AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti



Yüklə 61,74 Kb.
tarix20.02.2020
ölçüsü61,74 Kb.
#30495
növüDərs
qerb ölkələri -etnik psixologiya

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

QƏRBİ KASPİ UNİVERSİTETİ





Təsdiq edirəm”


Kafedra müdiri: ___________

Dos. Mirələm Ağa
Protokol № ____
Tarix: “ ___ ” fevral 2020-ci il




KAFEDRA: Pedaqogika, psixologiya və hüquq

FAKÜLTƏ (MƏKTƏB): Siyasi və ictimai elmlər

İXTİSAS(kodu): Regionşünaslıq

FƏNNIN ADI : Qərb ölkələrinin etnopsixologiyası

TƏDRİS İLİ: 2019//2020

SEMESTR: II (yaz)

I. FƏNN HAQQINDA MƏLUMAT:

KOMPYUTER MƏRKƏZİNDƏ FƏNNİN KODU : _________________

TƏDRİS YÜKÜ (SAAT) CƏMİ: 45 saat

MÜHAZİRƏ: 30saat

SEMİNAR: 15 saat

PRAKTİK (LABORATOR ) MƏŞĞƏLƏ: _____

DƏRS GÜNLƏRİ VƏ SAATLARI: Çərşəmbə, Cümə, saat 13.30

KREDİTİN SAYI:

II. MÜƏLLİM HAQQINDA MƏLUMAT:

P.ü.f.d.Abbasova Afərin Əli qızı

(Soyadı, adı, atasının adı, elmi adı)
ELMİ MARAQ DAİRƏSİ, İXTİRALAR VƏ ƏSAS ELMİ ƏSƏRLƏRİ:

14 elmi məqalə, 1 metodik vəsait


ELMİ MARAQ DAİRƏSİ, İXTİRALAR VƏ ƏSAS ELMİ ƏSƏRLƏRİ:

  1. Si­ya­si eti­mad psi­xo­lo­ji prob­lem ki­mi //Psi­xo­lo­gi­ya jur­na­lı, Ba­kı,2008 №1,s. 17-24.

  2. Si­ya­si eti­mad de­mok­ra­ti­ya­nın in­ki­şaf ami­li ki­mi//Psi­xo­lo­gi­ya jur­na­lı, Ba­kı, 2009 №1, s.134-144.

  3. Si­ya­sət­çi şəx­siy­yə­ti­nin for­ma­laş­ma­sı­nın psi­xo­lo­ji mə­sə­lə­lə­ri//Psi­xo­lo­gi­ya jur­na­lı, Ba­kı, 2010 №3, s,98-106

  4. Политическое доверие как основной фактор политической деятельности//Вопросы гуманитарных наук журнал, Москва, 2010, №1,с 228-231

  5. Si­ya­si eti­mad so­si­al-psi­xo­lo­ji fe­no­men ki­mi/Dok­to­rant­la­rın və gənc təd­qi­qat­çı­la­rın XV Res­pub­li­ka el­mi –prak­tik konf­ran­sı. Ba­kı: 2011, s.359-360.

  6. Eti­mad etik-fəl­sə­fi an­la­yış ki­mi /Dok­to­rant­la­rın və gənc təd­qi­qat­çı­la­rın XVI Res­pub­li­ka el­mi – prak­tik konf­ran­sı. Ba­kı: 2012, s.243-245.

  7. Si­ya­si eti­ma­dın bə­zi so­si­al-psi­xo­lo­ji mə­sə­lə­lə­ri­nə da­ir//Psi­xo­lo­gi­ya jur­na­lı, Ba­kı, 2012, №4, s.84-92

  8. Siyasi etimad siyasi fəaliyyətin əsas amili kimi//Psixologiya jurnalı, Bakı, 2013 №4, s. 69-75.

  9. Si­ya­si eti­ma­dın for­ma­laş­ma­sı­nın psi­xo­lo­ji mə­sə­lə­lə­ri//Dok­to­rant­la­rın və gənc təd­qi­qat­çı­la­rın XIX Res­pub­li­ka el­mi – prak­tik konf­ran­sı, Ba­kı, 2015,s. 209-211.

  10. Экспериментально-психологическое исследование лично­стных качеств и руководящих способностей у политических деятелей //Азимут научных исследований: педагогика и психология, Тольятти, 2015, № 4(13),с 107-110.

  11. Şəx­siy­yə­tin si­ya­si so­si­al­laş­ma­si­nin baş­li­ca as­pekt­lə­ri //Psi­xo­lo­gi­ya jur­na­lı, Ba­kı, 2016, № 4, s.96-102

  12. Ke­çid cə­miy­yə­tin­də si­ya­si eti­ma­din tə­şək­kü­lü­nün so­si­al – psi­xo­lo­ji xü­su­siy­yət­lə­ri // Psi­xo­lo­gi­ya jur­na­lı, Ba­kı, 2017, № 1, s.75-82

  13. Роль политического доверия в политической деятельности. Научного Вестника Херсонского Государственного Униве­рси­тета. Серия Психологические науки, Херсон, 2017,

  14. Din psixologiyası.(metodik vəsait) R.H.Qədirova, Abbasova A.Ə. Bakı, 2014.

  15. Psixologiyada etimad modeli və onun sosial - psixoloji təhlili. Qərbi Kaspi Universitetində Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş “Azərbaycan və dünya 1991-2018-ci illərdə: müqayisəli inkişaf dinamikası” mövzusunda Respublika Elmi-Praktik konfrans. Bakı, 2019


FƏNN RƏHBƏRİNDƏN QARŞILAMA MESAJI:Aldığınız təhsilin əsas fənni olan Etnik psixologiya kursuna xoş gəlmisiniz. Hər bir xalqın özünəməxsus etnik psixoloji xüsusiyyətləri və mədəniyyəti vardır. Bu etno-psi­xoloji xüsusiyyətlər isə şəxsiyyətin mənəvi inkişafına və mənəvi təkmilləşməsinə mühüm təsir göstərir. Etnik psixoloji xüsusiyyətlər nəsildən-nəslə verilərək həmin etnos üzvlərinin əxlaqi adət və ənənələrində, inam və əqidələrində, davranış və rəftar tərzində, başqalarına, eləcə də özünə münasibətdə təzahür edir. Onlara bələd olmadan etnosla əlaqə  və münasibətlər sisteminin, rəftar tərzinin optimal yollarının müəyyənləşdirmək çətindir. Kurs boyuncatələbələr etnik psixologiya.fənnin mənimsənilməsi nəticəsində: müxtəlif xalqların etnopsixoloji xüsusiyyətləri haqqında əsas biliklər, xalqlar haqqında etnopsixoloji biliklərdən istifadə etmək bacarığı,mədəniyyətlərarası dialoqda, qarşılıqlı münasibətlərdə etnopsixoloji bilikləri istifadə etmək vərdişlərivə s.ilə tanış olacaqsınız.
III. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ:

FƏNNİN TƏSVİRİ: Müasir dövrdə psixologiyada fundamental tədqiqatların əhəmiyyəti nəinki azalmır, əksinə, elmi–texniki tərəqqi dövründə daha da artır. Bu baxımdan ayrı-ayrı xalqların etnopsixoloji xüsusiyyətlərini öyrənmək, fənnin predmetini, məqsədini, vəzifələrini, xalqların mədəniyyətlərinin qarşılıqlı təsiri və etnopsixoloji əlamətləri, milli xarakterləri və mentalitetləri haqqında biliyə malik olmaq etnik psixologiyada müxtəlif istiqamətlərdə aparılan tədqiqatların öyrənilməsi xüsusi aktuallıq kəsb edir.

Etnik psixologiyada istifadə olunan çoxsaylı anlayışların mahiyyəti müxtəlif əsaslarla təsnif edilə bilər: etnopsixologiyanın bir elm kimi təşəkkülünün xüsusiyyətləri, etnopsixologiyanın predmeti, etnopsixologiyanın digər elmlərlə əlaqəsi, etnos və millət anlayışlarının psixoloji mahiyyəti, etnik toplum və qrup anlayışları, xalqların etnopsixoloji xüsusiyyətləri haqqında əsas təsəvvürlər,etnik identiklik problemi, mentalitet, milli xarakter, milli və etnik mənlik şüuru, milli kimlik, milli hisslər, milli psixologiya, etnosentrizm, etnik stereotip, milli mədəniyyət və milli özünəməxsusluq, mədəniyyətlərarası dialoqun psixoloji xüsusiyyətləri və s


FƏNNİN MƏQSƏDİ: Etnopsixologiya tələbələrdə universal və peşə biliklərini formalaşdırmaqla onların gələcək peşə sahəsində ixtisaslı peşəkar kadr kimi uğurlu fəaliyyətinə köməklik göstərmək, əmək bazarında rəqabət qabiliyyətliliyinin təmin edilməsi kursun məqsədlərindən biridir. Kursun məqsədlərindən biri də müasir dövrdə baş verən siyasi, iqtisadi və mədəni prosesləri dərindən təhlil etməyə, mühüm nəticələr çıxarmağa və əhəmiyyətli tövsiyələr hazırlanmağa imkan verən psixoloji və etnopsixoloji bilikləri mənimsəmək və tətbiq etmək bacarıq və vərdişləri aşılamaqdan ibarətdir
FƏNNİN TƏDRİSİNİN NƏTİCƏLƏRİ (HƏDƏFLƏRİ):

  • Etnopsixologiyanın mövzusu, vəzifələri və elmi-tədqiqat metodları, digər elmlərlə əlaqəsi haqqında təsəvvürlərin formalaşdırılması;

  • Etnopsixologiyanın bir elm kimi yaranması tarixihaqqında təsəvvürlərin formalaşdırılması;

  • Tələbələrdəetnik qrupların psixoloji xüsusiyyətlərihaqqında təsəvvürlərin formalaşdırılması;

  • Tələbələrdə mədəniyyətlərarası dialoqun etnopsixoloji xüsusiyyətləri haqqında elmi təsəvvürlərin formalaşdırılması;

  • Tələbələrdə müxtəlif xalqların etnopsixoloji biliklərdən istifadə etmək bacarığı haqqında təsəvvürlərin formalaşdırılması


ƏLDƏ OLUNACAQ TƏCRÜBƏ:

1. Etnopsixologiyanın bir elm kimi yaranması tarixi, mövzusu və vəzifələrin və elmi-tədqiqat metodları, digər elmlərlə əlaqəsini izah edir.

2. Etnopsixologiyanın mövzusu və tədqiqat metodları fərqləndirir, mövzuya uyğun formanı müəyyənləşdirir

3. Etnopsixologiyanın predmetinin etnos və xalqların psixologiyasını öyrənməkdən ibarət olması haqqında fikirləri şərh edir.

4. Müasir dövrdə etnopsixologiya fənlərarası bilik sahəsi olub etnik qrupların psixoloji xüsusiyyətlərinin araşdırılması probleminiizah edir.

5. Etnopsixologiyakursunun məzmun xətlərini fərqləndirir, qurulması xüsusiyyətlərini izah edir, hər bir bölmə üzrə formalaşdırılmalı standartları sadalayır.


DƏRSİN İŞLƏNMƏ FORMASI: (TƏDRİSİN FORMA VƏ METODLARI):

  1. mühazirə

  2. mövzunun müzakirəsi və diskussiya

  3. seminar və kollokviumlar


YOXLAMA FORMASI:

  1. Tələbə iki imtahan formasından birini seçə bilər: açıq suallar və CASE.

  2. İmtahandan əvvəl məsləhət saatları təşkil olunur.

  3. İmtahanlar və aralıq yoxlamalar (kollekviumlar) yazılı formada aparılır.

  4. Tələbələrin imtahana və aralıq yoxlamara buraxılması ilə bağlı məsələlər fakültə dekanı tərəfindən həll edilir. İmtahan və aralıq yoxlamalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalvriat və magistratura səviyyələrində kredit sistemi ilə təlimin təşkili Qaydaları”na əsasən aparılır.

  5. Kurs işlərinin mövzuları, müvafiq ədəbiyyat əvvəlcədən tələbələrə verilir. Kurs işlərinin müdafiəsi kafedrada yaradılmış komissiya tərəfindən qəbul edilir.

  6. Semestr ərzində hər bir tələbə müstəqil iş yerinə yetirməlidir. Müstəqil işlərin mövzuları keçilən mövzuları əhatə edir. Müstəqil iş maksimum 10 ballı sistemlə qiymətləndirilir.

IV. ÜMUMİ QAYDALAR:

DAVAMİYYƏT: Fənn üzrə ayrılmış bütün saatların 25% -dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
2. FƏNNİN MƏNİMSƏNİLMƏSİ QAYDASI:

Balların maksimum miqdarı – 100 bal



1. Semestr ərzində toplanan maksimum bal – 50 bal

- Dərsdə davamiyyətə görə maksimum – 10 bal

- Tələbələrin müstəqil işinə görə maksimum – 10 bal

- Seminar məşğələlərində fəallığa görə maksimum – 30 bal

(Əgər fənn üzrə kurs işi nəzərdə tutulubsa, onda kollekviumlara görə maksimum – 20, kurs işinin hazırlanması və müdafiəsinə görə maksimum – 10 bal verilir).

Seminar dərslərində tələbənin jurnalda ən azı 3( üç) qiyməti olduğu halda ona tədrisin bu növü üzrə ballar hesablanır. Əks təqdirdə ona bal hesablanmır.



2. İmtahan nəticələrinə görə maksimum – 50 bal

Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.



3. Semestr ərzində və imtahanın nəticəsinə görə toplanan balların cəmi 50-dən yuxarıolan tələbələr fənni mənimsəmiş hesab edilir.
V. TƏLƏBƏLƏRİN BİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ:

Qiymətləndirmə meyarları:

- 51 baldan aşağı – “qeyri kafi “- F

- 51 – 60 “qənaətbəxş”– E

- 61 -70 –“kafi “ – D

- 71 – 80 – “yaxşı” – C

- 81 – 90 – “çox yaxşı” – B

- 91 – 100 –“əla” – A



VI. FƏNNİN TƏQVİM PLANI: MÜHAZİRƏ



Həftələr


Mövzunun adı

Saat

Tarix

Qeyd

I

Mövzu № 1. Etnopsixologiyanın bir elm kimi yaranması, mövzusu və vəzifələri

2

20.02.20




II

Mövzu № 2. Etnopsixoloji tədqiqatın əsas istiqamətləri.

2

27.02.20




III

Mövzu № 3. Avropada və Amerikada etnopsixologiyanın yaranması

2

05.03.19




IV

Mövzu № 4. Şəsiyyətin tədqiqinin etnopsixoloji problemləri

2

12.03.19




V

Mövzu № 5. Sosializasiyanın müqayisəli-mədəni tədqiqi.

2

19.03.19




VI

Mövzu № 6. Etnoslararası münasibətlər və etnik identiklik

2

26.03.19




VII

Mövzu № 7. Etnoslararası münasibətlərdə qruplararası qavrayışın mexanizmləri

2

02.04.19




VIII

Mövzu № 8. Etnik identikliyin transformasiyası problemi

2

09.04.19




IX

Mövzu № 9. Mədəniyyətin tənzimedici funksiyası

2

16.04.19




X

Mövzu № 10. Etnik milli xarakter.Ayrı-ayrı xalqların etnik-psixoloji xüsusiyyətləri

2

23.04.19




XI

Mövzu № 11. Etnosentrizm və etnik qruplarası münasibətlər

2

30.04.19




XII

Mövzu № 12. Etnik stereotiplər və yönümlər

2

07.05.19




XIII

Mövzu № 13. Etnik konfliktlər: yaranma səbəbləri və tənzimləmə üsulları

2

14.05.19




XIV

Mövzu № 14. Yeni mədəni mühitə adaptasiya problemi

2

21.05.19




XV

Mövzu № 15. Yerli ədəbiyyatlarda etnopsixoloji tədqiqatlar

2

28.05.19





SEMİNAR


Həftələr


Mövzunun adı

Saat

Tarix

Qeyd

I

Mövzu № 1. Etnopsixologiyanın bir elm kimi yaranması, mövzusu və vəzifələri-

2

26.02.20




II

Mövzu № 2. Etnopsixoloji tədqiqatın əsas istiqamətləri

2

11.03.20




III

Mövzu № 3. Avropada və Amerikada etnopsixologiyanın yaranması

2

25.03.20




IV

Mövzu № 4. Şəsiyyətin tədqiqinin etnopsixoloji problemləri Sosializasiyanın müqayisəli-mədəni tədqiqi.

2

08.04.20




V

Mövzu № 5.Sosial və etnik identiklik. Etnoslararası qavrayışın mexanizmləri

2

22.04.20




VI

Mövzu № 6. Etnik milli xarakter.Etnoslararası münasibətlər

2

06.05.20




VII

Mövzu № 7.Etnik stereotiplər. Etnik konfliktlər: yaranma səbəbləri və tənzimləmə üsulları

2

20.05.20




VIII

Mövzu № 8.Mədəniyyətin tənzimedici funksiyası Yeni mədəni mühitə adaptasiya problemi

1

27.05.20



Müəllimlərin sizlə görüşdüyü seminar və məruzə saatlarından başqa sizə məsləhət olunan qəbul saatları da vardır ki, semestr ərzində sual və ya sorğularınız üçün həmin saatlarda kafedralara yaxınlaşa bilərsiniz.



VII. SƏRBƏST İŞ MÖVZULARI:

  1. Etnopsixologiyanın bir elm kimi yaranma tarixi

  2. Etnopsixoloji tədqiqatın əsas istiqamətləri

  3. Etnoslararası qavrayışın mexanizmləri

  4. Mədəniyyətin tənzimedici funksiyası

  5. Etnoslararası münasibətlər

  6. Sosial və etnik identiklik

  7. Etnik identikliyin transformasiyası problemi

  8. Etnik stereotiplər

  9. Etnik konfliktlər: yaranma səbəbləri və tənzimləmə üsulları

  10. Yeni mədəni mühitə adaptasiya problemi

  11. Avropada etnopsixologiyanın yaranması

  12. Yerli ədəbiyyatlarda etnopsixoloji tədqiqatlar

  13. . Ayrı-ayrı xalqların etnik-psixoloji xüsusiyyətləri



VIII. TƏLƏB OLUNAN DƏRSLİKLƏR VƏ DƏRS VƏSAİTLƏRİ


  1. Babayeva T.T. Qruplararası münasibətlər psixologiyası, Bakı, 2015

  2. Əliyev R. Etnopsixologiya: qloballaşma və millilik. Bakı:2007

  3. Əlizadə Ə.Ə. Etnik psixologiyaya giriş. Bakı:2004

  4. Bayramov Ə.S. Etnik psixologiya. Bakı:2001

  5. Əliyev R. Şəxsiyyət və onun formalaşmasının etno-psixoloji əsasları. Bakı:2000

  6. Баринова Е.Б. Этнопсихологические особенности народов востока. М., 2012

  7. Крысько В. Г Этническая психология. – М., 2011

  8. Стефаненко Т. Г. Этнопсихология. М.2009.

  9. Платонов Ю.П. Этническая психология. Учебник. - СПб., 2001

  10. Политическая культура и деловая этика стран Востока. - М., 2006


İmtahan sualları:

  1. Etnopsixologiyanın bir elm kimi xarakteristikası

  2. Etnik psixologiyanın meydana gəlməsi tarixi və təşəkkülü

  3. Etnik psixologiyanın predmeti, məqsəd və vəzifələri

  4. Etnik psixologiyanın yaranma tarixi

  5. Etnik konfliktlərin inkişaf mərhələləri

  6. Etnik identikliyin əsas komponentləri

  7. Etnik identikliyin formalaşması mərhələləri

  8. Etnik psixologiya və millətlər arasında qarşılıqlı münasibətlər

  9. Etnik konfliktlərin tənzimlənməsi üsulları

  10. Avropada etnopsixologiyanın yaranması

  11. A.Teşfelin sosial identiklik nəzəriyyəsi

  12. Yeni etnik mühitə adaptasiya problemi

  13. Etnik psixoloji xüsusiyyətlər və millətlərarasında qarşılıqlı münasibətlər

  14. Amerikada etnopsixologiyanın inkişafı

  15. Yeni mədəni mühitə adaptasiya prosesinə təsir göstərən əsas amillər

  16. Stereotipləşmənin mexanizmləri

  17. Etnik konfliktlərin təsnifatı

  18. Etnos, millət və xalq anlayışları

  19. Şəxsiyyətin tədqiqinin etnopsixoloji problemləri

  20. Yerli ədəbiyyatlarda etnopsixoloji problemlər

  21. Təməl və modal şəxsiyyət anlayışı

  22. Etnoslararası qavrayış fenomeni

  23. Etnoslararası münasibət qruplararası münasibətin bir növü kimi

  24. Sosial və etnik identiklik

  25. Etnopsixoloji tədqiqatların əsas istiqamətləri

  26. Etnik psixologiyanın müasir dövrdə əsas problemləri: ənənə və müasirlik

  27. Sosial və etnik stereotiplər

  28. Etnik-milli hisslər

  29. Etnik adət və ənənələr

  30. Etnik konfliktlər və onların yaranma səbəbləri

  31. Etnik identikliyin tipləri

  32. Şəxsiyyətlərarası və qruplararası münasibətlər

  33. Sosializasiyanın müqayisəli-mədəni tədqiqi

  34. Stereotiplərin əsas xüsusiyyətləri

  35. Stereotipləşmənin əsas funksiyaları

  36. Mədəniyyətin tənzimetmə funksiyası

  37. Mədəniyyətlərarası adaptasiyanın mərhələləri

  38. Etnik - milli xarakter

  39. Ayrı-ayrı xalqların etnik-psixoloji xüsusiyyətləri

  40. Etnosun davranış və rəftarında etnik-milli xarakterin təzahürü

  41. Adət və ənənələr insan davranışının əsas tənzimləyicisi kimi

  42. Mədəniyyət çərçivəsində norma və patologiya problemi

  43. Etnosentrizm sosial-psixoloji təzahür kimi

  44. Amerika elmində etnopsixologiyanın inkişafı

  45. Etnik psixologiyada milli xarakter problemi

1. Характеристики этнопсихологии как науки

2. История и формирование этнической психологии

3. Предмет, цели и задачи этнической психологии

4. Создание этнической психологии

5. Этапы развития этнических конфликтов

6. Основные компоненты этнической идентичности

7. Этапы формирования этнической идентичности

8. Этническая психология и взаимоотношения между народами

9. Методы регулирования этнических конфликтов

10. Создание этнопсихологии в Европе

11. Теория социальной идентификации А. Тешфеля

12. Адаптация к новой этнической среде

13. Этнические психологические особенности и взаимодействия между нациями

14. Развитие этнопсихологии в Америке

15. Основные факторы, влияющие на новый процесс адаптации к культурной среде

16. Механизмы стереотипов

17. Классификация этнических конфликтов

18. Этносы, народные и народные взгляды

19. Этнопсихологические проблемы исследования личности.

20.Этно-психологические проблемы в местной литературе

21. Концепция базовой и модальной идентичности

22. Явление межэтнического восприятия

23. Межэтнические отношения как своего рода межгрупповые отношения

24. Социальная и этническая идентичность

25. Основные направления этнопсихологических исследований

26. Основные проблемы этнической психологии в наше время: традиции и современность

27. Социальные и этнические стереотипы

28. Этнические национальные чувства

29. Этнические традиции и обычии

30. Этнические конфликты и их причины

31. Типы этнической идентичности

32. Межличностные и межгрупповые отношения

33. Сравнительно-культурное исследование социализации

34. Основные черты стереотипов

35. Основные функции стереотипов

36. Функция регулирования культуры

37. Этапы межкультурной адаптации

38. Этнический национальный характер

39. Этно-психологические особенности отдельных народов

40. Проявление этнического национального характера в поведении и поведении этносов

41. Традиции и обычаи подобны основному регулятору человеческого поведения

42. Проблема нормы и патологии в рамках культуры

43. Этноцентризм как социально-психологическое проявление

44. Развитие этнопсихологии в американской науке

45. Проблема национального характера в этнической психологии




Yüklə 61,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin