Aqrar sektorda uçotun təşkili və
alternativ maliyyələşmə
BAKI – 2017
2
Elmi redaktor:
a.f.d., Faiq Xudayev
Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyi Aqrar Elm və
İnformasiya Məsləhət Mərkəzinin
baş mütəxəssisi, KTNAE və İMM
Gənc Alim və Mütəxəssislər
Şurasının sədri
Müəlliflər:
i.f.d., Ruslan Atakişiyev
İqtisadi Resursların Öyrənilməsi İB-
nin sədri
Radil Fətullayev
İqtisadi Araşdırmalar və Tədris
Mərkəzinin vitse-prezidenti
Redaksiya heyəti:
Sevinc Atakişiyeva
İqtisadi Resursların Öyrənilməsi İB-
nin ictimaiyyətlə əlaqələr üzrə
meneceri
Aris Hüseynov
İqtisadi Resursların Öyrənilməsi İB-
nin layihələr üzrə meneceri
Rəyçi:
Talıb Hüseynov
Aqrar Elm və İnformasiya Məsləhət
Mərkəzinin baş mütəxəssisi
3
Bu vəsait Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə
İqtisadi Resursların Öyrənilməsi İB tərəfindən “Kəndli fermer tə-
sərrüfatlarında uçotun təşkili və alternativ maliyyə mənbələrinə
çıxış imkanlarının artırılmasına dəstək” mövzusunda həyata keçi-
rilən layihə çərçivəsində hazırlanaraq çap edilmişdir.
Kitabça fermerlər, sahibkarlıq təşəbbüsündə olan şəxslər və
aqrar təsərrüfat subyektlərində çalışan mühasiblər üçün nəzərdə
tutulmuşdur.
Broşurun tam və ya bir hissəsinin İRÖ İB-ın icazəsi
olmadan çap edilməsi yolverilməzdir.
© İqtisadi Resursların Öyrənilməsi İB, 2017
4
MÜNDƏRİCAT
Giriş ......................................................................................... 5-7
1.
Aqrar sektorun iqtisadiyyatda yeri və rolu .............................. 7-9
2.
Azərbaycanda aqrar sektorda uçotun təşkilinin mövcud
vəziyyəti .................................................................................. 9-13
3.
Kəndli-Fermer təsərrüfatlarında uçotun aparılmasının
əhəmiyyəti ...............................................................................
13-15
4.
Kənd
təsərrüfatında
uçotun təşkili və maliyyə
hesabatlarının hazırlanması yolları ...........................
15-20
5.
Aqrar sektorun maliyyə mənbələrinə çıxışı problemləri .........
21-22
6.
Alternativ
alət
kimi
Faizsiz
maliyyələşmə:
İqtisadiyyatda faiz problemi ....................................................
22-26
7.
Faizsiz maliyyə məhsulları ...................................................................
26-41
Ədəbiyyat siyahısı ................................................................................
42-45
5
GİRİŞ
Son illərdə respublikamızda həyata keçirilən iqtisadi islahatlar
ölkə iqtisadiyyatında yüksək makroiqtisadi nəticələrin əldə olunması-
na əlverişli zəmin yaratmışdır. Müasir şəraitdə dövlətin qarşısında
duran başlıca vəzifələrdən biri də iqtisadiyyatın strateji sahələrindən
hesab olunan aqrar sahənin dayanıqlı inkişafını təmin etməkdir.
Post-neft dövründə Aqrar sektorun davamlı inkişafı prioritet bir
məqsədə çevrilərək “Azərbaycan Respublikasında kənd təsərrüfa-
tı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”
dövlət sənədi qəbul olunmuşdur. Bununla da gələcək dövr üçün
Aqrar sektorun başlıca hədəfləri müəyyənləşdirilmişdir.
Belə ki, həmin sənədə görə Azərbaycanda Kənd təsərrüfatı məh-
sullarının istehsalı və emalı sektorunda həyata keçiriləcək prioritetlə-
rin 2020-ci ildə real ÜDM-i birbaşa 575 milyon manat, dolayı
şəkildə isə 660 milyon manat olmaqla, ümumilikdə, 1235 milyon
manat artıracağı və təxminən 20 min yeni iş yerinin yaradılacağı
proqnozlaşdırılır. Təsirin gerçəkləşdirilməsi dövlət-özəl resursları
hesabına 1170 milyon manat investisiya qoyuluşu tələb ediləcəyi
proqnozlaşdırılır.
Bu istiqamətdə uğurlu nəticələrin əldə olunması üçün həyata
keçirilməsi vacib olan məsələlərdən biri də bu sahədə uçotun səmə-
rəli təşkili və alternativ maliyyə mənbələrinə çıxış mexanizminin
formalaşdırılmasıdır.
Aqrar sahənin məqsədyönlü inkişafı ilk növbədə uçotun düzgün
təşkilindən asılıdır. Araşdırmalar göstərir ki, kənd təsərrüfatı sekto-
rundan əldə olunan gəlirlər ümumilikdə vergidən azad olunduğu
üçün kəndli fermer təsərrüfatlarında uçotun aparılmasına meyl azal-
mışdır. Fermerlər yalnız rəsmi şəkildə işə cəlb etdikləri işçilərin
əmək haqqına görə muzdlu işlə əlaqədar gəlir vergisinin uçotunu və
s. ödəmə mənbəyindən gəlirlərin vergisinin uçotunu aparmaqdadır-
lar. Bu da fermerin maliyyə vəziyyəti və maliyyə nəticələri haqqında
tam şəkildə informasiya əldə etməyə kifayət etmir. Bundan başqa
regionlarda hər il kənd təsərrüfatı məhsulları ilə əlaqədar bölgələr
üzrə əkilmiş və becərilməkdə olan ayrı-ayrı kənd təsərrüfatı məhsul-
6
larının uçotu dəqiq aparılmadığına görə rayonlar üzrə düzgün
informasiya əldə etmək imkanları də zəif olmaqdadır. Bütün bunlar
kənd təsərrüfatı sektoruna investisiya qoymaq istəyən şəxslərin
sahəyə marağının azalmasına gətirib çıxarır.
Həmçinin, kənd təsərrüfatı istehsalının təbii iqlim şəraitindən
asılılığının yüksək olması, kapitalın dövretmə sürətinin aşağı olması
və s. amillər bu sahədə qənaət normasının aşağı olmasına səbəb olur.
Bu da son nəticədə kənd təsərrüfatı məhsulları istehsalçılarının öz
vəsaitləri hesabına investisiya qoymaq, eləcə də maliyyə
bazarlarından müvafiq vəsaitlərlə təmin etmək imkanlarını məhdud-
laşdırır. Buna görə də bu sahənin maliyyə təminatının əsas yükü
dövlətin üzərinə düşür.
Qeyd edək ki, hazırda ölkədə kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı sahələrində fəaliyyət göstərən subyektlərin kom-
mersiya şərtləri ilə maliyyə vəsaitləri cəlb etmək imkanları məhdud-
dur.
Son illər aqrar sahəyə verilən kreditlərin həcminin artmasına
baxmayaraq, bu kreditlərin ümumi kredit portfelində, habelə ümumi
iqtisadiyyatda payı azdır. Belə ki, Mərkəzi Bankın verdiyi məlumat-
lara əsasən, 2017-cı ilin ilk 9 ayı ərzində kənd təsərrüfatına və emal
sahəsinə ayrılan kreditlərin həcmi 451,8 milyon manat olmuşdur. Bu
da ümumi iqtisadiyyata qoyulmuş kreditlərin cəmi 3,5 faizini təşkil
edir.
Bunlar da kənd təsərrüfatı istehsalının yuxarıda qeyd edilən
özünəməxsus xüsusiyyətləri ilə yanaşı, əksəriyyəti kiçik həcmdə olan
təsərrüfatların iqtisadi potensialının zəif olması, kənd yerlərində
torpaq və əmlak bazarlarının kifayət qədər inkişaf etməməsinə görə
kreditin alınması ilə bağlı girov təminatında mövcud problemlər,
kənd təsərrüfatı sığortasının zəif inkişafı, uçotun aparılması sahəsin-
də mövcud olan yayınmalar, maliyyə hesabatlığı və şəffaflığı o cüm-
lədən də kənd təsərrüfatı kreditləri üzrə zəmanət mexanizminin
olmaması və digər səbəblərlə bağlıdır.
Bütün bunlar nəzərə alınaraq Yol xəritəsində “Kənd təsərrüfatın-
da innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazır-
lanması”, “Kredit təşkilatlarının vəsaitlərinin kənd təsərrüfatı
7
sektorunun kreditləşməsinə yönəldilməsinin stimullaşdırılması” və s.
kimi tədbirlər planı nəzərdə tutulmuşdur.
Problemin aktuallığı bu sahədə maarifləndirmə işlərinin aparılma-
sını zəruri edir. Buradan anlaşılır ki, müasir dövrdə kəndli fermer
təsərrüfatlarında uçotun vacibliyini əsaslandıran o cümlədən, maliy-
yə resurslarına çıxış imkanlarını artıran iqtisadi ədəbiyyatlara geniş
ehtiyac vardır. Onu da vurğulayaq ki, investisiya cəlbi ilə təsərrüfat-
larda uçotun aparılması üzvü olaraq bir-biri ilə bağlı olub vəhdət
təşkil edir.
1. Aqrar sektorun iqtisadiyyatda yeri və rolu
Tarixən Azərbaycan kənd təsərrüfatı ölkəsi kimi tanınmış və
burada uzun illər dərin ixtisaslaşma baş vermişdir. Keçmiş Sovet İtti-
faqı dövründə ölkəmiz kənd təsərrüfatı məhsullarının istehsalı və
təminatı baxımından öncül yerləri tuturdu.
Ölkəmiz müstəqillik qazandıqdan sonra süverenliyin ilk illərində
iqtisadiyyatın dağılamasının ən ağır zərbəsi məhz kənd təsərrüfatına
dəymiş ənənəvi sahələr sıradan çıxmışdır.
Sonrakı dövrlərdə kənd təsərrüfatı məhsullarının ümumi həcmi
1995–2015-ci illər ərzində faktiki qiymətlərlə 7,7 dəfə (real ifadədə
2,4 dəfə), 2005–2015-ci illər ərzində isə 3,1 dəfə (real ifadədə 38,4
faiz) artmışdır. O cümlədən bitkiçilik məhsulları istehsalında faktiki
artım həmin dövrlərə müvafiq olaraq 6,6 və 2,8 dəfə (real artım
müvafiq olaraq 2,3 dəfə və 25,4 faiz), heyvandarlıq məhsulları
istehsalında müvafiq olaraq 9,3 və 3,4 dəfə (real artım isə müvafiq
olaraq 2,5 dəfə və 53,8 faiz) artım müşahidə olmuşdur.
Ölkə iqtisadiyyatında neft sektorunun payının yüksəlməsi nəticə-
sində Kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payı, 2000–
2010-cu illər ərzində 16,1 faizdən 5,5 faizə enmişdir. 2010–2015-ci
illər ərzində isə kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payı
5,5 faizdən 6,2 faizə yüksəlmişdir (şəkil 2).
8
Şəkil 2. Kənd təsərrüfatı məhsullarının istehsalının ÜDM-də
payı (faizlə)
1
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən və ölkədə bazar
iqtisadiyyatına keçid prosesi başladıqdan sonra kənd təsərrüfatında
aparılan islahatlar nəticəsində bir sıra yeniliklər baş vermişdir. Bu
dəyişikliklər aşağıdakılarla xarakterizə edilir.
Son 5 il ərzində əhalinin müvafiq ərzaq məhsulları istehlakında
müsbət trendlər müşahidə olunur. Belə ki, bu dövr ərzində hər nəfərə
düşən kartof istehlakı 21,1 faiz, tərəvəz və bostan məhsulları
istehlakı 17,2 faiz, ət və ət məhsulları istehlakı 4,7 faiz, yumurta
istehlakı 12,3 faiz, meyvə-giləmeyvə məhsulları istehlakı 13,9 faiz,
bitki yağları və marqarin istehlakı isə 12,2 faiz artmışdır.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin
məlumatlarına görə, 2005–2015-ci illər ərzində natural ifadədə idxal
olunan iribuynuzlu heyvan əti 17 faiz, süd və qaymaq 21 faiz, kartof
3,9 dəfə, təzə tərəvəz 66 faiz, təzə meyvə 2,7 dəfə, buğda 50 faiz,
bitki yağları 70 faiz, ət və balıq konservləri 40 faiz, xam şəkər və
şəkər 92 faiz, şəkərdən hazırlanan qənnadı məmulatları 34 faiz
artmışdır, lakin tütün 2,2 dəfə, quş əti və əlavə ət məhsulları 3,6 dəfə
azalmışdır.
1
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və
emalına dair Strateji Yol Xəritəsi, səhifə 12.
9
Ümumilikdə, müasir dövrdə ölkədə əhalinin ərzaqla dayanıqlı
təminatını həyata keçirmək, iqtisadi təhlükəsizliyi qorumaq, kənd
yerlərindən iri şəhərlərə axının qarşısını almaq o cümlədən region-
larda məskunlaşan əhalinin məşğulluğunu təmin etmək baxımından
kənd təsərrüfatının inkişaf etdirilməsi mühüm əhmiyyət kəsb edir.
2. Azərbaycanda aqrar sektorda uçotun təşkilinin mövcud
vəziyyəti
Ölkəmizdə kənd təsərrüfati mühasibatlığı “Mühasibat uçotu
haqqında” Azərbaycan Republikası Qanunu, Azərbaycan Respubli-
kası Maliyyə Nazirliyi tərəfindən 30 yanvar 2017-ci il tarixli Q-01
tarixli qərarı ilə təsdiq olunmuş “Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması
Qaydaları”ı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu
il 13 yanvar tarixli İ-04 nömrəli əmri ilə təsdiq olunmuş “Kənd
təsərrüfatı üzrə” Kommersiya Təşkilatları üçün 28 №-li Milli
Mühasibat Uçotu Standartı və digər normativ-hüquqi aktlar vasitəsi
ilə tənzimlənir.
Məlum olduğu kimi “Kənd təsərrüfatı üzrə” Kommersiya Təşki-
latları üçün 28 №-li Milli Mühasibat Uçotu Standartı “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq
hazırlanmış və “Kənd təsərrüfatı” adlı 41 №-li Mühasibat Uçotunun
Beynəlxalq Standartına əsaslanmışdır. Adı çəkilən standartın əsas
məqsədi kənd təsərrüfatı ilə bağlı uçotun tətbiqi, maliyyə
hesabatlarının təqdimatı və açıqlamalarının təsvirini verməkdən
ibarətdir. Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-
hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında
ziddiyyət yarandığı halda, hazırkı Standart tətbiq edilir.
10
28 №-li Milli Mühasibat Uçotu Standartı kənd təsərrüfatı
fəaliyyəti ilə əlaqəli olarsa, aşağıdakılara tətbiq olunacaqdır:
(a) bioloji aktivlər;
(b) məhsul yığımı anında kənd təsərrüfatı məhsulları; və
(c) Standartın 34-35-ci maddələrdə göstərilənlərlə əhatələnmiş
hökumət subsidiyaları.
28 №-li Standart kənd təsərrüfatı fəaliyyəti ilə əlaqəli torpağa
vəkənd təsərrüfatı fəaliyyəti ilə əlaqəli qeyri-maddi aktivlərə tətbiq
olunmur. Çünki adları çəkilən maddələri tənzimləyən ayrıca
standartlar mövcuddur. Bu Standart yalnız məhsul yığımı anında
müəssisənin bioloji aktivinin yetişdirdiyi kəndtəsərrüfatı məhsuluna
şamil edilir. Bundan sonra, “Ehtiyatlar üzrə” 8 №-li Milli Mühasibat
Uçotu Standartı və ya digər tətbiq oluna biləcək standart tətbiq
olunur. Nəticə etibarı ilə, bu Standart məhsul yığımından sonra kənd
təsərrüfatı məhsullarının emalı ilə məşğul olmur.
Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 102.1.11-ci
maddəsinə əsasən fiziki şəxslərin kənd təsərrüfatı məhsullarının
istehsalından alınan gəlirləri vergidən azaddır. Ümumiyyətlə, ölkə-
mizdə «Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi
güzəştlərinin verilməsi haqqında» Qanuna görə, 2001-ci il yanvarın
1-dən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o
cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə
müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər
vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət
prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən,
fiziki şəxslər isə əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində
istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü
il tarixli 824 nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının
Vergi Məcəlləsinə edilən dəyişikiliklərə görə, kənd təsərrüfatı
11
məhsullarının ilkin istehsalı və satışı ilə məşğul olan fiziki və hüquq
şəxslər 2014-cü il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisi
istisna olamaqla, digər vergiləri ödəməkdən azaddırlar. Bu vergilərə
aşağıdakılar aiddir:
- kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o
cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə
etdikləri gəlirlərə tətbiq edilən gəlir vergisi;
- kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye
üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı
məhsullarının satışı üzrə dövriyyədən əlavə dəyər vergisi;
- kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o
cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət
prosesində istifadə olunan əmlaka görə əmlak vergisi.
Həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o
cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri
kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş mədaxilin
həcmi 2014-cü il yanvarın 1-dən 5 il müddətinə sadələşdirilmiş
verginin vergitutma obyektinə daxil edilmir.
Yuxarıda qeyd olunanlarla yanaşı “Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 23 dekabr 2016-cı il tarixində qəbul edilmiş
Qanununa əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin
istehsalı və satışı, quş ətinin satışı - 2017-ci il yanvarın 1-dən 3 il
müddətinə ƏDV-dən azad edilmişdir. Həmçinin, 2016-cı il mayın 1-
dən 5 il müddətinə damazlıq heyvanların idxalı və satışı, toxum və
tinglərin idxalı və satışı, mineral gübrələrin, pestisidlərin idxalı və
satışı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün
avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum,
taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya
kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı
heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi
12
üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd
təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadan-
lıqların və texnikaların idxalı və satışı, siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən olunan xammalın və
materialların idxalı ƏDV-dən azad edilmişdir.
Qeyd edək ki, güzəştlər kənd təsərrüfatı məhsullarının emalı ilə
məşğul olan şəxslərə aid olunmur. Başqa sözlə, həmin güzəştlər,
misal üçün, süd məhsulları və yem istehsalı, balıq, pendir,
qurudulmuş meyvə, ət satışı ilə məşğul olan müəssisələrə şamil
edilmir. Statistika Komitəsinin təsnifatına əsasən, süd kənd
təsərrüfatı məhsullarına, süd məhsulları isə emal sənayesi məhsulları-
na aid edilir.
Yuxarıda göstərilən aqrar islahatların aparılması ilə yanaşı onu da
qeyd edək ki, kəndli-fermer təsərrüfatlarının uçot və hesabat
sisteminin qurulması ilə bağlı xeyli problemlər mövcuddur. Belə ki,
bu günə kimi özəl təsərrüfatlar üçün sadə uçot sənədləri hazırlanma-
mış, təsərrüfatların fəaliyyətinin təhlilinin yeni mexanizmi formalaş-
dırılmamışdır. Özəl təsərrüfatların böyük əksəriyyətində xərclərin
uçotu aparılmır, təsərrüfat-maliyyə fəaliyyəti təhlil olunmur. Özəl
təsərrüfatların başçıları dəyişən və sabit xərclər haqqında, ümumi
gəlir və xalis gəlir haqqında heç elementar təsəvvürə belə malik
deyillər. İlkin uçotun aparılması və təsərrüfat-maliyyə fəaliyyətinin
təhlil edilməsi nəticəsində özəl təsərrüfatlar hansı məhsulların
istehsalı gəlirlərlə, hansının isə zərərlə başa gəldiyini bilmirlər.
2
Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, özəl təsərrü-
fatların səmərəli təsərrüfat-maliyyə fəaliyyətini təmin etmək üçün ilk
növbədə sahibkarların maliyyə savadlılığı artırılmalı, onlar üçün sadə
2
Ailə və fermer təsərrüfatlarında ilk uçotun təşkili və maliyyə fəaliyyətinin
təhlilinə dair TÖVSİYYƏLƏR kitabının 6-cı səhifəsinin 2-ci abzası.
13
uçot formaları yaradılmalı və maliyyələşmə mənbələrinə uyğun
şəffaf hesabat sistemi və onların müvafiq təhlil mexanizmi
hazırlanmalıdır.
3. Kəndli-fermer təsərrüfatlarında uçotun aparılmasının
əhəmiyyəti
Müasir şəraitdə ailə və fermer təsərrüfatları ən azı iki mühüm
problemin həllinə nail olmalıdırlar. Onlar, bir tərəfdən istehsal etdiyi
məhsullara olan tələbatı ödəməli, digər tərəfdən daxili tələbatdan
artıq istehsal etdikləri məhsulları bazarda satmaqla istehlak mallarına
olan tələbatlarını ödəmək üçün kifayət qədər gəlir əldə etməlidirlər.
Bildiyimiz kimi, bazar iqtisadiyyatı şəraitində bütün istehsal
subyektləri təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyət göstərir.
Bu isə öz növbəsində gəlirlərin formalaşmasına təsir göstərən
çoxsaylı amillərin - əkin sahələrinin, bəslənilən mal-qaranın
strukturunun, məhsul istehsalında iştirak edən xərclərin tərkibinin,
dəyişən və sabit xərclərə təsir göstərən amillərin, əmtəə bazarlarında
qiymətlərin dəyişmə meylinin və s. dərindən təhlil olunmasını tələb
edir. Təhlil aparmaq üçün isə təsərrüfatın iqtisadi cəhətdən
əsaslandırılmış biznes planının olması, gündəlik yerinə yetirilən
əməliyyatların və bununla əlaqədar faktiki xərclərin, məhsul
satışından daxil olan vəsaitin, ümumiyyətlə təsərrüfat fəaliyyəti ilə
əlaqədar olan bütün gəlir və xərclərin uçotunun aparılması zərurəti
yaranır. Bunlara nail olmadan heç bir təsərrüfat subyekti səmərəli
fəaliyyət göstərə bilməz.
14
Özəl qurumlar öz təsərrüfat-maliyyə fəaliyyətini planlaşdırmalı,
xərclərin uçotunu aparmalı, fəaliyyətini təhlil etməli, əldə etdikləri
maliyyə nəticələrinin yüksək və ya aşağı olduğunu araşdırmalıdırlar.
3
Kənd təsərrüfatı müəssisələrində planlaşdırma üzrə ən çox
səmərəni mühasibat uçotunda verilən informasiya əsasında hazırla-
nan büdcə verir. Gözlənilən nəticənin rəqəm ifadəsində göstərilən
büdcə kənd təsərrüfati müəssisələrində əsasən ayrı-ayrı sahələrin
büdcələri kimi hazırlanır. Bu büdcələr hər sahə üçün toxum, gübrə,
yem, dərman kimi xammallara olan ehtiyacı və onların gətirəcəyi
səmərə haqqında sahibkara informasiya verə bilir. Ona görə də
gözlənilən nəticəni əldə etmək üçün müəssisədə planlaşdırmadan
əvvəl əsaslı mühasibat uçotu sistemi qurulmalıdır. Bu sistemin
qurulması qarşıya qoyulan məqsədlərə çatmaq üçün düzgün, detallı
və geniş məlumatların əldə olunmasını təmin edir.
Müəssisə planlaşdırması hazırlanarkən lazım olan məlumatlar təx-
mini və statistik metodlar və ya anket vasitəsilə də toplana bilər. Am-
ma, bu informasiya etibarlı planlaşdırma üçün kifayət etməyə bilir.
Belə ki, gələcəyə dair proqnozlar bəzi keçmiş hadisələrin detalları ilə
bağlı olur. Mühasibat uçotu müəssisənin fəaliyyəti ilə bağlı əməliy-
yatları ətraflı və detallı qeydiyyata aldığından keçmişə aid ən
dolğun informasiyanı təmin etdiyi üçün xüsusi əhəmiyyətə malikdir.
İnkişaf Etmiş Ölkələrdə sənaye və ticarət müəssisələrində olduğu
kimi kənd təsərrüfati müəssisələrində də mühasibat uçotuna lazımi
diqqət göstərilir. ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Fransa
və İngiltərə kimi ölkələrdə kənd təsərrüfati əməliyyatlarının uçot
standartları uzun müddətdir ki, tətbiq olunur və 2003-cü ildən etiba-
rən kənd təsərrüfati ilə bağlı MUBS-ın tətbiqi Avropa Birliyində
3
Ailə və fermer təsərrüfatlarında ilk uçotun təşkili və maliyyə fəaliyyətinin
təhlilinə dair TÖVSİYYƏLƏR. Bakı – 2003. 42 səh.
15
müştərək prinsiplərə əsaslanan kənd təsərrüfati müəssisələri mühasi-
bat uçotu informasiya şəbəkəsi (Farm Accountancy Data Network:
FADN) qurulub. Yuxarıda qeyd edildiyi kimi, ölkəmizdə də adı
çəkilən standarta əsasən MMUS 28 hazırlanmışdır.
Dostları ilə paylaş: |