AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
QƏRBİ KASPİ KOLLECİ
Ad: Səməd
Soyad: Abdullayev
İxtisas: Maliyyə işi
Qrup: 805
Kurs: 2
Müəllim: Novruzzadə Göyçək
Fənn: Dövlət büdcəsi
Mövzu: Büdcə quruculuğu və büdcə sistemi
BAKI-2020
PLAN
Büdcə sisteminin quruluşu və büdcə quruculuğu
Büdcələrarası münasibətlər və onların tənzimlənməsi
Büdcə təsnifatı
Müasir şəraitdə büdcə siyasətinin əsas istiqamətləri
Büdcə sisteminin quruluşu və büdcə quruculuğu
Dövlət büdcəsi dedikdə dövlət gəlirlərinin ümumi plan üzrə yığılması və toplanması, cəmləşmiş vəsaitlərin bütün növ dövlət xərclərinin örtülməsinə istifadəsi başa düşülür. Dövlət büdcəsi strukturca iki hissədən – gəlirlər və xərclər bölməsindən ibarət olmaqla respublika və yerli büdcələrin məcmusundan təşkil olunur.
Hər bir ictimai quruluşa məxsus olan dövlət müəyyən funksiyaları yerinə yetirir. Yəni dövlət iqtisadiyyatı sabitləşdirmək, onu inkişaf etdirmək, sosial-mədəni tədbirləri həyata keçirmək, ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək və digər dövlət ehtiyaclarını ödəmək üçün kifayət qədər mərkəzləşdirilmiş pul vəsaiti fonduna malik olmalıdır. Ona görə də, cəmiyyətdə yaradılan xalis gəlirin bir hissəsi dövlət büdcəsində cəmləşdirilir. Deməli, dövlət büdcəsi ümumdövlət mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə edilməsinin əsas maliyyə planıdır. Hər bir dövlət özünə xas olan müəyyən vəzifələri yerinə yetirdiyinə görə dövlət büdcəsinin gəlirlərinin səfərbərliyə alınması və həmin vəsaitin məqsədə uyğun istifadə edilməsi dövlətin yerinə yetirdiyi vəzifələr uyğun olaraq təşkil olunur. Dövlət büdcəsinin mahiyyəti və inkişaf istiqamətləri mövcud cəmiyyətin mülkiyyət münasibətlərinin xarakteri ilə müəyyən edilir. Dövlət büdcəsi maliyyə münasibətlərinin tərkib hissəsi kimi çıxış edir. Dövlət büdcəsi əmtəə-pul münasibətlərinin hökmranlıq etdiyi cəmiyyətdə özünü həmçinin iqtisadi bir kateqoriya kimi göstərir. Məlumdur ki, maliyyə pul münasibətləri sistemini ifadə edir. Lakin bütün pul münasibətləri maliyyə münasibətləri adlandırıla bilməz. Dövlətin funksiyalarını yerinə yetirilməsi məqsədilə cəmiyyətin milli gəlirinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi, dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması, qeyri-mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadə edilməsi ilə əlaqədar pul münasibətləri maliyyə münasibətlərini ifadə edir. Bu prosesdə dövlət büdcəsi dövlətlə müəssisələr arasında, dövlətlə fiziki şəxslər arasında sosial-iqtisadi münasibətləri tənzimləyir və onlar arasında qarşılıqlı əlaqələr yaradır.
Beləliklə, dövlət büdcəsi maliyyənin tərkib hissəsi olmaqla, dövlətin sosial-iqtisadi, siyasi və müdafiə vəzifələrinin yerinə yetirilməsi üçün iqtisadi alət kimi çıxış edir. Çünki, dövlətin zəruri məbləğdə mərkəzləşdirilmiş pul vəsaiti fondu büdcə vəsaiti ilə səfərbərliyə alınır. Deməli, dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu dövlət büdcəsinin maddi məzmununu təşkil edir. Digər tərəfdən, dövlət büdcəsi ümumxalq vəzifələrini yerinə yetirmək üçün, dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə edilməsi istiqamətlərini müəyyən edir. Bu vəzifələrə uyğun olaraq yaradılan milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi nisbətlərini müəyyən edir.
Ölkənin vahid büdcə sistemində birləşdirilən dövlət büdcəsinin, ayrı–ayrı müstəqil büdcələrin və dövlət fondlarının məcmusu həmin dövlətin büdcə sistemini təşkil edir.
Büdcə sistemi – ayrı-ayrı büdcə həlqələrinin məcmusudur. Büdcə sistemi – hüquqi normalara və iqtisadi münasibətlərə əsaslanan bütün səviyyəli büdcələrin məcmuudur. AR-nın büdcə sistemini AR-n dövlət büdcəsi, Naxçıvan MR-in büdcəsi və yerli büdcələr təşkil edir. Bu, büdcələr arasında münasibətlər, onların formalaşması, tərtib prosesi, təsdiqi, icrası və icrasına nəzarət «Büdcə sistemi haqqında» AR-ın Qanunu ilə tənzimlənir.
Büdcə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri arasındakı qarşılıqlı maliyyə münasibətlərinin təşkili büdcə quruluşu adlanır. Büdcə quruluşu ölkənin dövlət büdcəsinin və büdcə sisteminin təşkilini, onların ayrı-ayrı həlqələri arasında qarşılıqlı münasibətləri, büdcə sisteminə daxil olan büdcələrin fəaliyyətinin hüquqi təşkilati əsaslarını, büdcələrin tərkib və strukturunu, büdcə vəsaitlərinin yaradılması və istifadəsinin üsullarını müəyyən edir.
Büdcə quruculuğu dedikdə büdcə sisteminin hansı prinsiplərə görə qurulmasını, büdcənin gəlir və xərclərinin ayrı-ayrı büdcə həlqələrinin arasında bölüşdürülməsi mexanizmi başa düşülür. Büdcə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri arasındakı qarşılıqlı maliyyə münasibətlərinin təşkili büdcə quruluşu adlanır. Dövlətin büdcə quruluşu mövcud mülkiyyət münasibətləri və dövlətin siyasi-inzibati təşkili ilə müəyyən edilir. Büdcə sisteminin təşkili əsasları, onun ayrı-ayrı həlqələri arasındakı maliyyə münasibətlərinin təşkili prinsipləri dövlətin ali qanunvericiliyi – AR-ın Konstitusiyası ilə müəyyən edilir. Büdcə sisteminin təşkili prinsipləri müəyyən edilərkən dövlətin inzibati siyasi təşkili, onun sosial iqtisadi əsasları nəzərə alınır.
Azərbaycan Respublikasının büdcə sistemi
Dostları ilə paylaş: |