Mühafizəyə ehtiyac duyulan informasiyalar cədvəlləri
Sənaye informasiyası
Kommersiya informasiyası
Elmi kəşflər, patentlər
Konstruktor sənədləşməsi
Qurğuların elektron sxemi
Məlumatların proqram təminatı
Texnologiyalar
Kreditlər, Bank əməliyyatları haqqında
Kontraktlar haqqında
Məhsul satışı
İstehlakçıların siyahısı
Rəqabət qabiliyyətinin təhlili
Marketinq fəaliyyəti
İşgüzar yanaşmalar
Əmək haqqı haqqında
Biznesdə mühafizə tədbirləri hazırlayarkən bilinməlidir:
- hansı informasiyanın mühafizəyə ehtiyacı var
- O kimi maraqlandıra bilər
- O nə ilə qiymətlidir
- Sirlərin məxfilik müddəti
- Mühafizəyə çəkilərək xərclər nə qədərdir?
İnformasiyanın mühafizəsinin etibarlı sistemini təşkil etmək üçün onun yayılma kanalları haqqında tam məlumat əldə edilməlidir. Bunlar:
Bu informasiyadan istifadə etməyə icazəsi olan heyəti.
İnformasiya bankı.
İnformasiyanın texniki vasitələri və emalın sistemləri. O cümlədən onun ötürdüyü rabitə xətti.
Müəssisənin işgüzar informasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı prinsiplərə riayət edilməlidir.
Mühafizə metodu sadə və etibarlı olmalıdır.
İnformasiyadan istifadə edənləri minimuma endirilməlidir.
Yol verilməyən hərəkətlərin məhdudlaşdırılması.
İstifadəçinin idarəetmə sisteminin asılı olmaması.
İstifadəçi üçün mühafizənin məqbul sayılması.
Mühafizə sisteminin nəzarət altında olması.
İnformasiyanın təhlükəsizliyini təmin edən şəxsin xüsusi şəxsi məsuliyyəti.
Mühafizə obyektinin mühafizəsi və obyektliyi.
Mühafizə sisteminin etibarlığı.
Mühafizə sisteminin çevikliyi və uyğunlaşması.
Araşdırmalardan aydın olur ki, biznesin təhlükəsizliyinin təmin edilməsi məsələsində naşılıq böyük itkilərə səbəb olur. Təsadüfi deyil ki, Qərb ölkələri biznesmenləri təhlükəsizlik sistemlərinin saxlanmasına gəlirlərinin 25% sərf edirlər.
Biznesdə müəssisənin (firmanın) təhlükəsizliyi təhlükəsizlik xidmətlərinin borcudur.
Müəssisələrin (firmaların) təhlükəsizlik xidməti firmanın xüsusi təhlükəsizliyini təmin etməklə, onun kommersiya sirlərini qoruyub saxlamaq, rəqabətə, rəqibə qarşı hərəkət etmək üçün nəzərdə tutulan müəssisənin təşkilatı – ştat bölməsidir.
Firmalarda informasiyaların qorunması üçün görülən tədbirlərə baxmayaraq bəzi hallarda bu informasiyaların ələ keçirilməsi üçün müxtəlif vasitələrə – sənaye cəsusluğuna əl atırdılar.
Sənaye cəsusluğu – xarici və daxili bazarda rəqiblərin kommersiya sirrini və müvafiq kommersiya gəlirlərini təşkil edən məlumatların alınması məqsədilə xarici dövlətlərin xüsusi xidmət orqanlarının ayrı-ayrı xarici firmaların və xüsusi agentlərin, həmçinin Azərbaycanın firma və agentlərinin fəaliyyətidir.
Sənaye cəsusluğu çərçivəsində rəqiblərin bilavasitə aksiyaları, sənaye obyektlərinə və avadanlıqlarına diversiya layihə sənədləridir və nümunələrin oğurlanması, maliyyə fırıldaqları, səhv informasiya şərləmə, nümunələrin dəyişməsi və s. köməyi ilə rəqiblərin məhv edilməsi üzrə danışıqlar aparılması həyata keçirilə bilər.
Sənaye cəsusluğunda müxtəlif texniki vasitələrindən geniş istifadə olunur. Belə ki, «LEA» firması cəsusluq aparmaq üçün 200 adda məmulat təklif edir.
Biznesin mühafizəsində sənaye əks kəşfiyyatı mühüm yer tutur. Əks kəşfiyyat özünün konfidensial informasiyanın cəsusdan qorunmasıdır.
Qeyd etmək lazımdır ki, müəssisələrin bazar münasibətlərinə keçməsi ilə əlaqədar olaraq əks kəşfiyyat geniş vüsət almış və işgüzar prosesin tərkib elementlərinə çevrilmişdir. Əks kəşfiyyat və kəşfiyyat qarşılıqlı tamamlanan prosesdir və onlar vahid modeldə inteqrasiya olunur, onda onların fəaliyyətlərinin effektivliyi toplanır, artır.
Sənaye əks kəşfiyyatın dövrləri beş mərhələdən ibarətdir:
Mühafizə olan tələbatın müəyyən edilməsi.
Rəqiblərin qiymətləndirilməsi
Xüsusi zəifliyin qiymətləndirilməsi
Əks tədbirlərin işlənib hazırlanması
Əks tədbirlərin reallaşdırılması.
Birinci mərhələdə mühafizəçi zəruri olan xüsusi informasiyanın tərkibi və onun mühafizəsi üzrə tədbirlərin təmin olunması üçün tələb olunan vaxt müəyyən edilir. Bu mərhələdə mühafizə tədbirlərinin reallaşdırılmasının dəyəri müəyyənləşdirilir.
İkinci mərhələdə sənaye əks kəşfiyyat prosesi öz səyini firmaya məxsus konfidensial informasiyanın toplanması üzrə rəqiblərin imkanlarının müəyyənləşməsinə yönəldir.
Üçüncü mərhələdə nə istənilir və mühafizə üçün nə tələb olduğu müəyyənləşdirilir.
Dördüncü mərhələdə əks tədbirlərin hazırlanması və həyata keçirilməsindən ibarətdir.
Sonuncu mərhələdə təhlükəsizliyin təmin edilməsinin mövcud alt sisteminin qəbulunun effektivliyini təhlil etmək lazımdır. Sonra planlaşdırılan əməliyyat modelləşdirilir, hadisələrin xronoloji təsviri tələb olunur.
Kəşfiyyatdan fərqli olaraq əks kəşfiyyatın fəaliyyət obyekti kimi müəssisənin fəaliyyətinin xarici mühiti deyil, daxili mühiti qoruyur. Bu mühit özündə aşağıdakı elementləri təsis edir:
Müəssisənin rəhbər heyəti kəşfiyyat tədbirlərinin potensial obyekti kimi
təhlükəsizlik xidmətinin öz əməkdaşları
Köməkçi heyətdəki şəxslərdən kommersiya sirrin icazəsi olanlar
Qohumları rəqiblərin yanında işləyən müəssisə əməkdaşları.
Əvvəllər işdən qovulmuş işçilər
Tutduğu vəzifəyə görə müntəzəm surətdə müəssisə əməkdaşlarını qəbul edən şəxslər.
Əks kəşfiyyat fəaliyyətinin məqsəd və obyektinin müəyyənləşdirilməsi əks kəşfiyyat bölmələrinin mümkün vəzifələrini müəyyənləşdirilməyə imkan verir.
- iqtisadi cəsuslara qarşı mübarizə
- ayrı-ayrı əməkdaşlara qarşı cinayətin baş verməsi
- cinayət xarakterli, qanuna zidd hərəkət edən şəxslərin sənədləşdirilməsində polis, məhkəmə və nəzarətedici orqanlara kömək göstərmək.
Əks kəşfiyyat bölmələrini şərti olaraq iki qrupa ayırmaq olar:
Əsas – əks kəşfiyyatın qarşısında qoyulan vəzifələri həll edənlər
Köməkçi – əsas qrupun əməkdaşlarına hərtərəfli kömək edənlər.
Çoxlu daxili və xarici firmalar (müəssisələr) kompaniyalar hal-hazırda kompüter sistemi vasitəsi ilə qiymətli informasiyaları toplayıb öz rəqiblərinin hərəkətlərinin qarşısını almaq üçün əvvəlcədən lazımı tədbirlər görə bilirlər. Qərb ölkələrinin, ABŞ hətta Azərbaycan Respublikasında sənaye cəsusluğunun mühafizəsi tam yüz faizli deyildir.
Müasir şəraitdə iqtisadiyyatın qeyri-dövlət sektorunda təhlükəsizliyi təmin edən ənənəvi dövlət metodları və vasitələri effektiv deyil.
Özünün gizli informasiyasının mühafizəsi üçün sahibkar, xüsusi firma sənaye əks kəşfiyyatın və mühafizənin əsas dəyişməyən qaydasını mütləq nəzərə alınmalıdır:
Təhlükəsizliyin mühafizəsi
Qoruyucu tədbirlər sisteminin yaradılması
Qoruyucu tədbirlər nəticəsində informasiyaların axmasına yol verilməməlidir.
Qoruyucu tədbirlər sistemi heyətin maddi marağına əsaslanmalıdır.
Qoruyucu tədbirlər sisteminə görə cəzalandırma və mükafatlandırma haqqında qərarı yalnız firmanın rəhbəri qəbul edə bilər.
Avropada və ABŞ-da iri şirkətlərin təşkilatın idarəetmə strukturunda rəqib firmalar və bazarlar haqqında biznes inforomasiyasının toplanması və təhlili üçün xüsusi bölmə fəaliyyət göstərir ki, bu da təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır.