Azərbaycan respublikasinin döVLƏt turizm agentliYİ azərbaycan turizm və menecment universiteti



Yüklə 14,85 Kb.
tarix23.02.2022
ölçüsü14,85 Kb.
#53006



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TURİZM AGENTLİYİ
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ

Müəllim — Aygün Şirin

Fənn — Innovasiya Menecmenti

Ixtisas— menecment

Fakültə — biznesin idarə edilməsi

Qrup — Men 1901

Tələbə: Tacirzadə Tacir

İnnovasiya fəaliyyətinin idarə edilməsi sahəsində xarici ölkələrin təcrübəsi

İnnovasiyalar əsasında inkişaf mərhələsində olan bir sıra ölkələrin təcrübəsi göstərir ki, innovativ iqtisadiyyatın qurulmasında dövlətlə yanaşı, böyuk istehsal potensialına, müasir menecment sisteminə və əhatəli satış şəbəkələrinə malik olan Trans Milli Korporasiyalar (TMK) da yeniliklərin yaranmasında və kommersiyalaşmasında müstəsna rol oynayırlar.

İnnovasiya sistemlərinin əsas subyektləri universitetlər (bilik yaradırlar), dövlətlər (bilikləri maliyyələşdirir və yaradır), TMK-lar və onların müxtəlif ölkələrdəki filiallarıdır. Müasir TMK-lar yeni biliklərin maliyələşdirilməsi, yaradılması və kommersiyalaşdırılması sisteminin mühüm elementi hesab olunur. Bu baxımdan, innovasiyalara əsaslanan iqtisadi sistemlərdə TMK-ların rolunun, həmçinin, TMK-ların innovasiya siyasətinin milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə təsirinin tədqiqi Azərbaycanda aparılmaqda olan iqtisadi siyasət çərçivəsində kifayət qədər aktual məsələ olaraq məqalənin məqsədi kimi qəbul edilmişdir.

TMK kateqoriyasına hüquqi forma və fəaliyyət sahəsindən asılı olmayaraq, iki və daha cox olkədə struktur vahidləri olan bütün şirkətlər duşur.

İqtisadi sistemin biliklərə əsaslanan innovativ inkişaf mərhələsində uğurlu rəqabət üçün TMK-lar innovasiya siyasəti adlandırılan strategiya işləyib hazırlayır və tətbiq edirlər. TMK-ların innovasiya siyasəti əsas istehsal amili kimi qəbul olunan biliklərin əldə edilməsinə və bu amildən innovasiyaların istehsalı üçün maksimum dərəcədə səmərəli istifadəyə yonəldilmiş tədbirlər kompleksidir. Tmkların innovasiya siyasətinin tərkib elementlərinə aşağıdakıları aid etmək olar:

- innovasiyalar üçün maliyyə resursları almaq məqsədilə dövlət orqanlarında lobbicilik fəaliyyəti;

- yeni texnologiyalardan ekskluziv istifadə məqsədilə daha kiçik şirkətlərin alınması; - yeni müstəqil şirkətlərin yaradılması;

- intellektual kapitalın təmərküzləşməsi üçün ölkənin seçilməsi;

- TMK-nın daxili kanalları ilə yeni texnologiyaların ötürülməsi;

- strateji alyansların meydana gəlməsi və s.

İnnovasiya fəaliyyətinin ayrı-ayrı mərhələlərinin baza ölkədən qəbul edən ölkələrə öturulməsini TMK-nın innovasiya fəaliyyətinin inteqrasiyası üzrə qlobal strategiyasının bir hissəsi kimi də baxmaq olar. Həmin prosesdə hər bir filialın daha səriştəli olduğu tədqiqat istiqaməti üzrə işlərdə ixtisaslaşması baş verir. Ayrıayrı filiallar arasında informasiyanın maneəsiz ötürülməsinə və tədqiqatların kompleks aparılmasına imkan verən transmilli kommunikasiyalar şəbəkəsinin və idarəetmə sistemlərinin inkişafı bu prosesin gedişatını xeyli yüngülləşdirmişdir.

Yaponiya TMK-ları adətən beş tədqiqat mərhələsindən ibarət olan sxemdən istifadə edir. İlk addım - texnologiya seçimi - beynəlmiləlləşmənin birinci mərhələsi ilə bağlıdır ki, burada yapon şirkətləri məhsulu Yaponiyada ixrac üçün istehsal edirlər. Şirkət bu mərhələdə əsas diqqətini elmi-texniki informasiyanın və məhsul haqqında informasiyanın toplanması üçün təşkilati sistemlərin inkişafına yönəldir. Həmin informasiya məhsulun Yaponiyada istehsalının təşkilində istifadə olunur. Bəzi TMK-lar muəyyən texnologiyaları toplamaq üçün öz “skautlarını” başqa ölkələrə gondərir.

İkinci mərhələyə texnologiyaların xaricdə istehsal güclərinə ötürülməsinə kömək üçün təşkilat sisteminin yaradılması daxildir. Şirkətlərin əksəriyyəti qəbul edən ölkələrdə standart nümunələr əsasında xüsusi texnologiya departamenti yaradırlar.

Elmi-tədqiqat və sınaq-konstruktor işləri ilə məşğul olan laboratoriyaların rəsmi təsis edilməsi yalnız ücüncü mərhələdə başlayır. Lakin bir cox yapon şirkətlərində xarici laboratoriyalar tədqiqat mərkəzi adlandırıldığına baxmayaraq, böyuk olmayan tədqiqatlar həyata keçirir. Onların əsas fəaliyyəti tədarükçülərlə texniki kooperasiyadan və texnologiyanın istehsala ötürülməsinə köməkdən başlayaraq, carpaz lisenziyalaşdırmaya qədər geniş vəzifələr diapazonunu yerinə yetirməkdən ibarətdir.

Xarici elmi-tədqiqat laboratoriyaları dörduncu mərhələdə oz diqqətlərini əsasən yerli bazar üçün yeni məmulatların işlənməsinə cəmləşdirir. Beləliklə, yalnız bu mərhələdə xarici laboratoriyada yeni biliyin yaradılması üzrə, yəni TMKların innovasiya fəaliyyətinin beynəlmiləlləşməsi kimi müəyyən edilən praktiki iş başlanır.

Yaponiyanın az sayda TMK-larının nail olduğu beşinci mərhələ xarici elmi tədqiqat mərkəzlərinin strateji vəzifəsini genişləndirir. Bu mərhələdə belə mərkəzlərin fəaliyyət sahəsi fundamental tədqiqatları da əhatə edir - laboratoriya TMK-ların təşkilat strukturunun hüdudlarında innovasiya fəaliyyəti üzrə qlobal əmək bölgüsünün tamhüquqlu üzvünə çevrilir.

Amerika və Avropa korporasiyaları xarici elmi-tədqiqat bölmələrinin yaradılmasında daha sadə sxemlərindən istifadə edirlər. Birinci mərhələdə “texnologiyaların ötürülməsi bölməsi” yaradılır ki, bunun çərcivəsində məhsulun və istehsal texnologiyalarının ana şirkətdən xarici ölkədə yerləşən istehsal filialına ötürülməsi həyata keçirilir. Bu mərhələdə xarici filial yalnız məhsulun təkmilləşdirilməsi və texnologiyanın yerli şəraitə adaptasiyası üzrə ayrı-ayrı funksiyaları yerinə yetirir.

İkinci mərhələ “texnologiyanın yerli bölməsi”nin yaradılması ilə xarakterizə olunur, yəni bu elə bir xarici laboratoriyadır ki, ana şirkətin fəaliyyətinin profil istiqaməti çərçivəsində yalnız yerli bazar üçün innovasiya məhsulları yaratmaqla məşğuldur.

Üçüncü mərhələdə dünya bazarları üçün yeni məhsulların yaradılmasına məsul olan xarici laboratoriya “qlobal texnologiya bölməsi” statusunu alır. Lakin ETSKİ uzrə xarici bölmənin fəaliyyət çərçivəsi əvvəlki kimi, baş şirkət tərəfindən müəyyən edilir ki, o da laboratoriyalara tədqiqatların prioritet istiqamətlərini göstərir, həmçinin onları tədqiqatlar üçün zəruri nəzəri işlərlə təchiz edir.



Xarici laboratoriyanın dördüncü inkişaf mərhələsi zəruri bilik potensialı, yüksək ixtisaslı kadrlar toplandıqca və fəaliyyət əvvəlki mərhələlərdə uğurlu olduğu halda yaranmış baza əsasında “ümumi texnologiya bölməsi”nin yaradılması ilə bağlıdır. Bu mərhələdə xarici laboratoriya müəyyən müstəqillik əldə edir, tətbiqi tədqiqatların prioritet istiqamətlərini sərbəst seçmək və ana şirkət tərəfindən dünya bazarlarında satmaq üçün istifadə olunan innovasiya məhsulları və proseslərini yaratmaq üçün zəruri fundamental tədqiqatlar həyata keçirmək imkanına malik olurlar.
Yüklə 14,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin