Azərbaycan respublikasinin konstitusiyasi


a d d ə 2 8. Elektron sənədin göndərilmə və alınma vaxtı



Yüklə 1,85 Mb.
səhifə72/73
tarix25.12.2023
ölçüsü1,85 Mb.
#193953
1   ...   65   66   67   68   69   70   71   72   73
BB-2023 (2)

 a d d ə 2 8. Elektron sənədin göndərilmə və alınma vaxtı
28.1. Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir.
28.2. Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir.
28.3. Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda vaxt göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər.
M a d d ə 2 9. Elektron sənədin saxlanılması
29.1. Elektron sənədin saxlanılma qaydası aşağıdakı şərtlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir:
29.1.1. elektron sənəd yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi quruluşu saxlasın;
29.1.2. elektron sənəd onu Göndərəni, Alanı, göndərilmə və alınma vaxtını müəyyən etməyə imkan versin;
29.1.3. elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilsin;
29.1.4. elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən az olmasın;
29.1.5. qanunvericiliklə və tərəflərin razılığı ilə müəyyən edilən digər şərtlərə uyğun gəlsin.
29.2. Bu Qanunun 29.1-ci maddəsi saxlanılması zəruri olmayan elektron sənədlərə şamil edilmir.
29.3. Elektron sənədlərin saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər hüquqi və fiziki şəxslərin xidmətlərindən istifadə edilə bilər.
M a d d ə 3 0. Elektron sənədin mühafizəsi
30.1. Elektron sənəd dövriyyəsi zamanı elektron sənədin mühafizəsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olan proqram və texniki vasitələrdən istifadə edilməlidir.
30.2. Elektron sənəd dövriyyəsində istifadə edilən informasiya sistem və şəbəkələrində mühafizə tədbirlərinin lazımi səviyyəsi bu sistem və şəbəkələrin mülkiyyətçisi tərəfindən təmin edilir.
30.3. Korporativ informasiya sistemlərində elektron sənəd dövriyyəsinin mühafizə tədbirlərinin lazımi səviyyəsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq olaraq bu sistemin mülkiyyətçisi tərəfindən və ya iştirakçıların razılaşmasına uyğun təmin edilir.
M a d d ə 32. 
Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin