Sahəvi proteksionizm – bu zaman dövlət müəyyən bir sektoru xarici rəqabətdən müdafiə edir.
Kollektiv proteksionizm – bu zaman ölkələr birliyi tərəfindən bu birliyə daxil olmayan ölkələrə qarşı kollektiv olaraq eyni xarici ticarət siyasəti tətbiq edilir.
Gizli prosteksionizm –dövlətin öz daxili siyasi-iqtisadi metodları ilə həyata keçiriliən qorumacılıq siyasəti nəzərdə tutulur.
Müasir dövrdə proteksionizm siyasətinin yeni qaydaları tətbiq olunur. Əgər idxalçı dövlətin yerli sənayesi birbaşa olaraq idxaldan zərər görürsə bu zaman dövlət gömrük rüsumlarını artıra bilər. Ümumilikdə dövlətlərin bu və ya digər xarici ticarət siyasətlərini seçməkdə bir sıra məqsədləri vardır. Bu məqsədlər Cədvəl 1.3-də verilmişdir. [30, s.119]