Konsolidə Edilmiş Hesabatın Qarşısında uran Vəzifələr və onun Tərtibi texnikası.
Respublika müəssisələrində konsolidə edilmiş hesabatların tərtib edilməsi aşağıdakı mühüm vəzifələrin həllinə şərait yaradır:
Korporativ birliklər (transmilli korporasiyaları da daxil etməklə) üçün ümumiləşdirici hesabatların tərtibi proseslərinin unifikasiyası və sadələşdirilməsi
Şirkətin fəaliyyətinin müqaisəli təhlilinin təminatı
Uçot və hesabatın təşəkkül tapmasının mütərəqqi metodlarından praktikada istifadə olunması
Nəhəng korporativ qrupların fəaliyyətinə dövlət orqanları tərəfindən nəzarətin həyata keçirilməsi.
Beynəlxalq praktikada istifadə olunan aşağıdakı dörd metodun köməyilə holdinq şirkəti asılı şirkətlərin mühasibat sənədlərini konsolidə edilmiş hesabata daxil edə bilər:
1. Satınalma, yaxud qovuşma metodu. Qovuşma asılı şirkətlərin aktivlərinin və passivlərinin birləşdirilməsi yolu ilə həyata keçirilir. Onun real dəyyəri ilə əsas kapitalının dəyəri arasındakı fərq “Qudvil” adlanır.
2. Mənafelərin birləşməsi və yaxud uçotun qovuşması metodu. Bu metodun tətbiqinə o zaman icazə verilir ki, acıq səhmdar cəmiyyətinin səhmlərinin ən azı 90 faizi satın alan cəmiyyətin əlinə keçmiş olsun.
3. Öhdəliklər çıxılmaqla, kapitalın xalis dəyərinin uçotu metodu. Bu metoddan istifadə olunduqda qrupun maliyyə hesabatında şirkətə qoyulan investisiyalar ayrıca sətirdə göstərilməlidir.
4. “Proporsional metod” o deməkdir ki, qrupun uçot sənədlərinə maddələrin dəyərinin yalnız proporsional hissəsi daxil edilir.
Konsolidə edilmiş hesabatın tərtib olunması texnikası səhmlərin nəzarət paketinin əldə olunması metodundan asılıdır. Beynəlxalq Standartlara görə iki metod tövsiyə olunur:
Kapitalların birləşdirilməsi (Polinq of intereqts);
Səhm paketlərinin satın alınması (Pueshasinq).
Qeyd olunan metodların əsas fərqləri aşağıdakı cədvəldə verilmişdir (cədvəl 8.1):
Birinci halda övlad şirkətin səhmdarları öz səhmlərini ana şirkətin səhmlərinə mübadilə etməklə, sanki onun səhmdarlarına çevrilir; ikinci halda onlar özlərinin səhmlərini satır. Nəticədə nə ana, nə də övlad şirkətin səhmdarı olmur. Kapitalların birləşdirilməsi metodu müəyyən üstünlüyə malikdir, çünki o, daha sadədir və aktivlərin cari qiymətlərlə yenidən qiymətləndirilməsini tələb etmir.
Azərbaycanda yuxarıda nəzərdən keçirdiyimiz metodların tətbiqi, hələlik öz həllini tapmamışdır.
Dostları ilə paylaş: |