Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S


Ukraynanın sosial-iqtisadi və mədəni inkişafı



Yüklə 68,34 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü68,34 Kb.
#40121
1   2   3
zahirova arzu ukrayna tarixi

Ukraynanın sosial-iqtisadi və mədəni inkişafı

SSRİ-nin süqutu və ölkəni bürüyən ümumi iqtisadi böhran Ukraynanın iqtisadiyyatına dağıdıcı təsir göstərdi. Ümumittifaq iqtisadi kompleksin dağılması nəticəsində müəssisələrinin 95 faizi Moskvaya tabe olan Ukraynada demək olar ki, istehsalın 80 faizinin texnoloji tamamlanması başa çatmamışdır, texnoloji cəhətdən köhnəlmiş maşın və avadanlığın 40 faizi isə yenilənməli idi. (T.Vəliyev, N.Hüseynov, “Slavyan ölkələrinin tarixi haqqında”, Bakı – 2001. (səh. 178))

1992-ci ilin mart ayında Ali Rada “Milli iqtisadi siyasətin əsasları” sənədini təsdiq etdi. Sənəddə iqtisadiyyatın dövlət bölməsinin ləğv edilməsi, özəlləşdirmə, sənayenin yenidən qurulub modernləşdirilməsi, rubl məkanından çıxmaq, MDB dövlətlərilə beynəlxalq qiymət sistemi əsasında qarşılıqlı ödəmə əməlyyatına keçilməsi və xarici ticarətin əsasən Qərb bazarına istiqamətlənməsi irəli sürüldü. Lakin 1992-ci ilin yazında Ukraynanın iqtisadiyyatında böhranın bütün əlamətləri göz qabağında idi, belə ki, köhnə təsərrüfatçılıq sistemi dağılmış, yeni sistem isə formalaşmamışdır. Böhran respublikanın həm sənayesini, həm də kənd təsərrüfatını əhatə edirdi. Mərkəzi hakimiyyətin dağılması ilə Müstəqil Ukraynanın Ali Radası ölkəni iqtisadi böhrandan xilas etmək məqsədilə dörd hökumət, o cümlədən 1990-cı ilin mayından oktyabrına kimi V.Masol, 1990-cı ilin noyabrından 1992-ci ilin oktyabrına kimi V.Fokin, 1992-ci ilin oktyabrından 1993-cü ilin sentyabrına kimi L.Kuçma, 1993-cü ilin sentyabrından — 1994-cü ilin iyununa kimi L.Kravçuk-Y.Zvyagilski hökumətlərini təşkil etdi. Onlar iqtisadi böhrandan çıxmaq məqsədilə yeddi proqram hazırlasalar da bunların heç biri real olaraq həyata keçirilmədi. Bunun başlıca səbəbi proqramların yarımçıq olması, adamların sosial müdafiəsinin nəzərə alınmaması, qətiyyətsiz yerinə yetirilməsi idi.

Dövlətin sosial-iqtisadi strateji kursundan irəli gələn vəzifələrin yerinə yetirilməsinə başlandı. Eyni zamanda prezident L.Kuçma dövlətin antiböhran fəaliyyət proqramını bəyan etdi. Bunun ardınca 1996-cı ildə hökumət Ukraynanın qrivna adlı yeni milli pulun tədavülə buraxdı. XX əsrin 90-cı illərin ikinci yarısıdan milli iqtisadiyyatı təşkil edən əsas sahələr, o cümlədən pul, maliyyə, ödəmə, vergi, gömrük, bank sistemləri formalaşdı. Ukrayna dövlətinin ardıcıl və qətiyyətli iqtisadi islahatları ölkədə mülkiyyət formasının kökündən dəyişilməsinə, iqtisadiyyatda xüsusi mülkiyyətin bərqərar olmasına səbəb oldu. Aşağı-yuxarı 6,1 milyon nəfər Ukrayna vətəndaşı torpaq payına sahib oldu ki, bu da ölkənin torpaq sahəsinin yarısından çoxunu təşkil edirdi. Həyətyanı sahələrin özəlləşdirilməsi əsasən başa çatdı, 11 milyon vətəndaş xüsusi mülkiyyətçi oldu. Yeni sosial-iqtisadi strategiyaya uyğun olaraq Ukraynada qiymət tarifinin bazar mexanizmi bərqərar oldu, xarici ticarətə liberal rejim tətbiq edildi. Bu milli iqtisadiyyatda xroniki hal alan defısit anlayışının aradan qalxmasına, bazarın malla dolmasına şərait yaratdı.

Maliyyə vəsaitinin çatışmazlığı üzündən birinci onillikdə elm və ali təhsil sahəsində böhran vəziyyətinin yaranmasına zəmin hazırlandı. Bir çox alim və elmi-pedoqji işçi xarici ölkələrə üz tutdu ki, bunun da sayəsində ölkə əsaslı elmi mövqelərinin böyük bir hissəsini itirdi, Qərbin elmi səviyyəsindən geri qalmağa başladı. Düzdür, XXI əsrin əvvəllərindən başlayaraq Ukrayna dövləti elm və mədəniyyətə daha çox maliyyə ayırdı, mədəniyyət işçilərinin əmək haqqını artırdı. Məsələn, 2005-ci ildə 2004-cü illə müqayisədə dövlət büdcəsində mədəniyyət sahəsinə 1,5 dəfədən çox vəsait ayrıldı, müvafiq dövrdə mədəniyyət işçilərinin əmək haqqı 35% artdı.

Müstəqil Ukrayna dövləti mədəniyyət, təhsil və incəsənətə getdikcə daha çox diqqət ayırırdı. 2005-ci ilin aprelində Ali Rada “Ukraynada mədəniyyət siyasəti, prioritetlər, prinsiplər və onların reallaşması” mövzusunda dinləmə təşkil etdi. Qədim mədəniyyət abidələrinin, ağac və daşdan olan kilsə memarlıq tikililərinin hifz edilməsi, turizmin inkişafı, Ukraynanın Avropa Şurası və Avropa İttifaqının proqram və layihələrində iştirakı, Ukraynanın məlumat və mədəniyyət şəbəkələrinin xaricdə genişlənməsi müzakirənin əsas mövzuları idi. Ədəbiyyat sahəsində Ukrayna Milli Yazıçılar İttifaqı, Ukrayna Regionlararası Yazıçılar İttifaqı, Ukrayna Ədiblər Konqresi, Ukrayna Yazıçılar Assosiasiyası səmərəli fəaliyyət göstərirdi.

Müstəqil Ukraynanın musiqi, teatr və incəsənəti bütün çətinlikləri aradan qaldıraraq irəliləməkdə davam edir. Milli ənənələrlə müasirliyi birləşdirən musiqi ölkədə daha geniş yayılmışdır. “Drevo”, “Vlastelin”,”Bojiçi”, “Buttya” kimi ansambılların şöhrəti geniş yayılmışdır. Ukraynanın populyar musiqisi bütün dünyada səslənir. Uopli Vidoplyasova, Okean Elza, Tartak, Ruslana bu musiqi sahəsinin aparıcı nümayəndələridir. Onların Avropa və dünya miqyasında təmsil olunmalarının konkret misalı 2004-cü ildə “Avroviziya” yarışmasında ukraynalı müğənni Ruslananın qalib gələrək birinci yerə sahib olmasıdır. “Şedrik” Kiyev uşaq xoru isə Romada keçirilən özfəaliyyət kollektivlərinin festivalında iki nominasiyada qalib gələrək laureat adını qazandılar. Ölkənin mədəni həyatında mühüm hadisələrdən biri V.Qorovtsanın xatirəsinə həsr edilən gənc pianoçuların beynəlxalq konkursudur. Ukraynalı bəstəkar Miroslav Skorikin başçılıq etdiyi jüri artıq 10 ildən çox təkrar edilən bu möhtəşəm musiqi şənliyində 2005-ci ilin aprelində 26 ölkənin 98 nümayəndəsi arasında qalibləri müəyyən etməli idi. İddiaçılar isə 9 yaşından 33 yaşına kimi olan, dünyanın bir çox ölkəsindən gələn gənc pianoçular idi. Görkəmli opera müğənniləri V.Lukyanets, A.Koçerqa, V.Pyatniçka və b. bütün dünyada şöhrət qazanmışdır. (T.Vəliyev, N.Hüseynov, “Slavyan ölkələrinin tarixi haqqında”, Bakı – 2001. (səh. 180))

Ukrayna tarixinin son onillikləri dini fəaliyyətin fəallaşması ilə bağlıdır. 80-ci illərin sonunda Ukrayna yunan-katolik kilsəsinin fəaliyyəti leqallaşdırıldı. Ukrayna pravoslav kilsəsi yenidənqurma şəaritində parçalanaraq üç konfesiyaya bölündü. Birinci konfesiya demək olar ki, 8.5 min icmanı birləşdirən Moskva patriarxlığının Ukrayna pravoslav kilsəsidir. İkinci konfesiyaya təqribən 2.5 min icmanın daxil olduğu Kiyev patriarxlığının Ukrayna pravoslav kilsəsidir. Üçünçü konfesiya isə aşağı yuxarı 1000 icmanı birləşdirən Ukrayna aftokefal pravoslav kilsəsi hesab olunur.

Bu parçalanma eyni zamanda cəmiyyətin birliyinə və Ukraynada dini qarşıdurmalara, münaqişələrə səbəb olub. Odur ki, hazırda dindarların çoxu və ilahiyyatçılar Ukraynada vahid pravoslav kilsəsinin yaradılmasına səy göstərir. Ukrayna əhalisi arasında protestantlıq, iudaizm və islam da yayılır. Ukraynada 105 dini birlik fəaliyyət göstərir ki, onlar arasında da ünsiyyət və əlaqəni kilsə və dini təşkilatların Ümumukrayna Şurası nizamlayır.Vicdan azadlığı müstəqil Ukrayna həyatının əsas elementlərindən biridir. Dövlət çalışır ki, bütün konfessiyaların nümayəndələri cəmiyyət həyatının bərabərhüquqlu iştirakçısı kimi fəaliyyət göstərsin. (T.Vəliyev, N.Hüseynov, “Slavyan ölkələrinin tarixi haqqında”, Bakı – 2001. (səh. 183-184))




  1. Yüklə 68,34 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin