615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460) ilə 104.1-ci maddəsində “və rekreasiya” sözləri “, turizm və rekreasiya” sözləri ilə əvəz edilmişdir.
clxxxvi[186] 6 noyabr 2007-ci il tarixli 478-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1089) ilə 104.1-ci maddənin sanksiyası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən yetmiş beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz yetmiş mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.