Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ


İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATA BAŞLAMA (409-416)



Yüklə 2,96 Mb.
səhifə5/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   2   3   4   5   6   7   8   9   ...   611
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATA BAŞLAMA (409-416)

  • İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXILMASI (417-429)

  • İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN YENİDƏN BAXILMASI (430-438)

    1. İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN İCRASI

    1. ÜMUMİ MÜDDƏALAR (439-449)

    2. İNZİBATİ TƏNBEH NÖVLƏRİ HAQQINDA QƏRARLARIN İCRASI QAYDASI (450-458)


    AZƏRBAYCAN RESPUBLİKASININ

    İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ i[1]

    ÜMUMİ HİSSƏii[2]

    I BÖLMƏ


    ÜMUMİ MÜDDƏALAR

    Birinci fəsil



    AZƏRBAYCAN RESPUBLİKASININ İNZIBATİ XƏTALAR QANUNVERİCİLİYİ, ONUN VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ

    Maddə 1.Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi

    1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir.

    1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.

    1.3. İnzibati məsuliyyət müəyyən edən və inzibati xətalar törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.

    Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri

    Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

    Maddə 3. İnzibati məsuliyyətin əsasları

    Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

    Maddə 4. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri

    Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

    Maddə 5. İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi

    5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları (vəzifəli şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

    5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir.

    5.3. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkət edilməsinə yol verilmir.

    Maddə 6. Qanunçuluq prinsipi

    6.1. İnzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

    6.2. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.

    6.3. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.

    Maddə 7. Qanun qarşısında bərabərlik prinsipi

    7.1. İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb olunurlar. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna, yaxud heç kəsə inzibati tənbeh tətbiq oluna və ya daha yüngül inzibati tənbeh tətbiq edilə bilməz.iii[3]

    7.2. Hüquqi şəxslər mülkiyyət formasından, olduqları yerdən, təşkilati-hüquqi formalarından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb olunurlar.

    Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi

    8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

    8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

    8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.

    Maddə 9. Ədalətlilik prinsipi

    9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

    9.2. Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.

    Maddə 10. İnzibati xətaların qarşısının alınması prinsipi

    Dövlət və ya yerli özünüidarəetmə orqanları inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayırlar və həyata keçirirlər.

    Maddə 11. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin qüvvəsi

    11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

    11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ-hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qəbul edildiyi vaxtadək törədilmiş xətalara da şamil edilir.

    11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ-hüquqi aktların geriyə qüvvəsi şamil edilmir.

    İkinci fəsil




    Yüklə 2,96 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   611




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin