Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 64,93 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü64,93 Kb.
#40918
1   2   3   4
rufet qurbanov orta esr tarixi

Henrix dini müharibələr dövründə

Vəziyyət dini zəmində get-gedə gərginləşdirdi.Parisdə gərgin vəziyyət səbəbindən bir neçə gün sonra avqustun 24 də katoliklər tərəfindən protestantlara qarşı Varfolomey gecəsi adlanan müthiş qətliam hazırlanırdı.

Henrix cəmiyyətdəki təhlükəli vəziyyətdən katoliklərin mövqeylərini müdafiə etməklə çıxa bildi.Fransız sarayında bir müddət qalmalı oldu.O, kralın qardaşı Fransisk Alansoski ilə dostluq münasibəti qurdu və 1573-cü ilin La-Roşeli mühasirəsində iştirak etmişdi. 1574-cü ilin aprelində narazıların çevrillişləri adlı hakimiyyət çevrilişində iştirakda şüphəli bilinərək Alanson Vensen qəsrində zindana salınmışdılar. Daha sonra kral tərəfindən bağışlanılmış və sarayda qalmasına icazə verilmişdir.III Henrinin taxta qayıtması münasibəti ilə Reymsdə təşgil olunan tacqoyma mərasimində iştrak etmişdir. (Baumgartner, J.Frederic, “XVI əsr Fransası”, London – Macmillan nəşr. (səh. 354))

IV Henrix Navarralı 3 il sarayda qalmışdır. 1576-cı ilin fevralın 5 də saraydan qaçır və tərəfdaşları ilə birləşmək qərarına gəlir. O, yenidən protestantlığı qəbul edir. Navarralı Henrix fransa dövlət sarayı ilə yaxşı münasibətlərini qorumağa çalışırdi hətta, Qeniyada qubernator funksiyasını icra etmək hüququnu özündə saxlayırdı. 1577-ci ildə o 6 cı dini müharibədə iştirak etdi.

Bu andan etibarən Henrix onu dini riyakarlığda ittiham edən prostestantların etimadsızlığı ilə üzləşdi. O, kalvinizmin ən hörmətli nümayəndələrindən olan Bearndan çəkinirdi. Bununla belə, katoliklər də ona qarşı düşmənçilik münasbəti bəsləyirdi. 1576-cı ilin dekabrında IV Henrix oz şəhərində pusquya düşdü. Onu son anda xilas etmək mümkün olur. Qienadan idarə olunan paytaxt Bordo da isə Henrixi kral hesab etmirdi. Henrix qəsri yaxınlığında yerləşən Ajendə məskunlaşdı. IV Henrix Bordo da yerləşən kral sarayına nəzarət edə bilmirdi.Saray iki dini etiqad Protestantlıq və Katoliklik arasında qalmışdı.

1578-ci ilin oktyabrından 1579-cu ilin mayına kimi Navarra və Fransa krallarını barışdırmağa çalışan Yekatirina Mediçi kralın qonağı olmuşdur.Henrixə təsir vasitəsi kimi onun həyat yoldaşı Margaritanı da özü ilə gətirmişdi.

Henrix həmfikirləri tərəfindən təşkil olunmuş dini müharibələrdə iştirak etmişdir.IV Henrinin iştirakı ilə keçirilən dini müharibələr çoxdur. Bunlardan IV Henrinin iştirakı ilə baş tutan Coutras müharibəsi daha məşhurdur. 1580-cı ilin mayında 3 günlük küçə döyüşlərinin olmasına baxmayaraq kütləvi qırğın və talanların olmadığı Kaoranın zəbti onun populyarlğının artmasına səbəb oldu. (Baumgartner, J.Frederic, “XVI əsr Fransası”, London – Macmillan nəşr. (səh. 358))




  1. Yüklə 64,93 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin