L. A. Hacıyeva Tələbə: Məmmədkərimova Xəyalə



Yüklə 438,95 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü438,95 Kb.
#35451
  1   2   3   4
Nümunə Referat


FƏNN: Sosial idarəetmə

KAFEDRA: Sənayenin təşkili və bələdiyyə idarəetməsi

FAKÜLTƏ: Dövlət və bələdiyyə idarəetməsi

QRUP: DB99

 

Mövzu: İş yerləri – sosial-iqtsadi inkişafın ilkin mənbəyi kimi

Elmi rəhbər: dos. L.A.Hacıyeva

Tələbə: Məmmədkərimova Xəyalə

MÜNDƏRİCAT

 

Giriş................................................................3



1. Dövlətin sosial-iqtisadi inkişafının mahiyyəti.......................................................4

2. Əhalinin məşğulluğunun təmin edilməsi.........................................................6

3. Sosial-iqtisadi inkişafın təmin edilməsinə dair dövlət proqramları.......................................10

4. Azərbaycanda is yerlərinin statistik göstəricisi.....................................................17

Nəticə...........................................................21

Ədəbiyyat siyahısı....................................... 22



Giriş

İnkişaf etmiş ölkələrin də təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi tərəqqisi regionların iqtisadi inkişafından əhəmiyyətli dərəcədə asılıdır. Regional tərəqqi çoxcəhətli bir prosesdir. Bu sosial-iqtisadi inkişaf prosesinin müxtəlif aspektləri vardır. Bunlara cəmiyyətin müxtəlif strukturlarında dəyişikliklər, milli istehsalın və əhali gəlirlərində artım və s. aid etmək olar. Hər bir ölkədəki dinamik iqtisadi inkişaf məhsuldar qüvvələrin regionlar üzrə səmərəli yerləşdirilməsi, ölkə ərazisindəki iqtisadi və sosial resurslardan düzgün şəkildə istifadə olunması ilk növbədə burada həyata keçirilən iqtisadi siyasətdən və onun düzgün şəkildə reallaşdırılmasından ibarətdir. Ölkəmizdə hal-hazırda həlli vacib sayılan problemlərdən biri də sosialiqtisadi aspektdən inkişafının daha da artırılması, regionlar arasında mövcud olan və özünü kəskin şəkildə biruzə verən fərqlərin aradan qaldırılması və regionlarda produktiv məşğulluğa nail olunmasıdır. Tədqiqatlara əsasən deyə bilərik ki, regionların sosialiqtisadi cəhətdən inkişafı hər bir ölkənin bu yöndə olan tərəqqisinin mühüm bir göstəricisidir. Bu nöqteyi-nəzərdən, regionların sosial-iqtisadi cəhətdən inkişafı dövlətin iqtisadi prioritetləri arasında mühüm yer tutur.

Sosial bazar iqtisadiyyatı azad rəqabətə, istehlakın sərbəstliyinə və şəxsiyyətin hərtərəfli inkişaf sərbəstliyi prinsipinə əsaslanan təsərrüfatçılıq sistemidir. O, daima iqtisadi səmərəliliyə, kapital tətbiqinə və istehlakın genişlənməsinə şərait yaradır.

Bazar iqtisadiyyatının sosial mahiyyəti iqtisadiyyatda hər hansı naliyyətin – səmərəliliyin, məhsuldarlığın və sairə əhalinin tələbatının ödənilməsinə yönəldilməsidir.

Müasir dünyada sosial-bazar iqtisadiyyatı konsepsiyası bazarda gedən iqtisadi proseslərlə sosial və ictimai tərəqqinin sintezinə nail olunmasıdır.

Sosial-bazar iqtisadiyyatı konsepsiyasının dövlət siyasəti, cəmiyyətin bütövlükdə və iqtisadiyyatın ədalətli strukturunun sosial sisteminin dəyanətliliyinin artırılmasına, iqtisadi effektivliyinin səmərəliliyinin yüksəldilməsinə istiqamətlənməsidir.




Yüklə 438,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin