AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

544 
8  iyun  2004‐cü  il  tarixli  684‐IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarında  dəyişikliklər və  əlavələr  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐cü il, № 8, maddə 597) ilə Məcəllədən 244‐
cü maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 
M a d d  ə  2 4 4 .  Vergiləri ödəməkdən yayınma 
244.1.  Az  miqdarda  vergilərdən  yayınmaq  məqsədi  ilə  gəlirlər və  xərclər  barədə  bilə‐bilə  təhrif 
olunmuş məlumatların bəyannamədə və ya mühasibat sənədlərində göstərilməsinə görə ‐
fiziki  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  iyirmi  mislindən  otuz  beş  mislinədək  miqdarda, 
vəzifəli  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  əlli  mislindən  yetmiş  mislinədək  miqdarda,  hüquqi 
şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir. 
244.2.  Qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  gəlirlərin  (xərclərin)  və  vergitutma 
obyektlərinin  uçotunun  aparılmamasına  və  ya  vergilərin  və  digər  icbari  ödənişlərin  düzgün 
hesablanmamasına  və  ya  az  miqdarda  hesablanmış  vergilərin  və  icbari  ödənişlərin  büdcəyə 
ödənilməməsinə görə ‐

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən otuz mislinədək miqdarda, vəzifəli 
şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  otuz  mislindən  əlli  mislinədək  miqdarda,  hüquqi  şəxslər  şərti 
maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir. 
244.3. Az miqdarda əlavə dəyər vergisini ödəməkdən yayınmağa, yəni: 
244.3.1.  əlavə  dəyər  vergisi  üzrə  müəyyən  edilmiş  hallarda  qeydiyyatın  məcburi  olduğu  halda 
qeydiyyatsız fəaliyyət göstərilməsinə; 
244.3.2.  əlavə  dəyər  vergisinin  hesab‐fakturasının  verilməməsinə  və  ya  əlavə  dəyər  vergisi 
məbləğinin  azaldılmasına,  yaxud  əvəzləşdirmə  məbləğinin  artırılmasına  səbəb  olan  əlavə  dəyər 
vergisinin hesab‐fakturasının düzgün verilməməsinə; 
244.3.3.  əlavə  dəyər  vergisinin  məqsədləri  üçün  qeydiyyata  alınmamış  şəxsin  əlavə  dəyər 
vergisinin hesab‐fakturasını yazdığına görə büdcəyə ödənilməli olan, ancaq ödənilməmiş vergiyə görə ‐
fiziki  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  iyirmi  mislindən  iyirmi  beş  mislinədək  miqdarda, 
vəzifəli  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  qırx  mislindən  altmış  mislinədək  miqdarda,  hüquqi 
şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir. 
Qeyd: Bu  Məcəllənin  244.1—244.3,  246  və  247‐ci  maddələrində  ʺaz  miqdardaʺ  dedikdə,  şərti 
maliyyə vahidi məbləğinin iki min mislinədək olan miqdarı başa düşülür. 
545 
8  iyun  2004‐cü  il  tarixli  684‐IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarında  dəyişikliklər və  əlavələr  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐cü il, № 8, maddə 597) ilə Məcəllədən 245‐ci 
maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 
M a d d  ə  2 4 5 .  Ödəmə mənbəyində verginin tutulmaması 
Ödəmə mənbəyində vergini tutmadan ödəmənin həyata keçirilməsinə görə ‐
şərti maliyyə vahidi məbləğinin on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir. 
546 
20  sentyabr  2005‐ci  il  tarixli  994‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2005‐ci  il,  №  11,  maddə  995)  ilə  246‐cı 
maddənin  adından  ʺvə  ya  mühasibat  uçotunun  aparılması  qaydalarının  pozulmasıʺ  sözləri, 
dispozisiyasından  ʺvə  ya  mühasibat  uçotunun  aparılmasının  müəyyən  edilmiş  qaydalarının 
pozulmasınaʺ sözləri çıxarılmışdır. 
547 
26  dekabr  2000‐ci  il  tarixli  49‐IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Cinayət və  İnzibati 
Xətalar Məcəllələrinə əlavələr və dəyişikliklər  edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 
(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001‐ci  il,  №  1,  maddə  24)  ilə  246‐cı  maddənin 
dispozisiyasında “Vergilərin” sözü “Az miqdarda vergilərin” sözləri ilə əvəz edilmişdir. 
28  noyabr  2006‐cı  il  tarixli  185‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2006‐cı il, № 12, maddə 1020)ilə 246‐cı maddədə «digər icbari 
ödənişlərin» sözləri «məcburi dövlət sosial sığorta haqlarının» sözləri ilə əvəz edilmişdir. 
548 
31  may  2007‐ci  il  tarixli  357‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2007‐ci il, № 6, maddə 579) ilə 246‐cı maddənin sanksiya yeni 
redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
fiziki  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  on  mislindən  otuz  mislinədək  miqdarda,  vəzifəli 
şəxslər şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir. 
549 
31  may  2007‐ci  il  tarixli  357‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2007‐ci il, № 6, maddə 579) ilə 246‐cı maddəyə ʺQeydʺ hissəsi 
əlavə edilmişdir. 

16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  246‐cı  maddənin  “Qeyd”ində  “şərti  maliyyə  vahidi  məbləğinin  iki  min  mislinədək” 
sözləri “iki min manatadək” sözləri ilə əvəz edilmişdir. 
550 
20  sentyabr  2005‐ci  il  tarixli  994‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005‐ci il, № 11, maddə 995) ilə 247 maddənin 
adı yeni verilmişdir. 
551 
26  dekabr  2000‐ci  il  tarixli  49‐IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Cinayət və  İnzibati 
Xətalar Məcəllələrinə əlavələr və dəyişikliklər  edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 
(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2001‐ci  il,  №  1,  maddə  24)  ilə  247‐ci  maddənin 
dispozisiyasında  “Mühasibat”  sözü  “Az  miqdarda  vergilərdən  yayınmaq  məqsədi  ilə  mühasibat” 
sözləri ilə əvəz edilmişdir. 
20  sentyabr  2005‐ci  il  tarixli  994‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2005‐ci  il,  №  11,  maddə  995)  ilə  247 
maddənin dispozisiyasında ʺMühasibat hesabatlarının, balanslarının,ʺsözləri  çıxarılsın,  ʺsənədlərinʺ 
sözündən  əvvəl  ʺtərtib edilməsi  qanunla müəyyən edilmiş başqaʺ sözləri əlavə edilmişdir. 
1  may  2007‐ci  il  tarixli  322‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  5,  maddə  440)  ilə  247‐ci 
maddənin dispozisiyasında “Az miqdarda vergilərdən yayınmaq məqsədi ilə vergi deklarasiyalarının, 
vergilərin” sözləri “Vergilərin” sözü ilə əvəz edilmişdir. 
552 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə 454) ilə 247‐ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən 
otuz  mislinədək” və  “şərti  maliyyə  vahidi  məbləğinin  qırx  mislindən  altmış  mislinədək”  sözləri 
müvafiq olaraq “iyirmi beş manatdan otuz manatadək” və “qırx manatdan altmış manatadək” sözləri 
ilə əvəz edilmişdir. 
553 
20  sentyabr  2005‐ci  il  tarixli  994‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005‐ci il, № 11, maddə 995) ilə Məcəlləyə 247‐
1‐ci maddə əlavə edilmişdir. 
25  dekabr  2007‐ci  il  tarixli  521‐IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  3,  maddə  146)  ilə  247‐1‐ci  maddənin  adında 
ʺqanunvericiliyinʺ  sözündən  sonra  ʺ,  hesabat  və  məlumatların  təqdim  edilməsi  qaydalarınınʺ  sözləri 
əlavə  edilmişdir,  dispozisiyasında  ʺ(konsolidə  edilmiş)  maliyyə  hesabatlarınınʺ  sözlərindən  sonra  ʺvə 
sığorta  nəzarəti  orqanına  təqdim  edilməli  olan  digər  hesabat  və  məlumatlarınʺ  sözləri  əlavə  edilsin, 
ʺqanunaʺ  sözü  ʺqanunvericiliyəʺ  sözü  ilə  əvəz  edilmişdir,  ʺtəqdim  olunmasıʺ  sözlərindən  sonra,  ʺ, o 
cümlədən  hesabatlarda  və  qanunvericiliyə  əsasən tələb  olunan  digər məlumat  formalarında 
informasiya  və  göstəricilərin  tam  və  ya  düzgün  əks  etdirilməməsinə, həmçininʺ  sözləri  əlavə 
edilmişdir. 
16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 
qəzeti  7  iyun  2008‐ci  il,  №  123,  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  6, 
maddə  454)  ilə  247‐1‐ci  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidinin  qırx  mislindən  altmış 
mislinədək” və  “şərti  maliyyə  vahidinin  yüz  mislindən  yüz  əlli  mislinədək”  sözləri  sözləri  müvafiq 
olaraq  “qırx  manatdan  altmış  manatadək” və  “yüz  manatdan  yüz  əlli  manatadək”  sözləri  ilə  əvəz 
edilmişdir. 
30 iyun 2009‐cu il tarixli  857‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  30 iyul 2009‐cu il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 

07,  maddə  517)  ilə  247‐1‐ci  maddəsinin  sanksiyasında  “qırx  manatdan  altmış  manatadək”  sözləri  “üç 
yüz manatdan dörd yüz manatadək” sözləri ilə, “yüz manatdan yüz əlli manatadək” sözləri “min beş 
yüz manatdan iki min manatadək” sözləri ilə əvəz edilmişdir. 
554 
26 may 2009‐cu il tarixli 821‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  1 iyul  2009‐cu il, №  140,  Azərbaycan  Respublikasının Qanunvericilik  Toplusu,  2009‐cu il, № 
06, maddə 404) ilə yeni məzmunda 247‐2‐ci maddə əlavə edilmişdir. 
555 
11 fevral 2011‐ci il tarixli 65‐IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  15 aprel 2011‐ci il №79) ilə yeni məzmunda 247‐3‐cü maddə əlavə edilmişdir. 
556 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  248‐ci  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  yetmiş  mislindən 
doxsan mislinədək” sözləri “yetmiş manatdan doxsan manatadək” sözləri ilə əvəz edilmişdir. 
557 
16 may 2008‐ci il tarixli 607‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  249‐cu  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  yetmiş  mislindən 
doxsan mislinədək” sözləri “yetmiş manatdan doxsan manatadək” sözləri ilə əvəz edilmişdir. 
558 
8  iyun  2004‐cü  il  tarixli  684‐IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarında  dəyişikliklər və  əlavələr  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐cü il, № 8, maddə 597) ilə Məcəllədən 250‐ci 
maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 
M a d d  ə 
2 5 0 .   Bank  hesablarının  açılması    maliyyə əməliyyatlarının  aparılması 
qaydalarının pozulması 
Uçot  vahidlərinin  dövlət  reyestrində  qeydə  alınmayan  və  vergi  ödəyicisinin  eyniləşdirmə 
nömrəsini  almayan  hüquqi  şəxslər  üçün  bank  hesabının  açılmasına  və  ya  maliyyə əməliyyatlarının 
aparılmasına görə ‐
vəzifəli  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  yetmiş  mislindən  doxsan  mislinədək  miqdarda 
cərimə edilir. 
559 
8  iyun  2004‐cü  il  tarixli  684‐IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarında  dəyişikliklər və  əlavələr  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐cü il, № 8, maddə 597) ilə Məcəllədən 251‐ci 
maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 
M a d d  ə 
2 5 1 .   Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarında 
uçotadurma  eyniləşdirmə nömrələrinin alınması qaydalarının pozulması 
Qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanlarında uçota durmamağa və ya eyniləşdirmə nömrəsini almamağa görə ‐
fiziki  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  on  mislindən  iyirmi  mislinədək  miqdarda,  vəzifəli 
şəxslər qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir. 
560 
1  may  2007‐ci  il  tarixli  322‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu(Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 440) ilə 252‐ci maddə çıxarılmışdır. 
561 
25  dekabr  2007‐ci  il  tarixli  521‐IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  3,  maddə  146)  ilə  253‐cü  maddə  yeni 
redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 

M a d d  ə  2 5 3 .  Sığorta müqaviləsi bağlamaq üçün fiziki və hüquqi şəxslərə onların hüquq 
və vəzifələri haqqında çaşdırıcı və ya aldadıcı məlumatların verilməsi 
Sığorta  müqaviləsi  bağlamaq  üçün  fiziki  və  ya  hüquqi  şəxslərə  onların  hüquqları  və  vəzifələri 
haqqında çaşdırıcı və ya aldadıcı məlumatların verilməsinə görə ‐
şərti maliyyə vahidi məbləğinin otuz mislindən altmış mislinədək miqdarda cərimə edilir. 
16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə 454) ilə 253‐cü maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış 
mislinədək” və  “şərti  maliyyə  vahidi  məbləğinin  yüz  əlli  mislindən  iki  yüz  mislinədək”  sözləri 
müvafiq olaraq “qırx manatdan altmış manatadək” və “yüz əlli manatdan iki yüz manatadək” sözləri 
ilə əvəz edilmişdir. 
562 
10  sentyabr  2004‐cü  il  tarixli  753‐IIQD  nömrəli  “Yanğından icbari sığorta  haqqındaʺ Azərbaycan 
Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi  qanunlarına  əlavə 
və  dəyişiklik  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2004‐cü il, № 10, maddə 779) ilə Məcəlləyə 253‐1‐ci maddə əlavə edilmişdir. 
25  dekabr  2007‐ci  il  tarixli  521‐IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  3,  maddə  146)  ilə  253‐1‐ci  maddə  yeni 
redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
Maddə  2 5 3 ‐ 1. Yanğından icbari sığorta müqaviləsinin bağlanmaması 
Sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  və  fiziki  şəxslər tərəfindən  sığortaçı  ilə  yanğından 
icbari sığorta müqaviləsinin bağlanmamasına görə ‐
vəzifəli  şəxslər  şərti  maliyyə  vahidinin  otuz  mislindən  əlli  mislinədək  miqdarda,  hüquqi 
şəxslər şərti maliyyə vahidinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir. 
16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  253‐1‐ci  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  on  misli”,  “şərti 
maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək” və “şərti maliyyə vahidi məbləğinin 
yüz əlli  mislindən  iki  yüz  mislinədək”  sözləri  müvafiq  olaraq  “on  manat”,  “altmış  manatdan  səksən 
manatadək” və “yüz əlli manatdan iki yüz manatadək” sözləri ilə əvəz edilmişdir. 
563 
25  dekabr  2007‐ci  il  tarixli  521‐IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  3,  maddə  146)  ilə  253‐2‐ci  maddə  əlavə 
edilmişdir. 
16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  253‐2‐ci  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  altmış  mislindən 
səksən  mislinədək” və  “şərti  maliyyə  vahidi  məbləğinin  yüz  əlli  mislindən  iki  yüz  mislinədək” 
sözləri  müvafiq  olaraq  “altmış  manatdan  səksən  manatadək” və  “yüz  əlli  manatdan  iki  yüz 
manatadək” sözləri ilə əvəz edilmişdir. 
564 
4  iyul  2008‐ci  il  tarixli  670‐IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanununa  (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, maddə 711) əsasən çıxarılmışdır. 
565 
25  dekabr  2007‐ci  il  tarixli  521‐IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  3,  maddə  146)  ilə  254‐cü  maddə  yeni 
redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 
M a d d  ə  2 5 4 .  Qanunsuz sığorta və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olma 
Xüsusi razılıq (lisenziya) olmadan sığorta və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmağa görə ‐
şərti  maliyyə  vahidi  məbləğinin  iyirmi  beş  mislindən  otuz  beş  mislinədək  miqdarda  cərimə 
edilir. 
16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, 
maddə  454)  ilə  254‐cü  maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidi  məbləğinin  qırx  mislindən  əlli 
mislinədək” və “şərti maliyyə vahidi məbləğinin yüz iyirmi mislindən yüz altmış mislinədək” sözləri 
müvafiq  olaraq  “qırx  manatdan  əlli  manatadək” və  “yüz  iyirmi  manatdan  yüz  altmış  manatadək” 
sözləri ilə əvəz edilmişdir. 
566 
25  dekabr  2007‐ci  il  tarixli  521‐IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  3,  maddə  146)  ilə  255‐ci  maddə  aşağıdakı 
redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
M a d d  ə  2 5 5 .  Aktuari və sığorta ekspertinin fəaliyyət göstərməsi qaydalarının pozulması 
Aktuarı və sığorta ekspertinin qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq fəaliyyət 
göstərməməsinə görə ‐
şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir. 
16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin