AZƏrbaycan respublikasinin naziRLƏr kabineti SƏRƏncam №177s


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə vəsait ayrılması barədə



Yüklə 312,8 Kb.
səhifə4/4
tarix13.04.2017
ölçüsü312,8 Kb.
#13897
1   2   3   4

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə
Milli Agentliyə vəsait ayrılması barədə


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 368s

 Bakı şəhəri, 11 noyabr 2011-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsini nəzərə alaraq:



1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin NATO-nun Texniki Təchizat və Təminat Agentliyi ilə birgə həyata keçirəcəyi “Ceyrançöl Təmizləmə Layihəsi”nin 2011-ci ildə başlanılması üçün Layihənin birinci mərhələsinin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının payına düşən vəsaitin cari İlin sonunadək NATO Etimad Fonduna köçürülməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə 750 000 (yeddi yüz əlli min) avronun manat ekvivalenti məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsinlər.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117000,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü"ndə ali təhsil müəssisələri üçün yeni yataqxanaların tikintisi məqsədi ilə nəzərdə tutulmuş 20000000,0 (iyirmi milyon) manat vəsaitin 400000,0 (dörd yüz min) manat azaldılması hesabına, Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərindəki Səfirliyinin işçiləri üçün tikilmiş 20 mənzilli yaşayış evinin əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

361s



 Bakı şəhəri, 3 noyabr 2011-ci il

  "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117000,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü"ndə ali təhsil müəssisələri üçün yeni yataqxanaların tikintisi məqsədi ilə nəzərdə tutulmuş 20000000,0 (iyirmi milyon) manat vəsaitin 400000,0 (dörd yüz min) manat azaldılması hesabına, Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərindəki Səfirliyinin işçiləri üçün tikilmiş 20 mənzilli yaşayış evinin əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 400000,0 (dörd yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə




Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə vəsaitin ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 351s



Bakı şəhəri, 2 noyabr 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 1436 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulan “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri, eləcə də dövlət əhəmiyyətli (ölkənin müdafiə və təhlükəsizliyi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, yaşayış məntəqələrinin əraziləri və sərhədlərinin əks etdirilməsi, nəqliyyat infrastrukturunun, mühüm obyektlərin və şəhərsalmanın layihələndirilməsi, dövlət torpaq və şəhər kadastrı işlərinin aparılması və sair məqsədi ilə) müxtəlif miqyaslı topoqrafik xəritələrin, ayrı-ayrı mövzulu digər xəritə və atlasların, turizm əhəmiyyətli bukletlərin, sxemlərin nəşrinin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən çap maşınının alınması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə 3234000 (üç milyon iki yüz otuz dörd min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3 Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ


Pakistan İslam Respublikasının cənubunda musson yağışları nəticəsində baş vermiş daşqın və dağıntılardan zərər çəkmiş insanlara humanitar yardımın göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 341s

 Bakı şəhəri, 27 oktyabr 2011-ci il

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Pakistan İslam Respublikasının cənubunda musson yağışları nəticəsində baş vermiş daşqın və dağıntılardan zərər çəkmiş insanlara humanitar yardımın göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 2,0 (iki) mln. ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin təyinatı üzrə köçürülməsini təmin etsinlər.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

321s



Bakı şəhəri, 18 oktyabr 2011-ci il

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının razılaşdırılmış təkliflərini nəzərə alaraq:

1. 2011-ci il 30 noyabr tarixində Azərbaycan Respublikasının bəzi bələdiyyələrində təkrar, əlavə və yeni seçkilərin keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 952.000 (doqquz yüz əlli iki min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin bölgüyə (əlavə olunur) əsasən müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



2011-ci il 18 oktyabr tarixli

321s nömrəli sərəncamına əlavə

 

2011-ci il 30 oktyabr tarixində Azərbaycan Respublikasının bəzi bələdiyyələrində təkrar, əlavə və yeni seçkilərin keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ayrılan vəsaitin bölgüsü

 


Kod

Xərclərin adı

Məbləğ

(manatla)

210000

Əməyin ödənişi

171672'>780328'>952000

211000

Əmək haqqı

780328

211300

Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri

780328

212000

Əmək haqqına üstəlik

171672

212100

Dövlət Sosial Müdafiə Fonduna ayırmalar

171672

 

 

Aparatın rəhbəri Ağa-Bala Hacıyev


Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 6 iyul tarixli 1617 nömrəli Sərəncamının tələblərini yerinə yetirmək məqsədi ilə stadionda həyata keçiriləcək əsaslı təmir və yenidənqurma işlərinin icrasına təcili başlanılmasının və nəzərdə tutulmuş proqramın icrasının təmin edilməsinin vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu işlər üzrə müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlanılmasına icazə verilməsi barədə



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 319s

 Bakı şəhəri, 14 oktyabr 2011-ci il

 

“Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 6 iyul tarixli 1617 nömrəli Sərəncamına əsasən stadionda əsaslı təmir və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulmuş və bu işlərin maliyyələşdirilməsi məqsədi ilə 10 milyon manat məbləğində vəsait ayrılmışdır.



Lakin mövcud qaydalara əsasən işlərin icraçısının seçilməsinə müəyyən vaxt tələb olunduğunu, bu səbəbdən də 2011-ci il üçün nəzərdə tutulan proqramın tam həcmdə yerinə yetirilməsində problemlərin yarana biləcəyini və bununla bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müraciətini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən:

1. “Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 6 iyul tarixli 1617 nömrəli Sərəncamının tələblərini yerinə yetirmək məqsədi ilə stadionda həyata keçiriləcək əsaslı təmir və yenidənqurma işlərinin icrasına təcili başlanılmasının və nəzərdə tutulmuş proqramın icrasının təmin edilməsinin vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu işlər üzrə müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlanılmasına icazə verilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

303s



Bakı şəhəri, 7 oktyabr 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, NATO-nun maliyyə dəstəyi ilə Azərbaycanda keçmiş SSRİ-nin Silahlı Qüvvələrindən qalan raket yanacağının oksidləşdirici komponentlərinin “Melanj” layihəsi çərçivəsində utilizasiyası ilə bağlı işlərin görülməsindən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən hərbi hissəsində qalan tullantıların, melanjla təmasda olan avadanlıq və digər maddi vəsaitlərin müvafiq qaydada zərərsizləşdirilməsi və utilizasiyasının başa çatdırılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 235,220,0 (iki yüz otuz beş min iki yüz iyirmi) manat məbləğində vəsait ayrılmasını təmin etsin.

2. Azərbaycan Respublikasının 2012-ci il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mingəçevir şəhərində yerləşən hərbi hissəsində raket yanacağının oksidləşdirici komponentlərinin utilizasiyasından qalan tullantıların, melanjla təmasda olan avadanlıq və digər maddi vəsaitlərin müvafiq qaydada zərərsizləşdirilməsi və utilizasiyasının başa çatdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasına 150,751,0 (yüz əlli min yeddi yüz əlli bir) manat məbləğində vəsaitin ayrılması nəzərə alınsın.

3. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan başlanmasının vacibliyi nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasına bu işlər üzrə layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamasına icazə verilsin.

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə


Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş
Ehtiyat Fondundan İslam İnkişaf Bankının İnkişaf üzrə Həmrəylik Fonduna
vəsait ayrılması barədə


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 284s

 Bakı şəhəri, 22 sentyabr 2011-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:



1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan İslam İnkişaf Bankının İnkişaf üzrə Həmrəylik Fonduna 100 000 (yüz min) ABŞ dolları məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə



Hökumət nümayəndə heyətinin xarici ölkələrə səfəri ilə əlaqədar təşkil edilən xüsusi reyslərin dəyərinin ödənilməsi üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsaitin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayrılmasının təmin edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 280s

 Bakı şəhəri, 20 sentyabr 2011-ci il

  1. Hökumət nümayəndə heyətinin xarici ölkələrə səfəri ilə əlaqədar təşkil edilən xüsusi reyslərin dəyərinin ödənilməsi üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 356.950 (üç yüz əlli altı min doqquz yüz əlli) manat məbləğində vəsaitin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayrılması təmin edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində birdəfəlik təyinat üçün qənaət olunmuş vəsait və onun yönəldildiyi istiqaməti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

258s



Bakı şəhəri, 25 avqust 2011-ci il

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi məqsədi ilə:

1. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 2.6.3-cü yarımbəndində (Sosial müdafiə və sosial təminat sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər) birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 50 000 000,0 (əlli milyon) manatı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq “Ehtiyat fondları” köməkçi bölməsinin “Dövlət büdcəsinin Ehtiyat Fondu” paraqrafına aid edilməsinə razılıq verilsin.

2. “Azərbaycan Respublikası 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 50 000 000,0 (əlli milyon) manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 2-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.



  

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Yüklə 312,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin