Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 54,29 Kb.
səhifə20/36
tarix09.05.2022
ölçüsü54,29 Kb.
#56916
1   ...   16   17   18   19   20   21   22   23   ...   36
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Maddə 28. İctimai işlər
28.1. İctimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir.

28.2. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir.

28.3. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.

28.3-1. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.10

28.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:

28.4.1. birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara; 11

28.4.2. hamilə qadınlara;

28.4.3. himayəsində üç yaşınadək uşağı olan qadınlara;

28.4.4. üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə;12

28.4.5. pensiya yaşına çatmış qadın və kişilərə;

28.4.6. hərbi qulluqçulara.13


Yüklə 54,29 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin