YEKUN MÜDDƏALAR Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. [212] Maddə 35. Qanunun qüvvəyə minməsi Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir. [213] Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 21 iyul 2000-ci il
№ 926-IQ
Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının təsdiq edilməsi barədə[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).[2] 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 28 yanvar 2002-ci il
№ 665
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıqəlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi