AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 332s
Bakı şəhəri, 21 oktyabr 2011-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:
1. 2020-ci ildə XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı zəruri tədbirlərin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 300.000 (üç yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 377s
Bakı şəhəri, 17 noyabr 2011-ci il
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 162-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 465 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:
1. Dini mərkəzə (idarələrə) maliyyə yardımı göstərilməsi, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin müvafiq ölkələrdə nümayəndəliklərinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2.000.000 (iki milyon) manat, qeyri-islam təmayüllü dini qurumlar arasında bölüşdürülməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 400.000 (dörd yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 370s
Bakı şəhəri, 15 noyabr 2011-ci il
2012-ci ildə ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq tədbirlərlə (Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı, Qəbələ şəhərində IV Beynəlxalq Musiqi Festivalı, Eurovision-2012 mahnı müsabiqəsi, Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı və s.) bağlı ölkəmizə böyük sayda xaricdən qonaq və turistlərin gəlməsini nəzərə alaraq, cari ildə bir sıra hazırlıq işlərinin artıq aparılması zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, qeyd olunan hazırlıqla bağlı müəyyən texniki, təhlükəsizlik, nəqliyyat, rabitə, abadlıq işlərinin həyata keçirilməsi, müvafiq avadanlıqların alınması, mədəni, təbliğat və tərtibat proqramlarının hazırlanmasının sifariş edilməsi işlərinin maliyyələşdirilməsi məqsədi ilə:
1. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 2.4.8-ci yarımbəndində birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 40 000 000,0 (qırx milyon) manatının və 2.5.8-ci yarımbəndində birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 10 000 000,0 (on milyon) manatının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq “Ehtiyat fondları” köməkçi bölməsinin “Dövlət büdcəsinin Ehtiyat Fondu” paraqrafına aid edilməsinə razılıq verilsin.
2. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 50 000 000,0 (əlli milyon) manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 2-ci hissəsi ilə ayrılan vəsaitin aidiyyəti dövlət orqanlarına və təşkilatlarına onların əsaslandırılmış təklifləri nəzərə alınmaqla ödənilməsini təmin etsin.
4. 2012-ci ildə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın ikinci hissəsində göstərilən işlərin sifarişçi təşkilatlar tərəfindən bir mənbədən satınalma metodu ilə yerinə yetirilməsinə icazə verilsin.
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 noyabr tarixli 370 s nömrəli sərəncamına
əlavə
2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində birdəfəlik təyinat üçün qənaət olunmuş vəsait və onun yönəldildiyi istiqamət
(manatla)
|
Xərclərin adı
|
Bölmə
|
Köməkçi bölmə
|
İnzibati təsnifat
|
İqtisadi təsnifat
|
2011-ci il üçün qalıq vəsait
|
I. Azaldılır
|
|
|
|
|
50 000 000,0
|
Sair xərclər
|
4
|
7
|
1551
|
282100
|
40 000 000,0
|
Sair xərclər
|
5
|
6
|
1551
|
282100
|
10 000 000,0
|
II. Artırılır
|
|
|
|
|
50 000 000,0
|
3air xərclər
|
14
|
1
|
1202
|
282100
|
50 000 000,0
|
Aparatın rəhbəri Aga-Bala Hacıyev
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 20s
Bakı şəhəri, 2 fevral 2012-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:
1. Bosniya və Hersoqovinanın Sarayevo şəhərində “Dostluq Parkı” və abidə kompleksi ilə bağlı tikinti və bərpa-təmir işlərinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 408.259 (dörd yüz səkkiz min iki yüz əlli doqquz) avro məbləğində vəsaitin manat ekvivalenti ayrılsın.
2. Bu sərəncamın 1-ci hissəsində göstərilən tikinti işlərinin yerinə yetirilməsinə təxirəsalınmadan başlanmasının və qısa müddət ərzində başa çatdırılmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu işlər üzrə layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamasına icazə verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
|
|
Baş naziri
|
Artur Rasi-zadə
|
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 16s
Bakı şəhəri, 26 yanvar 2012-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:
1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə əlavə ştat vahidlərinin ayrılması ilə bağlı tələb olunan 380.000 (üç yüz səksən min) manat məbləğində vəsait və Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinə əlavə ştat vahidlərinin ayrılması ilə bağlı tələb olunan 1.045.926 (bir milyon qırx beş min doqquz yüz iyirmi altı) ABŞ dolları məbləğində vəsaitin manat ekvivalenti Azərbaycan Respublikasının 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitləri bölgülər üzrə müvafiq qaydada təsdiq etsinlər.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
|
|
Baş naziri
|
Artur Rasi-zadə
|
Dostları ilə paylaş: |