AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

verilməsi 
İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs 
tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə materialları prokurora, 
ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 
O t u z u n c u   f ə s i l  

İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN TƏMİN EDİLMƏSİ 
TƏDBİRLƏRİNİN TƏTBİQ EDİLMƏSİ 
M a d d  ə  3 9 6 .  İnzibati xətalar haqqında işlərin icratını təmin etmək tədbirləri 
396.1.  İnzibati  xətaların  qarşısını  almaq,  şəxsiyyəti  müəyyən  etmək,  inzibati  xəta  haqqında 
protokolun yerində tərtibi mümkün olmadıqda, onun tərtibi vacibdirsə, onu tərtib etmək, işlərə 
vaxtında və  düzgün  baxılmasını, inzibati xətalar haqqında işlərə  dair  qərarların  icrasını təmin 
etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs aşağıda göstərilən tədbirləri tətbiq edə bilər: 
396.1.1. gətirilmə; 
396.1.2. inzibati qaydada tutma; 
396.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama; 
396.1.4. nəqliyyat vasitəsinə baxış; 
396.1.5. şeyləri və sənədləri götürmə; 
396.1.6. nəqliyyat vasitəsini idarə olunmasından kənar etmə; 
396.1.7. sərxoşluq vəziyyətini müayinə etmə; 
396.1.8. nəqliyyat vasitələrini saxlama və onların istismarını qadağan etmə. 
396.2.  İnzibati  xətalar  haqqında  işlərin  icraatının  təmin  edilməsi  ilə  bağlı  tədbirlərin 
qanunsuz tətbiq edilməsi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi 
ilə müəyyən edilmiş qaydada ödənilir. 
M a d d  ə  3 9 7 .  Gətirilmə 
397.1. Bu Məcəllənin 420.3‐cü və 423.3‐cü maddələrində nəzərdə tutulmuş hallarda, eləcə də 
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi, 
hüquqi şəxsin nümayəndəsi və ya şahidlər gətirilə bilərlər. 
397.2.  On  altı  yaşına  çatmayan  şəxslər,  hamilə  qadınlar  barəsində  gətirilmə  tətbiq  edilə 
bilməz. 
397.3.  Fiziki  şəxsin  gətirilməsi  inzibati  xətanın  baxıldığı  yer  üzrə  məhkəmənin  qərardadı 
əsasında  onun  yaşadığı və  ya  olduğu  yer  üzrə  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
771 
M a d d  ə  3 9 8 .  İnzibati qaydada tutma 
398.1.  İnzibati  qaydada  tutma,  yəni  fiziki  şəxsin  azadlığının  qısa  müddətə 
məhdudlaşdırılması,  müstəsna  hallarda  inzibati  xəta  haqqında  işin  düzgün  və  vaxtında 
baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün zəruri 
hesab  edildikdə  qanunla  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  tətbiq  edilə  bilər.  İnzibati 
qaydada  tutma  aşağıda  göstərilən səlahiyyətli  orqanlar  (vəzifəli  şəxslər)  tərəfindən həyata 
keçirilir: 
772 
398.1.1.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  vəzifəli  şəxsləri  ‐
xırda  xuliqanlıq  edildikdə,  şəxs  polis  işçisinin,  habelə  hərbi  qulluqçunun  qanuni  sərəncamına 
və  ya  tələbinə  qəsdən  tabe  olmadıqda,  şəxs  insan  ləyaqətini  alçaldan  və  ictimai  mənəviyyatı 
təhqir  edən sərxoş  vəziyyətdə  ictimai  yerlərə  gəldikdə,  avaralıqla  məşğul  olduqda,  ov,  balıq 
ovu  və  balıq  ehtiyatlarını  mühafizə  qaydaları  pozulduqda  ,  əcnəbilər və  ya  vətəndaşlığı 
olmayan  şəxslər  Azərbaycan  Respublikasında  qeydiyyatsız  yaşadıqda  və  ya  qanunsuz 
qaldıqda;
KM1 

398.1.2.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  vəzifəli  şəxsləri  ‐
sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq)  rejim  və ya  Azərbaycan Respublikasının  dövlət 
sərhədinin buraxılış məntəqələrində rejim pozulduqda; 
398.1.3.  mühafizə  olunan  obyektin  olduğu  yerdə  hərbiləşdirilmiş  mühafizə  dəstəsinin 
yuxarı vəzifəli şəxsi ‐ mühafizə edilən obyektlərə, digər dövlət  əmlakına və ya ictimai əmlaka 
qəsd edilməsi ilə əlaqədar inzibati xətalar törədildikdə; 
398.1.4.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  vəzifəli  şəxsləri  ‐
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat vasitələrini idarə edən sürücülər və ya 
başqa şəxslər tərəfindən yol hərəkəti qaydaları pozulduqda; 
398.1.5. fövqəladə vəziyyət elan olunmuş yerin komendantı və xüsusi idarəetmə orqanının 
vəzifəli şəxsləri ‐ fövqəladə vəziyyət rejimi pozulduqda. 
773 
398.1.6. Azərbaycan  Respublikasının  müvafiq icra hakimiyyəti orqanının  vəzifəli şəxsləri  – 
əcnəbilər və  vətəndaşlığı  olmayan  şəxslər tərəfindən  Azərbaycan  Respublikasında  olma 
qaydaları pozulduqda. 
774 
398.2.  İnzibati  qaydada  tutulan  şəxsə  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  hüquqları  izah 
olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır. 
M a d d  ə  3 9 9 .  İnzibati qaydada tutma müddətləri 
399.1. İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması bu Məcəllənin 399.2‐ci, 399.2‐
1‐ci və 399.3‐cü maddələri istisna olunmaqla üç saatdan çox ola bilməz. 
775 
399.2.  Sərhəd  rejimini,  sərhədboyu  (sərhədboyu  zolaq)  rejimini  və  ya  Azərbaycan 
Respublikasının  dövlət sərhədinin  buraxılış  məntəqələrində  rejimi  pozduğuna,  avaralıqla 
məşğul  olduğuna,  əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 
Respublikasında  qeydiyyatsız  yaşamaları  və  ya  qanunsuz  qalmalarına  ,  habelə  ölkədə  olma 
qaydalarını  pozmalarına  görə  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxs 
tərəfindən törədildiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün inzibati 
qaydada  tutma  24  saatadək  müddətə  və  ya  inzibati  xəta  törədənin  şəxsiyyətini  təsdiq  edən 
sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər.
776 
399.2‐1.  fövqəladə  vəziyyət  elan  olunmuş  ərazidə  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə 
icraat  aparılan  şəxs  xüsusi  verilmiş  icazə  vərəqələri  olmadan  komendant  saatı  vaxtında 
küçələrdə və başqa ictimai yerlərdə olduqda ‐ komendant saatı bitənədək və ya onun üzərində 
şəxsiyyətini  təsdiq  edən sənəd  olmadan  komendant  saatı  vaxtında  küçələrdə  və  başqa  ictimai 
yerlərdə olduqda ‐ tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula 
bilər. 
777 
399.3.  Barəsində  inzibati  həbs  tənbeh  növünün  tətbiqini  nəzərdə  tutan  inzibati  xəta 
haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək müddətə inzibati qaydada tutula bilər.
778 
399.4.  İnzibati  qaydada  tutma  müddəti  inzibati  xəta  törətmiş  şəxsin  protokol  tərtib  etmək 
üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə, ayıldığı vaxtdan hesablanır. 
399.5. Fövqəladə vəziyyət rejiminin müddəti bitdikdə bu rejimin tələblərinin pozulması ilə 
əlaqədar inzibati qaydada tutulan şəxslər dərhal azad olunurlar. 
399.6. İnzibati qaydada tutma barədə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və 
ya məhkəməyə şikayət edilə bilər. 
779 
M a d d  ə  4 0 0 .  İnzibati qaydada tutma haqqında protokol 
400.1.  İnzibati  xəta  törətmiş  şəxsi  tutma  haqqında  hər  bir  halda  protokol  tərtib  edilir  və 
orada aşağıdakılar göstərilir: 

400.1.1. protokolun tərtib edildiyi tarix və yer; 
400.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı; 
400.1.3. tutulanın şəxsiyyəti haqqında məlumat; 
400.1.4. tutmanın vaxtı və səbəbləri. 
400.2.  Protokol  onu  tərtib  etmiş  vəzifəli  şəxs  və  tutulmuş  şəxs  tərəfindən  imzalanır. 
Tutulmuş  şəxs  protokolu  imzalamaqdan  imtina  etdikdə,  bu  barədə  protokolda  qeyd  edilir. 
Tutulmuş  şəxsin  izahat  vermək və  protokolun  məzmunu  barədə  öz  mülahizələrini  təqdim 
etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. 
Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. 
M a d d  ə  4 0 1 .  İnzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi 
401.1.  Səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  inzibati  qaydada  tutulmuş  şəxsin  bu  Məcəllə  ilə 
müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür: 
401.1.1. tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək; 
401.1.2.  tutulmuş  şəxsə  dərhal  onun  tutulmasının  əsaslarını  bildirmək,  onun  hüquqlarını 
izah etmək; 
401.1.3. tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin 
müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək; 
401.1.4.  tutulmuş  yetkinlik  yaşına  çatmayanın  valideynlərinə  və  ya  qanuni 
nümayəndələrinə dərhal məlumat vermək; 
401.1.5. tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq; 
401.1.6. tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq; 
401.1.7.  tutulmuş  şəxsin  öz  vəkili  olmadıqda  ona  müvəqqəti  saxlama  yeri  üzrə  ərazidə 
hüquq  məsləhətxanasında  və  ya  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 
edilmiş  qaydada  hüquqi  yardımın  göstərilməsi  fəaliyyəti  ilə  məşğul  olan  digər təşkilatlarda 
fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkilə əlaqə saxlamaq və onunla 
görüşmək imkanı yaratmaq. 
401.2.  İnzibati  qaydada  tutulmuş  şəxslər  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 
müəyyən edilmiş yerlərdə və qaydada saxlanılırlar. 
M a d d  ə  4 0 2 .  Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama 
402.1. Fiziki şəxsin şəxsi axtarışı, onda olan şeyləri yoxlama, zəruri hallarda inzibati xətanın 
törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  predmetin  aşkar  edilməsi 
məqsədi ilə həyata keçirilir. 
402.2. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli şəxs tərəfindən və eyni cinsdən olan iki hal 
şahidinin iştirakı ilə aparılır. 
402.3.  Şeylər (əl  yükü,  baqaj,  ov  və  balıq  ovu  alətləri,  əldə  edilmiş  məhsul  və  digər 
predmetlər)  bunların  mülkiyyətçilərinin  və  ya  sahiblərinin  iştirakı  ilə  yoxlanılır,  Təxirə 
salınmayan  hallarda  mülkiyyətçisi  və  ya  sahibi  olmadan  göstərilən  şeylər  iki  hal  şahidinin 
iştirakı ilə yoxlanıla bilər. Feldyeger rabitəsini həyata keçirən Azərbaycan Respublikası müvafiq 
icra  hakimiyyəti  orqanının  əməkdaşı tərəfindən  çatdırılan  korrespondensiyalar  və  digər 
göndərişlər yoxlanıla bilməz. 
780 
402.4. Şəxsi axtarış və şeyləri yoxlama haqqında protokol tərtib olunur, yaxud inzibati xəta 
haqqında  protokolda  və  ya  inzibati  qaydada  tutma  haqqında  protokolda  bu  barədə  müvafiq 
qeyd edilir. 

402.5. Şəxsi axtarış və şeyləri yoxlama haqqında protokolda aşağıdakılar göstərilir: 
402.5.1. protokolun tərtib edildiyi tarix və yer; 
402.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı; 
402.5.3. barəsində şəxsi axtarış aparılan şəxs haqqında məlumat; 
402.5.4.  şəxsi  axtarış  zamanı  aşkar  edilən  şeylərin  növü,  miqdarı  və  digər  eyniləşdirmə 
əlamətləri haqqında məlumat. 
402.6. Protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan  şəxs  və  ya  axtarış  aparılan  şeylərin  sahibi  və  hal  şahidləri  tərəfindən  imzalanır. 
Barəsində  inzibati  xəta  haqqında  iş  iş  üzrə  icraat  aparılan  şəxs  və  ya  axtarış  aparılan  şeylərin 
sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. 
M a d d  ə  4 0 3 .  Nəqliyyat vasitəsinə baxış 
403.1.  Nəqliyyat  vasitəsinə  baxış, yəni  onun  konstruktiv  bütövlüyünü  pozmadan  inzibati 
xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  predmetlərin 
müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir. 
403.2. Nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə 
aparılır.  Təxirə  salınmayan  hallarda  nəqliyyat  vasitəsinə  baxış  nəqliyyat  vasitəsinin  sahibinin 
iştirakı olmadan da aparıla bilər. 
403.3.  Zəruri  hallarda  maddi  sübutların  qeydə  alınması  məqsədi  ilə  fotoşəkillərin, 
videoyazıların aparılması tətbiq edilir. 
403.4. Nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. 
403.5. Nəqliyyat vasitəsinə baxış haqqında protokolda aşağıdakılar göstərilir: 
403.5.1. protokolun tərtib edildiyi tarix və yer; 
403.5.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
403.5.3. nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar; 
403.5.4. nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar; 
403.5.5.  nəqliyyat  vasitəsinin  tipi,  markası,  modeli,  dövlət  qeydiyyat  nişanı  və  digər 
eyniləşdirmə əlamətləri barədə məlumatlar; 
403.5.6. əşyaların növü; 
403.5.7. sənədlərin növü və rekvizitləri. 
403.6.  Nəqliyyat  vasitəsinə  baxış  barəsində  protokolda  fotoşəkillərdən,  videoyazıdan 
istifadə edilməsi barədə qeyd aparılır. Baxış zamanı fotoşəkillərin, videoyazının tətbiq edilməsi 
ilə əlaqədar əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur. 
403.7. Nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində 
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal 
şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və 
ya  nəqliyyat  vasitəsinin  sahibi  protokolu  imzalamaqdan  imtina  etdikdə  bu  barədə  protokolda 
müvafiq qeyd aparılır. 
M a d d  ə  4 0 4 .  Şeylərin və sənədlərin götürülməsi 
404.1.  İnzibati  xətanın  baş  verdiyi  yerdə  və  ya  fiziki  şəxsin  şəxsi  axtarışı  zamanı,  yaxud 
onun  əşyalarına  və  ya  nəqliyyat  vasitəsinə  baxış  zamanı  aşkar  edilmiş  və  iş  üçün  sübut 
əhəmiyyəti  olan  şeylərin  və  sənədlərin,  inzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati 

xətanın  bilavasitə  obyekti  olan  predmetin  götürülməsi  inzibati  xəta  haqqında  iş  üzrə  icraatı 
aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir. 
404.2.  Sürücü,  gəmisürən,  pilot  tərəfindən nəqliyyat  vasitəsini  idarəetmə  hüququnun 
məhdudlaşdırılması  növündə  inzibati  tənbehin  tətbiq  edilməsini  nəzərdə  tutan  xətalar 
törədildikdə inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi, gəmiçinin və 
ya  pilotun  şəhadətnaməsi  götürülür  və  həmin  şəxslərə  nəqliyyat  vasitəsini  müvəqqəti  idarə 
etmək  hüququ  verən
sənəd  verilir.  Nəqliyyat  vasitəsini  idarəetmə  hüququnun 
məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat 
vasitəsini  idarəetmə  hüququnun  məhdudlaşdırılması  haqqında  qərardan  Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə 
tutulmuş  müddət  qurtaranadək,  yaxud  şikayət  üzrə  qərar  qəbul  edilənədək,  nəqliyyat 
vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır. 
404.3.  Şeylərin  və  sənədlərin  götürülməsi  haqqında  protokol  tərtib  olunur,  yaxud  inzibati 
xəta haqqında protokolda bu barədə müvafiq qeyd aparılır. 
404.4. Şeylərin və sənədlərin götürülməsi haqqında protokolda aşağıdakılar göstərilir: 
404.4.1. protokolun tərtib edildiyi tarix və yer; 
404.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
404.4.3. şeyləri və sənədləri götürülən şəxs barəsində məlumat; 
404.4.4. şeylərin və sənədlərin götürülməsi üçün əsaslar; 
404.4.5. götürülən sənədlərin növü və rekvizitləri; 
404.4.6.  götürülən  şeylərin  növü,  miqdarı,  əlamətləri,  o  cümlədən  silahın  markası  və  ya 
modeli, çapı, seriyası və nömrəsi, döyüş sursatının miqdarı və növü, nəqliyyat vasitəsinin tipi, 
markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar. 
404.5.  Şeylərin  və  sənədlərin  götürülməsi  haqqında  protokolda  fotoşəkillərin  çəkilməsi, 
videoyazı  barədə  və  digər  müəyyən  edilmiş  üsullarla  sənədlərin  əldə  edilməsi  barədə  qeyd 
aparılır.  Fotoşəkillərin,  videoyazının  və  digər  müəyyən  edilmiş  vasitələrin  tətbiq  edilməsi 
nəticəsində  şeylərin  və  sənədlərin  götürülməsi  ilə  bağlı  əldə  edilmiş  materiallar  müvafiq 
protokola əlavə olunur. 
404.6.  Şeylərin  və sənədlərin  götürülməsi haqqında protokol onu tərtib  etmiş  vəzifəli şəxs, 
şeyləri  və  ya  sənədləri  götürülən  şəxs,  habelə  hal  şahidləri  tərəfindən  imzalanır.  Şeyləri  və  ya 
sənədləri  götürülən  şəxs  protokolu  imzalamaqdan  imtina  etdikdə,  bu  barədə  protokolda 
müvafiq qeyd aparılır. Protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxsə, yaxud onun qanuni nümayəndəsinə (nümayəndəsinə) təqdim edilir. 
404.7.  Zəruri  hallarda  götürülən  şeylər və  sənədlər  yerindəcə  qablaşdırılır  və  möhürlənir. 
Götürülmüş  şeylər və  sənədlər  inzibati  xəta  haqqında  işə  baxılanadək,  şeyləri  və  sənədləri 
götürmək  hüququ  olan  səlahiyyətli  orqanların  (vəzifəli  şəxslərin)  müəyyən  etdikləri  yerlərdə 
saxlanılır. 
404.8.  Götürülmüş  odlu  silah  və  onun  patronları,  digər  silah,  eləcə  də  döyüş  sursatı 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 
saxlanılır. 
404.9.  Götürülmüş  tez  xarab  olan  mallar  satılması  üçün  müvafiq  təşkilatlara  verilir, 
satılması mümkün olmadıqda isə məhv edilir. 
404.10.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  standartlara, 
sanitariya  normalarına  və  qaydalarına,  gigiyena  normativlərinə  cavab  verməyən,  götürülmüş 
narkotik  vasitələr və  psixotrop  maddələr,  etil  spirti,  alkoqollu  və  tərkibində  spirt  olan 

məhsullar  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. 
404.11. İnzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək 
məhv  edilməli  olan  narkotik  vasitələrin  və  psixotrop  maddələrin,  etil  spirtinin,  alkoqollu  və 
tərkibində spirt olan məhsulların nümunələri saxlanılır. 
M a d d  ə  4 0 5 .  Götürülmüş şeylərin qiymətləndirilməsi 
405.1. Götürülmüş şeylər aşağıdakı hallarda qiymətləndirilir: 
405.1.1.  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  predmetin  dəyəri  ilə  ölçülən  inzibati 
cərimə meyarı tətbiq edildikdə; 
405.1.2. götürülmüş mallar tez xarab olan mallar olduqda və həmin mallar məhv edilməyə 
göndərildikdə; 
405.1.3.  etil  spirti,  alkoqollu  və  tərkibində  spirt  olan  məhsullar  yenidən  istehsala 
göndərildikdə və ya məhv edildikdə. 
405.2.  Götürülmüş  şeylərin  qiymətləri  dövlət tərəfindən tənzimlənirsə,  dövlət tənzimləmə 
qiymətləri  tətbiq  edilir.  Digər  hallarda  götürülmüş  şeylərin  qiyməti  bazar  qiymətinə  əsasən 
qiymətləndirilir. Göstərilən qaydada qiymətləndirmə mümkün olmadıqda götürülmüş şeylərin 
qiyməti ekspertin rəyi əsasında müəyyən edilir. 
M a d d  ə  4 0 6 .  Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq 
vəziyyətinin müayinəsi 
406.1.  Fiziki  şəxslər aşağıdakı  hallarda  nəqliyyat  vasitəsinin  idarə  olunmasından 
kənarlaşdırılır: 
406.1.1.  dayandırılmış  nəqliyyat  vasitəsini  idarə  edən  şəxsdə  və  onunla  birlikdə  gedən 
sərnişinlərdən hər  hansı  birində  sürücülük  vəsiqəsi  və  ya  nəqliyyat  vasitəsinin  qeydiyyat 
şəhadətnaməsi,  yaxud  həmin  nəqliyyat  vasitəsini  idarə  etmək  hüquq  verən  digər  əsas 
olmadıqda; 
406.1.2.  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanları  və  ya  onlardan  biri  yerində 
olmadıqda, yaxud saxta və ya qeyri‐standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat 
vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə; 
781 
406.1.3.  dayandırılmış  nəqliyyat  vasitəsinin  mühərrik,  ban  və  şassi  nömrəsi  nəqliyyat 
vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 
406.1.4.  dayandırılmış  nəqliyyat  vasitəsi  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 
qeydiyyatdan keçirilmədikdə; 
782 
406.1.5.  dayandırılmış  nəqliyyat  vasitəsi  alkoqoldan,  narkotik  vasitələrdən və  psixotrop 
maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş 
vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və 
onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda; 
783 
406.1.6. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya 
dəyişdirildikdə, nəqliyyat  vasitəsinin  ban  şüşələrinə  qanunla  tətbiqinə  icazə  verilməyən 
örtüklər çəkildikdə, nəqliyyat  vasitəsi  müvafiq  icazə  olmadan  xüsusi  səs  (çoxavazlı)  və  ya 
sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün 
olmadıqda. 
784 

406.2.  Nəqliyyat  vasitələrini  idarə  edən  şəxslərin  sərxoş  vəziyyətdə  olduqlarını  güman 
etməyə  kifayət qədər  əsas  olduqda,  onların  sərxoşluq  vəziyyətinin  müəyyən  edilməsi  üçün 
xüsusi texniki vasitələrdən istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir. 
406.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən 
etmək  üçün  xüsusi  texniki  vasitələrdən  istifadə  etmək və  ya  tibbi  müayinəyə  göndərmək 
barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə 
verilir. 
406.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən 
etmək  üçün  xüsusi  texniki  vasitələrdən  istifadə  etmək və  ya  tibbi  müayinəyə  göndərmək 
haqqında protokolda aşağıdakılar göstərilir: 
406.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 
406.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
406.4.3.  nəqliyyat  vasitəsini  idarə  etməkdən kənarlaşdırmanın  və  sərxoşluq  vəziyyətini 
müəyyən etmənin əsasları; 
406.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar; 
406.4.5.  nəqliyyat  vasitəsinin  tipi,  markası,  modeli,  dövlət  qeydiyyat  nişanı  və  digər 
eyniləşdirmə əlamətləri barədə məlumatlar. 
406.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən 
etmək  üçün  xüsusi  texniki  vasitələrdən  istifadə  etmək və  ya  tibbi  müayinəyə  göndərmək 
haqqında  protokol  onu  tərtib  etmiş  vəzifəli  şəxs,  habelə  nəqliyyat  vasitəsini  idarə  etməkdən 
kənarlaşdırılan  və  sərxoşluq  vəziyyətini  müəyyən  etmək  üçün  barəsində  xüsusi  texniki 
vasitələrdən  istifadə  edilən və  ya  tibbi  müayinəyə  göndərilən  sürücü  (gəmi  sürücüsü) 
tərəfindən  imzalanır.  Sürücü  (gəmi  sürücüsü)  protokolu  imzalamaqdan  imtina  etdikdə  bu 
barədə protokolda müvafiq qeyd aparılır. 
406.6.  Sərxoşluq  vəziyyətini  müəyyən  etmənin  tibbi  müayinəsi  və  onun  nəticəsinin  tərtib 
olunması  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
qaydada həyata keçirilir. 
406.7.  Sərxoşluq  vəziyyətini  müəyyən  etmənin  tibbi  müayinəsi  barədə  akt  müvafiq 
protokola əlavə olunur. 
M a d d  ə  4 0 7 .  Nəqliyyat vasitələrinin saxlanılması 
407.1.  Nəqliyyat  vasitəsinin  qanunvericiliklə  müəyyən  edilmiş  dayanma  və  durma 
qaydalarının  pozulduğu  halda  (əgər  sürücü  həmin  nəqliyyat  vasitəsinin  yanında  deyilsə), 
həmçinin bu Məcəllənin 406.1‐ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti 
olaraq  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  mühafizə  olunan 
duracağında saxlanılır.
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin