Zeflavon ® kapsul zeflavon ®



Yüklə 12.46 Kb.
PDF просмотр
tarix18.03.2017
ölçüsü12.46 Kb.

İstifadəsi üzrə təlimat 

 

 

ZEFLAVON 

®

     kapsul

ZEFLAVON 

®

 

 

Tərkibi: 

Hər kapsula daxildir: 

Soya izoflavonoidləri 

    40 mq 

Kalsium                  

  120 mq 

 

1. Soya izoflavanoidləri orqanizmdə fitoesterogenlərə, yəni bitki mənşəli esterogenlərə çevrilir. Bu da aşağıdakı 



hallarda istifadə olunur. 

a). Orta yaşlı qadınlarda esterogenlərin miqdarı normadan çox olduğu hallarda - bu zaman qadınlarda 

mastopatiyalar, süd vəzisi xərçəngi və fibromiomalar əmələ  gəlir.  İzoflavonoidlər orqanizmdə esterogen 

reseptorları ilə birləşir, esterogen hormonunun təsirini blokada edir və beləliklə  də yuxarıda sadalanan 

xəstəliklərin inkişafının qarşısını alır.  İzoflavonoidlər, eləcə  də, yumurtalıqlardan esterogen ifrazını 

normallaşdırır. 

b). Qadın orqanizmində esterogenlərin miqdarı kəskin aşağı düşdükdə - klimaks zamanı izoflavonoidlər təbii 

məhsullardır və qadın orqanizminə heç bir zərər vermədən esterogen çatışmazlığının yerini doldurur və 

klimaks zamanı meydana çıxan simptomları - bədənə istilik və soyuqluq hissinin gəlməsi, yuxu pozğunluğu

oyanıqlıq, yorğunluq, yaddaşsızlıq, depressiya, əzələ və oynaq ağrıları və s. aradan götürür. 

2. Bədxassəli şişlərin inkişafını ləngidir. 

3. Osteogenezi stimullaşdırır, orqanizmdən kalsium itkisini azaldır. 

4. Damarlarda aterosklerotik pərdələrin əmələ gəlməsini tormozlayır, qanda xolesterinin miqdarını azaldır, tromb 

əmələ gəlməni ləngidir. 

5. Qanda qlükozanın miqdarını azaldır. 

6. Güclü antioksidantdır. 

7. Spermatogenezi stimullaşdırır, xaya və prostat vəzin hüceyrə - toxuma strukturunu və funksiyalarını bərpa edir. 

8. Kalsium sümük yumşalmasının qarşısını almaqla ətraflardakı və onurğadakı ağrıları yox edir. 

9. İzoflavonoidlər dərini cavanlaşdırır, elastikliyini artırır, gözəlləşdirir. 

10. Qadınlarda libidonu artırır, uşaqlıq yolunun epitelini möhkəmləndirir, əzələlərini tonuslandırır və normal cinsi 

aktı təmin edir. 

11. Qadınlarda hormonal statusu normallaşdırır. 

12. İmmun sistemi möhkəmlədir. 

 

Göstərişlər: 

- Mastopatiyalar 

və mastopatiyaönü vəziyyətlər 

- Süd 


vəzisi xərçəngi, fibromiomaların profilaktikası və müalicəsi 

Klimaks, klimakterik nevroz 



Menstrual tsiklin pozğunluqları (dismenoreya, oliqomenoreya və b) 

- Predmenstrual 

sindrom 


- Yumurtalıqların polikistozu 

- Bədxassəli törəmələrin inkişafının profilaktikası 

Hormonal sonsuzluq ( kişi və qadın) 



- Cinsi 

inkişafın ləng getməsi,  

- Klimakterik 

osteoparoz 

- Qaraciyər sirrozu 

Şəkərli diabet 



- Piylənmə 

- Ateroskleroz

ÜİX 

- Tromboflebitlər 



 

Əks göstəriş: Həssaslıq, hamiləlik və laktasiya. 

 

Əlavə təsiri: Müşahidə olunmamışdır. 



 

Dozalanması: Gündə 2 kapsul su ilə içməli. 14-17 yaşda gündə 1 kapsul su ilə içməli. 

 

Buraxılış forması: 60 kapsul. 

 

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır. 

 

İstehsalçı: 

Zeinpharma Germany GmbH

D-64569 Nauheim, 

www.zeinpharma.com



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə