Seqment hesabatı Maliyyə hesabatının beynəlxalq standartlarına əsasən – ilk növbədə , seqment hesabatına id standartı – MHBS 14-ü nəzərdən keçirək. MHBS 14-ün sonuncu redaktəsi 1997-ci ildə bəyənilmişdir. Seqment hesabatı üzrə sənəd 341 layihəsinin işlənməsi ABŞ-ın maliyyə uçotu standartları üzrə Şurasının (FASB) və MHBSK-nin (o zaman İASC) sıx əməkdaşlığı çərçivəsində aparılırdı. Standartların maliyyə hesabatında seqment informasiyasının açıqlanması üzrə əvvəlki versiyaları həmin hesabatda ciddi reqlamentləşdirmə kriteriyalarının olmamasına görə hesabatda marağı olan şəxslər tərəfindən tənqidə məruz qalırdı. Nəyə görə seqment hesabatı bu qədər canlı diskussiyaların predmeti olmuşdur?
Seqment hesabatının tərtib edilməsinin məqsədi: Bu suala cavab verməkdən ötrü əvvəlcə seqment hesabatının təqdim edilməsinin əhəmiyyəti və məqsədlərini müəyyən edək. Şirkətin balans hesabatı mənfəət və zərərlər haqqında hesabatı satış, xərclər, aktivlər və öhdəliklər barədə vahid ümumiləşdirilmiş informasiyanı açıqlamağa imkan verir. Əsasən bir sahədə işləyən şirkətlər, məsələn “Kür” üçün nəticələrinin şirkətin mənfəət və zərərlər haqqında hesabatında açıqlanan fəaliyyətinin riskləri və qeyri-müəyyənlikləri, konkret sahə üçün xarakterik olan xüsusi risklər və qeyri-müəyyənliklərlə bağlıdır.
Lakin praktikada şirkətlər, məsələn, idman ləvazimatları və geyimləri istehsal edən, öz məhsullarını müxtəlif alıcılıq qabiliyyəti səviyyəsinə malik olan bir çox dünya bazarlarında satan Nike və Adidas kimi şirkətlər, əksər hallarda çoxlu malların satışı ilə məşğul olur, bir neçə sahələrdə və müxtəlif regional bazarlarda işləyir. Yaxud, həm aviasiyada, həm də mehmanxana biznesində aktiv işləyən Skandinaviya səviyyəli SAS qrupu kimi şirkətləri göstərmək olar. Həmin şirkətlərin yaxud qrupların korporativ riski, birincisi, müxtəlif mal qrupları ilə bağlı spesifik risklərdən və ikincisi, onların təşkil olunduğu konkret bazarların spesifik risklərindən asılıdır. Müəyyən məhsulun istehsalı, ya müəyyən xidmət növlərinin göstərilməsi, yaxud konkret bazarla bağlı risklər və qeyri-müəyyənlik arasında müsbət, yaxud mənfi korrelyasiya mövcud ola bilər. Ayrı-ayrı seqmentlər üzrə risklər və nəticələr arasında müsbət korrelyasiya olduğu halda, bütövlüksə şirkətin riski artır və korporasiyanın fəaliyyətinin nəticələri sabit olmayacaqdır. Bu səbəbdən, çoxprofilli şirkətlərin və çoxmillətli korporasiyaların gələcək fəaliyyətinin nəticələrinin proqnozlaşdırılması üçün müxtəlif mal və xidmət qrupları, yaxud ayrı-ayrı regional bazarlar üzrə fəaliyyət nəticələri barədə informasiya lazımdır.
Dostları ilə paylaş: |