[3] 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81) ilə 7.1-ci maddədə “və inzibati məsuliyyətə cəlb olunurlar” sözləri çıxarılmışdır və həmin maddəyə ikinci cümlə əlavə edilmişdir.
iv[4] 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 25.2-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
25.2. İnzibati cərimənin aşağıdakı meyarları vardır:
25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən şərti maliyyə vahidi məbləğinin miqdarı;[4]
25.2.2. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri;