η =f (St, Re) burada
Konstruksiyaya görə filtrlər çərçivəli, karkaslı, dolaqlı olurlar.
Filtrlərin tipləri FR, FV, FP, FU. Havada olan turşu, qələvi, yağ və s. dumanlardan təmizləmək üçün lifli süzgəclərdən istifadə edilir. Hissəciklərin süzgəc elementlərində çökmə -toxunma effekti və həmçinin diffuziya, inersiya və qravitasiya prosesləri nəticəsində baş verir.
Toxunma effekti qarışığın hissəciklərinin süzgəcin məsamələrini yaradan liflər, dənələr və s. elementləri ilə toxunması nəticəsində baş verir.
Filtrləyici arakəsmələr strukca müxtəlif olub, asasən lifli və ya dənəvər element-
lərdən təşkil olunur və aşağıdakl növlərə bölünür:
1) çevik məsaməli arakəsmələr (məsələn: təbii, sintetik və ya mineral liflərdən hazırlanan parçalar; keçə, iynədeşikli material, kağız kardon və s. bu kimi lifli qeyri parça materialları; məsaməli rezin, köpüklü poliuretan, membran filtirləri kimi torlu materiallar və s. ) ;
2) yarısərt məsaməli arakəsmələr (məsələn: lif layları, toxuma torlar, müxtəlif yonqarlar və s) ;
3) sərt məsaməli arakəsmələr (məsaməli keramika, plastik kütlə, şüşə, qrafit materialları ; preslənmiş və ya sıxlaşdırılmış (yapışmış) metal tozları ; metal və şüşə lifli laylar ; metal torlar ; dəlmə-deşikli vərəqlər və s. )
Təyinatına və məhlulların ilk və son qatılıqlarına görə filtirlər 3 qrupa: zərif, hava və sənaye filtrlərinə bölünürlər.
Filirlərin aşağıdaki növləri var:
Dostları ilə paylaş: |