Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti



Yüklə 105,46 Kb.
səhifə1/3
tarix28.11.2023
ölçüsü105,46 Kb.
#168556
  1   2   3
püstə



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti

Fakültə: Tikinti-iqtisad


İxtisas: İqtisadiyyat
Qrup: 740a2
Tələbə: Qurbanova Püstə
Müəllim: dos Nəbiyev Aydın Xalıq
Kafedra: Sənayenin təşkili və idarə edilməsi
Fənn: Sənaye iqtisadiyyatı
Mövzu: Sənaye müəssisələrində maliyyə əməliyyatının aparılması. İnflyasiya onun nəzərə alınması və səmərəliliyin idarə edilməsi

MÜNDƏRİCAT

GİRİŞ.................................................................................................. 3,4


Müəssisənin maliyyə resursları.......................................................... 5-8
Müəssisənin satış pulu (mədaxili), gəliri
və mənfəəti........................................................................................ 9-13
İnflyasiya............................................................................................ 14
İnflyasiyanın növləri........................................................................ 15-17
İnflyasiya səbəbləri ......................................................................... 18-21
İnflyasiya artımının qarşısını necə ala bilərik?.................................. 22
NƏTİCƏ............................................................................................ 23
ƏDƏBİYYAT.................................................................................... 24
GİRİŞ
Bazar iqtisadiyyatı şəraitində bütün sahələrin idarə etmə sistemi, təsərüffatçılıq mexanizmi yenidən qurulur və təkmilləşdirilir. Təsərrüfat mexanizminin təkmilləşdirilməsi onun mühüm elementdəri olan uçotun vəhesabatın yenidən qurulması sıx sürətdə əlaqədardır. Tərəddütsüz demək olar ki, təsərüffat mexanizminin digər ünsürlərinin (planlaşdırma, tənzimləmə, qiymətqoyma, kreditləşmə, maliyyələşmə, iqtisadi həvəsləndirmə və s.) qarşılıqlı əlaqəsi uçot və hesabat göstəriciləri vasitəsilə həyata keçirilir. Odur ki, uçot və hesabatın yenidən qurulması obyektiv zərurətdir və iqtisadiyyatın real bazar münasibətlərinə keçirilməsinin mühüm şərtidir.
İstehsal məsrəflərinin uçotu mühasibat uçotunun mühüm sahələrindən biridir. Məsələ burasındadır ki, müəssisələrin təsərüffat fəaliyyətinin məqsədi müəyyən məhsul istehsal etmək, işlər və xidmətlər yerinə yetirmək və bunların müqabilində mənfəət əldə etməkdir. Bunlar isə müəyyən xərclərlə əlaqədardır. Həmin məsrəflərin tərkibi və dinamikası istehsal olunan məhsulların, yerinə yetirilən işlərin və göstərilən xidmətlərin maya dəyərinin kəmiyyətini, onun səviyyəsini formalaşdırır.maya dəyərinin kəmiyyəti və səviyyəsi isə öz növbəsində müəssisənin mənfəəinin şəcminəbir başatəsin göstərir. Hazırki şəraitdə isə mənfəət hər bir müəssisənin maliyyə vəziyyətini xarakterizə edən əsas göstəricidir. Beləliklə, istehsal məsrəfləri mənfəətin səviyyəsinə həlledici təsir göstərir. Odur ki, məsrəflərin azaldılması hazırki şəraitdə müəssisələr qarşısında duran ən vacib məsələlərdən biridir.
İstehsal məsrəflərinin uçotu müəssisənin maliyyə-təsərrüfat yəaliyyətinin mühasibat uçotunun mərkəzi həlqəsini təşkil edir. Odur ki, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bütövlükdə uçotun digər sahələri kimi, istehsal məsrəflərinin uçotunun yenidən qurulması üzrə də bir sıra işlər həyata keçirilmişdir. Belə ki, məhsulların, iş və xidmətlərin maya dəyərinə daxil olan məsrəflərin tərkibi, xərc maddələri və ünsürlərinin tərkibi, bəzi məsrəflərin sinteik uçotun aparılması qaydası dəyidirilmişdir.
Lakin tədqiqat göstərir ki, hazırki həraitdə istehsal xəzclərinin uçotu və bölüşdürülməsi qaydaları mühasibat uçotunun digər sahələrinə nisbətən daha az cəyişikliklərə məruz qalmışdır və müasir tələblərə tam cavab vermir. İstehsal məsrəflərinin uçotu və bəzi məsrəflərin bölüşdürülməsi sahəsində olan nöqsanlar və çatışmamazlıqlar nəticəsində material ehtiyyatlarının itkiləri, qeyri-məhsuldar məsrəflərin səviyyəsi hələ də yüksək olaraq qalır ki, bunlarda istehsal olunan məhsulların, yerinə yetirilən iş və xidmətlərin maya dəyərinin artmasına, mənfəət məbləğinin azalmasına və bütövlükdə müəssisələrin maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxarır.
İstehsal olunan məhsulların (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilən məsrəflərin tərkibi iqtisadiyyatın ayrı-ayrı inkişaf mərhələlərində dəyişilmiş və hal-hazırda mülkiyyətin təşəkkül tapmış formalarına, vergi siyasətinə və bazar iqtisadiyyatının atribütlarına uyğun olaraq müəyyənləşdirilir.

Müəssisənin maliyyə resursları


Müəssisənin təsərrüfat fəaliyyətində maliyyə xüsusi əhəmiyyət kəsb edir. Maliyyənin xüsusiyyəti ondadır ki, o, həmişə pul formasında çıxış edir. O, bölüşdürücü xarakterdə olub, maddi istehsal sahələrində təsərrüfat subyektlərinin, dövlətin və qeyri-istehsal sahəsi iştirakçılarının gəlirlərinin və yığımlarının formalaşmasını və istifadəsini əks etdirir.
Konkret təsərrüfat subyektinin sərəncamında olan pul vǝsaitləri müəssisənin maliyyə resurslarını təşkil edir və onun gəlirlərinin əmələ gəlməsi, bölüşdürülməsi və istifadəsi prosesini əks etdirir. Maliyyə pul fondlarının yaranması və istifadə edilməsini ifadə edən pul münasibətləri sistemidir.
Ölkənin maliyyə sisteminə dövlət, ərazi və müəssisələrin maliyyəsi daxildir.
Müəssisənin maliyyəsi aşağıdakı prinsiplər əsasında təşkil olunur: maliyyə-təsərrüfat fəaliyyəti sahəsində müstəqillik;
özünümaliyyələşdirmə;
işin nəticələrində maraqlılıq: işin nəticələri üçün məsuliyyət;
maliyyə ehtiyatlarının yaradılması;
vəsaitlərin xüsusi və borc alınmış vəsaitlərə bölünməsi;
büdcə, büdcədənkənar və dövlət fondlarına birinci növbəli ayırmalar;
müəssisənin fəaliyyətinə maliyyə nəzarəti.
Təsərrüfat fəaliyyətini həyata keçirmək üçün müəssisənin müvafiq maliyyə təminatı olmalıdır. Müəssisənin maliyyə resurslarının əsas mənbələrindən biri ilkin kapitaldır. İlkin kapital müəssisənin təsisçilərinin payları hesabına formalaşır və nizamnamə kapitalı formasını alır.
Nizamnamə kapitalının əmələ gəlməsi üsulları müəssisənin təşkilati-hüquqi formalarından asılıdır. Nizamnamə kapitalının vəsaiti əsas fondların əldə edilməsinə və normal istehsal-təsərrüfat fəaliyyətinin aparılması üçün lazım olan ölçülərdə dövriyyə vəsaitlərinin formalaşdırılmasına yönəldilir. O, həmçinin lisenziyaların, patentlərin, nou-hauların və s. alınması üçün sərf oluna bilər.
İstehsala qoyulmuş ilkin kapital satılmış məhsulun qiymətində ifadə olunmuş dəyəri yaradır. Məhsul satıldıqdan sonra o, pul formasını modaxil (satış pulu) formasını alır.
Lakin mədaxil məhsulun istehsalına sərf olunmuş vəsaitlərin ödənilməsi, müəssisənin pul fondlarının və maliyyə nǝticələrinin formalaşması mənbəyi olsa da hələ gəlir deyildir. Istifadə prosesində mədaxil keyfiyyətcə müxtəlif tərkib hissələrinə bölünür.
Mədaxildən istifadənin istiqamətlərindən biri amortizasiya fondudur. Amortizasiya fondu əsas istehsal fondlarının qeyri-maddi aktivlərin aşınması pul formasını aldıqdan sonra amortizasiya ayırmaları şəklində təşkil olunur. Bu fondun əmələ gəlməsinin vacib şərti istehsal olunmuş malların istehlakçılara satılması və mədaxilin olmasıdır.
Müəssisə əmtəə yaradarkən xammalı, materialları, satın alınmış komplektləşdirici məmulatları və yarımfabrikatları sərf edir. Onların dəyəri digər maddi məsrəflərə, əsas istehsal fondlarının aşınması və işçilərin əmək haqqı ilə yanaşı məhsulun istehsalı üçün müəssisənin xərclərini təşkil edir və maya dəyəri formasını alır. Satış pulu daxil olana qədər bu xərclər müəssisənin dövriyyə vəsaitləri hesabına maliyyələşir.
Məhsul satıldıqdan sonra mədaxil hesabına dövriyyə vəsaitləri bərpa edilir, məhsulun istehsalı üzrə müəssisənin xərcləri isə ödənilir.
Xərclərin maya dəyəri şəklində xüsusiləşməsi məhsulun satışından əldə edilən mədaxili istehsal xərcləri ilə müqayisə etməyə imkan verir. Məhsul istehsalı üçün vəsaitin investisiyalaşdırılmasının mahiyyəti xalis gəlirin əldə edilməsidir və əgər mədaxil maya dəyərindən çox olarsa, onda müəssisə onu mənfəət şəklində alır.
Həm mənfəət, həm də amortizasiya ayırmaları istehsala qoyulmuş vəsaitlərin dövranının nəticəsidir və müəssisənin xüsusi maliyyə resursları adlanır. Bu resurslardan müəssisə müstəqil şəkildə istifadə edir.
Müəssisənin mənfəəti bütünlükdə onun sərəncamında qalmır və bir hissəsi vergilər şəklində büdcəyə daxil olur. Müəssisənin sərəncamında qalan mənfəət onun tələbatlarının maliyyələşdirilməsinin başlıca mənbəyidir. Bu tələbatlar yığıma və istehlaka bölünür. Məhz mənfəətin yığıma və istehlaka bölünməsi müəssisənin inkişaf perspektivlərini müəyyən edir.
Yığıma yönəldilən vəsaitlər (amortizasiya ayırmaları və mənfəətin bir hissəsi) müəssisənin istehsal və elmi-texniki inkişafı üçün istifadə olunan pul vəsaitlərini təşkil edir. Bunun əsasında maliyyə aktivləri (qiymətli kağızların alınması, başqa müəssisələrdə payçı kimi iştirak və s.) formalaşır. Mənfəətin digər hissəsi müəssisənin sosial inkişafına, o cümlədən istehlaka yönəldilir.
Xüsusi vəsaitlərdən əlavə müəssisə borc alınmış maliyyə resurslarını uzunmüddətli bank kreditləri, başqa müəssisələrin vəsaitləri, istiqrazları cəlb edir. Borc alınmış vəsaitlərin geri qaytarılmasının (ödənilməsinin) mənbəyi də müəssisənin mənfəətidir.
Müəssisənin pul vəsaitlərinin investisiyalaşdırılması istiqamətləri həm məhsul (iş və xidmət) istehsalı üzrə müəssisə fəaliyyətinin əsas növləri, həm də xalis maliyyə qoyuluşları ilə əlaqədardır. Əlavə gəlir əldə etmək üçün müəssisə başqa müəssisələrin və dövlətin qiymətli kağızlarını ala bilər, yeni yaradılan müəssisələrin və bankların nizamnamə fonduna vəsait qoya bilər. Müəssisənin müvəqqəti sərbəst vəsaitləri bankda depozit hesabına qoyula bilər.
Özlərinə məxsus olan pul vəsaitindən istifadə edərkən müəssisələr cəmiyyət və dövlət qarşısındakı öhdəliklərdən tam azad ola bilməzlər. Təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq bütün müəssisələr büdcadonkonar sosial fondların və müxtəlif səviyyəli büdcə gəlirlərinin formalaşmasında iştirak edirlər.
Müəssisənin maliyyə sisteminin təsirliliyi hər şeydən əvvəl onun dəqiq və nizamlı işi ilə, eləcə də maliyyə xidmətinin fəaliyyətinin təşkili ilə müəyyən edilir. Maliyyə xidməti aşağıdakı mühüm vəzifələri yerinə yetirir: istehsal, əsaslı tikinti, yeni texnikanın və elmi-tədqiqat işlərniin tətbiqi üzrə müəyyən olunmuş tapşırıqların və digər plan xərclərinin maliyyə resursları ilə təmin edilməsi;
büdcə, banklar, malgöndərənlər, əmək haqqının ödənilməsi üzrə işçilər qarşısındakı maliyyə öhdəliklərinin və digər öhdəliklərin yerinə yetirilməsi;
müəssisənin və onun tərkibinə daxil olan struktur vahidlərin istehsal-təsərrüfat fəaliyyətinin vaxtında və keyfiyyətli təhlilinin həyata keçirilməsi, mənfəətin artırılması və istehsalın rentabelliyinin yüksəldilməsi yollarının axtarılması;
istehsal fondlarından və kapital qoyuluşlarından daha səmərəli istifadə olunmasına yardım göstərilməsi;
maliyyə resurslarından düzgün istifadə olunmasına və dövriyyə vəsaitlərinin dövr etməsinin sürətləndirilməsinə nəzarət edilməsi.

Müəssisənin satış pulu (mədaxili), gəliri və mənfəəti


Bazar iqtisadiyyatı şəraitində mənfəətin əldə edilməsi müəssisənin bilavasitə məqsədidir. Mənfəət müəssisənin gələcək fəaliyyəti və mövcudluğu üçün müəyyən təminat yaradır, çünki müxtəlif ehtiyat fondları şəklində onun yığılması malların bazarda satışı ilə əlaqədar risklərin nəticələrinin aradan qaldırılmasına kömək edir.
Bazarda müəssisələr nisbətən xüsusiləşmiş mal istehsalçıları kimi çıxış edir. Məhsula qiyməti müəyyən edərək onlar məhsulu istehlakçılara satırlar və bu halda pul mədaxili əldə edirlər. Bu, hələ mənfəət deyildir. Maliyyə nəticəsini müəyyən etmək üçün bu pulu istehsal və satış üçün çəkilmiş xərclərlə, yəni maya dəyəri ilə müqayisə etmək lazımdır.
Əgər mədaxil maya dəyərindən çox olarsa maliyyə nəticəsi mənfəətin əldə olunduğunu təsdiq edir. Müəssisə həmişə mənfəət əldə etmək vəzifəsini qarşısına qoysa da, heç də həmişə buna nail olmur. Əgər mədaxil maya dəyərinə bərabərdirsə, onda yalnız məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərcləri ödəyə bilir. Əgər xərclər mədaxildən çox olarsa müəssisə mənfi maliyyə nəticəsinə zərərlərə malik olur. Bu isə müəssisənin maliyyə vəziyyətini gərginləşdirir, hətta onu müflisləşməyə gətirib çıxarır.
Müəssisənin ümumi gəlirini aşağıdakı kimi əks etdirmək olar:

Müəssisə üçün mənfəət daha çox əlavə dəyər əldə etmək imkanı verən sahələrin maliyyələşdirilməsi üçün maraq (stimul) yaradan göstəricidir. Bazar münasibətlərinin kateqoriyası kimi mənfəət aşağıdakı funksiyaları yerinə yetirir:
müəssisənin fəaliyyəti nəticəsində əldə edilən iqtisadi səmərəni xarakterizə edir;
müəssisənin maliyyə resurslarının əsas elementidir;
müxtəlif səviyyəli büdcələrin formalaşması mənbəyidir.
Zərərlər də müəyyən rol oynayır. Onlar maliyyə vəsaitlərindən istifadə istiqamətlərində, məhsulun istehsalı və satışında müəssisənin səhvlərini və xətalarını üzə çıxarır. Hər bir müəssisədə mənfəətin kəmiyyətinə, iqtisadi məzmununa və funksional təyinatına görə əhəmiyyətli dərəcədə fərqlənən dörd göstərici formalaşır. Bütün hesablamaların bazasını müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin əsas maliyyə göstəricisi olan balans mənfəəti təşkil edir. Vergitutma məqsədləri üçün xüsusi göstərici - ümumi mənfəət göstəricisi, bunun əsasında isə vergitutulan və vergitutulmayan mənfəət göstəriciləri hesablanır. Vergilər və büdcəyə digər ödənişlər keçirildikdən sonra balans mənfəətinin müəssisənin sərəncamında qalan hissəsi xalis mənfəət adlanır. Bu, müəssisənin fəaliyyətinin son maliyyə nəticəsini əks etdirir.
Balans mənfəəti üç əsas elementi əhatə edir:
işlərin görülməsindən, xidmət göstərilməsindən əldə edilən mənfəət (zərər);
əsas vəsaitlərin satışından, onların sıradan çıxmasından, müəssisənin digər əmlakının satılmasından əldə edilən mənfəət (zərər);
qeyri-satış əməliyyatları hesabına maliyyə nəticələri.
Məhsulun (işlərin, xidmətlərin) satışından əldə edilən mənfəət müəssisənin nizamnaməsində göstərilən və qanunun qadağan etmədiyi bütün formalarda həyata keçirdiyi əsas fǝaliyyətdən əldə edilən maliyyə nəticəsidir. Məhsulun satışından əldə edilən mənfəət satışdan əldə edilən mədaxil (əlavə dəyər vergisi (ƏDV) və aksizlər nəzərə alınmadan) ilə məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərclər (maya dəyəri) arasındakı fərq kimi hesablanır.
Natural-əşya formasına malik məhsulun satışı üzrə mənfəət natural ifadədə məhsulun satışı həcmi üçün müəyyən edilən mədaxil və tam maya dəyərinə görə hesablanır:

burada MS - məhsulun satışından əldə edilən mənfəət;
MQƏ - müəyyən dövrün əvvəlinə satılmamış hazır məhsul qalığındakı mənfəət;
MƏ - hesabat dövründə əmtəəlik məhsul buraxılışından mənfəət;
MQA - ilin axırına satılmayan məhsul qalığındakı mənfəətdir.
İşlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən mənfəət də məhsul satışından əldə edilən mənfə kimi hesablanır.
Müəssisənin əsas vəsaitlərinin və digər əmlakının satılmasından əldə edilən mənfəət (zərər) müəssisə fəaliyyətinin əsas növləri ilə əlaqədar olmayan maliyyə nəticəsidir. O, sair satışdan əldə edilən mənfəəti (zərəri) əks etdirir. Buraya müəssisənin balansında olan müxtəlif növ əmlakın kənara satılması daxildir. Qeyri-satış əməliyyatlarından əldə edilən maliyyə nəticələri müəssisənin əsas fəaliyyətinə aid olmayan və müəssisə məhsulunun, əsas vəsaitlərinin, sair əmlakın satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olmayan müxtəlif xarakterli əməliyyatlar üzrə mənfəətdir (zərərdir). Satışdankǝnar mənfəətin (zərərin) tərkibinə alınmış və ödənilmiş cərimələrin, penyaların, əlavələrin və digər sanksiya növlərinin qalığı, eləcə də aşağıdakı gəlirlər daxildir:
ötən illərə aid olan, lakin hesabat ilində aşkar edilmiş mənfəət;
malların yenidən qiymətləndirilməsindən gəlirlər;
ötən illərdə silinmiş debitor borclarının ödənilməsi hesabına daxil olmuş məbləğ;
valyuta hesabları və xarici valyuta əməliyyatları üzrə müsbət məzənnə fərqləri;
müəssisənin hesablarında olan pul vəsaitlərinə görə alınmış faizlər.
Buraya həmçinin başqa müəssisələrin nizamnamə kapita- Inda payçı kimi iştiraka görə əldə edilən gəlir də daxildir. Bu gəlir təsisçilərə əvvəlcədən müəyyən olunmuş ölçüdə və ya səhmlər üzrə dividendlər şəklində alınır. Qiymətli kağızlar üzrə gəlirlərə istiqrazlar və qısamüddətli xəzinə öhdəlikləri üzrə faizlər daxildir. Müəssisənin səhmdar cəmiyyətlərinin qiymətli kağızları üzrə gəlir götürmək hüququ vardır, lakin həmin qiymətli kağızlar onlar üzrə ödənişlərin rəsmi elan olun- muş tarixdən azı 30 gün əvvəl alınmalıdır. Dövlətin qiymətli kağızları üzrə gəlirlərin götürülməsi hüququ va qaydası onların buraxılması və yerləşdirilməsi şərtləri ilə müəyyən edilir. Borc verdiyi vəsaitlər üzrə müəssisə kreditor və borc götürən arasındakı müqavilə şərtlərinə görə gəlir götürür. Əmlakın icarəyə verilməsindən əldə edilən gəlir icarəçinin icarǝdara ödədiyi icarə haqqından ibarətdir. Icarə olunmuş əmlakdan istifadə hesabına mənfəət icarə haqqının məcburi hissəsidir və onun dəyərindən, müəssisənin rentabelliyindən və icarənin müddətindən asılıdır. Əgər icarədar əsas fondların bərpası üzrə müəyyən öhdəlikləri öz üzərinə götürürsə, müqavilə şərtlərindən asılı olaraq icarə haqqına amortizasiya ayırmaları və ya onların bir hissasi daxil ola bilər. Icarə haqqına mənfəət əmlakın dəyərindən faiz kimi daxil edilir. Bundan əlavə satışdankənar nəticələrə aşağıdakı xərclər və itkilər daxildir:
ötən illərin əməliyyatları üzrə zərərlər;
maddi dəyərlilərin inventarlaşdırılması zamanı aşkar edilən çatışmamazlığı:
valyuta hesabları və xarici valyutalarla əməliyyatlar üzrə mənfi məzənnə fərqləri;
təbii fəlakətlər nəticəsində yaranan və əvəzi ödənilməyən itkilər.
Buraya həmçinin təbii fəlakətlərin qarşısının alınması və ləğv edilməsi və s. xərclər də daxildir.

Mənfəətin əmələ gəlməsi şəkil 22.2.1.-də göstərilir.
Mənfəətin kəmiyyətinə bir çox amillər təsir edir. Bu amillər daxili və xarici amillərə bölünür. Daxili amillərə istehsal (ekstensiv və intensiv) və istehsaldakənar amillər daxildir. Xarici amillər isə təbii şəraiti, qiymətin tənzimlənməsini, tarifləri, faiz vergi dərəcələrini və s. əhatə edir.

İnflyasiya


İnflyasiya - ölkə həyatının bütün sahələrilə sıx surətdə bağlıdır. Siyasi prosseslər, iqtisadi dəyişikliklər, beynəlxalq münasibətlər və. s inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabliyyətinə malikdir. İnflyasiya yeni dövr tarixinin məhsulu deyil. Tarix boyu cəmiyyətin qabaqcıl problemi kimi mövcud olmuşdur. Bu proses metal pulun kağız pulla əvəz olunmasından sonra ortaya çıxıb. Kağız pulların çapından sonra pul əmtəə kütləsinə nəzərən, dəyərdən düşməyə başlayırdı. Gələcəkdə inflyasiya adlandırılan bu proses-pulun alıcılıq qabiliyyətinin azalması müasir dövrün ən böyük problemlərindən biri kimi ortaya çıxmağa başladı.
Qiymətlərin hər cür artması inflyasiya demək deyil. Qiymətlər məhsulun keyfiyyətinin yaxşılaşdırılmasından, istehsal xərclərinin artmasından, bayramqabağı qiymətlərin qalxımından ola bilər. İnflyasiya məcmu tələblə məcmu təklif arasında balansın pozulması nəticəsində ölkənin bütün bazarlarında qiymətlərin ümumi artımına səbəb olur.
İnflyasiya anlayışına, inflyasiya prosesinə müxtəlif istiqamətlərdə yanaşmaq olar:
Ayrı-ayrı iqtisadi modellərin xüsusiyyətləri, obyektiv və subyektiv amillər, əmtəə pul sisteminin deformasiya olunması, istehsalla istehlak arasında ziddiyyətlər, sosial qrupların, cəmiyyətin, dövlətin bu prosesə yanaşması.
İnflyasiya və milli gəlirin yenidən bölüşdürülməsi.
İnflyasiya makroiqtisadi, ümumi iqtisadi problem, proses kimi.
Əvvəlki dövrlərdə inflyasiya adətən fövqəladə vəziyyətlərdə meydana gəlirdi. Məsələn müharibə dövründə dövlət özünün hərbi xərclərini ödəmək üçün tədavülə külli miqdarda kağız pul buraxırdı. Son 30–40 il ərzində isə bir çox ölkələrdə inflyasiya daimi xarakter daşıyır və təkrar istehsal prosesinin bir amilinə çevrilmişdir.



Yüklə 105,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin