Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1217) ilə 53-cü və 53-1-ci maddələr yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 53. Əmək qanunvericiliyinin pozulması
53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -
vəzifəli şəxslər şərti maliyyə vahidinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.
53.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə -
şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir.
53.3. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq işçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqının verilməsinə görə-
vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilir. 16 may 2008-ci il tarixli