Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 64,93 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü64,93 Kb.
#40918
1   2   3   4
rufet qurbanov orta esr tarixi

Liqaya qarşı mübarizə.

IV Henrix qısa zamanda öz zəif tərəflərini dərk etməklə ideoloji cəbhədə müharibəyə başladı. Royalist katoliklər ondan katolikliyi qəbul etməyi tələb edirdilər. Henrix hakimiyyətə gələn zaman katoliklərin mövqeyi daha güclü idi. Lakin son 9 il ərzində Henrix 3 dəfə məzhəb dəyişikliyi etmişdir. Tezliklə tərtib olunmuş yeni deklarasiyada katolik məzhəbini tanıdığını rəsmən bəyan etsə də özü bu məzhəbə keçməkdən şəxsən imtina edir. Bu hadisə onun protestant tərfədarlarında narazı salır.Bəziləri hətta ordunu tərk etdi. Qeyd etmək lazımdır ki, ordundan ayrılanlar protestantlara qulluq etmək istəməyən katoliklər idi. Qısa bir müddətdə ordu 2 dəfə azaldı. Bu illərdə yerli əhali belə kralın hansı məhzəbə quluq etməsini dəqiq bilmirdi. Protestantlar onu katoliklikdə, katoliklər isə protestantlıqda ittiham edirdilər. (Y.H.Gözələva, “Orta əsrlər tarixi”, Bakı – 2004. (səh. 201))

IV Henrix Parisin mühasirəsindən imtina etməli olur.Ordu iştirak etdiyi döyüşlərdən sonra çox yorulmuşdu. İspaniyanın dəstəyi ilə Liqa ordunu Dyepp düzünə qədər sıxışdırır. Orada IV Henrinin ordusu düşmən hücumlarına tab gətirə bilmədiyi vaxtda kraliça I Yelizaveta İngiltərə ilə ittifaq qurmağa ümid edirdi. Əks təqdirdə IV Henrinin məğlubiyyəti onun hakimiyyətinin sonu demək idi. Bununla belə IV Henrix 1589-cu il sentyabrın 29-da Ark döyüşündə Karl Lotaringiyalı və Hersoq Mayenlini məğlub edir. Henrinin döyüşcüləri arasında Fransua de Burbon-Konti, Fransua de Monpasye, Lonqvil, Lüksemburq, Roqan-Monbazon, marşal Biron, marşal Domon, həmçinin Şampan, Pikardiya və İl-de-Fransın çoxsaylı nümayəndələri vardı.

Parisi zəbt etmək yenidən baş tutmasa da hücümlar davam edirdi.Ordu Paris istiqamətində olan kəndlərdə kilsələrin salamat qalmasınsa və əhalinin talan edilməməsinə xüsusui nəzarət edilirdi. Bu nümunədən məmnun qalan Turla Le-Man arası bütün şəhərlər döyüşsüz təslim olurdular.1590-ci il 14 mart tarixində İvri döyüşündə Henrix öz qəhrəmalığı hesabına döyüşün gedişini dəyişməyə nail oldu. O, döyüşə başına uzaqdan görünən ağ kəkilli dəbilqə geyinərək daxil oldu. Ordu geri çəkilmək istəyəndə Henrix "Əgər siz döyüçmək istəmirsinizsə, onda heç olmasa mənim neçə öldüyümə baxın!" dedi. İvridəki qələbədən sonra Henrix Parisin blokadasını başlayır. Paris Liqanın paytaxtı hesab olunurdu. Liqa mübarizəyə cox davam gətirə bilmir və qısa müddətdə məğlub olur.

Digər tərəfdən protestantlar Henriyi onların hüquqlarının məhdudlaşdırılmasında ittiham edirlər. Həqiqətən də 1591-ci ildə qəbul olunan Nant razılaşması ilə Henrix protestantların hüquqlarını xeyli məhdudlaşdırır.

1577-ci ildə Puatya fərmanı ilə bu bir daha təsbit edilir.

1593-cu ildə Hersoq Mayenli IV Henrix müharibə dövründə yeni kralın seçilməsi üçün Baş Ştatları çağırır. Hersoq üçün bu fikir heç də uğurlu olmadı, belə ki, ştatlar öncə kralın partiyası ilə fəal danışıqlara başlayırlar və əvvəlcə sühlə daha sonra isə kralın katolikliyə qayıtmağına nail olurlar. Hadisələrin gedişini: hərbi qüvvənin əldən düşməsi, hərbi ruhun olmaması və maliyyə çətinlikləri nəzərə alaraq Henrix siyasi məqsədəuyğunluqla hərəkət edir – kalvinizmdən üz çevirir. Bunun üçün hazırlıq artıq 1592-ci il 4 aprel xüsusi bəyənnaməsi ilə hazırlanmışdı, orada Henrix katolikliyin doktrinalarını qəbul etdiyni bildirmişdi. (Y.H.Gözələva, “Orta əsrlər tarixi”, Bakı – 2004. (səh. 204))

1593-cü ilin iyulun 25 də IV Henrix Sen-Deni bazilikasında təmtəraqla protestantlıqdan üz çevirir.Bəziləri bu olayı kralla qarşı kütləvi formada dəyər verilməsi və kralın həddini aşması kimi dəyərləndirir.Ancaq krala aid edilən bu fikir çox zidiyyətlidir lakin çoxları belə hadisənin olmadığını, burada şübhəli məqamların olduğunu qeyd edirlər. His entrance into the Roman Catholic Church secured for him the allegiance of the vast majority of his subjects and he was crowned King of France at the Cathedral of Chartres on 27 February 1594. In 1598, however, he declared the Edict of Nantes, which gave circumscribed toleration to the Huguenots. Şəhərlərin yenidən qurulması üçün o 12.500.000 lir pul xərcləyir.Belə görünməmiş səxavət attraksionunu ödəmək üçün vergiləri 2.5 dəfə artırmaq lazım gəlir ki, bu da hətta ən tanınmış şəxslərin: Puatu, Sentojne, Limuzene və Periqoredə xalqın narazılığına səbəb oldur.

IV Henrinin tac qoyma mərasimi 1594-cu ilin fevralın 27 də Şatr sarayında həyata keçirilmişdi.1594-cu il martın 22 də Parisə daxil olmuş, və nəhayət roma papası VIII Klementin onun günahlarını 17 sentyabr 1594-cu il tarixində bağışlamışdır.Roma papasından bağışlanma haqqında əmr alması, xalq arasında krala olan münasibət nisbətən dəyişmişdir.

1595ci ildə İV Henrix rəsmi şəkildə İspaniyaay müharibə elan edir. Pikardiyaya hücümlar zamanı kral böyük çətinliklərlə üzləşir. Amyenin və Qizlərin qohumu qubernatorun və İİİ Henrixin bacanağının onu kral tanımadığı Bretaninin ispanlar tərəfindən zəbt olunması İV Henrixin onusuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır.

Hər şey azmış kimi indi də kral saray protestantlarının dəstəyini itirir. La Tremoya və Buyonun misalında onalar hərbi fəaliyyətdə iştirakdan çəkinirlər. Kralın din dönüklüyündən və katolikliyə keçməsindən mat qalaraq onalar kralı xəyanətdə ittiham edirlər. öz siyasi təşkilatlarını bərpa etmək istəyi ilə protestantlar tez-tez assambleyalar təşkil edirlər. bəziləri kral vergilərinin mənimsənilməsi dərəcəsinə çatırlar.

Breantı ələ keçirən İV Henrix 10 aprel 1598ci ildə Naant fərmanının imazalayır. 2 may 1598ci ildə isə Fransa və İspaniya arasında Verven sülhü imzalanır. Uzun illər vətəndaş müharibəsindən sonra Fransada nəhayət, sülh bərpa olundu. (Y.H.Gözələva, “Orta əsrlər tarixi”, Bakı – 2004. (səh. 205-206))



  1. Yüklə 64,93 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin