uçulma hadisəsinin baş verməsinin başlıca əlamətləri aşağıdakılardır:
1-quyuda cərəyan yaradan nasosların təzyiqi artır;
2-quyudan çıxan qazıma məhlulunun özlülüyü birdən-birə artır;
3-qazıma məhlulu köpüklənir; onunla bərabər uçulan süxurun iti uclu və iri quru olan böyük parçaları çoxlu miqdarda quyudan çıxır;
4-qazıma aləti quyu dibindən bir qədər qaldırıldıqdan sonra yenidən quyu dibinə getmir;
5-uçulan süxurlar tavanının olduğu dərinlikdən aşağı buraxılmış qazıma aləti vasitəsilə quyuda qazıma məhlulu cərəyanını yaratmaq çətin mümkün olur;
6-qazıma alətini qaldırdıqda, alət böyük dartılma qüvvəsi ilə gəlir. Bu dartılma qüvvəsi çox zaman alətin ağırlığının 50-100 %-ni təşkil edir.
Gil laylarını qazan zaman rast gəlinən mürəkkəbləşmədən biri, qazıma məhlulunun tərkibində olan “azad” suyun quyu lüləsindəki müxtəlif tərkibli gilli laylara keçərək gil hissəciklərini hidratasiya etməsidir. Aparılmış hesablama göstərir ki, gil hissəcikləri müstəvilərinin arasındakı məsafə 5,1·10-8 sm olur. Suyun gil qatına keçməsi nəticəsində gil hissəciyi hidratlaşaraq öz çəkisini və həcmini artırır. Bunun nəticəsində molekulyar cazibə qüvvəsinin zəifləməsi süxurun möhkəmliyini azaldır. Ümumiyyətlə, bəzi gilli süxurlara su dəyəndə o öz həcmini genişləndirir, şişir və sonda quyu lüləsinin daralması baş verir ki, bu da qazıma alətinin quyu lüləsində hərəkətini gecikdirir.
Məhlulun tərkibində suyun tərkibi çox olduqda bu su miqdarları laya nüfuz edəcək və quyunun divarında qalın gil qabığının əmələ gəlməsinə səbəb olacaqdır. Burada qalın gil qabığı davamsız olduğuna görə uçulub tökülür. Nəticə etibarilə qazılmış süxur hissəcikləri quyu dibinə tökülərək qazıma alətinin quyu dibində ilişməsinə şərait yaradır ki, bu da mənfi haldır.
Belə bir sual ortaya çıxır ki, gil qabığı quyu divarında həddən artıq qalınmı olmalıdır, yoxsa nazikmi olmalıdır ki, bu kimi mürəkkəbləşmələr olmasın. Əgər quyu divarında gil qabığı həddən artıq nazik olarsa, bu zaman laylar bir-birindən yaxşı təcrid olunmayacaq və qazıma məhlulunun laya udulmasına gətirib çıxaracaqdır ki, bu da bir çox təzahürlərin baş verməsi deməkdir. Yox əgər gil qabığı həddindən artıq qalın olarsa, bu zaman gil qabığı öz ağırlığı hesabına uçulub quyu dibinə töküləcəkdir ki, bu da qazıma alətinin tutulmasına gətirib çıxaracaqdır. Göründüyü kimi, hər iki hal da mənfi haldır.
Quyu divarını təşkil edən süxurların şişməsini aradan qaldırmaq üçün:
1)Quyu divarının şişərək lülədə sürüşmə əmələ gətirməsini aradan qaldırmaq üçün gözlənilən intervalı qazıdıqda gilli məhlulun sıxlığını artırmaq, su verməsini isə sıfra yaxınlaşdırmaq lazımdır.
2)Qazımanı yüksək göstəricilərlə aparmaq lazımdır.
Gil hissəciyinin kristallik şəbəkəsi sürüşkən olan minerallardan (montmorillonit,vermukulit) təşkil olunubsa, onların xüsusi səthi 80% çox olduğundan kristallar arasında şişmə baş verdiyindən onların şişməsi bir neçə dəfə artır. Beləliklə, gilin şişmə dərəcəsi artır və bunun nəticəsində (( azalır. Nəticədə aşağıdakı bərabərsizlik alınır:

Bu səbəbdən quyu divarının dayanıqlığının azalması nəticəsində quyu divarında tökülərək uçma baş verir.
Cahandar, Tərsdəllər, Cəfərli, Məmmədli və Naftalan yataqlarında aparılan tədqiqatlar zamanı müəyyən edilmişdir ki, gilli layların qazılmasından bir qədər vaxt keçdikdən sonra müxtəlif dərinliklərdə, qazma məhlulunun az (2,5-3,0 sm3) suvermə həddində olmasına baxmayaraq əvvəlcə az, sonra isə intensiv miqdarda quyu divarından süxur hissəciklərinin tökülməsi başlayır. Tökülmə gedən dərinliklərdə qazıma alətinin oturması və qazıma alətini qaldıran zaman onun dartılmalara məruz qalması baş verir. Qazıma kəmərini quyu dibinə buraxan zaman süxurların tökülməsi baş verən aralıqları bir neçə dəfə təkrar işləməklə quyu dibinə çatmaq mümkün olmuşdur. Bəzi hallarda isə təkrar işləmə vaxtı işçi təzyiqi qalxaraq qazıma kəməri tutulmuşdur. Tərsdəllər 102 saylı buruqda 1980-2020m aralıqda təkrar işləməklə aşağı keçmək mümkün olmamış, və növbəti təkrar işləmədə qazıma aləti 1995m dərinlikdə tutularaq qəzaya uğramışdır.
Bir çox hallarda gilli layları qazan zaman quyu divarının tökülməsinin qarşısını almaq məqsədilə qazıma məhlulunun sıxlığını15% artıraraq tökülmə gedən gilli laylara əks təzyiq artırılır. Bunun nəticəsində qazımanın texniki, iqtisadi göstəricilərinin azalması baş verir. Bundan sonra süxurların tökülməsinin qarşısı bir neçə həftəlik alınır. Bu müddət keçdikdən sonra qazıma məhlulundakı “azad” suyun gil laylarının dərinliklərinə daxil olması nəticəsində şişmə təzyiqinin qiyməti, qazıma məhlulunun sıxlığının artırılması hesabına yaradılmış təzyiqdən çox olduğundan tökülmə daha çox intensivləşir. Təcrübə göstərir ki, tökülmənin qarşısını almaq üçün onun əmələ gəlməsinin səbəbi öyrənildikdən sonra lazımi tədbir görülməlidir.
Süxurların uçulmasının çox mürəkkəb olan səbəbləri aşağıdakılardır:
1)süxurların quruluşu, onların çatlayışlı və təbəqə-təbəqə olması, hissələri arasında qovuşdurucu vasitələrin olmaması;
2)tektonik pozğunluqlar – süxurun dağınıqlığı, laylar, layın çox böyük mailliyi;
3)qazıma məhlulunda olan sərbəst suyun dağınıq süxura nüfuz edərək onu islatması, şişirtməsi və çökdürməsi;
4)quyu divarlarına olan əks təzyiqin kafi olmaması;
5) quyuda qazıma işlərinin uzun müddət dayandırlıması.
Uçulma hadisəsinin səbəblərini öyrəndikdən sonra, müəyyən edilir ki, bu xüsusiyyət hər hansı gil süxurlarına aid deyil. Bu hadisə yalnız gillərin fiziki xassələri ilə onların yataq şəraiti xüsusiyyətlərindən və qazıma rejiminin şəraitə müvafiq olmamasından baş verir.
Qazıma zamanı quyuda süxurların uçulmasına qarşı mübarizəyə dair verilmiş bir sıra nəzəri anlayışlardan daha həyati olanlarına görə uçulmalar, bir tərəfdən dağınıq və çatlayışlı süxurların vəziyyətlərinin gərginliyi, digər tərəfdən isə laya çox miqdarda su keçməsilə bərabər, ona əks təzyiqin kafi olmaması nəticəsində baş verir.
Süxurlar mexanikası nöqteyi-nəzərincə qazıma prosesini süxurların deformasiyası kimi təsəvvür etmək olar. Bu deformasiya da yer qabığının uzun müddət geoloji tarixi boyunca topladığı potensial enerjinin təsiri nəticəsində əldə edilmiş gərginliklər müvazinətini pozur. Bu müvazinətin yenidən yaranması, süxurların quyu gövdəsinə doğru qabarmasına səbəb olur. Beləliklə, demək olar ki, qazımada süxurların bir qismi gillərin su keçməsi nəticəsində islanıb şişdiyinə görə, habelə süxurların gərgin vəziyyəti, çatlayışlığı səbəbilə uçulub tökülür.
Buradan da, uçulma ilə mübarizədə qazıma məhlulunun keyfiyyətinin nə qədər böyük əhəmiyyəti olduğu öz-özünə aydın olur. Odur ki, uçulma hadisəsi ilə mübarizədə qazıma məhlulu xüsusi kimyəvi maddələrlə işlənilir. Uçulan layların çatlayışlarına və təbəqələri arasına maye çox dərin keçməsin deyə, qazıma məhlulunda sərbəst su olmamalı və eyni zamanda mühlul süxura mümkün qədər az nüfuz etməlidir. Daxili təzyiq altinda olan dağınıq, pozğun süxurların qabarıb uçulmasının qarşısını almaq məqsədilə, quyuda qazıma məhlulunu ağırlaşdırmaqla böyük əks təzyiq yaratmaq lazımdır. Buna görə də, kimyəvi işlənilmiş qazıma məhlulunun ağırlaşdırılması uçulma ilə mübarizədə əsas vasitə hesab olunur.
Kimyəvi işləmə, sulu mühitdə gillərin dayanıqlı olmasına imkan imkan yaratmalıdır ki, bu da qazıma məhluluna hidrofoblaşdırıcı maddələrin əlavə edilməsilə əldə edilir. Bu maddələr gilin hidrotasiyasını azaltmaq və su qarşısında dayanıqlılığını artırmaq xassəsinə malikdir.
Bütün başqa bərk cisimlər kimi, laylarda olan gil hissəcikləri də öz səthində əks yüklü ionları adsorbsiya edən səth enerjisinə malikdir və bunlar mənfi yüklərdir. Qazıma zamanı quyu lüləsinin tamlığının dəyişilməsinin qarşısını almaq üçün qazma məhlulunun tərkibinə sönmüş əhəng vurmaqla onun tərkibində olan kalsium ionlarının miqdarını 300 mq/l-dən çox saxlamaq lazımdır. Qazıma məhlulunun tərkibində olan kalsium ionları quyu gövdəsində olan gilli slans laylarının kristallik quruluşuna daxil olub orada olan hidroksid qrupu ilə möhkəm əlaqə yaradır və onların neytrallaşmalarına səbəb olur. Beləliklə, gil hissəcikləri ətrafındakı hidrat örtüyü tamamilə neytrallaşır. Bundan sonra quyu lüləsində olan müxtəlif tərkibli və xassəli gil layları kalsium gillərinə çevrilir. Gil lövhələri arasında molekulyar cazibə qüvvəsi güclənir. Su hissəcikləri artıq gil hissəcikləri arasına keçə bilmir. Bunun nəticəsində quyu divarında şişmə təzyiqi olmadığından süxurların möhkəmliyi artır və divarın tökülməsi baş vermir.
Quyu divarı uçulduqda aşağıdakı tədbirlər görülməlidir:
1) quyu divarının uçulan (tökülən) hissəsi qazıldıqda qazıma məhlulunu kimyəvi cəhətdən işləyib, onun suverməsini sıfra yaxınlaşdırmaq, sıxlığını isə maksimuma çatdırmaq lazımdır;
2) iş elə təşkil edilməlidir ki, bu hissə maksimum sürətlə qazılsın;
3) quyu lüləsi imkan daxilində ən kiçik diametrlə qazılmalı, həmin intervalda baltanın diametri dəyişdirilməməlidir, boruarxası fəzada qazıma məhlulunun sürəti 1.5 m/san-dən az olmamalıdır. Qazıma aləti quyu dibinə müntəzəm verilməli, qazıma vaxtı qazıma məhlulunun sıxlığı azalanda aləti qaldırmaqdan qabaq məhlul ağırlaşdırılıb geoloji-texniki tapşırıqda göstərilmiş sıxlığa çatdırılması və qazıma aləti hər 3-5 dəqiqədən bir “bas-boş” edilməlidir.
Tərsdəllər 102 saylı quyuda 1980-2020mdərinlikdə təkrar işləmə yolu ilə qazma alətinin aşağı buraxılması qazıma məhlulunun içərisindəki kalsium ionlarının miqdarını 300-350 mq/l qaldırıldıqdan sonra mümkün olmuşdur. Quyu layihə dərinliyinə qazılaraq 168mm diametrli istismar kəməri buraxılmışdır. Keçən müddət ərzində quyu lüləsində tökülmə baş verməmişdir.
Gil laylarında qazıma aparan zaman, qazıma boruları səthlərinin quyu divarına yapışması nəticəsində mürəkkəb qəzalar baş verir. Məlumdur ki, qazıma borusu səthində adsorbsiya nəticəsində müsbət yüklü qələvi metal ionları əmələ gəlir. Quyu divarının gil səthində isə gil hissəciklərinin hidrotasiyası nəticəsində mənfi ionlar (OH-) yaranır. Əmələ gələn elektrik qatlarının əlaqəsi nəticəsində müxtəlif səthlərin bir-birinə yapışması baş verir. Qazıma məhlulunun tərkibinə əlavə edilmiş kalsium ionları quyu divarı səthində əmələ gələn mənfi yüklü ionları neytrallaşdırdığından qazıma borusunun quyu divarına yapışması baş vermir.
Cəfərli sahəsində dərinliyi 3435m olan 34 saylı quyuda quyu divarının tökülməsinin qarşısı gilli məhlulun tərkibində kalsium ionlarının miqdarını 300mq/l çox saxlamaqla alınmışdır. Qazıma zamanı qazma borusu 815m dərinlikdə gövdədən qırılaraq dilimlərə parçalanmışdır. Görülən tədbirlər nəticəsində 62 gündən sonra qazıma borusunun yuxarı hissəsi quyuda qalan hissəsi ilə birləşdirilmişdir. Sonra qazıma borusu səthinin quyu divarı ilə yapışması olmadığından qazıma aləti quyu dibindən dartılma olmadan qaldırılmışdır.
Gilli laylar qazan zaman məhlulun tərkibinə sönmüş əhəng əlavə etməklə quyu divarından süxur hissəciklərinin tökülməsinin qarşısı alınır və divarda kahalar əmələ gəlmir. Bunun nəticəsində kimyəvi reagentlərlə zəngin olmuş quyu divarından çıxaraq ətraf mühiti çirkləndirən gil hissəciklərinin miqdarı xeyli azalır.
Cəfərli, Qalmaz və Məmmədli sahələrində kalsium ionları ilə zənginləşdirilməmiş qazıma məhlulu ilə qazılan quyu lülələrində, kahı ölçən elektrik cihazı ilə müəyyən edilmişdir ki, qoruyucu kəmərlə bağlanılmamış quyu lüləsinin 41-49% -də kahılar əmələ gəlmişdir. Qazılması 215,9 mm diametrli üç kürəli balta ilə aparılan quyu lüləsində əmələ gəlmiş kahıların orta dərinliyi 336mm olmuşdur. Hesablama göstərir ki, tökülmə nəticəsində quyudan çıxan süxurun həcmi, qazma zamanı çıxarılan süxurun həcmini 41 – 51% artırır. Qazıma məhlulunu kalsium ionları ilə zənginləşdirməklə quyu divarından süxur hissəciklərinin tökülməsinin qarşısını almaqla silindrik quyu lüləsinin əldə olunmasına nail olunur. Eyni zamanda quyu divarından uçaraq kimyəvi reagentlərlə çirklənmiş süxur hissəciklərinin ətraf mühitə atılmasının qarşısı alınaraq ətraf mühitin mühafizəsi yaxşılaşdırılır.
Neft və qaz quyularını qazan zaman gil süxurları ilə qazıma məhlulunun qarşılıqlı təsirindən məhlulun tərkibindəki sərbəst su fazası quyu divarındakı gil laylarına adsorbsiya, osmotik və kapillayrlar vasitəsi ilə daxil olur. Vaxt artdıqca qazıma məhlulunun su fazası gilli layların daha dərinliklərinə hərəkət edir. Bu səbəbdən quyu lüləsindəki gil hissəcikləri öz həcmini artıraraq şişməyə başlayır. Nəticədə süxurun daxilində şişmə təzyiqi yaranır, quyu divarında əvvəlki möhkəmlik pozulur ki, bu da quyu lüləsinin diametrinin kiçilməsinə və bir çox hallarda isə quyu divarının uçmasına səbəb olur.
Quyu lüləsində baş verən mürəkkəbləşmələrin qarşısını almaq üçün qazıma məhlulunun su verməsini azaldan kimyəvi reagentlərdən səmərəli istifadə etməklə məhlulun tərkibindəki sərbəst suyun miqdarını (2,0÷3,5m3) azaldaraq onun tərkibinə sönmüş əhəng məhlulu əlavə etməklə kalsiun ionlarının miqdarını 300-350 mq/l saxlamaq lazımdır.
Quyu lüləsinin tamlığını pozan mürəkkəbləşmə hadisəsi maili istiqamətlənmiş quyu lüləsində baş verdikdə onun aradan qaldırılması xeyli çətinləşir. Mürəkkəbləşmə quyu lüləsinin əyrilik və azimut bucaqlarının intensiv dəyişdirilmiş intervalında baş verdikdə onun ləğv edilməsi bir çox hallarda yeni mürəkkəbləşmələrin yaranmasına səbəb olur. Çox halda isə yaranmış yeni mürəkkəbləşmə quyu lüləsinin aşağı hissəsinin itirilməsi və quyuda qəza halının baş verməsi ilə nəticələnir. Mürəkkəbləşmə baş vermiş maili istiqamətləndirilmiş quyu lüləsini təkrar işləyərək normal vəziyyətə gətirmək üçün bir çox halda qazıma aparılan zaman aşağı intervalda işlədilən QKAH (qazıma kəmərinin aşağı hissəsi) olduğu quruluşda saxlanılır. Bu isə quyu lüləsindən kənara çıxaraq ikinci lülə ilə quyunun qazılmasına səbəb olur. Daha doğrusu, quyuda iki lülə əmələ gəlir. Məlum olduğu kimi maili quyuların qazılması üç, dörd və ya beş intervallı profillərlə aparılır. Qazıma aparılan quyu lüləsinin müxtəlif intervallarında tələb olunan profil hissəsini qazmaq üçün istiqamətləndirilən və istiqamətləndirilməyən QKAH düzümünün müxtəlif quruluşlarından istifadə olunur. Bunun nəticəsində qazıma baltasına təsir edən yanaverici qüvvənin qiymətindən asılı olaraq müxtəlif intervallarda quyu lüləsinin əyrilik parametrləri dəyişdirilir. Buna görə maili istiqamətləndirilmiş quyuların lüləsində mürəkkəbləşmə baş verdikdə əvvəlcə quyu lüləsinin şaquli və əyrilik parametrlərinin dəyişdirildiyi intervalların faktiki dərinlikləri müəyyən olunmalıdır və hər intervalın təkrar işlənilməsi üçün ayrılıqda QKAH quruluşu seçilməlidir.
Mürəkkəbləşmiş quyu lüləsini təkrar işləyən zaman QKAH elə seçmək lazımdır ki, qazıma baltasında yaranaraq ona istiqamət verən yanaverici qüvvə baltanı daimi quyu lüləsinin mərkəzi ilə aparmağa yönəltsin. Bunu təmin etmək üçün qazıma baltasını quyu lüləsində istiqamətləndirən QKAH aşağıdakı cədvələ uyğun seçilməlidir.
Təkrar işləmə aparan zaman baltadan yuxarıdakı intervallarda quyu lüləsinin uçaraq həlqəvi fəzada kipkəc yaratmasının qarşısını almaq üçün quyuda təkrar işləmə zamanı təzyiqin qalxması nəzarət altında olmalıdır. Quyuda təzyiq qalxmağa başladıqda atqı xəttindəki siyirtmə açılaraq nasosların işləməsini dayandırmaqla təzyiqin artmasının qarşısı alınmalıdır. Quyu lüləsində uçma baş verməsinə baxmayaraq atqı xəttindıki təzyiq işçi təzyiqdən çox qalxmadıqda qazıma kəmərini uçmuş intervaldan əlavə dartılmaların olmasına baxmayaraq yuxarı qaldırmaq mümkün olur. Təcrübə göstərir ki, quyuda mürəkkəbləşmə baş verdikdə quyu lüləsinin təkrar işlənilməsi nizəvari balta ilə aparılmalıdır. Nizəvari baltanın en kəsik sahəsi qazıma aparılan baltaların en kəsik sahəsindən dəfələrlə az olduğundan nizəvari balta ilə birləşmiş qazıma kəməri uçmuş quyu lüləsində qəza yaranmadan az dartılmalarla yuxarı qaldırılır. Nizəvari baltaların kəsici hissəsi iti bucaq altında mərkəzi ilə birləşərək nizəvari formaya malik olduğundan onun mərkəzi quyu lüləsinin mərkəzi istiqamətinə yönəlir və yan tərəfləri kəsici ağıza malik olmadığından quyu lüləsində təkrar işlədikdə şəraitdən asılı olmayaraq quyu lüləsinin kəsilərək kənara çıxması baş vermir. Maili quyularda baş vermiş mürəkkəbləşmələri aradan qaldırmaq üçün quyu lüləsinin təkrar işlənilməsin QKAH-nın düzümünü nizəvari balta, uzunluğu quyu lüləsinin əyriliyini nəzərə alan yanaverici qüvvənin qiymətinə uyğun seçilmiş ağır qazıma borusundan hazırlanmış qısa boru, üçpərli mərkəzləşdiricidənvə 12÷18 m uzunluqda AQB yığmaqla rotor üsulu ilə aparılması səmərəlidir.
Mürəkkəbləşmiş quyu lüləsi maili istiqamətlənmiş olduqda təkrar işləmə zamanı lülənin kəsilərək yana çıxmasının qarşısını almaq üçün təkrar işləmə zamanı mexaniki sürət (Vm.t) təkrar işlənilmə aparılan intervalın qazılmasındakı mexaniki sürətdən (Vm.q) böyük olmalıdır. Muradxanlı, Neftçala, Puta və Lökbatan sahələrində görülən işlərin təcrübəsi göstərir ki, Vm.t ≥ (2÷2,5)Vm.q olduqda və quyu lüləsinə uyğun yanaverici qüvvənin qiyməti lülənin əyrilik parametlərinə uyğun seçildikdə təkrar işləmə vaxtı mürəkkəbləşmiş quyu lüləsindən kənara çıxma baş vermir. Quyu lüləsində maillik olduqda baş vermiş mürəkkəbləşmənin aradan qaldırlması üçün aşağıdakı tədbirlər yerinə yetirilməlidir:
- Maili istiqamətlənmiş quyu lüləsində mürəkkəbləşmə baş verdikdə, intervallar üzrə quyunun əyrilik parametrlərini əsas götürərək təkrar işləmə üçün QKAH quruluşu və ölçülərini seçmək lazımdır.
-Quyu lüləsində baş vermiş mürəkkəbləşməni aradan qaldırmaq üçün təkrar işləmə yalnız nizəvari baltadan istifadə etməklə aparılmalıdır.
-Quyu lüləsində təkrar işləmə apardıqda atqı xəttində təzyiqin artması nəzarətdə saxlanılmalı və xətdəki təzyiq işçi təzyiqdən 1÷2 MPa–dan çox artdıqda siyirtməni açaraq qazıma nasoslarının işləməsin dayandırmaq lazımdır.
Maili quyu lüləsində mürəkkəbləşmə baş verdikdən sonra lülənin tamlığını bərpa etmək üçün təkrar işləmə aparılan zaman işlənilən intervallarda quyunun faktiki əyrilik parametrləri və onların dəyişmə intensivliyi düzgün nəzərə alınmadığına görə bəzən quyu lüləsinin kəsilərək yana çıxması səbəbindən quyuda ikinci lülə əmələ gəlir.
Qazıma məhlulunun parametlərinə nəzarət ermədikdə məhlulun su verməsinin çoxalması, onun reoloji parametlərinin kəskin dəyişməsi, qazıma alətinin quyudan qaldırılması zamanı quyunun həlqəvi fazasının qazıma məhlulu ilə doldurulmasına nəzarətsizlik və qazıma kəmərini quyudan qaldıran zaman quyuda “porşenlənmə” effektinin olmasına fikir verilməməsi nəticəsində qazılmış quyu lüləsi diametrinin daralması, bir çox hallarda isə uçmasından mürəkkəbləşmələr yaranır. Baş vermiş bu cür mürəkkəbləşmələri aradan qaldırmaq üçün quyu lüləsində təkrar işlənmə aparılır.
Şaquli quyulardan fərqli olaraq maili quyularda aparılan təkrar işlənmə zamanı qazıma kəmərinin aşağı hissəinə (QKAH) birləşdirilmiş baltanın quyu lüləsinin mərkəzi ilə hərəkət etməsi üçün baltaya təsir edən yanaverici qüvvənin qiyməti hesablanmalıdır. Quyu lüləsinin yumuşaq süxurlardan ibarət olan mürəkkəbləmiş intervallarında təkrar işləmə aparan zamanı lülənin əyrilik parametləri, QKAH baltaya təsir edən yanaverici qüvvəsinin qiyməti nəzərə alınmadığından, mexaniki sürətin böyük olması icraçılarda arxayınçılıq yaratdığından quyuda ikinci lülənin qazılması baş verir.
Qazıma kəməri quyuya endirildikdə onun aşağı keçməsi yaxşı olduğundan daimi olaraq ikinci lüləyə daxil olur. Baş vermiş bu növ mürəkkəbləşmənin aradan qaldırılma vaxtı getdikcə artır. Əsas lüləyə qazıma kəmərinin buraxılması mümkün olmadığından orada olan qazıma məhlulunun parametlərinin pisləşməsi əsas lülədə əlavə mürəkkəbləşmələr yaradır. Vaxt uzandıqca mürəkkəbləşmənin aradan qaldırılması çətinləşərək əlavə vəsait sərfinə gətirib çıxarır.
Yüklə 72,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin