Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix23.04.2022
ölçüsü0,54 Mb.
#56140
1   2   3   4   5   6   7   8   9   ...   26
fonetika-proqram

 

 

 

 

 

 


 

 



İzahat vərəqəsi 

 

Proqram Azərbaycan dilinin filologiyası ixtisası üzrə magistraturada təhsil 

alanlar  üçün  nəzərdə  tutulmuşdur.  Hazırda  tədrisinə  45  saat  vaxt  ayrılan  bu 

fənnin  əsas  obyekti  müasir  Azərbaycan  dilinin  fonetik  sistemi,  predmeti  isə 

Azərbaycan  dilinin  danışıq  səsləri,  sadə  və  mürəkkəb  cümlənin  intonasiya 

xüsusiyyətləridir.  

 

Azərbaycan  dili  fonemlər  sisteminə,  sintaqmatik  fonetikasına  görə 



dünyanın  ən  zəngin  və  inkişaf  etmiş  dillərindən  biridir.  Əsrlərlə  formalaşan 

fonetik  normalar  Azərbaycan  dilinin  özəlliyini  qoruyub  saxlamış,  onu  yad 

dillərin təsirindən, hətta məhv olmaq təhlükəsindən xilas etmişdir. Əksinə, bəzən 

digər dillərə (ərəb, fars, rus və s.) təsir edərək, onlardan alınan sözlərin fonetik 

qiyafəsinin  “milliləşməsinə”,  özləşməsinə  təsir  etmişdir.  Bütün  bunlar  fənnin 

aktuallığını təmin edir. 

 

Proqram  müasir  Azərbaycan  dili  fonetikasının  əsaslarını  magistrantlara 



öyrətmək üçün aşağıdakı məqsəd və vəzifələri həyata keçirməyi nəzərdə tutur: 

1.  Magistrantları Azərbaycan dilinin səs sisteminin özəlliyi, fənnin sahələri, 

digər  elmlərlə  əlaqəsi,  fonem  haqqında  müxtəlif  nəzəriyyələr  və  s.  ilə 

bağlı tədqiqat yönümlü problemlərə istiqamətləndirmək

2.  Azərbaycan  dilinin  saitlər  sisteminin  ümumi  və  fərdi  fono-fizioloji 

xüsusiyyətləri,  onların  özəlliyi,  tarixi,  mənşəyi  barədə  geniş  məlumat 

vermək;  

3.  Azərbaycan dilinin samitlər sisteminin ümumi və fərdi fono-fizioloji 

xüsusiyyətləri, onların özəlliyi, tarixi, mənşəyi barədə geniş məlumat 

vermək;  




 

 



4.  Azərbaycan  dilindəki  fonetik  hadisə  və  qnunların  mahiyyəti,  onların 

başvermə  səbəbləri,  tarixi,  dilin  inkişafında  və  qorunmasında  rolu,  bu 

problemlə bağlı son tədqiqat işləri barədə elmi-nəzəri məlumatlar vermək; 

5.  Heca  və  vurğunun  mahiyyəti,  bunların  digər  dillərdəki  xüsusiyyətləri  ilə 

tanışlıq, Azərbaycan dilində oynadıqları rol, dilimizdəki özəl cəhətləri və 

s. barədə bilklərin təqdimi; 

6.  Sintaqmatik fonetika, intonasiyanın mahiyyəti və tipləri, tomoqram barədə 

magistranlara  məlumat  vermək,  onları  bu  sahənin  daha  dərindən 

öyrənilməsinə yönəltmək

7.  Sadə 

və  mürəkkəb  cümlə  fonetikası  ilə  tələbələri  dərindən 

məlumatlandırmaq; 

8.  Magistrantları Müasir Azərbaycan dilinin fonetikası ilə bağı son tədqiqat 

işlərinin öyrənilməsinə istiqamətləndirmək; 

9.  Magistrantlarda  Azərbaycan  dili  fonetikasının  öyrənilməsi  istiqamətində 

tədqiqatçılıq qabiliyyəti formalaşdırmaq.   




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin