Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti
Tikinti – İqtisad fakültəsi
Biznesin təşkili və idarə olunması kafedrası
Fənnin adı: Biznesin təşkili və idarə edilməsi
Mövzu 19: Biznesin təhlükəsizliyi və qorunması
MÜHAZİRƏNİN PLANI 1. Biznesin təhlükəsizliyi, ölkə iqtisadiyyatında onun rolu.
2. Biznesin təhlükəsizliyinin istiqamətləri. Mühafizəyə ehtiyac duyulan informasiyalar.
3. İşgüzar informasiyanın təhlükəsizliyinin təmininə zəruri olan prinsiplər.
Dünyada internet şəbəkəsinin formalaşması və şəbəkə texnologiyasının geniş yayılması qlobal informasiyanın yaradılmasına səbəb olmuşdur. Bu dünya iqtisadiyyatında informasiyanın rolunu prinsipcə dəyişmişdir.
2000-ci ildə Moskvada «Təhlükəsizlik texnologiyası» mövzusunda keçirilmiş dəyirmi masada qeyd olunmuşdur ki, bazar iqtisadiyyatında optimal idarəetmə qərarlarının qəbul edilməsi üçün etibarlı analitik informasiyanın olması çox vacibdir.
Bildiyimiz kimi sahibkar tam və ətraflı informasiyaya malik olanda dərin təhlil apararaq daha tez yüksək səviyyəli düzgün qərar qəbul edir. Biznes fəaliyyətində qərarların qiyməti yüksək olur. Belə ki, strateji tərəfdaşın seçilməsindəki səhv, təchizatçıları düz olmayan hərəkəti ,bazara qəflətən rəqibin daxil olması və s. üzərindən böyük uğursuzluqlar baş verə bilər.
Müasir bazarda sahibkarlıq müəssisələrinin müvəffəqiyyətlə işləməsi üçün rəqabətli kəşfiyyatın aparılması, biznesin inkişaf meyllərinin ətraflı öyrənilməsi, bazarın təbii və mümkün risklərin təhlili müstəsna əhəmiyyət kəsb edir. Rəqabətli kəşfiyyat sənaye cəsusluğun ayrılmaz tərkib hissəsidir. Sənaye cəsusluğu iki hissədən - rəqabətli kəşfiyyat və gizli əməliyyatlardan ibarətdir. Bazar iqtisadiyyatına keçən ölkələrin iqtisadi təhlükəsizliyini təmin etmək obyektiv amillərdən başqa subyektiv amillərdən asılıdır.
Azərbaycan Respublikası dünyada ərazisinə görə 110, əhalisinin sayına görə 86 ölkədən biridir. SSRİ-nin dağılması nəticəsində dünyada gedən qloballaşma, dünya siyasətinin yeni prinsiplərinin formalaşması, geosiyasi vəziyyət, ölkədə neft ehtiyatlarının və digər ehtiyatların zənginliyi Azərbaycanı dünyanın ən böyük ölkələrinin nüfuz dairəsinə gətirmişdir.
Müstəqilliyin ilk dövründə iqtisadi təhlükəsizliyin spesifik təzahür forması olan ərzaq təhlükəsizliyi ölkəni çox çətin və ağır problemlərlə üz-üzə qoydu. Buna səbəb bir tərəfdən düzgün idarə etmənin olmaması, digər tərəfdən isə torpaqlarımıza qarşı hücumlar olmuşdu.
Ölkənin iqtisadi təhlükəsizliyinin formalaşmasının başlıca istiqamətlərindən biri də xarici iqtisadi əlaqənin səmərəli quruluşunun formalaşmasıdır. Belə ki, ölkənin xammal ixracçısından məhsul ixracçısına çevrilməsi, xarici ticarətin az miqdarda ölkələrdən asılılığın aradan qaldırılması iqtisadi təhlükəsizliyin başlıca səbəblərdəndir. Çünki xarici iqtisadi əlaqənin heç bir iştirakçısı Azərbaycanı özünə tabe etdirmək imkanına malik olmamalıdır. Yeni müstəqillik əldə etmiş ölkələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində «Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin» və «İqtisadi mühitin yaxşılaşdırılması» əhəmiyyətli rol oynayır. Təbiidir ki, digər ölkələr kimi Azərbaycan da iqtisadi təhlükəsizliyin təmin edilməsində göstərilən amillərin təsirindən bacarıqla istifadə etməlidir. İnkişaf etmiş ölkələrin həyat səviyyəsi, iqtisadi artırma nisbətən büdcə kəsirinin aradan qaldırılması və gizli iqtisadiyyatın məhdudlaşdırılması istiqamətində geniş fəaliyyət göstərdikləri halda inkişaf etməkdə olan ölkələr isə dövlət borcu problemini, dünya iqtisadiyyatına qovuşmağı, valyuta ehtiyatlarının yaradılması, informasiya sürətinin aşağı salınmasının, işsizlik problemlərini nisbətən yumşaltmasını xüsusi nəzarətdə saxlamalıdır.
Bütün dünya ölkələri üçün işsizliyin qarşısının alınması, məşğulluğun təmin edilməsi, iqtisadi təhlükəsizliyin mühüm amillərdən biri kimi çıxış edir.
Hər bir ölkə, o cümlədən Azərbaycan da iqtisadiyyatın dirçəlməsinə istiqamətlənmiş, iqtisadi islahatlar proqramını iqtisadi yüksəlişə uyğun olaraq, iqtisadi təhlükəsizliyin bütün göstəricilərini özündə əks etdirməlidir.
Müasir dövrdə ərzaq təhlükəsizliyi problemi dünya dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda aclığın dünya miqyasında xroniki hal kimi aradan qaldırılmasına baxmayaraq aclıq bəzi ölkələrdə ümumi ərzaq məhsulunun artım şəraitində də baş verir. Ona görə də bu ərzaq çatışmamazlığı kimi yox, bütün təbəqələrin eyni səviyyədə ərzaq almaq imkanlarının olmaması, başqa sözlə desək, onların yoxsulluqları ilə izah etmək olar.
Aclıq yalnız həmin ölkələr üçün deyil, hətta beynəlxalq miqyasda da sabitliyin pozulmasına ciddi təhlükə yaradır. Hazırda mövcud çətinliklərə baxmayaraq, ölkənin aqrar sektoru və emal sahələri böyük inkişaf potensialına malikdir. Odur ki, bu sahədə biznesdə məşğul olan sahibkarlara Azərbaycan Respublikası hökuməti tərəfindən əlverişli şərait yaradılması və dövlət səviyyəsində yardım göstərilməsi məqsədəuyğundur.
Biznes iqtisadi mühitin qeyri-stabil olduğu bir şəraitdə riskli və təhlükəli fəaliyyətdir. Biznesdə risk iqtisadiyyatın vəziyyəti siyasi qeyri-sabitlik, rəqiblərin və cinayətkar qrupların (şəxsləri) qeyri-qanunu hərəkətləri, təbii fəlakət ilə əlaqədardır. Biznesin təhlükəsizliyi hüquqi inzibatı təşkilatı idarəetmə, mühəndis-texniki və xüsusi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirlərin kompleks şəkildə tətbiqi, sahibkarlığa kömək edir ki, biznes fəaliyyətində baş verən və verə biləcək riskləri mümkün qədər azaltsın. Biznesin təhlükəsizliyinin təmin edilməsində dövlət orqanları – təhlükəsizlik, vergilər nazirlikləri, Gömrük komitəsi, həmçinin biznesin təhlükəsizliyini təmin edən firma və təşkilatlar iştirak edirlər. Kompleks mühafizə tədbirlərinin həyata keçirilməsinin başlıca məqsədi müəssisənin dayanıqlı və effektiv fəaliyyətini və biznesin inkişafının yüksək potensialını təmin etməkdir. Biznesin təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlərinin sxemi aşağıdakı kimdir:
Mühafizə
tədbirləri
Hüquqi
Biznesin və heyətin təhlükə-sizliyinin təmin edilməsi
Təşkilatı idarəetmə
inzibatı tədbirlər
Sığorta
Mühəndis texniki tədbirlər
Texniki təhlükəsizlik
Əməyin mühafizəsi
H/mühafizə orqanları
ixtisaslaşmış firma
Heyətlə iş müəssisə
Təhlükəsizlik xidmətinin
nəzarəti
2001-ci il dekabrın 4-də «Kommersiya Sirri haqqında» Azərbaycan Respublikasında qanun qəbul edilmişdir. Bu qanun ölkədə kommersiya Sirri ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Kommersiya Sirri – hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyətlə bağlı, sahibinin razılığı olmadan açılması və bu zaman maraqlara ziyan vura bilən məlumatlardır. Müəssisənin kommersiya sirri sayılan informasiyalara daxildir:
elmi texniki işləmələr, nou-hay, maliyyə haqqında məlumat, struktur və heyəti və s.