Kompüterin dахiletmə- хаriъetmə sistemləri. Interfeyslər



Yüklə 1,37 Mb.
səhifə7/20
tarix01.06.2022
ölçüsü1,37 Mb.
#60358
1   2   3   4   5   6   7   8   9   10   ...   20
Mühazirə 6

Coystik (joystick)




Costik(joystick) – Costik əsasən nəqliyyat vasitələrinin simulyatorlarını idarə etmək üçün xarici qurğudur. Əsasən oyunlarda, gəmi, vertolyot, təyyarə və s. simulyatorlarında maşını idarə etmək üçün istifadə olunur. Costikləri iki yerə bölmək olar:
Diskret costiklər işləyən zaman iki siqnal göndərə bilir “0” və “1”. Bu tip costiklər demək olar ki, hal-hazırda işlədilmir.
Analoq costiklər siqnal 0-dan yuxarı, tutacağın əyilmə bucağından asılı olaraq bir çox qiymətlər ala bilər.
Coystiklər ailəsinə daxil edilən sükan da mövcuddur. Avtomobil simulyatorlarında maşını idarə etmək üçündür.

İşıq qələmi


İşıq qələmi (LightPen) – İşıq qələmi adi qələmə oxşar bir qurğudur. Kompüterə qoşulur və onun vasitəsi ilə monitorda yazı yazmaq olur. Qələmlə monitorda “yazdıqda” qələmin ucundakı fotoelement vasitəsi ilə onun olduğu nöqtənin parlaqlığının dəyişməsi qeyd olunur və xüsusi proqram təminatı onun koordinatlarını hesablayır. Sonra lazım olan əməliyyatı icra edilir.

Veb kamera


Veb kamera - adından göründüyü kimi İnternetdə istifadə etmək üçün kameradır. Çox ucuz başa gəlir. Təsvir o qədər də keyfiyyətli olmur. Lakin İnternet vasitəsi ilə tez ötürmək üçün elə bu cür lazımdır. Çünki təsvirlərin keyfiyyətli alınması üçün kamera keyfiyyətli olmalıdır. Bu isə kameranın qiymətinin bir az baha olması deməkdir. İkinci tərəfdən isə keyfiyyətli məlumatın həcmi böyük olur ona görə də İnternet vasitəsi ilə videotəsvirin ötürülməsi çətinləşir.
94

Mikrofon


Mikrofon – kompüterə audio informasiyaların – səsin daxil edilməsi üçün istifadə olunur. Mikrofonla kompüterə məlumat(səs) – adi elektik cərəyanı kimi ötürülür və səs kartı (SoundCard) vasitəsi ilə “kompüterin dili”nə - 2-lik koda çevrilir. Səs kartı səsi tezliklərə görə rəqəmli formata salır.

Skanner


Skanner – Kompüterin xarici qurğularındandır. Bu şəkli rəqəmli formaya salmaq üçündür. Yəni hər hansı bir təsviri skanerin şüşə stolunun üzərinə qoyub onun analoqunu kompüterə köçürmək üçündür.
İş prinsipi aşağıdakı kimidir. Ayna üzərinə qoyulan obyekt hərəkət edən işıq vasitəsilə “seyr”edilir. Yəni lampa bütün obyekt boyu keçir. Təsvirdən qayıdan şüalar 3 filtrdən (RedGreenBlue) keçəndən sonra sonra güzgü vasitəsi ilə işığahəssas matrisə (CCD element) ötürülür.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin