Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 68,34 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü68,34 Kb.
#40121
1   2   3
zahirova arzu ukrayna tarixi

Xarici siyasət

Ukrayna dövlət müstəqilliyi haqqında Aktı bəyan etdikdən sonra beynəlxalq münasibətlərin bərabərhüquqlu subyekti oldu. 1991-ci il dekabrın 5-də Ümumukrayna referendumundan sonra Ali Rada dünya parlamentləri və xalqlarına müraciət edərək bildirdi ki, Ukrayna BMT-nin məqsəd və prinsiplərinə uyğun olaraq öz xarici siyasətini dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq hüququn prinsiplərinə əməl edilməsinə yönəldir. Başlıca məsələ dünya birliyinin Ukrayna dövlətini tanıması idi. 1991-ci il dekabrın 2-də birinci olaraq Polşa və Kanada, dekabrın 3-də Macarıstan, dekabrın 4-də Latviya və Litva, dekabrın 5-də Argentina, Bolqarıstan, Boliviya, Rusiya və Xorvatiya Ukraynanı tanıdı. Ümumən bir ay müddətində 57, 1992-ci ilin sonuna kimi 132 dövlət, bu gün isə demək olar ki, bütün dünya dövlətləri Ukraynanı tanıyır.

Ukrayna dövlətinin xarici siyasətinin əsas prinsipləri 1990-cı il dövlət suverenliyi haqqındakı Bəyannamədə, Ali Radanın 1993-cü il “Ukraynanın xarici siyasətinin əsas istiqamətləri” normativ aktında və 1996-cı il Ukrayna Konstitusiyasında əks olunmuşdur. Bunlar, başqa dövlətlərin daxili işlərinə qarışmadan onlarla qarşılıqlı fayda və bərabərlik əsasında əməkdaşlıq, hərbi bloklarda iştirakdan imtina, nüvə silahından azad olmaq prosesində iştirak etmək, beynəlxalq hüququn aliliyini qəbul etmək və dünyadakı mövcud sərhədlərin tanınmasından ibarətdir.

Müstəqil Ukrayna öz xarici siyasət konsepsiyasına uyğun olaraq beynəlxalq təşkilatlara üzv olmağa başladı. Tezliklə beynəlxalq qurumların qapısını bir-bir açan Ukrayna artıq 40dan çox beynəlxalq və hökumətlərarası təşkilatların üzvü oldu. Ukraynanın xarici işlər naziri Gennadi Udovenko BMT Baş Məclisinin sədri olmuşdur. 2000-2001-ci illərdə Ukrayna BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvü funksiyasını yerinə yetirmişdir. 2001-ci ilin martında Ukrayna BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edirdi.

Ukraynanın xarici siyasətində ABŞ-la əlaqələr ön plana çıxmışdır. Nəzərə almaq lazımdır ki, SSRİ ərazisinin cəmi 2,6 faizini təşkil edən Ukraynada keçmiş İttifaqın nüvə ehtiyyatının 40 faizi cəmləşmişdir. Odur ki, ABŞ-Ukrayna münasibətlərinin inkişafında Ukraynanın böyük nüvə potensialından azad olması əhəmiyyətli rol oynadı. 1994-cü ilin yanvarında Moskvada Ukrayna, Rusiya və ABŞ arasında bağlanan sazişdə Ukrayna 7 il ərzində bütün nüvə başlıqların Rusiya ərazisinə köçürməyi öhdəsinə götürmüşdür. 1994-cü ilin sonunda Budapeştdə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya dövlət başçıları Ukraynanın təhlükəsizlik təminatı haqqında Memorandum imzaladılar.

ABŞ-ın dəstəyini almaq məqsədilə Ukrayna höküməti 2003-cü ildə Küveyt və İraqa hərbi kontingent göndərdi. Bu aksiya ölkədə birmənalı qarşılanmadı, əməliyyatlar nəticəsində Ukrayna hərbçiləri 18 adam itirdi. Ukrayna bir tərəfdən Avropa Birliyi ilə inteqrasiyanı davam etdirir, başqa bir tərəfdən Şərq ölkələri ilə əlaqələri artırırdı. 2003-cü ilin ortalarında Rusiya, Ukrayna, Belarus, Qazaxıstan vahid iqtisadi məkanın yaradılmasına dair saziş imzaladılar.

Ümumiyyətlə, zaman-zaman Ukrayna ilə Rusiya arasında Rusiyanın Ukrayna və Avropaya qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi təbii qaz tranzitinə görə dəfələrlə kəskin anlaşılmazlıqlar olmuşdur. Ən kəskin 2009-cu ildəki “qaz böhranı” nəticəsində 18 Avropa dövləti qışın soyuğunda qazsız qalmışdır. Yalnız Ukraynanın o zamankı Baş naziri Y.Timo-şenko V.Putinlə görüşdükdən sonra böhranı aradan qaldırmaq mümkün olmuşdur.

Ukrayna xarici siyasət xəttində bloklardan kənar statusunu elan etsə də NATO ilə fəal əməkdaşlıq edir. 2002-ci ildən NATO ilə fərdi tərəfdaş planı olan Ukrayna 2005-ci ildən Alyansla fəal müzakirələr aparırdı. 2013-cü ildəki mövqeyinə görə Ukrayna yeganə dövlətdir ki, tərəfdaş kimi Şimali Atlantika Alyansının bütün əməliyyatlarında iştirak edir və ona Alyansa daxil olmaq imkanı tanınır.

Ukraynanın prezidenti Pyotr Poroşenko ilk xarici səfər çərçivəsində 2014-cü il iyunun 3-də Polşanın paytaxtı Varşavada ABŞ prezidenti Barak Obama ilə görüşmüşdür. Rəsmi Vaşinqton bir daha Ukrayna dövlətinin yanında olduğunu nümayiş etdirərək ölkənin ərazi bütövlüyünün pozulmasını pislədi. ABŞ Ukraynanın bir hissəsi hesab etdiyi Krımın zorla Rusiyaya ilhaq edilməsilə bağlı bu ölkəyə tətbiq etdiyi sanksiyaları sərtləşdirməyi nəzərdə tutduğunu ifadə etdi.



2014- cü il iyunun 4-də Brüsseldə toplaşan dövlət və hökumət başçılarının G 7 zirvəsində də Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozması kəskin tənqid olunaraq vəziyyəti normallaşdırmaq məqsədi ilə bir sıra konkret tələblər irəli sürülmüşdür. 2014-cü ilin iyulunda Rusiyaya qarşı bank, silah və neft şirkətlərini əhatə edən yeni sanksiyalar tətbiq olunmuşdur. Rusiya isə, öz növbəsində, ona sanksiya tətbiq edən ölkələrdən ət, balıq, meyvə, tərəvəz, süd məhsulları idxalına məhdudiyyət qoymuşdur. Sanksiyaların iqtisadi təsiri ağır olsa da onun siyasi nəticəsi görünmür. Analitik Z.Bjezinski vəziyyətdən çıxış yolunun kompromis olduğunu ifadə edərək bildirmişdir ki, Rusiya Krımı zəbt etmək kursundan imtina etməlidir, Qərb Ukraynanı NATO-ya daxil etmək məqsədinin olmadığına rusları inandırmalıdır. (T.Vəliyev, N.Hüseynov, “Slavyan ölkələrinin tarixi haqqında”, Bakı – 2001. (səh. 187))

Ədəbiyyat siyahısı

  1. T.Ş.Baxşəliyev, “Slavyan ölkələri tarixi”, Bakı – 2016.

  2. T.Vəliyev, N.Hüseynov, “Slavyan ölkələrinin tarixi haqqında”, Bakı – 2001.

  3. https://kayzen.az/blog/son-tarix/23733/ukrayna-1991-2015-ci-ill%C9%99rd%C9%99.html

Yüklə 68,34 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin