Azərbaycan respublikasi təHSİl və elm naziRLİYİ baki döVLƏt universiteti Ad: Nihal Soyad



Yüklə 113,35 Kb.
səhifə1/4
tarix08.05.2023
ölçüsü113,35 Kb.
#109394
  1   2   3   4
dünya demoqrafiyası


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL VƏ ELM NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ

Ad: Nihal
Soyad: Vəliyev
Fakültə: Coğrafiya
İxtisas: Coğrafiya
İxtisaslaşma: Dünyanın iqtisadi və sosial coğrafiyası
Kurs: 1
Fənnin adı: Dünya demoqrafiyası
Mövzu: Urbanizasiya
Müəllim: dosent Umudova Rəna

B A K I - 2 0 2 3
XIX əsrdən başlayaraq dünya coğrafiyasında şəhərlərin rolu artmağa başlamışdır. Dünyada sənaye sahəsinin güclü inkişafı nəticəsində əhalinin kəndlərdən şəhərlərə axını olmuşdur. Bu zaman şəhərlər daha da böyümüşdür. Dünya, region, ölkə əhalisi arasında şəhər əhalisinin artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin geniş yayılması urbanizasiya adlanır. Urbanizasiya latın sözüdür və “Urbanus”-şəhər deməkdir.

Urbanizasiya dar mənada şəhərlərini sayının və şəhərlərdə yaşayan əhalinin sayının artması prosesidir. Bu mənada urbanizasiya demoqrafik xüsusiyyətə malikdir. Lakin urbanizasiya sadəcə olaraq əhali artımı prosesi olmayıb, eyni zamanda cəmiyyətin iqtisadi və ictimai quruluşunda baş verən dəyişiklikləri də özündə əks etdirir. Beləliklə, geniş mənada urbanizasiya sənayeləşmə və iqtisadi tərəqqiyə paralel olaraq, şəhərlərin kəmiyyətcə artması və böyüməsi nəticəsində, cəmiyyətdə sürətli təşkilatlanma, əmək bölgüsü və ixtisaslaşma yaratmaqla, insanların davranış və münasibətlərində şəhərə xas olan dəyişikliklərə yol açan bir əhali artımı prosesidir.
Dünyada vahid şəhər anlayışı yoxdur. Danimarka, İsveç, Finlandiyada əhalisi 200, Kanada, Avstraliyada 1000, Fransa, Almaniya, Kubada 2000, Meksika, ABŞ-da 2500, Yaponiyada isə 30.000 nəfərdən çox olan yaşayış məntəqəsi şəhər adlanır.
Şəhərlərin formalaşma prosesini şərti olaraq 3 dövrə ayırmaq olar:
1. İlk urbanizasiya XVI -XVII əsrlər. Bu dövrdə yerli qidalanma, əl əməyi, külək və sudan alınan enerji və s. mövcud idi. Kifayət qədər inkişafın olmaması ilk ekoloji problemlərin yaranmasına gətirib çıxarmışdı.
2. Urbanizasiyanın ikinci mərhələsi su və quru nəqliyyatın yaranması, yolların çəkilməsi, istilik yanacağından istifadə ilə müşahidə olunmuşdur.
3. Üçüncü mərhələ urbanizasiya XIX əsrdən etibarən başlamışdır.
1900-cu ildə müasir anlamda ilk urbanizasiyanın baş verdiyi ölkə Böyük Britaniya olmuşdur. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malikdir. Urbanizasiyanın intensivliyi həmin ölkənin sənayesinin inkişaf səviyyəsindən bilavasitə asılıdır. Zəif inkişaf etmiş ölkələrdə urbanizasiya səviyyəsi 10%, nisbətən inkişaf etmiş ölkələrdə isə 60-70% müşahidə olunur.
Bunu da qeyd etmək lazımdır ki, bəzi proqnozlara görə planetin hamısı şəhərlərə axın edəcək, lakin bununla belə, bir sıra sıx əhailsi olan şəhərlərdə artım elə i ntensiv getmişdir ki, şəhər kənarına axın müşahidə edilməkdədir.
Sənaye inqlabından sonra dünya şəhərlərin istər iqtisadi, istərsə də siyasi strukturunda bir çox dəyişiklər baş verdi. İngiltərədə başlayan sənaye inqilabı, müəyyən fasilələrlə Almaniya, Fransa, İsveçrə və Belçika kimi digər Avropa ölkələrinə yayılmışdır. Qərbdə bu tərəqqi ümumiyyətlə təxminən 200 il davam etmiş, və burada artıq şəhər cəmiyyəti formalaşmışdır. Bütün sənaye sahələri köhnə şəhərlərdən, enerji mənbələrinin, nəqliyyat vasitələrinin, xammal ehtiyatlarının və işçi qüvvəsinin ucuz və əlverişli olduğu yerlərə axın etməyə başladı. Məhz sənaye inqlabından sonra, urbanizasiya prosesi başlamış və get-gedə vüsət almışdır. Başqa sözlə sənayeləşmə urbanizasiyanı şərtləndirən başlıca amil olmuşdur. 
Urbanizasiya XX ci əsrin ən böyük fenomenlərindəndir. İnkişaf etmiş, inkişaf edən ölkələr, bir sözlə bütün cəmiyyətlər bu fenomenlə qarşılaşmışlar. Müasir dövrdə şəhərlərin sürətli artımı daha çox inkişaf etmiş və ya inkişaf edən ölkələrdə müşahidə olunmuşdur.Müasir Urbanizasiyanın 3 səciyyəvi əlaməti vardır:


  1. Yüklə 113,35 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin