Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 65,83 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü65,83 Kb.
#41866
1   2   3
mehemmed hacibalayev tomas munser

Kəndli müharibəsi

Cəngavərlərin hərbi çıxışı Puttenin çağırışlarının əksinə olaraq şəhərlərin dayağını almadı. 1524-cü ilin iyununda Almaniyanın cənub-qərbində geniş vüsət almış kəndli iğtişaşları isə başqa miqyas aldı. Bu iğtişaşlar tezliklə Qərbi Avropanın ən iri kəndli üsyanına çevrildi. Üsyanın əsas rayonları Şvabiya, Frankoniya, Türingiya və Saksoniya idi. Üsyan hərəkatı qərbdə – Elzasda da yayılmışdı, şərqdə isə o, Zalsburq arxiyepiskopluğunda cəmlənmişdi. Kəndli müharibəsinin səbəbləri müxtəlif idi. İlk növbədə bu, kəndlilərin iqtisadi, sosial və hüquqi maraqlarının tapdanması ilə bağlı idi. Sosial etirazların əvvəlki formasından fərqli olaraq, indi kəndlilər «yeniliklər»ə qarşı çıxır, ənənələrə və İncilə qayıtmağı tələb edirdilər. Bütün kəndli üsyanları kimi, Almaniyadakı hərəkat da kortəbii idi, yerli maraqlar daha üstün idi. Bütövlükdə hərəkat ayrı-ayrı çıxışların məcmusu idi. Üsyan genişləndikcə, ona şəhər əhalisi və hətta bir qrup əyanlar da daxil olur. Kəndlilərin ilk çıxışı 1524-cü ilin yayında Yuxarı Reyn kəndlərindən birində baş verdi. Kəndlilər öz ağalarına yeni qaydada biyardan imtina etdilər. Tərslik edən sahibkarlar danışıqlara getmədilər və çıxışldar tezliklə Yuxarı Reynlə Dunay arasındakı torpaqları bürüdü. Kəndlilər biyardan tamamilə imtina edir, meşə və çaylardan sərbəst şəkildə istifadə etməyi tələb edir, monastırları dağıdırdılar. İlk kəndli dəstələri təşkil olunur. Bu dəstələrdən birinə hərbi işi yaxşı bilən Hans Müller komandir təyin edilir. 1524-cü ilin payızında o, 800 nəfərlik dəstəsi ilə Şvarsvaldın kəndlərinə yürüş təşkil edir və 4500 nəfərlik 3 silahlı dəstə yaradır. (Y.H.Gözəlova, “Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri”, Bakı – 2012. (səh. 268-269))

1524-cü ilin dekabrında üsyançıların ilk cəhdi boşa çıxır: dəstələrdən biri ağır məğlubiyyətə uğrayır. Hakimiyyət vaxt udmaq məqsədilə dinc danışıqlar təklif edir. Şvabiyada onlar Şvab ittifaqının qoşunlarına ümid edirdi. Lakin ittifaqın əsas dəstələri İtaliyada imperatorun tərəfində Fransa ilə müharibə aparırdı. İttifaq qouşnlarına Georq fon Valdburq komandanlıq edirdi. 1525-ci ilin əvvəllərində hərəkat yeni mərhələsinə daxil olur. Marta doğru Şvabiyada 6 iri silahlı dəstə var idi və 40 minədək adamı əhatə edirdi. İndi daha qəti addım atmaq – vahid hərəkətlərə keçmək lazım idi. Bu məqsədlə 6-7 martda dəstə başçıları Memmingendə yığışır. Bundan bir qədər əvvəl, dəstə başçılarından biri Ulrix Şmidt zorakılığa qarşı çıxaraq əsas şikayətləri və tələbələri hazırlamaq qərarına gəlir. Şappeler və Lütser adlı ruhanilərlə birgə o, Kəndil müharibəsini əsas proqram sənədini – «12 maddə»ni hazırlayır. 1525-ci il 19 martda bu maddələr çap olunur və yayılır.

Qalaları, qəsrləri və monastırları hücuma alan, talan edən üsyançılardan fərqli olaraq, «12 maddə» tərəfdarları dinc mübarizədən istifadə etməyi üstün tuturdular. Maddələrdə tez-tez İncilə müraciət olunur, iqtibas verili rvə göstərilirdi ki, kəndlilər qiyamçı deyillər. Proqramın I maddəsində Reformasiya ideyalarının təsiri altında ruhaninin icma tərəfindən seçilməsi tələb olunurdu. Daha sonra göstərilirdi ki, kəndlilər ona bu xidmət müqabilində 1/10 vergisi ödəməyə hazırdırlar. «12 maddə»də kəndlilərin şəxsi asılılığının ləğv edilməsi də tələb edilirdi. Maddələrdə ələ keçirilmiş torpaqların, meş əvə çəmənliklərin geri qaytarılması, biyar və mükəlləfiyyətlərin ləğvi tələbləri də var idi.

Üsyançıların müxtəlif qrupları «12 maddə» proqramını müxtəlif şəkildə qarşıladılar. Bəziləri üçün bu, xilas yolu idi. Radikallar üçün çox mötədil proqram idi. Memminim müşavirəsində 3 dəstə «12 maddə»ni qəbul etdi və «Xristian birliyi»ni təşkil etdilər. Birlik Şvabiya ittifaqı ilə danışıqlara başladı və bu tərəflər arasında barışıq imzalandı.

Kəndli problemlərinin yalnız hüquqi həlli və barışıq xətti üsyançıların heç də hamısını təmin etmirdi. Hər bir dəstə müstəqil hərəkət edirdi. 1525-ci martın sonu – aprelin əvvəlləri monastır və qəsrlərin hücumla alınması başlayır. Dəstələrdən birinin komandanı bir neçə katolik ruhanisinin və əyanın edam edilməsi əmri verir. Mötədil rəhbərlər, o cümlədən Ulrix Şmidt vəziyyətə nəzarəti itirir. Barışığın pozulmasından istifadə edən Şvabiya ittifaqının komandiri də hərbi əməliyyatlara başladı. Valdburqun komandanlığı altında 1500 süvari, 7 min piyada və 18 top var idi. Leypgeymdə kəndlilərə gözlənilməz zərbə vuran Valdburq I böyük qələbəsini qazanır. Minədək kəndli bu döyüşdə həlak olur, 4 mini isə əsir düşür.

Şvabiya ittifaqı diplomatik vasitələrdən də bacarıqla istifadə edirdi. Bəzi şəhərlərin vasitəçiliyi ilə Şvabiya ittifaqı 17 apreldə Veynqartendə kəndli dəstələrindən biri ilə sülh bağlayır. Üsyançılar onların tələblərinə baxılacağı şərtilə tabe olmağa söz verirdilər. Veynqarten müqaviləsi Şvabiya ittifaqının qoşunlarına Frankoniyaya hərəkət etməyə imkan verir. Lüter müqaviləni «Tanrının mərhəməti» kimi alqışlayır. (Y.H.Gözəlova, “Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri”, Bakı – 2012. (səh. 271))

1525-ci ildə Frankoniyada başlayan kəndli hərəkatı sürətlə artırdı. Burada da bir neçə üsyançı dəstə təşkil olunur, qəsr və monastırların yandırılması halları baş verir. Kəndlilərə qarşı şəxsən vuruşan qraf Lüdviq fon Helfenştyenin edamı xəbəri isə bütün Almaniyada yayılır. Üsyançılar çox vaxt əhalini onlara kömək etməyə məcbur edirdilər. Onların bu mübarizə metodları öz əksini 1525-ci ildə anonim müəllif tərəfindən tərtib edilmiş «Maddələr məktubu»nda tapmışdır. Müəllif sadə adamları azad etmək üçün «xristian birlikləri» yaratmağı təklif edirdi. Bu birliyə daxil olmayanlar vəziyyətdən təcrid olunmalı idi. Hakimiyyət xalqa keçməli və rəqiblərilə nə cür rəftar etməyi özləri həll etməlidir. «Maddələr məktubu»nda kompromislərdən və danışıqlardan söhbət belə getmirdi. Şəhərlərlə zəngin Flankoniyada üçyançılara əsasən yarımaqrar tipli kiçik şəhərlər kömək edirdi. Çoxsaylı cəngavərlərdən bəziləri bu dəstələrə bahçılıq edirdi. Lakin müflisləşmiş zadəgan Geyer kəndlilərə səmimi yardım edirdisə, cəngavər Berlixingen («Dəmir əl»ləqəbli) sonralar özü də etiraf etmişdi ki, «üsyançıları» ağılsız hərəkətlərdən saxlamaq üçün dəstə komandiri olmuşdu.

Şvabiyada olduğu kimi Frankoniyada da kəndlilər pərakəndə çıxış edirdilər. Lakin bir müddət sonra onlar birgə hərəkət etmək üçün proqram hazırlamaq qərarına gəldilər. Geylbronda 1525-ci ilin mayında kəndli dəstələrinin qurultayını çağırmaq qərara alındı. Lakin Şvabiya ittifaqının yaxınlaşması xəbəri bu qurultayı təxirə saldı. Dəftərxana müdiri Hünler və keçmiş şəhər xəzinədarı Veyhand tərəfindən hazırlanmış «Geylbronn proqramı» elə layihə şəklində qaldı. Layihənin əsas məqsədi – imperatorun mərkəzi hakimiyyətini gücləndirmək idi. Proqramma görə, kilsənin əmlakı dünyəviləşdirilməli, bu fonddan cəngavərlərə torpaq payı verilməli idi. Kəndlilərə isə proqram şəxsi azadlıq və mükəlləfiyyətlərin ləğvini vəd edirdi. Şəhərlilər üçün layihə vahid ölçü, çəki və pul sisteminin tətbiqini, daxili gömrüklərin ləğvini, seçkili məhkəmə vəd edirdi. Proqram utopiya olaraq qaldı.

Şvabiya ittifaqının qoşunları Frankoniya dəstələrini bir-bir məblub edə bildi. Daha sonra ittifaq qoşunları Şvabiyaya gələrək Veynqarten müqaviləsinə əməl edən kəndlilərin özünün köməyi qiyamçıları cəzalandırdı.

Orta Almaniyada üsyan Türingiya və Saksoniyada geniş vüsət aldı. Burada da kəndli dəstələri qəsrləri və monastırları ələ keçirir və şəhərlərlə ittifaqa və ya münaqişəyə girirdi. Bu hərəkatda T.Münser əhəmiyyətli rol oynayırdı. 1525-ci ilin fevralından Münserin olduğu Mülhauzen şəhəri Kəndli müharibəsinin əsas mərkəzinə çevrilir. Şəhərin magistratı Münserin və digər islahatçı Pfeyfferin təsiri altında idi, baxmayaraq ki, Münser ilə Pfeyffer arasında tam razılıq mövcud deyildi. Kəndli müharibəsinin ümumi əhval-ruhiyyəsi Münserin daha da radikallaşmasına gətirib çıxarır. O, nəinki kəndliləri, şəhərliləri, dağ-mədən işçilərini də birləşməyə çağırır. Üsyançıların ən iri hərbi düşərgəsi Türingiyada – Frangenhauzendə təşkil olunur. Münser özü də 300 nəfərlik dəstə ilə oraya gəlir. Knyaz qoşunları üsyançılara qarşı artilleriyadan istifadə edir: 5 minədək üsyançı həlak olur, 600-ü əsir alınır. Münser özü də ələ keçirilərək ağır işgəncələrə məruz qalır və edam olunur. Pfeyffer də edam olunur. Türingiya üsyaın sona yetir. Artıq 1525-ci ilin yayına doğru Kəndli müharibəsinin əsas rayonları Şvabiya ittifaqının və knyazların qoşunları tərəfindən məğlub edilmişdi. Üsyanın son qığılcımları 1525-ci ilin dekabrında yatırılır. Təkcə Elzasda 8 min adam həlak olmuşdu. (Y.H.Gözəlova, “Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri”, Bakı – 2012. (səh. 274))

Kəndli müharibəsi başa çatandan sonra Almaniyanın cənub-qərbində kənlilərin və dağ-mədən fəhlələrinin üsyanı baş verir (Tirolda). Üsyançılar qəsrləri və monastırları dağıdır. Hərəkatın başında isə arxiyepiskopun keçmiş katibi Qaysmayer dururdu.1526-cı ilin əvvəllərində o, Türol üçün mühüm dəyişikliklər proqramı – «İdarəçilik quruluşu» proqramını hazırlayır. Bu proqramda respublika qaydalarının bərqərar edilməsi nəzərdə tutulmuşdu. Ölkədə bərabərlik hökm sürməli idi. Lakin bu proqramda real planlar utopiya ilə çulğaşmışdı və layihə olaraq qaldı. Üsyan Şvabiya ittifaqı tərəfindən yatırılır, Qaysmayer Venesiyaya qaçır, lakin xüsusi qatillər tərəfindən öldürülür.

Beləliklə, Almaniyada Kəndli müharibəsi məğlub olur. Şvabiya ittifaqının qoşunları kəndlilərin sonuncu dəstələrini darmadağın etdiyi bir vaxtda M.Lüterin «Quldur və talançı kəndlilər əleyhinə» adlı əsəri dərc olunur. Bu pamfletdə Lüter qiyamı lənətləyir və qiyamçıları «qudurmuş it kimi baltalamağa» çağırırdı. Kəndli müharibəsinin məğlub olması Lüter Reformasiyasının knyazlarla qarşılıqlı əlaqəsini gücləndirir. Knyaz hakimiyyəti özü də möhkəmlənir. Kəndli icmalarının siyasi əhəmiyyəti aşağı düşür. Hərçənd ki, bəzi rayonlarda knyazlar sosial kəskinliyiy azaltmaq üçün «12 maddə» proqramının qismən yerinə yetirməli olmuşdular.

Kəndli müharibəsini doğurmuş əsas ictimai ziddiyyətlər onun məğlub olmasından sonra da müxalif qruplar üçün zəmin olaraq qalırdı. Hakimiyyətin terrorçu tədbirləri, kilsə, məktəblər üzərində nəzarətin gücləndirilməsi mövcud qaydaları dəyişdirmək cəhdlərinə son qoymadı.belə bir şəraitndə Reformasiyanın radikal cərəyanı bir neçə qrupa ayrılır. Bu təriqətçi qruplar nəinki başqa təriqətlərə, hətta özlərinə qarşı da dözülməz idilər. Eyni zamanda bu mübarizədə zorakılıq metodlarından imtina edilməsi və yalınz özünümüdafiə üçün bu metodlara əl atılması ideyası da geniş yayılır. Xüsusilə bu meyl anabaptist hərəkatında aydın nəzərə çarpır. Bu təriqət Mərkəzi Avropada, Qərbi Almaniyada və Niderlandda geniş yayılmışdı. Anabaptistlər dinc mübarizəyə üstünlük versələr də, onların bir qismi inanırdı ki, Tanrının hakimiyyəti yalnız mömünlərin özünün köməyilə qurula bilər. Anabaptistlərin bu qruppu üçün 1534-cü ildə Münserdə baş verən hadisələr açıq çıxış etməyə imkan yaratdı.

Münsterdə Reformasiya hərəkatı gedişində şəhərin yepiskopu şəhərdən qovulur. Bundan sonra şəhərə anabaptistlər axışıb gəlməyə başlayır. 1534-cü ilin fevralında onlar magistratda çoxluq qazanır, onların içərisində Jan Matis və Leydenli Jan xüsusilə seçilirdi. Şəhər «Yeni Yerusəlim» adlandırılır və bu «Tanrı şahlığı» 14 ay, 1535-ci ilin iyununadək davam edir. Yepiskopun muzdlu qoşunu şəhəri mühasirəyə alır. Şəhərlilər Leydenli Janı şah elan edir. Mahiyyət etibarilə bu, teokratik bir rejim idi. Münsterin «şahı» şəhəri qəddarlıqla idarə edirdi. Şəhər hücumla alınandan sonra onun rəhbərləri edam edilir. (Y.H.Gözəlova, “Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri”, Bakı – 2012. (səh. 278))



Ədəbiyyat siyahısı

  1. S.V.Alekseyeviç, “Sivilizasiyalar tarixi” Moskva – 2007.

  2. Y.H.Gözəlova, “Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri”, Bakı – 2012.

  3. https://az.wikipedia.org/wiki/Tomas_M%C3%BCntser

Yüklə 65,83 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin