5.Tullantı qazların təmizlənməsi üsulları
Atmosferin sənaye tozları və dumanları ilə çirklənməsindən qorunması üçün toz və duman tutan aparat və sistemlərdən istifadə edilir. Hazırda aşağıdakı avadanlıqlardan istifadə olunur:
Quru toztəmizləyici aparatlar:
Quru toztəmizləyici aparatlara müxtəlif konstruksiyalı siklonlar (ratasion radial, jalüzlı, burağan) aiddir. Onlar havanı tozlardan mexaniki yollarla təmizləyir.
Elektrik filtrlər (süzgəclər):
Qazların asılmış toz və duman hissəciklərdən təmizlənməsi üçün ən əlverişli üsullardan biri hissəciklərin ionlaşmasına əsaslanır. Burada tacvari və çökdürən elektrodlardan istifadə edilir.
Çirklənmiş qazlar, elektrik filtirinə daxil olduqda müxtəlif xarici təsirlər (rentgen şuaları, radioaktiv şualanma, kosmik şualar, qazların qızması və s.) nəticəsində müəyyən qədər yonlaşırlar və elektrik cəryanı keçirirlər.
Dostları ilə paylaş: |