Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 6, maddə 276) ilə 358-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
358.1. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən sədr, sədr müavini, maaşlı məsul katib və komissiya üzvlərindən ibarət tərkibdə yaradılır. Zəruri hallarda, komissiyanın tərkibinə uşaqlarla iş üzrə inspektor vəzifəsi də daxil edilə bilər.
358.2. İnzibati xətalar haqqında işlərə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan) öz üzvlərinin azı yarısının iştirakı ilə baxa bilərlər.
358.3. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (kollegial orqanın) fəaliyyət qaydası ) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
dccliv[754] 20 iyun 2003-cü il tarixli 490-IIQD nömrəli “Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarının pozulmasına görə məsuliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu (