Kompüterin dахiletmə- хаriъetmə sistemləri. Interfeyslər



Yüklə 1,37 Mb.
səhifə1/20
tarix01.06.2022
ölçüsü1,37 Mb.
#60358
  1   2   3   4   5   6   7   8   9   ...   20
Mühazirə 6

Kompüterin dахiletmə- хаriъetmə sistemləri. Interfeyslər.


Daxiletmə-xaricetmə kanalları öz yaddaşında saxlanılan proqrama əsasən idarə olunan, məntiqi mənada sərbəst qurğulardır. Odur ki, bu cür kanala daxiletmə-xaricetmə prosessoru da deyilir. Kanalın (kanalların) olması EHM-in əsas prosessorunu daxiletmə-xaricetmə proseslərin təşkili üçün lazım olan çoxlu sayda xidmətçi funksiyaların yerinə yetirilməsindən azad edir. Bu prosessor yalnız daxiletmə-xaricetmə əməlini başlamaq haqqında göstərişi xarici qurğuya verir. Mərkəzi prosessor kanala daxiletmə-xaricetmə əmrini göndərir, özü isə əsas proqramın yerinə yetirilməsini davam etdirir. Kanal daxiletmə-xaricetmə əməlinin idarəsini öz üzərinə götürür. Kanal xarici qurğunu (XQ) işə salaraq onunla
82
birgə (əsas prosessordan ayrı) işləyir. İşini bitirdikdən sonra isə bu barədə uyğun dayandırma siqnalı ilə əsas prosessora xəbərdarlıq edir. İnformasiyanın yaddaşdan qəbulu və ya yaddaşa ötürməsi üçün daxiletmə-xaricetmə əməli zamanı XQ əməli yaddaşla (ƏY) qısamüddətli əlaqədə olur. XQ-lərdə informasiyanın kanala ötürülməsi üçün aparılan hazırlıq işlərinə sərf olunan vaxt (və ya kanaldan alınan verilənlərin emalı vaxtı) onların ƏY-yə ötürülməsinə və ya ƏY-dən alınmasına (yaddaşın işləmə dövrü daxil olmaqla) lazım olan vaxtdan dəfələrlə çoxdur. Bu isə XQ-lərin prosessorla və bir-birilə paralel işləməsinə imkan yaradır. Odur ki, prosessor əvvəl işə salınmış qurğuların işini bitməsini gözləmədən, kanallara yeni işəsalma əmrlərini göndərmək imkanına malik olmalıdır. XQ-nin kanalla qarşılıqlı əlaqəsinin təşkili YQ ilə XQ-nin işləmə sürətləri arasındakı nisbətdən asılıdır. XQ - lər iki qrupa ayrılır: birinci qrup – informasiyanı saniyədə 25-125 min dördbaytlı söz sürəti ilə qəbul edən və ötürən cəldişləyən XQ-lər(maqnit barabanları, diskləri, lentləri və s.); ikinci qrup – saniyədə 250-500 söz və daha az sürətlə işləyən XQ-lər (perfolent, perfokart, çapetmə və s.). Daxiletmə-xaricetmə kanallarının əsas funksiyalarına baxaq.
Daxiletmə-xaricetmə əməlində istifadə olunacaq yaddaş hissəsi sahəsini təyin etmək üçün sahənin başlanğıc ünvanını bə onun ölçüsünü bilmək lazımdır. Bu sahənin ölçüsü maşın üçün standart olan informasiya vahidlərində (söz, bayt və s.) verilir. Göstərilən verilənlər, daxiletmə-xaricetmə əməlinin kodu və başqa məlumatlar uyğun göstərişlərlə birlikdə kanal üçün əmr rolunu oynayan idarəedici sözdə (İS) birləşdirilir. Daxiletmə-xaricetmə əməli yerinə yetirilərkən kanal, yaddaş xanaları ünvanlarını İS-də verilmiş başlanğıc ünvandan başlayaraq yaradır və kanaldan keçən sözlərin cari sayını İS-də verilən sayla müqayisə edir. Göstərilənləri yerinə yetirmək üçün kanalda cari ünvanın təyini üçün cəmləyici sayğac və sözlərin cari sayının təyini üçün çıxan (azalan) sayğac olmalıdır. Daxiletmə-xaricetmə əməlinin əvvəlində bu sayğaclara İS-dən uyğun informasiya köçürülür və sonra onlardakı informasiya əməli olaraq dəyişilir. Ötürülən (və ya qəbul edilən) sözlərin miqdarının dəyişdirilməsi ilə əməlin sonu təyin olunur. Bəzən ola bilər ki, daxil və
83
xaric edilən informasiya massivi yaddaşda bir bütöv sahədə yerləşmir. Onda onları altmassivlərə parçalamaqla ayrı-ayrı yaddaş sahələrində yerləşdirmək (və ya sahələrdən götürmək) lazımdır. Bu halda verilənlər zənciri təşkil olunur. Verilənlər zənciri uyğun miqdarda İS-lər ardıcıllığından istifadə edilərək emal olunur. Hər bir İS-də uyğun altmassivin başlanğıc ünvanı və uzunluğu göstərilir. Verilənlər zəncirinin İs-lər ardıcıllığını XQ bir əməl kimi qəbul edir. Kanal massivin bir hissəsi üzərində daxiletmə-xaricetmə əməlini qurtardığı anda növbəti İS-ni seçir və əməl yeni altmassiv üzərində davam etdirilir. Belə İS-yə birmərtəbəli zəncir göstəricisi daxil edilir. Həmin mərtəbədə sıfır varsa, bu uyğun İS-nin zəncirdə sonuncu İS olmasını göstərir. Əgər zəncir göstəricisi vahid vəziyyətindədirsə, deməli, cari İS zəncirdə aralıq sözdür və əməliyyat növbəti İS ilə hələ davam etdiriləcəkdir.
Daxiletmə əməlləri zamanı bəzən massivin müxtəlif hissələrini yaddaşa köçürməmək, yəni buraxmaq lazım olur. Belə əməlləri yerinə yetirmək üçün İS-yə informasiyanın buraxılması göstəricisi mərtəbəsi daxil edilir. Əgər həmin mərtəbə vahid olarsa, İS uyğun yaddaş sahəsinə informasiya yazmır və kanal yalnız XQ-dən gələn sözləri sayır. Bu mərtəbədə vahid olarsa, onda əməl normal aparılır, nəticədə XQ-dən alınan fasiləsiz informasiya axınında seçilmiş müəyyən hissələr yaddaşa yazılmır və ya ayrı-ayrı avtonom sahələrə yazılır. Eyni bir XQ yaddaşın müxtəlif sahələrlə daxiletmə-xaricetmə əməlləri ardıcıllığını yerinə yetirə bilər. Bu halda hər dəfə EHM idarəetmə prosesinə qoşulmasın deyə əməllər zənciri qurulur. Onda XQ dayanmadan bu zənciri yerinə yetirir. Əməllər zənciri yaratmaqla kanala məntiqi sərbəstlik verilir. əməllər zənciri, hər biri yeni informasiya massivi üzərində yeni daxiletmə-xaricetmə əməlinin aparılacağını göstərən uyğun miqdarda İS-lər ardıcıllığıdır. əməllər zənciri bir XQ-yə aiddir. Növbəti massiv üzərində daxiletmə-xaricetmə əməli qurtardıqdan sonra kanal ƏY-dən növbəti İS- ni seçir və yeni əməlin başlanması haqda siqnalı XQ-yə göndərir. Əməllər zəncirini göstərmək üçün İS-də birmərtəbəli əməllər zənciri göstəricisi və daxiletmə- xaricetmə əməlinin kodu üçün xüsusi sahə ayrlmalıdır. Göstərici vahid
84
vəziyyətində olduqda, kanal cari İS-dən istifadə etdikdən və bu daxiletmə- xaricetmə əməlini bitirdikdən sonra, yaddaşdan növbəti İS-ni seçir və ondakı kod sahəsindəki əməlin kodundan asılı olaraq yeni daxiletmə-xaricetmə əməlinin icrasına başlayır. Göstərici sıfır vəziyyətində olduqda isə İS zəncirdə sonuncu olur (əgər verilənlər zənciri göstəricisi vahid vəziyyətdə deyilsə). Deməli, tərkibində bir əmələ aid İS qruplarını təşkil edən verilənlər zəncirləri olan əməllər zəncirləri ardəcəllığı kanal proqramını təşkil edir.
Yuxarıda göstərildiyi kimi, kanal uyğun dayandırma sorğuları göndərməklə prosessora daxiletmə-xaricetmə əməllərinin müxtəlif mərhələləri haqqında məlumat verir. Kanalda yaranan dayandırmalar iki cür olur: proqramçı tərəfindən planlaşdırılan və proqramla idarə edilən dayandırma; kanal tərəfinfən avtomatik yaradılan dayandırma. Proqramla idarə edilən dayandırma daxiletmə-xaricetmə əməlinin (əməl qurtarmadıqda belə) istənilən mərhələsində yarana bilər.
Bunu üçün İS-yə xüsusi birmərtəbəli proqramla idarəedilən dayandırma göstəricisi daxil edilir. Əgər kanal proqramında həmin mərtəbədə vahid olan İS götürülərsə, onda kanal dayandırma sorğusu siqnalını yaradır və eyni zamanda cari daxiletmə-xaricetmə əməlini yerinə yetirir. Bu siqnalın yaranması zəncirdəki İS- lərin hamısına müvafiq daxiletmə-xaricetmə əməllərinin yerinə yetirildiyini göstərir. Bu isə proqrama İS zəncirinin icrasını izləməyə imkan verir və növbəti daxiletmə-xaricetmə əməli mərhələsi qurtaran kimi verilənlər üzərində əməllərin icrasına keçilə bilir. Avtomatik yaranan dayandırma isə İS zəncirindəki bütün əməllərin normal yerinə yetirildiyini və qeyri-adi hal olmuşsa, məcburi qurtardığını göstərir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin