İxtisas : Ekologiya mühəndisliyi kurs iŞİ Mövzu : “Sənaye qaz tullantılarının aerozollardan təmizlənməsi üçün filtrlərin layihələndirilməsi və ee” Kurs



Yüklə 349,85 Kb.
səhifə1/8
tarix02.01.2022
ölçüsü349,85 Kb.
#39889
  1   2   3   4   5   6   7   8
referat 5716


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ



Kafedra : Ekologiya və Təbiətdən istifadə

Fakültə : Kimya və Biologiya

İxtisas : Ekologiya mühəndisliyi

KURS İŞİ

Mövzu : “Sənaye qaz tullantılarının aerozollardan təmizlənməsi üçün filtrlərin layihələndirilməsi və EE”


Kurs : III

Qrup : 366

Tələbə : Məmmədova Zülfiyyə

Rəhbər m : Babayeva Tünzalə

Sumqayıt - 2015

Sənaye qaz tullantılarının aerozollardan təmizlənməsi üçün filtrlərin layihələndirilməsi və EE
Plan :

1.Giriş ................................................................................................3

2.Sənaye qaz tullantıları ....................................................................5

3.Aerozol .........................................................................................14

4.Tullantı qazların aerozollardan temizlənməsi üsulları

və avadanlıqları ..............................................................................16

5.Tullantı qazların təmizlənməsi üsulları ..........................................18

6.Tullantı qazların fiıtrlənmə üsulu ilə təmizlənməsi ........................20

7. Nəticə .............................................................................................25

8.Ədəbiyyat ........................................................................................26

1. GİRİŞ

Sənayenin neqativ təsiri, onun təbiətin bir hissəsinə, biosferə, ümumilikdə təbii ehtiyatlarının qazıntı və ya emalı prosesindən alınan tullantıların təsiri ilə ölçülür. Ümumiyyətlə, insanın məişətdə, nəqliyyatda, sənayedə fəaliyyəti nəticəsində əmələ gələn məhsullar tullantı hesab olunur. İstehsal tullantıları kimi material, xammal, yarımfabrikatlar qalığı, yəni məhsul hazırlanması prosesində əmələ gələn və özünün faydalı fiziki xüsusiyyətlərini tamamilə və ya tədricən itirmiş qalıqlar hesab olunur. İstehsal tullantıları kimi o məhsullar hesab olunur ki, xammalın fiziki-kimyəvi emalı nəticəsində əmələ gəlsin. Sənaye tullantıları kimyəvi cəhətdən eynicinsli olmayıb, mürəkkəb polikomponent maddə qarışığı olub, müxtəlif fiziki-kimyəvi xüsusiyyətlərə malikdir. Toksiki, kimyəvi, bioloji, korriziya od və partlayışa qarşı təhlükəlidir. Hər il dünyada milyard tonlarla bərk, pasta şəkilli, maye, qaz şəkilli tullantılar biosferə daxil olur, canlı və cansız təbiətə sağalmaz yaralar vurur.Atmosferdə qaz balansı və su dövranı qlobal miqyasda dəyişir. Canlı varlıqların çoxlu miqdarda növü təhlükəli maddələrin təsirinə məruz qalır.

Yem ehtiyat qoruyucu və ekoloji texnoloji proseslərin işlənməsi zamanı tullantıların texnoloji prosesdən çıxarılması mərhələsində zərərsizləşdirilməsi vacibdir. Ancaq elmin və texnikanın müasir inkişafında utilləşdirilməyəcək, yandırılmayacaq, toksiki təsirinin neytrallaşdırılması lazım gəlməyən tullantıların əmələ gəlməsinin qarşısını almaq mümkün deyildir.Bu halda bu tip tullantıların bu meqsed üçün yaradılmış saxlayıcılarda basdırılması məqsədə uygundur.Bu sax-

layıcılarda basdırılan sənaye tullantıları gələcəkdə istifadə edilməsi nəzərdə tutulur.

Sənaye tullantılarının basdırılması üçün geoloji quruluşlu rezervuarlardan: qranit, vulkan cinsləri, tuflar, duz təbəqələri, bazaltlar (vulkanik süxur), gips, anhidrim, dolomit, gil və s. istifadə olunur. Bu tip saxlayıcı həm sərbəst, həm də dağ-mədən müəssisələrinin şaxta sahəsi kimi ola bilər.



Yüklə 349,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin